Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4582/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-952/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 (009)-630/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icraata xitam verilməsi qərarının icra edilməməsi ilə əlaqədar əmlakından istifadə edə bilmədiyinə görə ona dəymiş 291.840 manat maddi və 10.000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-952/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə geri qaytarılması, iddiaçının həmin ərizə ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. İddiaçı 29 mart 2021-ci il tarixdə məhkəməyə şikayət təqdim edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-952/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-952/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin qəbul edilməsi məsələsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 (009)-630/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icraata xitam verilməsi qərarının icra edilməməsi ilə əlaqədar əmlakından istifadə edə bilmədiyinə görə ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. Birinci instasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsinə və Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na istinad edərək iddianın yolverilməzliyinə görə iddianın qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Baş Dövlət Yol Polisi inzibati orqandır. Lakin “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmçinin, həmin qanunun 3.2.2-ci maddəsinə əsasən Bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 (009)-630/2017 saylı, 02 noyabr 2017-ci il tarixli inzibati xəta üzrə icraata xitam verilməsi qərarının icra edilməməsi ilə əlaqədar əmlakından istifadə edə bilmədiyinə görə ona maddi və mənəvi ziyanın ödənilməsi tələbidir. Beləliklə, müəyyən olunmuşdur ki, hazırkı tələb inzibati orqanın inzibati xəta üzrə fəaliyyətindən yaranan münasibətlər üzrə mübahisədən irəli gəlmişdir. Həmçinin,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə inzibati mübahisə qiymət verməkdə, beləliklə də, iddianın yolverilməzliyinə görə iddianın qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq Kollegiya hesab edir ki, şikayət təmin edilməli və iddia ərizəsinin mülki mübahisə olaraq icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(009)-952/21 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4582/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4582/2021
29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver