Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4576/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili X6, Üçüncü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, X1 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsi və “xxxxxxxxx” ASCnin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri “qiymətləndirmənin nəticələrinin, hərracın yekunları barədə protokolların, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10, onun xüsusi mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binası, Füzuli rayonu Qarabağ kəndində yerləşən əmlak kompleksi, Məhərrəm Əliyevin xüsusi mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evi, “Yusif” xüsusi firmasının mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli qiymətləndirmənin nəticələrinin, dörd əmlakla bağlı xx.xx.2017-ci il, bir əmlakla bağlı xx.xx.2017-ci il tarixli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 35/05, 35/06, 35/07, 35/08, 41/04 saylı protokolların, dörd əmlakla bağlı xx.xx.2017-ci il, bir əmlakla bağlı xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin və onların əsasında “xxxxxxxxx” ASC-nin adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evinə verilmiş RX seriyalı ******* nömrəli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evinə verilmiş RX seriyalı ******* nömrəli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binasına verilmiş RX seriyalı ******* nömrəli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binasına verilmiş RX seriyalı ******* nömrəli, Füzuli rayonu Qarabağ kəndində yerləşən əmlak kompleksinə verilmiş RX seriyalı ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı İcra şöbəsi tərəfindən verilmiş sifarişlər əsasında Cavabdeh tərəfindən əmlakın real bazar dəyəri müəyyən edilməklə hərraca çıxarmalı olduğu halda, xx.xx.2015-ci il tarixdə real bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı olan ilkin satış qiyməti qoyularaq hərraca çıxarılmış, 1 il 6 aydan sonra, yəni 2017-ci ilin iyun ayında əmlakla bağlı 40% aşağı qiymətlə hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 35/05, 35/06, 35/07, 35/08, 41/04 saylı protokollar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin təqdim etdiyi “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qiymətləndirmə hesabatlarında həmin əşyaların real bazar dəyərinin nə qədər olması aydın görünür. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş əşyalara baxış keçirilərək, xx.xx.2018-ci il tarixdə hesabatlar tərtib olunmuş və təkrar qiymətləndirmə zamanı ilkin qiymətləndirmədən fərqli rəqəmlər təqdim etmişdir. Bu hal onu sübut edir ki, əmlakın ilkin qiymətinin müəyyən edilməsi üçün sifariş verilərkən MMC tərəfindən əmlaklara real bazar qiymətindən aşağı qiymət qoyulmuşdur. Məhkəmə tərəfindən iş üzrə iki dəfə qiymətləndirilmə ekspertizası keçirilmiş və məhkəmə, qətnaməsində hər iki qiymətləndirici tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə əməl edildiyini qeyd etmişdir. Lakin rəylərdə əmlakın qiymətləndirilməsinə formal yanaşılmış, onlarda şablon müddəalar əks olunmuş, qiymətləndirilən əmlak sözlə təsvir olunmamış, şəkilləri çəkilməmiş, müqayisəli tədqiqat aparılmamış, hesablama qaydası göstərilməmişdir. 7 səhifəlik rəyin 3-cü hissəsindəki cədvəldə əmlakın ümumi məlumatları qeyd olunmuşdur. Rəydə əmlaklara nə vaxt baxış keçirildiyi haqda məlumat da mövcud deyil. Bu isə onu düşünməyə əsas verir ki, mütəxəssis tərəfindən əmlaka baxış keçirilməmiş, baxış keçirildiyini fərz etsək belə, rəy yalnız sənədlərdə qeyd olunan ümumi məlumatlar köçürülməklə tərtib olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı verilmiş əsassız rəylərlə razı olmadığından qanuni qətnamə qəbul edilməsi üçün təkrarən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməsi barədə vəsatət versə də, məhkəmə tərəfindən əsaslı xahişi təmin edilməmişdir. Məhkəmə, qətnaməsində hərracın keçirilməsi ilə bağlı qanunun tələblərinin pozulmadığını qeyd etdiyindən həmin tələbdən doğan alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız sayılması üçün əsasların mövcud olmadığı qənaətinə gəlmişdir. Əslində isə hərracın keçirilməsi ilə bağlı qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx’'nin tərtib etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 və 23 saylı fərdi yaşayış evləri, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış sahələri ilə bağlı açıq hərracın keçirilməsinə dair 01 nömrəli xx.xx.2015-ci il tarixli bildirişdə hərracda iştirak üçün behin ödənilməsi müddəti göstərilməmişdir. İlk hərracın xx.xx.2015-ci il tarixə təyin edilməsinə, birinci bildirişin xx.xx.2015-ci ildə tərtib olunmasına baxmayaraq, qanunun müddətlə bağlı və ikinci elan verilməsi ilə bağlı tələbləri pozulmuş, poçt qəbzlərinə əsasən məktublar faktiki olaraq xx.xx.2015-ci il tarixdən göndərilmiş, nıəktublardakı ünvanlar düzgün göstərilməmiş, guya çatdırılan məktublarda kimin imza etməsi naməlum qalmışdır. Bundan başqa, ilk hərracın xx.xx.2015-ci il tarixə təyin edilməsi və baş tutmaması barədə “Daşınar və Daşınmaz Əmlaklarin Satışı üzrə Hərrac Mərkəzi”dən məhkəməyə göndərilmiş qəzetdə verilmiş elanların qəzetin hansı tarixli tirajında verilməsi qeyri-müəyyəndir. Eyni zamanda, iş vərəqi 193, 198-199-da olan kserosurətlərdən görünür ki, əmlakın dəyərindən 15% çıxılmaqla xx.xx.2016-cı il tarixə təyin edilmiş ikinci hərracla bağlı adı məlum olmayan qəzetdə elan verilsə də qəzetin hansı tarixdə nəşr olunduğu məlum deyil. Həmin qəzetlərin kserosurətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 və 23 saylı fərdi yaşayış evləri və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanındakı qeyri yaşayış sahəsi ilə bağlı ilkin hərracın baş tutmadığı barədə elan verilsə də, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış sahəsi ilə bağlı ilkin hərracın baş tutmadığı barədə elan verilməmişdir. İkinci hərracın xx.xx.2016cı il tarixə təyin edilməsinə, bununla bağlı birinci bildirişin xx.xx.2015-ci il, ikinci bildirişin isə xx.xx.2016-cı il tarixdə tərtib olunmasına baxmayaraq, qanunun müddətlə bağlı və ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsinə dair tələblər pozularaq bildirişdə adları qeyd olunan şəxslərdən yalnız Rəsmiyyə Sadıqovaya məktub poçta verilmişdir. Bildirişlərdə göstərilən digər şəxslərə isə ümumiyyətlə məktub göndərilməmişdir. Füzuli rayonu, Qarabağ kəndində yerləşən əmlak kompleksi ilə bağlı açıq hərracın keçirilməsinə dair 01 nömrəli, xx.xx.2017-ci il tarixli bildirişdə də hərracda iştirak üçün behin ödənilməsi müddəti göstərilməmişdir. Həmin əmlak kompleksi ilə bağlı ilk hərracın xx.xx.2017-ci il tarixə təyin edilməsinə, birinci bildirişin xx.xx.2017-ci ildə tərtib olunmasına baxmayaraq, qanunun müddətlə bağlı və ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsinə dair tələblər pozulmuşdur. Belə ki, bildirişdə İddiaçı ünvanı səhv qeyd olunmuş, adları qeyd olunan şəxslərə məktub göndərilməmişdir. xx.xx.2017-ci il tarixli ikinci bildirişdə İddiaçı ünvanı göstərilməmiş, bildirişdə adları göstərilənlərdən yalnız Rəsmiyyə Sadıqovaya iki məktub ünvanlanmışdır. İkinci hərracın xx.xx.2017-ci il tarixə təyin edilməsinə, bununla bağlı bildirişin xx.xx.2017-ci ildə tərtib olunmasına baxmayaraq, qanunun müddətlə bağlı və ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsinə dair tələblər pozularaq bildirişdə Nərman Əliyevin ünvanı göstərilməmiş, buna baxmayaraq, adları qeyd olunan şəxslərə çatdırılması adı ilə məktublar poçta verilmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, hərrac zamanı “İpoteka haqqında’' Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hərracın keçirilmə qaydaları pozulmuşdur. Beləliklə, iş materialları ilə təsdiq olunan hallarından görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirirş iddiaçıya çatdırılmamışdır. X11 rayonu, Aybasanlı kəndində qeydiyyatda olmasına baxmayaraq, bildirişdə onun ünvanı düzgün qeyd olunmamış, xəbərnamədəki imza ona məxsus deyildir. İş vərəqi 184-də olan xəbərnamədə bildirişin “Mənsimov X” adlı şəxsə verilməsi qeyd olunsa da, həmin şəxsin kim olması aydın deyil. Bu imzanın kimə məxsus olması, soyadı, adı, atasının adı və Nərman Əliyev ilə hansı münasibətdə olması qeyd edilməmişdir. Göstərilənlərlə əlaqədar hesab edir ki, iddiaçının hərracda iştirak etmək imkanı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Üçüncü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi isə şikayətə etiraz edərək, rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(064)-24/2015 saylı qətnaməsi ilə, cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2011-ci il tarixl, K0464 saylı müqavilə üzrə 5.000.000 manat əsas, 309.575,28 manat faiz borcu, 200.000 manat cərimə faizi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 226,90 manat dövlət rüsumu olmaqla, cəmi 5.509.832,18 manat pulun iddiaçı “xxxxxxxxx”ASC-nin xeyrinə tutulması, tutmanın “xxxxxxxxx”ASC-nin xeyrinə xx.xx.2011-ci il tarixli, İ0206 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Nərman Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binasına, xeyrinə xx.xx.2011-ci il tarixli, İ0207 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş “Yusif” xüsusi firmasının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binasına, xx.xx.2012-ci il tarixli, İ0250 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Rəsmiyyə Sadıqovanın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1396b saylı bağ evinə, xx.xx.2012-ci il tarixli, İ0264 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Nərman Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllə, 23 saylı fərdi yaşayış evinə, xx.xx.2012-ci il tarixli İ0265 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Məhərrəm Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllə, 21 saylı fərdi yaşayış evinə, xx.xx.2012-ci il tarixli, İ0283 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Nərman Əliyevin mülkiyyətində olan Füzuli rayonu, Qarabağ kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, göstərilən ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Sabunçu rayon İcra şöbəsinin 19389-6674/13 saylı, xx.xx.2015-ci il tarixli sifariş mətubuna əsasən, Nərman Əliyevin mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binası, Məhərrəm Əliyevin xüsusi mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evi və “Yusif” xüsusi firmasının mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binasının qiymətləndirilməsi Cavabdeh-dən xahiş olunmuşdur. Qiymətləndirici ekspert tərəfindən xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evi 580.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evi 560.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binası 1.120.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binası isə 750.000 manat məbləğində qiymətləndirilmiş və həmin əşyaların hərrac vasitəsi ilə satılması üçün toplanmış materiallar Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nə göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” tərəfindən qiymətləndirici tərəfindən müəyyən edilmiş məbləğlərə müvafiq olaraq ilkin satış qiymətləri müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşyalarla bağlı hərracın keçirilmə tarixi xx.xx.2015-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Elanlar” qəzetində elan yerləşdirilmişdir. Satılmalı olan həmin əşyaların ilkin satış qiyməti 15% aşağı müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2016-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Elanlar” qəzetində elan yerləşdirilmişdir. Qeyd olunanlar barədə Nərman Əliyevin və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli bildirişlər göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nin 01/1687 nömrəli, xx.xx.2017-ci il tarixli məlumatına əsasən, Sabunçu rayon İcra şöbəsinin 27910- 6674/13 saylı, xx.xx.2015-ci il tarixli sifarişinə əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binası və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binasının satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış və təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017ci il tarixli nömrəsində dərc edilmişdir. Məktuba əsasən, “İpoteka haqqında” Qanunun 43cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqqında kütləvi infirmasiya vasitəsilə məlumat verilmişdir. xahiş olunur ki, ipoteka saxlayan (“xxxxxxxx” ASC) ipoteka predmeti haqqında qəbul etdiyi qərarla hərrac təkilatını tanış etsin. xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokollara və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrə əsasən, “xxxxxxxx” ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evini 369.750 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evini 357.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binasını 714.000 manat və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binasını 478.125 manat qiymətlə əldə etmiş və həmin daşınmaz əşyalar DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışlara əsasən, onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Füzuli rayon İcra şöbəsinin 1588 saylı, xx.xx.2015-ci il tarixli tarixli sifariş məktubuna əsasən, Nərman Əliyevin mülkiyyətindəki Füzuli rayonu, Qarabağ kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin qiymətləndirilməsi Cavabdeh-dən xahiş olunmuşdur. Qiymətləndirici ekspert tərəfindən xx.xx.2015-ci il tarixdə həmin əmlak 6.000.000 manat məbləğində qiymətləndirilmiş və açıq hərracda satılması üçün hərracın keçirilməsinə dair sənədlər xx.xx.2015-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nə göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” tərəfindən ilkin satış qiyməti 6.000.000 manat müəyyən olunmaqla, həmin komplekslə bağlı hərracın keçirilmə tarixi xx.xx.2017-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Birja Yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Əmlakın ilkin satış qiyməti 6.000.000- 15%=5.100.000 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2017-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Birja Yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Qeyd olunanlar barədə Nərman Əliyevin və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlər göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nin 01/2059 nömrəli, xx.xx.2017-ci il tarixli məlumatına əsasən, Füzuli rayon İcra şöbəsinin 700 saylı, xx.xx.2017-ci tarixli sifarişinə əsasən ipoteka ilə yüklənmiş Füzuli rayonu, Qarabağ kəndində yerləşən əmlak kompleksinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış və təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində dərc edilmişdir. Məktuba əsasən, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqqında kütləvi infirmasiya vasitəsilə məlumat verilmişdir. xahiş olunur ki, ipoteka saxlayan (“xxxxxxxx” ASC) ipoteka predmeti haqqında qəbul etdiyi qərarla hərrac təkilatını tanış etsin. xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən, Füzuli rayonu, Qarabağ kəndində yerləşən əmlak kompleksini “xxxxxxxx” ASC 3.825.000 manat qiymətlə əldə etmiş və əmlak xx.xx.2017-ci il tarixdə DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışa əsasən, onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Hazırda iddiaçı, hərraca çıxarılmış daşınmaz əşyaların real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını, həmçinin, hərrac barədə məlumatının olmadığını və bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini bildirərək, ipoteka predmetlərinin ilkin satış qiymətini və hərracın keçirilmə qaydasını mübahisələndirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, ipoteka predmetinin qiymətləndirilməsi, hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Baxılan işdə ipoteka predmeti olan əşyaların ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmədiyindən, Sabunçu rayon İcra şöbəsi və Füzuli rayon İcra şöbəsi tərəfindən həmin əşyaların qiymətləndirilməsi Cavabdeh-dən xahiş olunmuş və MMC-nin eksperti tərəfindən qiymətləndirmə aparılaraq, xx.xx.2015-ci il tarixli hesabatla dəyərləri yuxarıda qeyd olunduğu kimi müəyyən edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının vəsatəti əsasında iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuş, Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hesabatlara əsasən, Füzuli rayonu, Qarabağ kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin dəyəri 6.050.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binasının dəyəri 1.150.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binasının dəyəri 770.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evinin dəyəri 600.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evinin dəyəri isə 590.000 manat müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçı, bu rəylə də razılaşmayaraq, təkrar məhkəmə ekspertizanın keçirilməsini xahiş etmiş və məhkəmə tərəfindən təyin olunmuş təkrar qiymətləndirilmə ekspertizası üzrə “xxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəylərinə əsasən, xx.xx.2015-ci il tarixə Füzuli rayonu, Qarabağ kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin real bazar qiyməti 6.080.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 3D ünvanında yerləşən qeyri yaşayış binasının real bazar qiyməti 1.140.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 5B ünvanında yerləşən qeyri yaşayış binasının real bazar qiyməti 765.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 23 saylı fərdi yaşayış evinin real bazar qiyməti 595.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4096-cı məhəllədə yerləşən 21 saylı fərdi yaşayış evinin isə real bazar qiyməti 575.000 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi Cavabdeh-nin xx.xx.2015-ci il tarixli hesabatlarını iş üzrə keçirilmiş ekspert rəyləri ilə müqayisəli şəkildə təhlil edərək, bu qənaətə gəlir ki, həmin hesabatlarda əks olunmuş qiymətlər qeyd olunan dövr üzrə real bazar qiymətlərinə uyğundur. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Eyni zamanda, adı çəkilən Qanunun 42.1-ci maddəsinin xx.xx.2018-ci il tarixli dəyişikliyə qədər olan redaksiyasına görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, iddianın “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. Əksinə, işdə olan poçt sənədlərinə əsasən müəyyən olunur ki, təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçının iş materiallarında olan rəsmi ünvanına göndərilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Göründüyü kimi, ipoteka predmetinin həm qiymətləndirilməsi, həm də hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, həmin hərracın yekunları üzrə bağlanmış əmlakın alqı-satqısı barədə müqavilələr və onlar əsasında “xxxxxxxx” ASC-yə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar da etibarlı hesab olunur. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-22/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4576/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4576/2020
03.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver