Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-458/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə, üçüncü şəxslər Maraqlı şəxs və "xxxx" ASC-yə qarşı "qiymətləndirmənin ləğvi və hərracın dayandırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-994/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil hərraca çıxarılması üçün Cavabdeh1 MMC tərəfindən 75.000 manata qiymətləndirilmişdir. İddiaçı həmin məbləğlə razı olmadığından hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hərrac mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə hərrac keçirilmiş və mübahisəli mənzil tələbkar "xxxx" ASC tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "X17" MMC-yə, üçüncü şəxslər Maraqlı şəxs və "xxxx" ASCyə qarşı "qiymətləndirmənin ləğvi və hərracın dayandırılması tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin ləğv edilməsi və "xxxx" MMC tərəfindən keçirilən hərracın dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “X9” MMC-nin təsisçisi və direktoru Maraqlı şəxs sement torbalarının xarici ölkələrdən gətirilməsi ilə məşğul olurdu. Sement kisələrinin gətirilməsi Türkiyə Respublikasında yerləşən müvafiq bank vasitəsilə həyata keçirildi. Sahibkarlıq fəaliyyətini genişləndirmək üçün onun tərəfindən birinci dəfə 80.000 manat kredit götürülmüş və tam şəkildə ödənilmişdir. İkinci dəfə "xxxx"dan 70.000 manat kredit götürülmüşdür. Göstərilən bu fəaliyyət zamanı keçdikdə iflasa uğramışdır. Ona görə də banka indiyə kimi kredit borcu ödənilməmişdir. Yuxarıda qeyd olunan kredit müqavilələri Bakı şəhəri, Nizami rayonu C.Naxçıvənski küçəsi ev 65 A, mənzil 33 və 2.Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 4085-ci məhəllə, ev 1, mənzil 30 girov qoyulmaqla rəsmiləşdirilmişdir. Bakıxanov qəsəbəsində yerləşən mənzil "xxxx"ın təkidi ilə qiymətləndirmə aparılarkən bazar qiymətindən olduqca ucuz 51.000 manat qiymətləndirilmişdir. Halbuki, bu cür 3 otaqlı evlər hal-hazırda həmin ərazidə 100.000 manatdan yuxarı qiymətədir. Ona məxsus olan Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi, bina 65 A, mənzil 33 daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixi hesabata uyğun olaraq bazar dəyəri 80.000 manat dəyərindən olduqca aşağı qiymətləndirilmişdir. Daşınmaz əmlakla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361 /2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamədən kassasiya şikayəti verilməmişdir. Bütün bunlara baxmayaraq Sabunçu və Nizami rayon icra şöbəsinin icra məmurları icra sənədini icraya yönəldən zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı xx.xx.2013-cü il tarixli birinci dəfə icra edilmişdir. Yəni bu haqda ikinci dəfə “İcra haqqında” Qanunun tələbinə əsasən 9.1-ci, 9.2-ci, 9.3.4-cü maddələri icra məmurları tərəfindən kobudcasına pozulmuşdur. Mövcud qanunvericiliyə məhəl qoyulmadan, maddi maraqlar əsasında tamah məqsədlərini güdərək, qiymətləndirmə və hərrac keçirilməsinə nail olmuşlar. Belə bir sövdələşmə hadisəsindən bilavasitə Muğan Bank ASC-nin xəbəri və məlumatı olmuşdur. İndiyə kimi hər bir ödənməli olan borc barəsində məlumat gizlədilir. Yazılı olaraq məlumat verilmir. X15 əməkdaşı olan normativ aktların icra şöbəsinin müdiri Əhmədov Elmin qeyri-qanuni olaraq 38.000 manat pul tələb edir. Bu da borcdan olduqca çoxdur. Muğan Bank ASC-nin xeyrinə tutulması, tələbin banka ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzilinə və X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 4085-ci məhəllədə yerləşən 1 nömrəli evin, 30 saylı məznilinə yönəldilməsi, mənzillərin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən "xxxx" ASC-yə borcun ödənilməsi müəyyən edilmişdir. Göstərilən dövlət adından çıxarılan qətnaməyə əsasən hər iki mənzil üçün 73.986 manat borcu vardır. X5 məxsus mənzil hərrac vasitəsi ilə satılaraq 51.000 manat ASC-yə ödənilmişdir. Bununla yanaşı borcun ödənilməsinə dair 12% (Hərrac 5%, icra 7%, cəmi 12%) miqdarı nəzərə almaqla 6.400 manat ödənilmişdir. Beləliklə ümumi borc 73.986 manat olmuş, 51.000 manat ödənilmiş və 22.986 manat qalıq borc qalmışdır. Hazırda qalıq borc 22.986 manat olduğu halda, onlardan şifahi olaraq 38.000 manat pulun Muğan Bank tərəfindən tələb edilməsi, mövcud qanunvericiliyin pozulması deməkdir. Bakı Hərrac Mərkəzi MMCnin xx.xx.2021-ci il tarixli bildirişində bildirir ki, Nizami rayon icra şöbəsinin 64-10 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus əmlak Bakı Hərrac Mərkəzi MMC tərəfindən hərraca çıxarılmışdır. Hərraca çıxarılan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küç. ev 65 “A” mən.33. Hərracın satış qiyməti 75.000 manat təyin edilmişdir. Sonradan Nizami rayon icra şöbəsinə müraciət etmiş və iştirakı olmadan qiymətləndirmə aparılmış və onun nəticəsi barədə məlumat verilməmişdir. Yazdığı ərizədən sonra icra şöbəsi Cavabdeh1 MMC-nin mənzilin qiymətləndirmə rəyinin sürəti təqdim edilir. Onlardan xahiş etmişdir ki, həmin rəyi rəsmi qaydada təqdim etsinlər. Qiymətləndirmə şirkəti və sifarişçi olan icra şöbəsi tələbləri yerinə yetirmədi. Rəsmi sənədlərdən görünür ki, Nizami rayon icra şöbəsi qeyri-qanuni, icra vərəqəsi olmadan mənzilin qiymətləndirilməsinə sifariş vermiş və hərracın keçirilməsimə şərait yaratmışdır. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4361 /2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi qüvvəyə minmişdir. Bundan sonra Ali Məhkəməyə bildirilməli və yeni icra vərəqəsi almalı idi. İcra şöbəsi buna məhəl qoymadan yeni icra vərəqəsiz özbaşına qeyriqanuni hərəkət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-994/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzili ilə bağlı cavabdeh “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin ləğv edilməsi və həmin mənzilin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1 və 53.1-ci maddələri, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5, 7, 8-ci, Mülki Məcəllənin 6.2 və 425.1-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, üzrə müəyyən edilən halları tam, hərtərəfli araşdırıb, əldə olunmuş sübutlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilə bağlı cavabdeh “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin qanunun tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir. Ona görə də, iddia tələbi həmin hissədə qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi "X17" MMC tərəfindən keçirilən hərracın dayandırılması hissəsində təmin olunmamalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)- 104/2022 saylı məhkəmə qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsi təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, bina 65A, mənzil 33-ün üzərinə həbs qoyulmuş və həmin mənzilə dair cavabdeh "xxxx" MMC tərəfindən hərracın keçirilməsi qadağan edilmişdir. Qətnamədən üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus Bakı şəhəri, Nizamirayonu, C.Naxçıvani küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzilə bağlı Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin qanunun tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir. Lakin qeyd edilir ki, qeyd olunan ekspert rəyi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun keçirilmiş və ekspert tərəfindən tam, hərtətəfli və obyektiv araşdırma aparılması nəticəsində verilmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ekspertin rəyinin ləğv edilməsi və Hərarıc keçirilməsinin dayandırılması ilə "xxxx" ASC-nin hüquqları və qanuni mənafeləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Əmrahov üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs izahat verərək üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir.Kolleqiya hesab edir ki, tələblər bölünməz olduğundan və tələbin MTT (müvəqqəti təmin tədbiri) hissəsinə lazımi düzgün qiymət verilmədiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu:
5. məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. 7 . Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. 8 . Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
Mülki Məcəlləsi:
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri rədd edilmədir. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli, 2(011)-575/12 saylı qətnaməsi, ilə iddia təmin edilərək, 252 (G) saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi, xx.xx.2011- ci il tarixində bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka 126i (girov) müqaviləsinə və xx.xx.2010-cu il tarixli ipoteka 126 (İ) 1 (girov) müqaviləsinə əlavələrin ləğv edilməsi, "X10" MMC-nin direktoru Maraqlı şəxs 70000 manat əsas borc, 8716,68 manat faiz borcu və 20 manat dövlət rüsumu, cəmi 78.736,68 manatın "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilinə və X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəlllədə yerləşən 1 nömrəli evin, 30 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-yə borcun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi kredit müqaviləsi üzrə borcların Maraqlı şəxs tutulmasına dair hissədə ləğv edilməsi, kredit müqaviləsi üzrə borcların ödənilməsi "X11" MMC-nin üzərinə qoyulmaqla cəmi 73.986,67 manatın MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş İddiaçı məxsus Baı şəhəri, Nizami ray, C.Naxçıvanski küçəsi, ev 65 A, 33 saylı mənzilə və X5 məxsus Bakı şəhəri, Bakıxanov qəs, ev 1, 30 saylı mənzilə yönəldilməsi, mənzillərin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nə olan borcun ödənilməsi, mənzillər satıldıqdan sonra X3 Bakı şəhəri, Bakıxanov qəs, ev 1, 30 saylı mənzildən və İddiaçı Bakı şəhəri, Nizami rayonun, C.Naxçıvanski küçəsi 65A saylı evin 33 saylı mənzilindən ən gec 1 ay ərzində çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri, Nizami və Sabunçu rayon İcra şöbələrinə göndərilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin qəbul edildiyi məhkəmə iclasları onların iştirakı olmadan keçirildiyindən qətnamənin surətini aldıqdan sonra dərhal apellyasiya şikayəti vermişlər. Bakı şəhəri, Nizami rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev təqdimatla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin icraata qəbul edildiyini göstərib qətnamə ilə bağlı icra sənədi üzrə icra icraatının dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatı təmin edilib borclu Maraqlı şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayuti verdiyindən icra sənədi üzrə icra icraatının dayandırılması qərara alınmışdır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə cavabdeh-borclu Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən xx.xx.2013-cü il tarixdə verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılması üçün xx.xx.2013- cü il tarixə təyin edildiyi və məhkəmə iclası haqqında bildirişin surətinin Bakı şəhəri, Nizami rayon icra şöbəsinə təqdim edildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon İcra şöbəsi xx/xx-6326-6İ saylı xx.xx.2012-ci il tarixli məktubu ilə əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC-nə müraciət edib İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 “A” saylı evin 33-cü mənzilinin qiymətləndirilməsini xahiş etmişdir. "xxxx" MMC-nin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» xx.xx.2012-ci il tarixli 12-618 saylı hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33- cü mənzilinin ilkin qiyməti 60.000 manat qiymətləndirilmişdir. "xxxx" MMC-nin «Əmlakın qiymətləndirilməsi barədə» xx.xx.2012-ci il tarixli, 658 saylı ekspert rəyində İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 ''A” saylı evin 33-cü mənzilinin ilkin qiymətinin 60.000 manat təşkil etdiyi göstərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx/xx-6326-6İ saylı xx.xx.2012-ci il tarixli sifariş məktubu ilə "xxxx" MMC-nə müraciət olunub Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin real icrasının təmin edilməsi adı altında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 “A" saylı evin 33-cü mənzilinin 60.000 manat məbləğində hərrac vasitəsi ilə satılmasına sifariş verilmişdir. "xxxx" MMC-nin «Hərracın nəticələri barədə» xx.xx.2013-cü il tarixli, Y-15 saylı protokola görə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nizami rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli №xx/xx-7161 saylı sifariş məktubunun icrasına uyğun olaraq İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzilinin hərracda satılması nəticəsində «Muğandank” ASC qalib olmuşdur. Həmin protokola əsasən əmlakın ilkin satış qiyməti 60.000 manat, əmlakın hərracda satılmış son qiyməti 38.250 manat olmuşdur. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra vərəqəsinin, "xxxx" MMC-nin Y-15 saylı, xx.xx.2013-cü il tarixli hərracın yekun protokolu əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzil "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-238/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs, X7 və İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" ASC, üçüııcii şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «əmlakın qiymətləndirilməsi barədə ekspert rəylərinin, daşınmaz əmlaklara dair keçirilmiş hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi və həmin əmlaklara dair verilmiş reyestrdən çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-238/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbləri təmin edilərək, "xxxx" MMC-nin qiymətləndiriçi eksperti R.Əmrahovun İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilinin qiymətləndirilməsi barədə xx.xx.2012-ci il tarixli, 12-618 saylı ekspert rəyi və "xxxx" MMC-nin qiymətiəndirici eksperti İ.X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinin qiymətləndirilməsi barədə xx.xx.2012-ci il tarixli, 658/1 saylı ekspert rəyinin etibarsız hesab edilməsi, Hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2013-cü il tarixli, Y-15 saylı protokola əsasən İddiaçı Nadır qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilinə dair "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanmış protokol və hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2013-cü il tarixli. 10/02 saylı protokola əsasən X5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən i saylı evin 30-cu mənzilinə dair "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanmış protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2013-cü ii tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33 -cü mənzilinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinə dair "xxxx" ASC-nin adına verilmiş çıxarışlar etibarsız hesab edilməsi qət edilmişdir. “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin surətindən görünür ki, AR Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı,xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 65”A”, 33 saylı mənzilin bazar qiyməti 75.000 manat müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, borclu İddiaçı məxsus dəyəri 75.000 manat olan Bakı şəhəri, Nizami rayonu, C Naxçıvanski küçəsi, ev 65 a, 33 mənzilinin hərracda satılması barədə sifariş icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarından görünür ki, hərraca çıxarılan borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 65”A”, mən.33 saylı əmlakın hərracda satış qiyməti 75.000 manat təyin edilmişdir. İddiaçı Nizami rayon icra Şöbəsi tərəfindən qeyriqanuni, icra vərəqəsi olmadan mənzilin qiymətləndirilməsinə sifariş verildiyini və hərracın keçirilməsinə şərait yaratmasını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilə bağlı cavabdeh “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin qanunun tələbləri pozulmaqla verildiyi müəyyən edilməsinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində əksini tapan qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş gəldiyi nəticəsini, yəni, mübahisəli mənzilə bağlı cavabdeh “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin qanunun tələblərinin pozulmasının konkret nədə ifadə olunması və nədər ibarət olmasını açıqlamamışdır. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının özünün adına verilmiş Əmlak Ekspert Mərkəzinin xx.xx.2021-ci il tarixli «daşınmaz əmlakın qiymətləndirilməsi barədə» hesabatından görünür ki, İddiaçı məxsus əmlak olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi,. ev 65 “A” mən.33. bazar qiyməti 80.000 manat, likvid dəyəri isə 76.000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmetlərinin satışının likvid qiymətlə həyata keçirilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçının mübahisələndirdiyi mənzilinin satış qiymətinin 75.000 manat müəyyən edilməsinə dair “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nümrəli ekspert rəyi ilə özünün təqdim etdiyi mənzilinin satış qiymətinin 76.000 manat təşkil etməsi barədə Əmlak Ekspert Mərkəzinin xx.xx.2021-ci il tarixli «daşınmaz əmlakın qiymətləndirilməs barədə» hesabat arasında ciddi və əhəmiyyətli fərq olmadığından iddiaçının qaldırdığı iddia əsassız olmasından əlavə, əhəmiyyətsizdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin "X17" MMC tərəfindən keçirilən hərracın dayandırılması hissəsində təmin olunmamasını Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)- 104/2022 saylı məhkəmə qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsinin təmin edilməsinə və bununla da iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamasına dair Azərbaycan Respublikası MPM-nin 162.4-cü maddəsinə istinad etsə də, işin materiallarından görünür ki, iddiaçı mənzilinin 75.000 manat məbləğində qiymətləndirilməsini mübahisələndirsə də, müəyyən edilmişdir ki, artıq AR Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı,xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 65”A”, 33 saylı mənzilin bazar qiyməti 75.000 manat müəyyən edilməsinə dair “Sərraf-M" MMC-nin xx.xx.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyi nəzərə alınmaqla hərrac həyata keçirilmiş 595/21saylı, xx.xx.2022-ci il tarixli hərracın yekun protokolu əsasında sözügedən mənzil 47812,50 manata satılmaqla "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Beləliklə də, iş birinci instansiya məhkəməsinin icraatında olan dövrdə mübahisəli mənzillə bağlı hərrac həyata keçirilərək hərracın yekun protokolu qəbul edildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-104/2022 saylı məhkəmə qərardadı öz əhəmiyyətini itirmiş və hüquqi qüvvəyə malik deyildir. Birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmiş və lazımı hüquqi qiymət verməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosssual normalarının düzgün tətbiq edilmədyi üçün ləğv edilməli, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-994/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbləri təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov