Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4590/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-541/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4.802 manat məbləğində dəymiş ziyan, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.832 manat 80 qəpik pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-541/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 102 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin halları ondan ibarətdir ki, İddiaçı nümayəndələri tərəfindən 2016-2019-cu il tarixlərdə cavabdehin yaşadığı ünvana baxış keçirilərkən evinin yanından keçən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. Aşkar olunmuş faktlarla bağlı Birliyin nümayəndələrinin iştirakı ilə aktlar tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Həmin aktlar əsasında itirlmiş təbii qazın dəyərinin bərpası üçün 4802,80 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə iddia tələbinin təmin edilməsi barədə qətnamədə Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsi faktının öz təsdiqini tapmadığını əsas götürmüşdür. Məhkəmə iddiaçı tərəfdən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyib-ödəmədiyini araşdırmamış, təqdim edilmiş fotoşəkillərə müansibət bildirməmişdir. 1-ci və apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırsaydı onda məlum olardı ki, aktların yazıldığı 2016-2019-cu il tarixlərdə Cavabdeh tərəfindən 1 manat da olsun ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, məhkəməyə yazılı izahat təqdim etmişdir. Həmin mövqe ilə razıyıq və əlavə olaraq qeyd edir ki, cavabdeh 2013-cü ildə 100 kub. metrə görə 10 manat ödəyib. Həmin vaxtdan bəri heç bir ödəniş etməyib. Əgər sayğac olsaydı, qənaətlə istifadə edəcəkdi, lakin sayğac yoxdu deyə necə gəldi qazdan istifadə edib. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, qaz xəttinə heç vaxt qanunsuz qoşulmamışdır. Həmişə qaz pulunu ödəmişdir. 2016-cı ildən pul ödəməmişdir. Çünki, kartı yox idi. Karta pul yükləyə bilmirdi. Onun bir otaqlı evində kombi də yoxdu, ancaq dördgözlü qaz pilətəsi vardır. Necə həmin məbləğdə qaz işlədə bilər? Tələb olunan məbləğdən ancaq 1500 manat ödəyə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın tam rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün cavab verilməsi zəruri olan sual ünvan 1 ünvanını təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə hallarına yol verilib-verilməməsi ilə bağlıdır. Məhkəmə fiziki-texniki ekspertizasının təyin edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli 2(006)-5272/2019 saylı qərardad qəbul edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 25380 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanını təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. ünvan 2 ünvanını təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməyinə görə, təbii qaz sərfiyyatının hesablanmasına dair sual üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən ünvan 1 ünvanını təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə hallarına yol verilməmişdir, qaz xəttində (boruda) qaynaq yeri, əlavə qoşulmalar yoxdur. Məhkəmə iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. Belə olan halda, iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), bu hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da iddianın tam rədd etməklə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Əvvəla, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı (qaz xəttinə sayğacdan kənar qoşulduğuna görə 4533.20 manat, əvvəldən qalan borca görə isə 269.50 manat) cavabdehdən zərərin əvəzinə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırki, iş üzrə cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi ilə məsuliyyəti yaranması üçün iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməli və buna uyğun iddiaçıya vurulmuş zərərin əvəzi hesablanaraq tələb edilməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə xx xxxxxx 2016cı il tarixdən xx xxxx 2019-cu il tarixədək olan dövrlərdə iddiaçı Birliyin əməkdaşları tərəfindən müxtəlif dövrlərdə qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmaya görə aktlar tərtib edilib və həmin aktlar əsasında vurulmuş zərər hesablansa da birincisi sayğacdan kənar qanunsuz qoşulma iş üzrə keçirilmiş mühəndis-texniki ekspertizanın rəyi ilə təkzib edilmişdir. İkincisi, qaz xəttindən sayğacdan kənar istifadə olunsa belə vurulmuş zərərin qeyd olunan dövrdə tələb edilən məbləğdə olması ağlabatan deyildir. Çünki, zərərin bu cür hesablanması hər hansı bir normativ hüquqi akta əsaslanmamış, eləcə də cavabdehin mənzildə həmin dövrdə bu həcmdə qazdan istifadə etməsi inandırıcı deyildir. Buna baxmayaraq, apellyasiya baxışı zamanı Cavabdeh ərizə təqdim edərək, 2016-2019cu illərdə təbii qazdan istifadəyə görə 1500 manat ödəyə biləcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən miqdarda zərərin vurulması mötəbər sübutlarla təsdiqini tapmasa da cavabdehin 2016-2019-cu illərdə qazdan istifadə etsə də pulunu ödəməməsi təsdiq olunduğundan iddianı qismən etiraf etməsi nəzərə alınmalı və iddia tələbi həmin həcmdə təmin olunmalıdır. Belə ki, cavabdehin iddianı qeyd olunan həcmdə, yəni qismən etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-541/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 541/2020 nömrəli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat alınaraq İddiaçınə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 102(yüz iki) manat İddiaçındən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4590/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4590/2020
08.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver