Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4569/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 10/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadından cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı4, İddiaçı1, X2, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (üçüncü şəxs Cavabdeh) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsi ilə verilsə də ümumiyyətlə imzalanmadığından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadından cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş həmin şikayətin geri qaytarılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4569/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4569/2022
07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver