Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4597/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-443/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 ünvanında inşa etdikləri özbaşına tikilinin inşası və təmirinə çəkilmiş 25.000 manat pul vəsaitinin Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər İddia tələbi onunla əsaslandırılmışlar ki, 2003-cü il tarixdə iddiaçılar kirvələri olan Cavabdeh iddiaçılara 12 sot torpaq sahəsi alması üçün 1000 ABŞ dolları məbləğində pul ödəmişlər. Cavabdeh bunun qarşılığında fərdi yaşayış evi tikib məskunlaşdırmaq üçün iddiaçılara torpaq sahəsi almalı idi. Cavabdehə pul verməsinə baxmayaraq o, bunun qarşılığında iddiaçılara torpaq sahəsi verməmişdir. Lakin, iddiaçılara məskunlaşmaq üçün Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X6 yerləşən uçuq daxma olan özbaşına tikilidə məskunlaşmalarına razılıq vermişdir. İddiaçılar həmin daxmada ailə üzvləri ilə birgə 2003cü il tarixdən məskunlaşmışlar. Lakin sonradan cavabdeh iddiaçıları həmin daxmadan da çıxartmışdır. İddiaçılar məcbur qalıb həmin daxmanın hasarına bitişik torpaq sahəsində öz şəxsi vəsaitləri hesabına 4 otaqlı, təxminən 120 kv.m.-dən ibarət yaşayış sahəsi inşa etdirmişlər. Sözügedən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 ünvanında yerləşən özbaşına tikilinin inşası və təmiri üçün təxminən 25.000 manat pul vəsaiti xərclənmişdir. Hətta işıq, qaz və məişət tullantılarının toplanması, daşınması xidmətlərinin göstərilməsi barədə müqavilələrdə istehlakçı qismində İddiaçı1 çıxış etmişdir. İddiaçıların mübahisəli özbaşına tikilini öz vəsaitləri hesabına inşa etdirib, təmirinə xərc qoyduqlarına bütün qonşular şahiddilər. 2017-ci il tarixdə Cavabdeh «torpaq sahəsindən və evdən çıxarılma» tələbi ilə məhkəməyə müraciət edərək onların sözügedən özbaşına tikilidən çıxarılmalarına nail olmuşdur. Halbuki, həmin fərdi yaşayış evi özbaşına tikili statusundadır. Cavabdehin özünün belə həmin özbaşına tikiliyə, həmçinin onun yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. İddiaçılar məhkəmə qətnaməsi ilə öz vəsaitləri hesabına inşa və təmir etdikləri yaşayış evindən çıxarıldıqları üçün hesab edirlər ki, həmin evin tikinti və təmirinə çəkdikləri pul vəsaiti cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-443/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və X1 xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10, Dəmir yolu küçəsi ev 3-68 ünvanında yerləşən həyətyanı sahədə inşa edilmiş fərdi tikilinin inşası və təmirinə çəkilmiş xərcin əvəzi 23,740 (iyirmi üç min yeddi yüz qırx) manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ramin Xəlilov). Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4453/2024 saylı 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilməklə, iddia tələbinin rədd olunmuş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçılara aid edilmişdir (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov). İddiaçı2 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1679/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Yeni apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı2 və Cavabdeh mübahisəli məsələlərlə bağlı aralarında razılıq əldə olunduğundan barışıq sazişi bağladıqlarını bildirdilər və həmin barışıq sazişinin təsdiq edilərək İddiaçı2 cavabdehə qarşı tələbi üzrə işin icraata xitam verilməsini xahiş etdilər. Bununla bağlı müvafiq ərizələrini məhkəmə kollegiyasına təqdim etdilər. Ərizəyə tərəflərin bağladıqları “Barışıq sazişi” də əlavə edilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər İddiaçı1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və İddiaçı2 ilə cavabdeh arasında bağlanmış “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. Tərəflər bu Sazişi bağlamaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4597/2025 saylı məhkəmə işini barışıq sazişi bağlamaqla bitirmək barədə razılığa gəlirlər.
2. İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yani Yaşayış massivi ünvanında yerləşən özbaşına tikilinin inşa və təmir edilməsinə çəkilmiş xərclərin Cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı iddiadan imtina edir.
3. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yani Yaşayış massivi ünvanında yerləşən özbaşına tikilinin İddiaçı2 vəsaiti hesabına inşa edilməsini qəbul edərək ona qarşı qeyd olunan tikilidən istifadə və orada yaşaması ilə bağlı gələcəkdə hər hansı maneələr yaratmamağı öhdəsinə götürüür, həmin tikiliyə dair hər hansı tələb və iddialarının olmayacağına təminat verir.
4. X5 zidd olmamasına və hər hansı şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinin pozulmamasına əmindirlər.Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci və 262.2-ci maddəsinin tələblərini başa düşürlər. Bu Saziş məhkəmədə mövcud iddia üzə işə xitam verilməsinə əsasdır. Bu Saziş imzalandığı andan qüvvəyə minir. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-in 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Təqdim olunan barışıq sazişinin şərtlərindən görünür ki, iddiaçılardan İddiaçı2 cavabdehlə arasındakı mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll etmişlər. Həmin “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə işin icraatına xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı2 və Cavabdeh bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. Tərəflər bu Sazişi bağlamaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4597/2025 saylı məhkəmə işini barışıq sazişi bağlamaqla bitirmək barədə razılığa gəlirlər.
2. İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yani Yaşayış massivi ünvanında yerləşən özbaşına tikilinin inşa və təmir edilməsinə çəkilmiş xərclərin Cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı iddiadan imtina edir.
3. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yani Yaşayış massivi ünvanında yerləşən özbaşına tikilinin İddiaçı2 vəsaiti hesabına inşa edilməsini qəbul edərək ona qarşı qeyd olunan tikilidən istifadə və orada yaşaması ilə bağlı gələcəkdə hər hansı maneələr yaratmamağı öhdəsinə götürüür, həmin tikiliyə dair hər hansı tələb və iddialarının olmayacağına təminat verir.
4. X5 zidd olmamasına və hər hansı şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinin pozulmamasına əmindirlər.Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci və 262.2-ci maddəsinin tələblərini başa düşürlər. Bu Saziş məhkəmədə mövcud iddia üzə işə xitam verilməsinə əsasdır. Bu Saziş imzalandığı andan qüvvəyə minir. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-443/2022 nömrəli qətnaməsi İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İşə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev