Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4567/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X12 və X7 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, X1 və X6 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və “xxxx” MMC-yə qarşı əmlakın qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X15 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 və X10 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və “xxxx” MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli hesabatının ləğv edilməsi və mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 25 saylı evin 3 saylı mənzilinin real bazar qiymətlərinə uyğun ilkin satış qiymətinin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan 24556,96 ABŞ dolları məbləğində borcun tutularaq tələbkar Maraqlı şəxs BOKT ASC-nin xeyrinə ödənilməsi, X8 məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsində yerləşən 25 saylı evin 3 saylı mənzilinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi Bakı şəhəri Cavabdeh1nə verilmiş, ipotekaya qoyulmuş mənzilin qiymətləndirilməsi ’’xxxx” MMC-yə həvalə edilmişdir. ’’xxxx” MMC-nin mütəxəssisi tərəfindən mənzilə vizual baxış keçirilməmişdir. Lakin əmlakın qiymətləndirilməsi barədə hesabatda əmlaka xx.xx.2018-ci il tarixdə baxış keçrilməsi qeyd edilmişdir. ’’xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli hesabatında ipotekaya qoyumuş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 25 saylı evin 3 saylı mənzili real bazar dəyərindən iki dəfə az qiymətləndirmişdir. Cavabdehin mülkiyyətdə olan mənzilin real dəyərindən xeyli az qiymətləndirilməsi onların mülkiyyət hüquqlarını pozur. Onlar bu qiymətləndirimə ilə razı deyillər. Ona görə də mənzilin yenidən qiymətləndirilməsini xahiş edirlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 36/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli hesabatının ləğv edilmiş, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 25 saylı evin 3 saylı mənzilinin ilkin satış qiyməti 92000 manat məbləğində müəyyən edilmişdir. X15 apelyasiya şikayəti verərək həmin qətnamənin dəyişdirilməsini və mənzilin bazar qiymətinin 150000 (yüz əlli min) manat məbləğində hesablanmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mənzil real dəyərindən aşağı qiymətləndirilmiş, təkrar qiymətləndirmə ekspertizası keçirilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflərməhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-36/2020 saylı qətnaməsi X15ya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-384/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, 24556 ABŞ dolları 96 sent pul və 23,70 manat dövlət rüsumunun Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, X8 məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi, 25 saylı evin 3 saylı mənzilinin ixtisaslaşdırılmış açıq hərracdan satılması, həmin mənzilin satışından əldə edilmiş 24556 ABŞ dolları 96 sent pul və 23,70 manat dövlət rüsumunun Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi və satışdan əldə olunmuş məbləğ Maraqlı şəxs BOKT ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin X4 Maraqlı şəxs BOKT ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ Maraqlı şəxs BOKT ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin X8 qaytarılması qət edilmişdir. Həmin mənzil “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatında 75000 manat, “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyi ilə 64000 manat, “X19” MMC-nin xx xxxxxx 2019-cu il tarixli təkrar ekspertiza rəyində isə 92000 manat məbləğində qiymətləndirilmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən müvafiq olaraq məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Apelyator hərracda satılması nəzərdə tutulan mənzilin bazar qiymətinin 150000 manat müəyyən edilməsini tələb etsə də, mənzilin həmin qiymətə olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə kifayət qədər mütəxəssis rəyləri alınmış, həmin rəylərdən ən yüksək qiymət olan 92000 manat mənzilin bazar qiyməti olaraq müəyyən edilmişdir. Yenidən təkrar mütəxəssis rəyi alınmasına zərurət yoxdur. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: X3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 36/2020 saylı qətnaməsi Kişfər Babayevaya münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Kişfər Babayevaya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4567/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4567/2020
06.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver