Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4597/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi X3, İddiaçı2 oğlunun, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, digər 3-cü şəxs X18 nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1067/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1680/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və X24 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3482/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qətnamədə aşağıdakılar öz əksini tapmışdır: 2.1. Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı əsasında X6 Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında axırıncının adına 0590/21 saylı order verilmişdir. 2.2. “Coşqun” Bağçılıq Yoldaşlığının 17/03 nömrəli “Bağçının üzvlük kitabçası”dan görünür ki, 1997-ci ildən Azərbaycan Mühəndis-İnşaat İnstitutunda işləyən Orucova X22 yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2 nömrəli qərarına əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və ona, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1342 nömrəli Sərancamına uyğun olaraq, Nardaran qəsəbəsindən şimal-qərbdə yerləşən “Coşqun” Bağçılıq Yoldaşlığından sahəsi 1000 kv.m olan 20/21 nömrəli bağ sahəsi ayrılmışdır. 2.3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1040 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair Cavabdeh adına və X10 adına order arxiv qovluğunda aşkar edilməmişdir. 2.4. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin "Coşqun" X17 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun” X17 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası arxiv qovluğunda mövcuddur. 2.5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 456208 nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Elektron Çıxarışa görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi X18 mülkiyyətindədir. 2.6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubda göstərilmişdir ki, arxiv qovluğunda saxlanılan sənədlərə əsasən "Coşqun" bağçılıq yoldaşlığının Ləhiş bağlar massivi sahəsində yerləşən 21 saylı bağ sahəsi Cavabdeh, 20 saylı bağ sahəsi isə bağçılıq yoldaşlığının digər üzvü X19 ayrılmış, sonradan sonuncunun razılığı ilə 20 saylı bağ sahəsi də Cavabdeh adına keçirilmişdir. Belə ki, "Coşqun” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 20/21 (1000 kv.m) saylı bağ sahəsinin ayrılmasına dair Cavabdeh adına üzvlük kitabçası verilmişdir. Daha sonra Cavabdeh və ailə üzvlərinin razılıq ərizələri əsasında 20/21 saylı bağ sahəsi X18 adına keçirilmişdir və onunla xx.xx.2005-ci il tarixli 35741 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 20/21 saylı 0,10 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdə X18 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il il tarixdə isə təqdim edilmiş layihə əsasında torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.2 kv.m olan bağ evi ilə birlikdə vahid əmlak olaraq 20/21 saylı bağ evi kimi onun adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. 2.7. Bakı şəhəri 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2003-cü ildə vəfat etmiş X4 vərəsəsi - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 164-də yaşayan yoldaşı İddiaçı1, övladları İddiaçı3, İddiaçı2dur və onlar miras əmlakdan bərabər payda irs almalıdır. 2.8. Azərbaycan Mühəndis İnşaat Unversitetinin Həmkarlar Komitəsi sədri S.Əliyevin xx.xx.2021-ci il tarixli, 09 saylı məktubunda göstərilmişdir ki, "Coşgun" X17 Azərbaycan Mühəndis İnşaat Unversitetində 1989-cu ildə müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların iştirahətini təşkil etmək məqsədi ilə yaradılmış, aparılmış araşdırma nəticəsində "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasın qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi X6 ayrıldığını, həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsi aşkar edilməmişdir. "Coşgun" Bağçılıq öz fəaliyyətini dayandırmışdır. 2.9. Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətinə müəllim vəzifəsində işləmiş, xx.xx.2003-cü ildə seçki yolu ilə müsabiqədən keçərək xx.xx.2003-cü il tarixli 369 saylı əmrlə bağlanmış əmək müqaviləsinə əsasən 5 il müddətinə Əcnəbi dillər kafedrasına ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.2008ci il tarixdə ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 nömrəli iş üzrə 29 iyun 2017 ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiasının təmin edilməsi, cavabdeh X18 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindı Azərbaycan Mühəndis-İnşaat İnstitutunun "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0.05 ha olan 21 saylı bağ sahəsinin özəlləşməsinin etibarsız hesab edilməsi və bunun əsasında sonuncunun adına verilmiş RX seriyali ******* saylı çıxarışın 21 saylı bağa münasibətdə ləğv edilməsi, cavabdeh X18 həmin ərazidən çıxarılması, bağ sahəsinin onun qeyri-qanuni sahibliyindən götürülməsi və onun tərəfindən orada inşa edilmiş tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, məhkəmənin “Coşqun” bağçılıq-yoldaşlığına dair arxiv qovluğunda bağçılıq-yoldaşlığı üzvlərinin ilkin siyahılarında X4 adı göstərilmiş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi haqqında digər bir sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilməmişdir və həmin siyahı qüvvədə olan əsas sıyahı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-2345/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi X27 tərəfindən X1. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair Cavabdeh adına "Coşqun" X17 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələbdə göstərilib ki, İddiaçı1 X12 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha girməklə ailə həyatı gurmuş, birgə nikah münasibətlərindən 5 övladları anadan olmuşdur. Bu müddət ərzində X6 əməkdaşı olduğu Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığınnın ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında da axırıncının adına 0590/21 saylı müddətsiz order verilmişdir. xx.xx.2003-cü il tarixdə X12 vəfat etmiş, axırıncı vəfat edən günədək həmin bağ sahəsi onun ailə üzvləri ilə birlikdə istifadəsində olmuş, iddiaçı övladları ilə birlikdə mərhumdan miras qalmış əmlaka vərəsə tanınmışdır. X4 vəfatından sonra onlar bir müddət İddiaçı1 xəstəliyi ilə əlaqədar bağ sahəsindən istifadə edə bilmədilər. Daha sonra bağa gəldikdə bağdan X28 adında bir şəxsin istifadə etdiyinin şahidi oldular, axırıncı ilkin olaraq həmin bağa dair X9 və İstismarı Birliyi ilə aralarında xx.xx.2005-ci il tarixli, 35741 saylı icarə müqaviləsinin bağlandığını, daha sonra isə bağ sahəsini özəlləşdirərək öz adına RX seriyalı ******* saylı reystrdən çıxarış aldığını bildirmişdir. Bu hal iddiaçılara məlum olduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində X25 qarşı bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürlməsi və qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 6227/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X20 adına Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində Azərbaycan Memarlıq və İnşaat Üniversitetinln "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, həmin özəlləşdirmə əsasında axırıncının adına verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarış 21 saylı bağa münasibətdə ləğv edilmiş, cavabdeh X20 həmin ərazidən çıxarılması, bağ sahəsinin axırıncının qeyri-qanuni sahibliyindən götürüməsi və həmin sahədə inşa edilmiş tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İstinad edilmiş qətnamədən cavabdeh X20 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-9936/2017 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-6227/2017 saylı qətnaməsi ləğv edilmiş, cavabdeh X25 qarşı irəli sürülmüş tələb təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-2345/2018 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-9936/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən məhkəmə qərarlarında göstərilmiş halları əsas götürməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və X13 qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsinə" dair iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1680/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən qanuni qüvvəsini almış yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr məlum nəticəyə gələrkən mübahisə edilən bağ sahəsinin özəlləşdirilməsi DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən aparıldığını, torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını, lakin həmin orqan iş üzrə cavabdeh qismində cəlb edilmədiyini, X20 həmin tələb üzrə cavabdeh şəxs olmadığını, eyni zamanda həmin mübahisə ilə bağlı DƏDRX-in xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli məktublarında bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə Cavabdeh adı göstərildiyini, axırıncının və onun ailə üzvlərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci il tarixdə X2 və İstismarı idarəsi ilə X20 arasında icarə müqaviləsinin bağlandığını, X14 əvvəl isə 21 saylı bağ sahəsinə Cavabdeh sahiblik etdiyi müəyyən edildiyini, onun adına həmin bağ sahəsinə dair üzvlük kitabçasının verildiyi, lakin onun adına olan sənədlərin mübahisələndirilmədiyini, birbaşa X20 adına olan özəlləşdirilmənin etibarsız hesab edilməsi tələb edildiyini əsas götürmüşlər. Eyni zamanda vəkil sorğusuna cavab olaraq verilmiş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********20 saylı məktubu ilə də bildirilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X17 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçini bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X17 üzvülərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvüiük kitabçası aşkar edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0-ci maddəsinin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqa şəxsə keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur..." 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, üzvlük kitabçaları və ya üzvlərin iclasının protokolundan çıxarışlar. Cavabdeh adına "Coşqun" X17 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası o halda əsaslı sayıla bilərdi ki, ən azından üzvlük kitabçası verildiyi tarixdə o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı olardı. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2022-ci il tarixli 31/148 saylı məktubu ilə də vəkil sorğusuna cavab olaraq göstərilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Memarlıq və İnşaat Universitetin əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətində müəllim, xx.xx.2003-cü ildə bağlanmış müqaviləyə əsasən 5 il müddətinə əcnəbi dillər kafedrasında ingilis dili müəllimi vəzifəsində işləmiş, xx.xx.2008- ci il tarixdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilmiş məktubdan məlum olduğu kimi, Cavabdeh adına mübahisə edilən bağ sahəsinə dair Universitetin “Coşqun" X17 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən üzvlük kitabçası verilərkən o, Azərbaycan Memarlıq və İnşaat Universitetin əməkdaşı olmamış, bu hal həmin üzvlük kitabçasının saxta olmasına dəlalət edir. Həmin üzvlük kitabçasının qeyri-qanuniliyi onunla subuta yetirilir ki, Cavabdeh adına üzvlük kitabçası verilən tarixə "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli, 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989- cu il tarixli, 6/255 saylı qərarı əsasında X4 adına həmin bağ sahəsinə dair verilmiş 0590/21 saylı order qüvvədə olmuşdur. Məlum məsələdir ki, Cavabdeh adına verilmiş həmin üzvlük kitabçası ona və ailə üzvlərinə mübahisəli bağ sahəsinin X20 icarəsinə verilməsinə, onunla icarə müqaviləsinin bağlanmasına razılıq verməsinə hüquq verməmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1067/2024 saylı, 15 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbinin təmin edilərək Cavabdeh adına AzMİU "Coşqun" bağçılıq-yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi; iddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında illərdir davam edən mübahisə üzrə qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarından və hazırkı işin materiallarından göründüyü kimi, Nardaran qəsəbəsində yerləşən, “Coşqun” bağçılıq-yoldaşlığına aid olan və sahəsi 0,05 ha olan torpaq sahəsi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (Azərbaycan Memarlıq və İnşaat Universiteti) bağçılıq yoldaşlığının ümumi iclası (protokol № 2, xx.xx.1989-cu il tarixli) və Bakı Şəhər Sovetinin 6/255 qərarı əsasında 21 nömrə ilə X6 ayrılmış və buna dair 0590/21 saylı order verilmişdir. Buna baxmayaraq faktiki olaraq xx.xx.1998-ci il tarixdən Azərbaycan Memarlıq- İnşaat İnstitutunda işləyən Cavabdeh həmin torpaq sahəsinə dair bağçılıq cəmiyyətinə bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2№-li protokoluna əsasən “Coşqun” bağçılıq yoldaşlığının 17/03 saylı “Bağçının üzvlük kitabçası” verilmiş və kitabçada Cavabdeh 1997-ci ildən Azərbaycan Memarlıq-İnşaat İnstitutunda işləməsi qeyd olunmuşdur. Cavabdeh həmin üzvlük kitabçasına əsaslanaraq mübahisəli bağ sahəsinin başqa şəxsin adına keçirilməsinə razılığını vermiş və bağ sahəsi nəticə etibarilə özgəninkiləşdirilmişdir. İddiaçı(lar) bağ sahəsinə münasibətdə icra edilmiş hərəkətləri/bağlanmış əqdləri/qəbul edilmiş aktları mübahisələndirsələr də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə on(lar)a ilkin olaraq Cavabdeh verilmiş sənədin mübahisələndirilməli olması izah edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X17 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş; Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki,X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X17 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. Göründüyü kimi, hazırkı vəziyyətdə “Coşqun” bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2 №-li protokolu qəbul edilərək, üzvlük kitabçası verilən zaman Cavabdeh Azərbaycan Memarlıq-İnşaat İnstitutunda işləmədiyi iş materiallarında olan sənədlərlə öz əksini tapır, bunun əksi olaraq isə - üzvlük kitabçasının həmin (xx.xx.1997-ci il) tarixə olan kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilməsi iş materialları ilə təsdiq edilmir. Məhkəmə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin “Coşqun" bağçılıq-yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasının qərarı ilə X6 ayrıldığını və həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsinin mövcud olmadığını; “Coşqun” bağçılıq-yoldaşlığının 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların istirahətini təşkil etmək üçün yaradılmasını; Cavabdeh həmin təhsil müəssisəsində xx.xx.1998-ci il tarixdən işləməsinə baxmayaraq, üzvlük kitabçasının ona xx.xx.1997-ci il tarixli, 2 №-li protokola əsasən verilməsini və kitabçada onun Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1997-ci ildən işləməsini; həmçinin Cavabdeh adının xx.xx.1997-ci il tarixə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında olmasını təsdiq edən hər hansı sənədin iş materiallarında olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh adına AzMİU “Coşqun” bağçılıq-yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən verilmiş üzvlük kitabçası etibarsız hesab edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 (nümayəndəsi və vəkili X21) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti vəxüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Hazırki işdə iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq, məhkəmə işə baxaraq iddia tələbinin təmin edilməsi barədə Qərar qəbul etmişdir. Bu zaman mülkiyyətçi tərəfdən təqdim edilmiş 1989-cu ildə verilmiş sənədlərə istinad etmişdir ki, bu da natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edilməsi ilə nəticələnmişdir. Cavabdeh verilən üzvlük kitabçasının əsasını təşkil "Coşqun” X17nin xx.xx.1997-ci il tarixli 2 saylı protokol inzibati akt hesab olunmalı olduğundan sözügedən protokol əsasında verilən üzvlük kitabçasının etibarsız hesab edilməsinə dair mübahisəyə müvafiq inzibati məhkəmədə baxılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, dövlət ali təhsil müəssisəsi olan Azərbaycan Mühəndis İnşaat Universitetində yaradılmış "Coşqun" bağçılıq yoldaşlığı dövlət mülkiyyətində olan torpaq sahələrini fiziki şəxslərə ayırmaqla faktiki olaraq inzibati orqan səlahiyyətlərini yerinə yetirmiş və sözügedən 2 nömrəli protokol da ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaqla və ünvanlandığı fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaratmaqla (istifadə hüququnun əldə edilməsi kimi) inzibati akt rolunu oynamışdır. İnzibati Prosesual Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxıldığından, hazırki mübahisəyə müvafiq qaydada inzibati məhkəmədə baxılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki hazırki iş üzrə icraata isə xitam verilməli idi. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsini qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etsə də, sonda gəldiyi nəticə müvafiq maddənin tələbi ilə ziddiyət təşkil etdiyindən qanunsuz hesab edilməlidir. Bu mənada birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilən və iş üzrə materiallarda öz əksini tapan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə habelə mübahisələndirilən qətnamədə qeyd olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktublarının əlaqəli təhlili məhkəmə tərəfindən müvafiq norma tələbinin pozulmasını anlamaq üçün yetərli olacaqdır. Belə ki, birinci sorğuya cavab olaraq göndərilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X17 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş; Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X17 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. 08 iyul 2016-cı il tarixli məktubda isə arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilmədiyi və həmin siyahının qüvvədə olan əsas sıyahı hesab edilməsi qeyd olunmuşdur. Yuxarıda göstərilmiş məktublar bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında Musayev Zülümxanın adının qeyd olunmadığını, Cavabdeh adının qeyd olunduğunu təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsini işin müvafiq faktiki hallarına tətbiq etdikdə asanlıqla bu nəticəyə gəlmək olar ki, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün üzvlük kitabçası və ya üzvlərin iclas protokollarından çıxarış yetərli olmamaqla birlikdə bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adın qeyd olunması zəruridir. Hətta birinci instansiya məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində bu məqama toxunmuş, hətta bununla bağlı qeyd etmişdir ki, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyəti olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Maraqlı məqam bundan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə özünün bu əsaslandırması ilə ziddiyət təşkil edir. Belə ki iddiaçılar Zülümxan Musayevin mübahisəli torpaq sahəsinə hüququnun olmasına iddia edərək, Cavabdeh verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsini tələb etsələr də, Zülümxan Musayevin hüququnu təsdiq etmək üçün zəruri əsas olan və Qanunda öz əksini tapan bağçılıq-yoldaşlığı siyahısında adının qeyd olunması əsası mövcud deyildir. Bu da belə bir əsas olmadan digər sənədlərinin (order, protokoldan çıxarış və üzvlük kitabçası) hüquqa iddia üçün yetərli olmadığını, əksinə cavabdehin orderi olmasa belə, siyahıda adının qeyd olunduğundan üzvlük kitabçasının qanuni qüvvədə olmasını, iddia tələbinin təmin edilməsinin tamamilə qanunsuz və əsassız olmasına dəlalət edir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi və vəkili X21, digər 3-cü şəxs X26, eləcə də Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdilər.
11. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi X15, İddiaçı2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 44.Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır.
13. 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (24 fevral 2015-ci il tarixli 1197- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 254) ilə 139- 1.1.7-ci maddəyə “orderlər” sözündən sonra “, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” sözləri əlavə edilmişdir).
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ............ 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış ( 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 255) ilə 8.0.7-ci maddəyə “orderlər” sözündən sonra “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” sözləri əlavə edilmişdir).
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin və üçüncü şəxslərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
23. Əvvəla işdə olan sənədlərdən, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə atlarının məzmunundan bəlli olur ki, iddiaçılar 2017-ci ilin əvvəllərdən başlayaraq mübahisə predmeti olan bağ(torpaq) sahəsi ilə bağlı hazırkı iş üzrə 3-cü şəxs qismində iştirak edən X24 qarşı 3 dəfə müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət etmiş və hər üç iddia təmin edilməmişdir. Hazırkı 4-cü iddianın irəli sürülməsinin səbəbi isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsində(i.v.62; 2-ci abzas) və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3482/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsində(i.v.49;43-cü bənd) məhkəmə tərkibinin gəldiyi qənaəti əsaslandırmaq yaxud möhkəmləndirmək üçün göstərdikləri, yəni iddiaçılar X16 əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş Cavabdeh adına olan sənədləri mübahisələndirmədən X8 adına olan özəlləşdirməni etibarsız hesab edilməsini və sonradan icarə müqaviləsinin etibarsızlığını mübahisələndirmişdir məzmunlu arqumentləri olmuşdur.
24. Əlbətdə ki, iddiaçıların məhkəmə müdafiəsi hüququndan istifadə etməsinə hər hansı bir məhdudiyyət ola bilməz. Lakin Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnamələrində göstərilənlər o mənanı kəsb etmir ki, hazırkı Cavabdeh qarşı olan iddia əsaslı olub və mütləq təmin edilməli idi. Belə ki, iddiaçıların yuxarıda qeyd olunan iddialarının uğursuz olması mahiyyət etibarı ilə hazırkı iddianın da uğursuz olmasını labüd etmiş olur. Ancaq birinci instansiya məhkəməsi bu halları nəzərə almadan iddianı təmin etmişdir.
25. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsində (i.v.61; 2-ci abzas)göstərilir ki, məhkəmənin “Coşqun” bağçılıq-yoldaşlığına dair arxiv qovluğunda bağçılıq-yoldaşlığı üzvlərinin ilkin siyahılarında X4 adı göstərilmiş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi haqqında digər bir sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilməmişdir və həmin siyahı qüvvədə olan əsas sıyahı hesab edilir. 26.Göründüyü kimi Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin “Coşqun" bağçılıq-yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasının qərarı ilə X6 ayrılsa da və həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılığı mövcud olmamışdırsa, onda hansı səbəbdən arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adı göstərilməmişdir. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də iddiaçılar qeyd olunan bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş üzvlük kitabçasının etibarsızlığını tələb etməzdən əvvəl bu məsələyə, yəni bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adının göstərilmədiyinin səbəblərini özləri üçün müəyyən etməli idi. Başqa sözlə, “Coşqun” bağçılıq-yoldaşlığının 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların istirahətini təşkil etmək üçün yaradılmasına baxmayaraq, sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adının olmaması iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlarının olmadığına dəlalət edir.
27. Bundan əlavə, Cavabdeh həmin təhsil müəssisəsində xx.xx.1998-ci il tarixdən işləməsi, üzvlük kitabçasının ona xx.xx.1997-ci il tarixli, 2 №-li protokola əsasən verilməsi və kitabçada onun Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1997-ci ildən işləməsinin qeyd olunması həqiqi olsa belə hazırkı iddianın əsaslı olduğuna dəlalət etmir. Əvvəla, apellyasiya baxışında cavabdeh İnstitutda 1997-ci ildən saat hesabı işlədiyni, eləcə də bağ sahəsini Rafiq Rəhimovdan aldığını, Rafiq Rəhimova isə məhz Zülumxan Musayevin satdığını göstərdi. Cavabdehin bu məlumatı işin hallarına da uyğundur, əks halda bağçılıqyoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adı çıxarılmazı. İkincisi, cavabdehin bağçılıq-yoldaşlığa üzv qəbul edilməsinin 21 oktyabr 1997-ci ildən sənədləşdirilməsi onun həmin yoldaşlığın üzvü olmasının qanunsuz olması kimi qiymətləndirilə və üzvlük kitabçasının etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Çünki nə mərhum X4, nə də onun vərəsələri olan iddiaçıların həmin bağ sahəsi ilə hər hansı formada sabit əlaqəsi və bağlılığının olmasına dair işdə heç bir sübutlar mövcud deyil. Buna görə də, uzun illər sonra, həmçinin ayrı-ayrı şəxslərin qanuni istifadəsində və sahibliyinə keçmiş, sonradan isə üzərində mülkiyyət hüququ qeydə alınmış bağ torpaq sahəsinə dair 25 ildən artıq müddətdə verilmiş üzvlük kitabçasının mübahisələndirilməsi açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır.
28. Bundan başqa, birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsinə istinad etsə də sonda gəldiyi nəticə həmin maddənin tələbi ilə ziddiyət təşkil edir. Belə ki, DƏDRX-in Bakı Ərazi İdarəsinin mübahisə predmeti olan bağ torpaq sahəsi ilə bağlı rəsmi məlumatlarında bildirilir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X17 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X17 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. 08 iyul 2016-cı il tarixli məktubda isə arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıqyoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilmədiyi və həmin siyahının qüvvədə olan əsas sıyahı hesab edilməsi qeyd olunmuşdur. Demək ki, qeyd olunan İdarənin məktublarında bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında Musayev Zülümxanın adının qeyd olunmadığı, Cavabdeh adının qeyd olunduğu təsdiq edilir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün üzvlük kitabçası və ya üzvlərin iclas protokollarından çıxarış yetərli olmamaqla birlikdə bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adın qeyd olunması zəruridir. Birinci instansiya məhkəməsi özü də qeyd edir ki, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyəti olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Lakin cavabdehin adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmasa da sonradan həmin siyahıya daxil edilmiş, əksinə Zülümxan Musayevin adı həmin siyahıdan çıxarılmışdır. Ona görə də iddiaçılar Zülümxan Musayevin mübahisə predmeti olmuş torpaq sahəsinə hüququnun olmasına iddia edərək, Cavabdeh verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsini tələb etsələr də, Zülümxan Musayevin hüququnu təsdiq etmək üçün zəruri əsas olan və qanunda öz əksini tapan bağçılıq-yoldaşlığı siyahısında adının qeyd olunması əsası mövcud deyildir. Bu hal, yəni siyahıda adın qeyd olunmaması digər sənədlərin(order, protokoldan çıxarış və üzvlük kitabçası) qeyd olunan torpaq sahəsinə iddia etmək üçün kifayət etmirdi, əksinə cavabdehin orderi olmasa belə, siyahıda adının qeyd olunması üzvlük kitabçasının etibarlı olduğunu təsdiq edir.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1067/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə xərcin əvəzi iddiaçı və 3-cü şəxsin özlərinə aid edilməlidir.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1067/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə xərcin əvəzi iddiaçı və 3-cü şəxsin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.