Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4594/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Firuddin qızının Cavabdeh qarşı girov qoyulmuş 250 qram qızıl-zinət əşyalarının tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 859/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Firuddin qızı Cavabdeh qarşı borc müqaviləsi üzrə 7000 manat pulu ödəyəndən sonra girov qoyulmuş 250 qram qızıl-zinət əşyalarının tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ilin axırlarında ailəsinin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq ona və ailəsinə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymaqla pul götürüb, problemlərini həll etməyə çalışmışdır. O, Nizami rayonunda Neftçilər metrostansiyasının çıxacağında lombarda və Nəsimi rayonunda H.Əliyev adına sarayın yanındakı lombarda müxtəlif vaxtlarda, yəni 2013-cü ilin ortalarından başlayaraq, qızıl-zinət əşyalarını girov qoyub, pul götürürdü. Götürmüş olduğu kreditin faizini hər ay 8-10 olmaqla qaytarırdı. İddiaçının maddi vəziyyəti getdikcə çətinləşirdi. İngilis dili tədris etdiyi məkanda Zəhra Paşayeva adlı qadın onun vəziyyəti ilə tanış olaraq məsləhət gördü ki, qızıllarını lombarddan götürüb, onun tanışı olan “İradə” adlı qadının yanına girov qoyub, pul götürsün. O, bildirdi ki, İradə götürmüş olduğu qızıllarının müqabilində lombarda nisbətən aşağı faiz alacaq. Zəhra iddiaçını Cavabdeh ilə tanış etdi. İddiaşə İradə ilə danışıb, razılığa gəldi. İddiaçı Cavabdeh bildirdi ki, maddi vəziyyətinin pis olduğundan lombarddan kredit kimi götürdüyü pulları qaytara bilməyəcək. İradə söz verdi ki, qızıl-zinət əşyalarına görə lombardlardan aldığı kreditləri o, özü qaytaracaq və həmin qızl-zinət əşyalarını özündə saxlayıb, əvəzində iddiaçıdan hər ay aşağı faizlə ödəniş alacaq. O, həmçinin bildirmişdir ki, gecikmələrə görə iddiaçıdan əlavə pul istəməyəcək. 2014-cü ilin əvvəllərində onlar Cavabdeh ilə birlikdə əvvəlcə Nəsimi rayonundakı lombarda getdilər. Cavabdeh iddiaçının lombardlara olan borclarının bir hissəsini ödəyərək (özündə olan pula uyğun), girov kimi qoymuş olduğu qızıl-zinət əşyalarının bir qismini lombarddan götürmüşdür. Qızıl-zinət əşyalarının bir hissəsi lombardda qalmışdır. Həmin vaxtdan başlayaraq iddiaçı Cavabdeh hər ay 300-400 manat faiz ödəyirdi. Bəzən olurdu ki, iddiaçı faizi vaxtında ödəyə bilmirdi. Belə olan vaxtlarda Cavabdeh ona deyirdi ki, iddiaçının onda olan qızıllarını satıb, faizlərin əvəzinə götürməklə əvəzləşmə aparıb. İddiaçı ona əvvəllər belə danışmadıqlarını bildirib ona etiraz edəndə, o, Gürcüstanlı olduğunu bildirərək, Respublika Prokurorluğunda yüksək vəzifədə işləyən yerlisinin adından iddiaçıya hədəqorxu gəlirdi. Cavabdeh iddiaçının pulları vaxtında verməyəcəyi tədqirdə onun övladlarına pislik etdirəcəyini bildirirdi. 2015-ci ilin əvvəllərindən Azərbaycan manatının dollara olan məzənnəsində əsaslı dəyişikliklər baş verdikdən sonra iddiaçı lombardlara və Cavabdeh faizləri və borcu ödəməyə çətinlik çəkməyə başladı. Cavabdeh iddiaçının ödəmə qabiliyyətinin aşağı olduğunu görüb, yenidən iddiaçıya təklif etdi ki, lombardlarda qalan qızılları götürək və özünü iddiaçının qayğısına qalan kimi göstərərək etibarından suiistifadə edərək iddiaçını bir daha aldatdı. Cavabdeh həmçinin iddiaçının düşdüyü çətin vəziyyətdən məharətlə istifadə edərək, ona qarşı bir daha dələduzluq etdi və iddiaçının lombardda olan qızıl-zinət əşyalarını mənimsədi. Cavabdeh iddiaçının qızıl-zinət əşyalarını mənimsədikdən sonra onda olan qızıllarını hissə-hissə faizlərin əvəzinə mənimsəməyə başladı. İddiaçı hər dəfə ona hərdən gecikmələrdə də olsa faiz və pulun özünü ödəyirdi. O, faiz gecikmələrinə görə iddiaçını yüksək vəzifədə olan yerlisi ilə qorxuzub, şantaj edərək susmağa məcbur edirdi. İddiaçının hal-hazırda Cavabdeh təxminən 250 qram qızılzinət əşyaları qalmışdır. 30 sentyabr 2016-cı il tarixdə Cavabdeh iddiaçını hədələyərək, şantaj edərək guya 7000 manat faiz borcunun yarandığını və həmin məbləğin təcili verməyini tələb etdi. İddiaçı ondan xahiş etdi ki, onda olan qızıllarını qaytarsın, iddiaçı da qızılları satıb onun faizini versin. Ancaq o, qızılları qaytarmadı və iddiaçını məcbur etdi ki, onunla evinin yanındakı notariusa gedib borc müqaviləsi bağlasın. Bundan sonra onlar 7000 manatlıq borc müqaviləsi bağladılar və Cavabdeh onun qızıl əşyalarını qaytarmaqdan tamamilə imtina etdi. Cavabdeh hərəkətləri, onun iddiaçı kimi pis vəziyyətdə olan vətəndaşları aldadaraq, onlara dələduzluq cinayətləri etməsi barədə onun yaşadığı ərazi polis bölməsində, yəni 19-cu PB-də çoxlu materiallar olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-859/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işə birtərəfli baxdığını, təqdim etdiyi sübutlara qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadığını, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlmədiklərindən, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün heasb etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli, 2(102)-592/2020 saylı qərarında göstərilmişdir: “ ... İddiaçı Cavabdeh İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı 6500 manat əsas borcun, hüquqi xidmət üçün ödənilmiş 700 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7230 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı yaranmış borca görə 6500 manat və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2060/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10369/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 ifadəsində göstərmiş ki, o, özü də qızıllarını verərək Cavabdeh borc pul almışdır. Sonradan Cavabdeh ona qızıllarını qaytarmaqdan imtina etdikdə polisə müraciət etmiş və qızılların verilməsini təsdiq edən kamera görüntüləri olduğuna görə, qızılların ona qaytarılması təmin edilmişdir. İddiaçı Firuddin qızının Cavabdeh qızıl verməsinin şahidi olmayıb, amma dəqiq bilir ki, Cavabdeh qızıl girov saxlamaqla faizlə pul verməklə məşğuldur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində göstərmişdir ki, o, bilir ki, İddiaçı Firuddin qızının Cavabdeh borcu olub və bir neçə dəfə iddiaçının cavabdehə pul verməsinin şahidi olub. Qızılların Cavabdeh verilməsini dəqiq görməsini deyə bilməz, lakin bu xüsusatın olduğunu düşünür. Belə ki, onun öz həyat yoldaşı da Cavabdeh qolbağını verərək borc pul götürmüşdür. Hazırda iddianın predmeti qızıl-zinət əşyaları təşkil edir və İddiaçının iddiasına görə, onun tərəfindən cavabdehə lombarda qoyulması məqsədilə qızıl-zinət əşyaları verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinyət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, o, sadaladığı qızıl-zinyət əşyalarının cavabdehdə olduğunu biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə və şahid ifadələrinə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-859/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4594/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4594/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver