Məhkəmə qərarları › İş №2(103)-4599/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4599/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4599/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh11 Feyruz oğluna, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh7 qarşı iş üzrə (Açar sözlər: çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi üzrə mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlərdən Cavabdeh5 nümayəndəsi X11, Cavabdeh2 nümayəndəsi X5, Cavabdeh12, Cavabdeh11 Feyruz oğlunun, X6 nümayəndəsi X3, Cavabdeh7 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir və cavabdehlər həmin binanın sakinləridir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 6.006,38 manat və 1.348,80 manat, Cavabdeh9 4.340,82 manat, Cavabdeh1 2.102 manat, X9 1.496,20 manat, X2 1.543,08 manat, Cavabdeh2 315.10 manat, Cavabdeh12 4.108,72 manat, Cavabdeh11 Feyruz oğlundan 5.795,38 manat, X4 3.565 manat, Cavabdeh6 2.597,92 manat, Cavabdeh10 Hafız oğlundan 2.294,60 manat və Cavabdeh7 1.235,44 manat olmaqla, cəmi 36.749,44 manat məbləğin İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə Mənzil Məcəllənin Xlİİ fəslinə uyğun olaraq yaradılmış binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Hazırda mənzil mülkiyyətçiləri müvafiq xidmətlərə görə iddiaçıya haqq ödəmir və bunun nəticəsində iddiaçıya borcları yaranmışdır.

4. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən MMMC-nin üzvləri ümumi əmlakın saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları MMMC-nin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada, MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri isə həmin MMMC ilə bağlanılmış müqaviləyə uyğun olaraq ödəyirlər. Yəni, qanun ümumi əmlakının saxlanması, təmiri ilə bağlı xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlərin yığılması üçün iki hüquqi əsas müəyyən edir: birincisi - MMMC-nin üzvü olan sahə mülkiyyətçiləri üçün idarəetmə orqanının müəyyən etdiyi qaydanı, ikincisi - MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri üçün isə müqaviləni. Qanunun qeyd olunan tələbinə baxmayaraq, iddiaçı tərəf iddiasının hüquqi əsası ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki cavabdehlərin, o cümlədən Cavabdeh5 Cəmiyyətin üzvü olub-olmaması və ya müqavilə bağlayıbbağlamaması barədə iş materiallarında heç bir sübut mövcud deyil. Bununla yanaşı iddiaçı tərəf tələb etdiyi məbləğin, yəni sahə mülkiyyətçiləri tərəfindən ödənilməli olan pul vəsaitinin uçotunu kustar üsulla - sadə yazılı formada deyil, "Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müvafiq beynəlxalq standartlarına uyğun olaraq aparmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən hesabatların qanunla müəyyən edilmiş qaydada aparılmasına dair hər hansı sübut təqdim edilməmiş, tələb edilən məbləğ formal mülahizə əsasında qeyd edilmişdir. Bu isə öz növbəsində maliyyə uçotunun aparılması qaydalarının qanuna uyğun olaraq aparılmamasını, eyni zamanda tələb olunan məbləğin həqiqəti əks etdirdiyinə şübhə ilə yanaşmağa əsas verir. Buna baxmayaraq hazırkı iş üzrə iddiaçı qeyd olunan məsələlərin araşdırılması üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər (X14, Cavabdeh2, X12, X15, Cavabdeh11 Feyruz oğlu, X10 və X1) iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3711/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin mübahisə edilməyən hallarına görə ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir və cavabdehlər həmin binanın sakinləridir. İşin müəyyən olunan hallarına görə İddiaçı MMMC 2018-ci ildə yaradılmış, həmin vaxtdan yuxarıda qeyd olunan ünvanda yerləşən binanın idarə edilməsini həyata keçirmiş, o cümlədən binanın saxlanılması üçün sakinlər tərəfindən ödənilməli olan ödənişləri yığmışdır. İddiaçı cavabdehlərin Cəmiyyətin yarandığı tarixdən bugünə qədər göstərilmiş xidmətlərə görə ödənişlər etmədiklərinə əsaslanaraq, hər bir cavabdeh üzrə dövri hesabat tərtib edərək, həmin vəsaitlərin ödənilməsini tələb etmişdir. Cavabdehlər isə Cəmiyyətin hazırkı idarə heyəti təsdiq edilənədək, yəni 2022-ci ilin oktyabr ayına qədər bütün ödənişləri həyata keçirdiklərini, daha sonra isə onlara təqdim olunmalı hesabatlar (yığılan vəsait, çəkilən xərclər, xərclərin hesablanma qaydası və s.) təqdim olunmadığından ödəniş etməkdən imtina etmişlər. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən bir neçəsi müəyyən ödənişləri həyata keçirmişlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf məhkəməyə məlumat xarakteri daşıyan MMMC-nin illər üzrə gəlir və xərclərinə dair sadə formada tərtib edilmiş sənəd təqdim etmişdir. Hazırkı işin araşdırılması zamanı bu kateqoriyadan olan işlər üzrə Mənzil Məcəlləsinin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək zəruridir. İddiaçı cavabdehlərin istinad olunan ünvanda yerləşən binanın sakinləri olduqlarını bildirməklə, bu sakinlərdən binanın saxlanması üçün xərclərin və kommunal xidmətlərin ödənilməsini tələb etməsinə baxmayaraq, həmin tələbin hüquqi əsasının müəyyən edilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

8. Mənzil Məcəlləsinin tələblərinə əsasən ümumi əmlakın saxlanması, təmiri ilə bağlı xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlərin yığılması üçün iki hüquqi əsas müəyyən edilir: birincisi - MMMC-nin üzvü olan sahə mülkiyyətçiləri üçün idarəetmə orqanın müəyyən etdiyi qayda; ikincisi - MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri üçün müqavilə. Buna baxmayaraq, cavabdehlərdən hansılarının MMMC-nin üzvü olması, hansıları ilə MMMC tərəfindən xidmətin göstərilməsi ilə bağlı müqavilənin bağlanılması barədə cavabeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli Qərarındakı mövqeyinə əsasən çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

10. Bununla yanaşı, araşdırılan iş materiallarından və izahatı alınmış cavabdehlərin ifadəsindən müəyyən edilir ki, cavabdehlər iddiaçının tələb etdiyi dövrdə yalnız 2022-ci ilin oktyabr ayından etibarən iddiaçı tərəfindən onlardan tələb edilən vəsaitin hesablama qaydası ilə razı olmadıqları üçün onlardan tələb edilən məbləğləri ödəməkdən imtina etmişlər.

11. Araşdırma zamanı cavabdehlər bildirmişlər ki, onlardan tələb edilən vəsait 2018-ci ildə MMMC tərəfindən razılaşdırılmış kalkulyasiya əsasında tələb edilən məbləğdir. Halbuki, 2022-ci ilin oktyabr ayından sonra MMMC-yə rəhbərlik hazırkı idarə heyətinə keçdikdən sonra onlara göstərilən xidmətlərdən bir çoxu aradan qalxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, binaya xidmət edən işçilərin sayı 18 dən 13-ə endirilmişdir.

12. Məhkəmə araşdırması zamanı cavabdehlər məhkəməyə müraciət edərək iddiaçı tərəfindən onlardan hansı xidmətin dəyəri olaraq hansı vəsaitin tələb edilməsi ilə bağlı sənəd təqdim edilməsini xahiş etmişlər. Bunun əvəzi olaraq iddiaçı MMMC-nin gəlirləri və xərcləri ilə bağlı idarə heyətinin mülahizələrinə əsaslanan sadə yazılı formada məlumatlar təqdim etmiş, lakin həmin məlumatların hüquqi əsası ilə bağlı məhkəməyə tutarlı sübut təqdim etməmişdir.

13. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmış hüquqi mövqedən də görünür ki, məhkəmələr bu kateqoriyadan olan işləri araşdıran zaman Mənzil Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hallara diqqət yetirməlidirlər. İstinad olunan maddənin mətnindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri sırasına müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək daxildir. Araşdırma zamanı məhkəmə tərəfindən belə bir yığıncağın keçirilib-keçirilməməsi, normada göstərilən məsələlərin müzakirə olunubolunmaması halları araşdırılarkən iddiaçının vəkili tərəfindən yığıncağın keçirildiyi bildirilsə də buna dəlalət edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İzahatında iddiaçının vəkili bildirmişdir ki, nə qədər ki, MMMC-yə keçmişdə rəhbərlik edən şəxslər tərəfindən yığımlar tam şəkildə aparılmamışdır, MMMC-nin bugünə mövcud olan külli miqdarda borcu vardır. Hazırkı idarə heyəti həmin borcların ödənilməsi yönündə fəaliyyətini həyata keçirilir. Borclar ödənildikdən sonra xidmətlərin haqqı yenidən müzakirə oluna bilər. Eyni zamanda da cavabdehlərin MMMC-nin yığıncağının çağırılmasını tələb etmək və orada qiymətlərlə bağlı təkliflərini bildirmək hüquqlarının olduğunu bildirmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf tələb etdiyi məbləğlərlə bağlı məhkəməyə sübut kimi sadə yazılı formada tərtib edilmiş hesabat təqdim etmişdir.

15. Halbuki, cəmiyyət mühasibat uçotunu və hesablamaları sadə yazılı formada deyil, "Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müvafiq beynəlxalq standartlarına uyğun olaraq aparmalıdır. Lakin iddiaçı tərəfindən hesabatların qanunla müəyyən edilmiş qaydada aparılmasına dair hər hansı sübut təqdim edilməmiş, tələb edilən məbləğlərin həqiqəti əks etdirməsinə dair tutarlı sübut təqdim edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tələb olunan borcların hansı qaydada hesablanmasını, kimdən hansı əsasla nə qədər vəsaitin tələb edilməsi ilə bağlı iddiaçının əsaslandırılmış dəlili məhkəməyə təqdim edilmədiyindən, cavabdehlərdən tələb olunan xidmət haqlarının hesablanması üçün hüquqi əsas müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. İddiaçı qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatdır. Onun əsas fəaliyyəti yaşayış binasının saxlanması üçün müəyyən hərəkətlərin həyata keçirilməsindən ibarətdir. Hər ilin əvvəlində binada görüləcək işlərin siyahısı tərtib edilməli, xərclərin nədən ibarət olacağı ilə bağlı smeta tərtib edilməli, səlahiyyətli orqan tərəfindən təsdiq edilməli və onun əsasında binanın sakinlərindən vəsaitlər tələb edilməlidir.

17. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 119, 128.0.3 və 137-ci, Mülki Prosessual Məcəllənin 77.1, 107 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" sisteminə 20 saylı sənəd qismində MMMC-nin səsvermə bülletenləri yerləşdirilmişdir. Həmin bülletenlərlə cavabdehlər MMMC-nin üzvü kimi 2022-ci ilin oktyabr ayında keçirilmiş səsvermədə iştirak etmişlər. Beləliklə, 12 cavabdehdən 4-ü üzvdür, qalanı isə yox. Cavabdehlərin hamısı binada sahə mülkiyyətçisidir və bu işin mübahisəsiz halıdır. Üzv və ya qeyri-üzv olaraq hər bir halda Mənzil Məcəlləsinə əsasən eyni tariflə MMMC-yə ödəniş etməlidirlər. İş materiallarından görünür ki, bəzi cavabdehlər 2022-ci ilin oktyabr ayınadək də ödəniş etməmişlər. B blok 30-cu mənzil üzrə isə məhkəmə iddiası verilən vaxta qədər onun mənzilini satdığı yeni mülkiyyətçiyə verdiyi və yeni mülkiyyətçinin MMMC-yə təqdim etdiyi bütün ödəniş qəbzləri nəzərə alınmışdır. Yəni, məhkəmə prosesi zamanı hər iki mənzil üzrə heç bir yeni qəbz təqdim edilməyib. Cavabdeh10 xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. Bəzi cavabdehlər isə həmin tarixdən sonra da MMMC-yə ödəniş etmişlər. Belə ki: a) Cavabdeh12 Sayaq qızı xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. b) Cavabdeh11 Feyruz oğlu xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib (məhkəmədə ifadəsi ilə təsdiq edib -qətnamədə də göstərilib). c) Cavabdeh4 xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. d) Cavabdeh5 A blok 25-ci mənzili üzrə xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. B blok 30-cu mənzil üzrə isə məhkəmə iddiası verilən vaxta qədər onun mənzilini satdığı yeni mülkiyyətçiyə verdiyi və yeni mülkiyyətçinin MMMC-yə təqdim etdiyi bütün ödəniş qəbzləri nəzərə alınmışdır. Yəni, məhkəmə prosesi zamanı hər iki mənzil üzrə heç bir yeni qəbz təqdim edilməyib. e) Cavabdeh10 xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib.

20. Apelyator daha sonra göstərmişdir ki, bəzi cavabdehlər isə həmin tarixdən sonra da MMMC-yə ödəniş etmişlər. Belə ki, a) Cavabdeh X1 xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə baxış iclası zamanı iddiaçı tərəfin görə bilmədiyi sadəcə “ödəniş qəbzinin surəti” olduğunu eşitdikləri təqdim edilmişdir. Lakin, bu cavabdeh faktiki olaraq MMMC-nin mərkəziləşdirilmiş isti su sistemindən istifadə etdiyi və isti su təchizatı kəsilməməsi üçün yeni İdarə Heyəti seçildikdən sonra dövri olaraq gecikmə ilə də olsa ödənişlər etmişdir. Elektron sistemdə olan borc hesablanması cədvəlindən də göründüyü kimi cavabdeh dəqiqləşdirilmiş iddia ərizəsi verilən vaxta qədər (may/2024) ümumilikdə 567 manat ödəniş etmişdir. İyuniyul/2024 aylarında isə əlavə olaraq 150 manat ödəniş həyata keçirmişdir. b) Cavabdeh2 xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üzrə tam ödəniş etmiş, sonra isə ödənişlərini dayandırmışdır. Aylarla ödəniş etməyən cavabdeh məhkəmə prosesinin başlandığını bilərək fevral/2024 tarixindən başlayaraq müxtəlif məbləğlərdə ödənişlər edərək dəqiqləşdirilmiş iddia ərizəsi verilən vaxta qədər (may/2024) toplam 130.58 manat ödəniş etmişdir. 2024-cü ilin iyun ayında isə əlavə olaraq 195 manat ödəniş həyata keçirmişdir. X31 sədrinin ətrafında olan bir qrup mənzil mülkiyyətçisindən fərqli olaraq, ilkin iddia ərizəsində cavabdeh olan X16, Cavabdeh13, X17 borclarını ödəyərək yenilənmiş iddia ərizəsində cavabdeh siyahısından çıxarılıb. Bu bir daha hazırkı cavabdehlərin kommunal ödənişlərdən qərəzli şəkildə yayındığını göstərir. İddiaçı MMMC-nin yeni İH fəaliyyətə başladıqdan sonra müvafiq olaraq xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ştat cədvəlinə dəyişikliklər edilmişdir. Həmçinin 2018-ci ildə təsdiq edilmiş və 2022-ci ilin oktyabr ayına qədər qüvvədə olan ştat cədvəli də məhkəməyə təqdim edilib. Oktyabr/2022 tarixədək (sədr Cavabdeh5, direktor Quliyev Mahirin dövründə) işçilərin qeyri-rəsmi əsaslarla işləməsi və bundan irəli gələrək xx.xx.2022-ci il tarixdə “Ştat cədvəli”nin tərtib olunması üçün əsas zərurət Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin bağlanmasından öncə ştat cədvəlinin tərtib olunmasıdır. Digər obyektiv səbəb isə, işçi sayının azaldılması (optimizasiya) olmuşdur. xx.xx.2023-cü il tarixdə dəyişikliyin obyektiv səbəbi 2023-cü il üçün ölkə üzrə minumum əmək haqqının artırılması, xx.xx.2023-cü il tarixdə növbəti ştat cədvəlinin tərtib olunmasının zərurəti yenə obyektiv səbəbdən Sədrin (maaşlı əsaslarla işləməsi), icraçı direktorla (əmək haqqı əsaslarla) əvəz olunmasıdır. Hesablanma qaydası və s. təqdim edilmişdir. “Hər ilin əvvəlində binada görüləcək işlərin siyahısı tərtib edilməli, xərclərin nədən ibarət olacağı ilə bağlı smeta tərtib edilməli, səlahiyyətli orqan tərəfindən təsdiq edilməli və onun əsasında binanın sakinlərindən vəsaitlər tələb edilməlidir” ifadəsinin mənbəyi isə naməlumdur. İddiaçı MMMC-nin yeni İH fəaliyyətə başladıqdan sonra müvafiq olaraq xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ştat cədvəlinə dəyişikliklər edilmişdir. Həmçinin, 2018-ci ildə təsdiq edilmiş və 2022-ci ilin oktyabr ayına qədər qüvvədə olan ştat cədvəli də məhkəməyə təqdim edilib. Oktyabr/2022 tarixədək (sədr Cavabdeh5, direktor Quliyev Mahirin dövründə) işçilərin qeyri-rəsmi əsaslarla işləməsi və bundan irəli gələrək xx.xx.2022-ci il tarixdə ştat cədvəlinin tərtib olunması üçün əsas zərurət Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin bağlanmasından öncə ştat cədvəli tərtib olunmasıdır. Digər obyektiv səbəb isə işçi sayının azaldılması (optimizasiya) olmuşdur. xx.xx.2023-cü il tarixdə dəyişikliyin obyektiv səbəbi 2023-cü il üçün ölkə üzrə minumum əmək haqqının artırılması, xx.xx.2023-cü il tarixdə növbəti ştat cədvəlinin tərtib olunmasının zərurəti yenə obyektiv səbəbdən sədrin (maaşlı əsaslarla işləməsi), icraçı direktorla (əmək haqqı əsaslarla) əvəz olunmasıdır. "xxxx" informasiya sisteminə müvafiq İH-in iclas protokolları, İH sədrinin əmrləri və ştat cədvəlləri əlavə olunmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-467/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, İddiaçı MMMC 2018-ci ildə yaradılmış, həmin vaxtdan ünvan 1 ünvanda yerləşən binanın idarə edilməsini həyata keçirmiş, o cümlədən binanın saxlanılması üçün sakinlər tərəfindən ödənilməli olan ödənişləri yığmışdır. İddiaçı cavabdehlərin MMMC-tin yarandığı tarixdən bugünə qədər göstərilmiş xidmətlərə görə ödənişlər etmədiklərinə əsaslanaraq, hər bir cavabdeh üzrə dövri hesabat tərtib edərək, həmin vəsaitlərin ödənilməsini tələb etmişdir, cavabdehlər isə Cəmiyyətinin hazırkı idarə heyəti təsdiq edilənədək, yəni 2022-ci ilin oktyabr ayına qədər bütün ödənişləri həyata keçirdiklərini, daha sonra isə onlara təqdim olunmalı hesabatlar (yığılan vəsait, çəkilən xərclər, xərclərin hesablanma qaydası və s.) təqdim olunmadığından ödəniş etməkdən imtina etmişlər.

23. Onlardan tələb edilən vəsait 2018-ci ildə MMMC tərəfindən razılaşdırılmış kalkulyasiya əsasında tələb edilən məbləğdir. Halbuki, 2022-ci ilin oktyabr ayından sonra MMMC-yə rəhbərlik hazırkı idarə heyətinə keçdikdən sonra onlara göstərilən xidmətlərdən bir çoxu aradan qalxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, binaya xidmət edən işçilərin sayı azaldılmışdır.

24. İddiaçı MMMC tərəfindən təqdim olunmuş binanın saxlanması üçün xərclər smetalarından görünür ki, ünvan 1 ünvanında yaşayan sakinlərə göstərilən kommunal xidmətlərin 2018-ci ildən etibarən olan əvəzi olaraq mənzillərin hər kv.metri üçün aylıq 0,43 manat, isti su təchizatından istifadə edənlər üçün isə 0,60 manat müəyyən edilmişdir. İddiaçı MMMCnin nizamnaməsindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin üzvləri olmayan çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə çoxmənzilli binaların ümumi əmlakının saxlanılması müqavilələr bağlamaq kimi vəzifəsi müəyyən edilmişdir.

25. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

26. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri).

27. Göründüyü kimi, çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC-nin səlahiyyətinə verilmişdir. Lakin göstərilən kommunal xidmətlərin yerinə yetirilməsi barədə İddiaçı MMMC və cavabdehlər arasında Azərbaycan Respublikası Mənzil Məcəlləsində və İddiaçı MMMC-nin nizamnaməsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsi kimi müəyyən edilmiş hər hansı bir müqavilə bağlanmamışdır.

28. Bundan əlavə, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək vəzifəsi İddiaçı MMMC-nin üzərinə düşsə də, iddiaçı 2018-ci il tarixdən etibarən binanın saxlanması üçün xərclər smetasını, təsdiq olunması üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməmiş, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iş üzrə cavabdehlər də məhz həmin qeyd edilən sənədlərin qanunla müəyyən edimiş qaydada tərtib edilməməklə binanın saxlanması üçün xərclər smetasını təsdiq olunması üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməməsinə görə, xərclərin nədən ibarət olmasını və həcmini müəyyən edə bilməməklərindən yarandığı halda borcların ödənilməsini haqlı olaraq təmin etməmişlər.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən halların qanunla müəyyən edilmiş qaydada həllini tapmaqla təsdiq üçün ümumi yığıncağa təqdim edildikdən sonra yenidən yaranmış tələblərinə uyğun olaraq iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsi ilə müəyyən edilmiş müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq edilmək üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək vəzifəsi İddiaçı MMMC-nin üzərinə düşsə də, bununla əlaqədar iddiaçı kommunal xidmətlərə görə illər üzrə pulların ödənilməsini tələb etsə də, binanın saxlanması üçün xərclər smetasını təsdiq edilmək üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərdən kommunal xərclərin ödənilməsini tələb etmək üçün əsasların olmaması nəticəsinə gələn birinci instasiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. b) Kassasiya instansiyası məhkəməsindəki icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1451/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-467/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar Məhkəmə icraatı iştirakçılarının izahatları

31. İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehlərdən Cavabdeh8 və Cavabdeh9 Cəmiyyətə olan borclarını tam ödədiklərinə görə Cəmiyyətin həmin şəxslərə qarşı hər hansı tələbi yoxdur və ona görə də hazırkı işdə həmin cavabdehlərə qarşı tələblərini müdafiə etmir.

32. Cavabdehlərdən Cavabdeh5 nümayəndəsi X20, Cavabdeh2 nümayəndəsi X13, X6 nümayəndəsi X8, Cavabdeh12, Cavabdeh11 Feyruz oğlu, Cavabdeh7 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

33. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Maddə 121.2. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. Maddə 121.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakçılığa xitam cəmiyyətin iştirakçılığından çıxmaq haqqında ərizə verildiyi və ya cəmiyyət iştirakçısının müvafiq binanın sahəsinə mülkiyyət hüququna xitam verildiyi andan verilir. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; ... Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: 123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək; 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; ... 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; ... 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək. Maddə 124. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Maddə 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: ... 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 125.2.8. cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək; 125.2.9. cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən şikayətlərə baxmaq; ... Maddə 126.2. İllik ümumi yığıncaqdan başqa mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin, təftiş komissiyasının (müfəttişin) və ya iştirakçılarından birinin təşəbbüsü ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının növbədənkənar ümumi yığıncaqları çağırıla bilər. Maddə 126.9. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Maddə 127.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Maddə 128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: ... 128.0.2. müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək; 128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək; 128.0.4. çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq; ... 128.0.7. cəmiyyət iştirakçılarının siyahısını, kargüzarlığı, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək; 128.0.8. cəmiyyət iştirakçılarının illik və zəruri hallarda növbədənkənar ümumi yığıncağını çağırmaq və keçirmək; ... Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir”. “Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir”.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi təmamilə ləğv olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

40. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq yeni apellyasiya baxışı zamanı qeyd olunan halları araşdırdı və aşağıdakıları müəyyən etdi.

41. Belə ki, tərəflər arasında yaranmış mübahisə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi üzrə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi ilə bağlı yaranan münasibətlərdən irəli gəlir və iddia tələbinin maddi hüquqi əsasını təşkil edən mərkəzi norma kimi Mənzil Məzəlləsinin 122.3-cü maddəsi çıxış edir. Həmin normaya görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

42. Bununla yanaşı, işin düzgün həlli, iddia tələbinin bu normanın dispozisiya şərtlərinə uyğunluğunu müəyyən etmək üçün Mənzil Məcəlləsinin çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi üçün mütləq ödəniş və haqların və digər ümumi xərclərin müəyyən edilməsi, həmin haqların ödənilməsi ilə əlaqəli digər normaları da nəzərdən keçirilməlidir.

43. İlkin olaraq qeyd edilməlidir ki, Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

44. Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilərək göstərilir ki, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

45. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir.

46. Özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək, müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək hüququna malikdir.

47. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti, cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir (127.1-ci maddə).

48. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası (müfəttişi): ildə bir dəfədən az olmayaraq cəmiyyətin maliyyə fəaliyyətinin təftişini keçirir; müvafiq il üçün cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi və maliyyə fəaliyyəti haqqında və mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatı cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edir; öz fəaliyyəti barədə cəmiyyət iştirakçılarının ümumi yığıncağına hesabat verir (130.3.1, 130.3.2, 130.2.3).

49. Çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir.

50. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərmişdir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, bu fakt (idarə heyəti tərəfindən Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunmaması) özlüyündə iddianın rədd edilməsi üçün qanunda müstəqil əsas kimi nəzərədə tutulmamışdır və məhkəmə tərəfindən qiymət verilməli olan haldır. Konstitusiya Məhkəməsi xx.xx.2020-ci il tarixli Qərarında da şikayəti təmin edərkən məhz ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012- 2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib edilməməsinə hüquqi qiymət verməmişdir.

51. Bu cür qiymətləndirmə zamanı ilk növbədə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində müəyyən edilmiş qayda, mütləq ödəniş və haqların idarəedici tərəfindən xərclənməsinin hesabatlıq prinsipinə bağlı olmaqla, son nəticədə müəyyən edilən ödənişlərin məhz təyinatı üzrə xərclənməsinə, cəmiyyətin maliyyə fəaliyyətinin şəffaflığına təminat yaradır.

52. Həmçinin cəmiyyət tərəfindən yaradılan təftiş komissiyalarının fəaliyyəti də məhz bu məqsədlərə xidmət edir (130.3.1, 130.3.2, 130.2.3).

53. Mənzil Məzəlləsinin 128.0.3-cü maddəsində müəyyən edilən qaydaya idarə heyəti tərəfindən riayət edilmədiyi, habelə təftiş komissiyası tərəfindən yuxarıda qeyd olunan vəzifələrə əməl olunmadığı halda, mənzil mülkiyyətçisinin hüquqi müdafiə üsulu, ödənişi etməkdən imtina etmək deyil, cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etməkdir. Belə ki, Mənzil Məcəlləsinin 125.2.9-cu maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının, cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən verilmiş şikayətlərə baxmaq səlahiyyəti nəzərdə tutulmuşdur.

54. Məhkəmə kollegiyası bu mövqedən çıxış edərkən həmçinin ona istinad edir ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

55. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 №-li Fərmanının 5.39-1-ci bəndinə görə həmin Məcəllənin 393-1.1-ci və 393- 1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 393-1.4-cü və 393-1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar.

56. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçisinin ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırmasına görə inzibati məsuliyyət də nəzərdə tutulub və məhkəməyə müraciət edilmədən də qeyd edilən hüquqi müdafiə vasitəsindən istifadə edilməklə mülkiyyətçinin həmin xərclərə cəlb edilməsini təmin etmək mümkündür.

57. Nəzərə alınmalıdır ki, binaların idarə edilməsi və baxımı əmlakın müxtəlif hissələrinə və quraşdırılmış avadanlıqlara təxirəsalınmaz və bəzən fasiləsiz fiziki qulluq olunmasını şərtləndirir. Bu xidmətlərə mexanika, elektrik və santexnika sistemləri, havalandırma, isitmə və soyutma sistemləri üzrə xidmətlər, bina strukturunun saxlanması xidmətləri, yanğın mühafizə sisteminə xidmətlər, liftlərə baxım xidmətləri və s. aiddir.

58. İddiaçı xərc smetasına xarakterik olan məlumatları əks etdirən maliyyə sənədlərini təqdim edərək bildirmişdir ki, iddiaçı ötən 17 ay ərzində əvvəlki dövrdən (1-ci cavabdehin rəhbərliyi dövründən) qalmış borcları da ödəyib. Məsələn, “Azəriqaz”a olmuş 130.000 manat borcdan cəmi 33.700 manat qalıb, lift xidməti üzrə əvvəlki borcdan 2400 manat ödənilib. 2018-ci ildə sabiq İdarə Heyəti “xidmət haqqının kalkulyasiyası” adlı sənədi təsdiq edib. Bu, sadəcə proqnoz xarakterli sənəddir (heç bir qurum proqnoz üzrə xərclərini tam icra etmir, çünki gözlənilməz xərclər də olur) və s.

59. Ali Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının irəli sürdüyü bu dəlillər, yoxlanıb qiymət verilməsi zəruri olan dəlillərdir.

60. İş materilları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir, o cümlədən binanın saxlanılması üçün sakinlər tərəfindən ödənilməli olan ödənişləri yığmışdır və cavabdehlər həmin binanın sakinləridir.

61. Həmçinin iş materiallarından aydın olur ki, cavabdehlərin hətta bəziləri İddiaçı MMMC-nin üzvləridir və vaxtilə tutulmalı məbləğin meyarlarının lehinə səs veriblər.

62. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

63. Həmin Məcəllənin 135.2.3 və 135.2.4-cü maddələrinə görə isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.

64. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən binanın saxlanması üçün mənzil mülkiyyətçiləri tərəfindən kommunal xidmətlərə görə haqq vaxtında və tam məbləğdə ödənilməlidir.

65. İş üzrə digər mübahisəli məsələ ödənilməli olan kommunal xidmətlərə görə haqqın məbləğidir.

66. İlk öncə qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizə tədim edərək Cəmiyyətin Cavabdeh9 və Cavabdeh8 qarşı iddia tələblərindən vaz keçdiyini bildirmişdir. O, bu mövqeyini adı çəkilən şəxslərin Cəmiyyətə olan borclarını tam ödəmələri və hazırda Cəmiyyətə hər hansı məbləğdə borclarının qalmaması ilə izah etdi.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, digər cavabdehlərdən Cavabdeh5, Cavabdeh2, Cavabdeh11 Feyruz oğlu, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqi barədə ərizə vermişlər.

68. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən şəxslərə münasibətdə irəli sürülən tələblərə iddia müddəti tətbiq olunmalıdır. Belə ki, iddiaçı yalnız dəqiqləşmə barədə iddia ərizəsini təqdim etdiyi gündən - xx.xx.2024-cü il tarixdən əvvəlki üç ilə münasibətdə həmin cavabdehlərdən kommunal xidmətlərə görə haqqın tutulmasını tələb edə bilər.

69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

70. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən kommunal xidmətlərə görə borc məbləğini əks etdirən yeni borc məbləği saldosu təqdim edilmişdir.

71. Məhkəmə kollegiyası qeyd olunanları və yeni borc məbləği saldosunda öz əksini tapan məlumatları nəzərə alaraq hesab edir ki, ödənilməmiş borc məbləği üzrə cavabdehlərdən iddiaçının xeyrinə aşağıdakı məbləğdə pul vəsaiti tutulmalıdır: - Cavabdeh5 – 2924.78 manat; - Cavabdeh1 – 2102 manat; - Cavabdeh4 – 1543.08 manat; - Cavabdeh2 – 120.10 manat; - Cavabdeh12 – 3788.72 manat; - Cavabdeh11 Feyruz oğlundan – 2047.56 manat; - Cavabdeh3 – 1348.32 manat; - Cavabdeh6 – 746.66; - Cavabdeh10 – 1072.80 manat; - Cavabdeh7 – 769.44 manat.

72. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

73. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

74. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

75. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

76. Həmin Məhkəmə “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.

77. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

80. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

81. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh5 2924.78 manat; Cavabdeh1 2102 manat; Cavabdeh4 1543.08 manat; Cavabdeh2 120.10 manat; Cavabdeh12 3788.72 manat; Cavabdeh11 Feyruz oğlundan 2047.56 manat; Cavabdeh3 1348.32 manat; Cavabdeh6 746.66; Cavabdeh10 1072.80 manat; Cavabdeh7 769.44 manat məbləğində pul tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməlidir.

82. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə hər bir cavabdehə münasibətdə mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

83. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunsun. Cavabdehlər Cavabdeh5 2924.78 manat (iki min doqquz yüz iyirmi dörd manat, yetmiş səkkiz qəpik), Cavabdeh1 2102 manat (iki min yüz iki manat), Cavabdeh4 1543.08 manat (min beş yüz qırx üç manat, səkkiz qəpik); Cavabdeh2 120.10 manat (yüz iyirmi manat, on qəpik), Cavabdeh12 3788.72 manat (üç min yeddi yüz səksən səkkiz manat, yetmiş iki qəpik), Cavabdeh11 Feyruz oğlundan 2047.56 manat (iki min qırx yeddi manat, əlli altı qəpik), Cavabdeh3 1348.32 manat (min üç yüz qırx səkkiz manat, otuz iki qəpik), Cavabdeh6 746.66 manat (yeddi yüz qırx altı manat, altmış altı qəpik), Cavabdeh10 1072.80 manat (min yetmiş iki manat, səksən qəpik), Cavabdeh7 769.44 manat (yeddi yüz altmış doqquz manat, qırx dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar