Məhkəmə qərarları › İş №2(103)-4546/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4546/2025

24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4546/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1617/2025 saylı, 30 iyun 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1617/2025 saylı, 30 iyun 2025ci il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) iddia ərizəsinin ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, şəxsin bir neçə yaşayış yeri ola bilər və şəxs yaşayış yerinin dəyişməkdə sərbəstdir. Lakin qanunla şəxsin yalnız bir ünvan üzrə qeydiyyatı mümkündür. Qanunvericilik məhkəməyə verilən iddiaların ərazi aidiyyətini cavabdehin faktiki yaşayış yeri üzrə deyil, rəsmi qeydə alındığı yerə görə müəyyən etmişdir.Cavabdehlərdən heç birinin ünvanı Səbail rayonuna aid olmadığından, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək qərardadın ləğv edilməsini xahiş edib göstərir ki, cavabdeh Hüseynova (Abdalova) Aytən Xanlar qızının xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək ünvan 2 ünvanında yaşamasını və 2024-cü il tarixədək qeydiyyatda olmasını göstərərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını qeyd etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1617/2025 saylı, 08 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Çünki birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı isə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verməsi əsaslı hesab edilə bilməz. İddiaçı nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçmir. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi... aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən görünür ki, hazırki iddia pul tələbi ilə bağlıdır. Cavabdehlərin isə heç birinin qeydiyyat ünvanı Səbail rayonuna aid deyil. Mülki Prosessual Məcəllə isə iddiaçının ərazi aidiyyəti qaydalarını pozaraq iddia ərizəsi ilə istədiyi məhkəməyə müraciət etməsinə yol vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İddiaçı seçiminə görə aidiyyət qaydasını müəyyən edən hallardan istifadə edə bilər. Lakin hazırkı işdən belə bir hal müəyyən edilmir. Yəni həmin norma da məhkəməyə ərazi aidiyyətinə əməl edilməməsinə görə iddia ərizəsini geri qaytarmağa imkan verir. Düzdü, bu qənaət kimin üçünsə anlaşılmayan yaxud ədalətsiz kimi görünə bilər. Ancaq qanunun imperativ tələbinə də əməl edilməlidir. Əks halda ərazi aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri heçə enmiş olar. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1617/2025 saylı, 30 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1617/2025 saylı, 30 iyun 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar