Məhkəmə qərarları › İş №2(103)-460/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-460/2025

01.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-460/2025 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (hüquqi varisi Hüquqi varisn Aleksandrovna) cavabdeh Ağaşirinov İlham Hacı oğluna (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (açar sözlər: maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı hüquqi varisi Hüquqi varisn Aleksandrovnanın vəkili vəkil1, Cavabdeh Ağaşirinov İlham Hacı oğlunun nümayəndəsi (vəkili) vəkil4 iştirakı ilə, İddiaçı İddiaçı (hüquqi varisi Hüquqi varisn Aleksandrovna) cavabdeh Ağaşirinov İlham Hacı oğluna (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları X5 tərəfindən Bakı şəhəri, Binəqədi Rayonu, Goradil kəndi, **** saylı, 0,15 ha olan bağ sahəsi iddiaçının anası mərhum X6 ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 0,1248 ha torpaq sahəsindən ibarət **** saylı bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 0,1248 ha torpaq sahəsindən ibarət **** saylı bağ sahəsinə dair Hüquqi varis xüsusi mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və AA ****** saylı torpaq sahəsinin plan-ölçüsünə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, ** saylı bağ sahəsi cavabdeh Ağaşirinov İlham Hacı oğlunun mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # #### 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilmiş, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin həmin əraziyə düşən hissəsinin sökülməsi, ilkin cizgi üzrə hasarın bərpa edilməsi cavabdeh Ağaşirinov İlham Hacı oğluna həvalə edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Ağaşirinov İlham Hacı oğlu ilə İddiaçı arasında Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli mülki işi üzrə ## ###### 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş barışıq sazişi bağlanmış, ## #### 2021-ci il tarixində bağ sahələrinin bölgü sxemi hazırlanaraq notarial qaydada təsdiq olunmuşdur. “xxxx” MMC-nin **-**/** nömrəli, ## #### 2021-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş bağ sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə və sxemə əsasən dəqiqləşdirilmişdir. **** nömrəli bağ sahəsinin ****K nömrəli bağ sahəsinin ərazisindən keçməklə sxematik xəritədə nəzərdə tutulan digər yoldan istifadə etməsi ****K saylı bağ sahəsinin 240 kv.metrlik həcmdə hissəsini əhatə edəcəkdir. Mübahisəli əraziyə gələn və sxematik xəritədə nəzərdə tutulan yol hal-hazırda işlək vəziyyətdədir. Lakin ərazidən yüksək təzyiqli magistral su borusunun çəkilməsi nəticəsində **** saylı bağın həmin yoldan istifadəsi mümkünsüz olmuşdur. Ona görə də faktiki olaraq **** saylı yoldan hal-hazırki vəziyyətdə istifadə edərək özünün torpaq sahəsinə gəlmək üçün mümkün olan iki yoldan istifadə etməsi mümkündür. X3 və Ekspertiza Mərkəzi MMC-in ##.##.2022-ci il tarixli ** saylı mütəxəsis rəyindən müəyyən olunur ki, naturada mübahisələndirilən torpaq sahəsinin kordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və Goradil bağ sahəsinin sxeminə əsasən dəqiqləşdirilmə zamanı məlum olmuşdur ki, Goradil bağ sahələrinin sxemində **** saylı bağ sahəsinin (sxemdə ** saylı bağ sahəsi kimi qeyd olunub) və ona bitişik şərq hissədə yerləşən bağ sahələrinin yolları həmin bağların şimal tərəfində (dəmir yoluna paralel) nəzərdə tutulmuşdur. Lakin sonradan **** saylı (sxemdə ** saylı) və ona şərq hissədən bitişik yerləşən bağların şimal tərəfindən yüksək təzyiqli magistral su xətti çəkilmiş, bu səbəbdən də sözügedən bağ sahələrinin bir hissəsi yol ilə birlikdə hal-hazırda bağ sahiblərinin istifadəsində qalan hissədən ayrılmışdır. Ona görə də **** saylı bağ (sxemdə) və ona şimaldan bitişik olan digər bağlar yüksək təzyiqli magistral su xəttinin mühafizə zolağının kənarı ilə gedən yoldan istifadə etməli olublar. Həmin yüksək təzyiqli su xəttinin hər iki tərəfində 6 metrə qədər mühafizə zolağı saxlanmışdır. Naturaya baxış zamanı məlum oldu ki, cavabdehlər yüksək təzyiqli magistral su xəttinin mühafizə zolağını dəmir darvaza qoyaraq bağlamışlar. Cavabdehlər həmçinin bildirmişlər ki, qeyd olunan mühafizə zolağından istifadə edilməsi üçün həmin darvazanın açarını su idarəsinin işçilərinə veriblər. Rəydən daha sonra müəyyən olunur ki, Goradil bağ torpaq sahələrinin sxematik xəritəsində nəzərdə tutulan yolun **** saylı bağ sahəsinə birbaşa çıxışı yoxdur. Həmin yolun ümumilikdə vəziyyəti qənaətbəxşdir. Bu yol ilə ****K saylı bağ sahəsinə gəlmək mümkündür. ****K saylı bağ sahəsinin istifadəsində əlavə torpaq sahəsi vardır. Bu torpaq sahəsi ümumilikdə hasarlanıb. ****K saylı bağ sahəsinin qeydiyyata alınmış koordinatlarına əsasən **** saylı bağ sahəsinə sxematik xəritədə nəzərdə tutulmuş yolla gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli rəyindən müəyyən olunur ki, bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən sözügedən yol şimal hissədəndir. Qeyd olunan bağların bölgüsünə dair sxematik xəritədə su boru xətti və mühafizə zolağı nəzərə alınmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisində həmin ərazidə yol göstərilməmişdir. Mühafizə zolağına düşən hissə 1669 və ** saylı bağların arxiv cizgisində və bağların bölgüsünə dair sxematik xəritədə bağ sahələrinin ərazisi kimi göstərilib. Yuxarıda qeyd edildiyi kimi **** saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş ərazidə yol şimal hissədəndir. Qeyd olunan həmin ərazidə (şimal hissədə) faktiki olaraq avtomobil yolu mövcuddur. ** saylı bağ kimi qeydiyyata alınan sahə ** saylı bağ kimi faktiki iddia olunan sahənin bir hissəsinə aiddir. Digər hissələr mühafizə və arxiv cizgisindən kənarda qalması səbəbi ilə mülkiyyət hüquqları qeydiyyata alınmayıb. İddiaçının yol kimi iddia etdiyi sahə ** saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsü daxilində deyil. Lakin arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ** saylı bağın ərazisidir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, qərardadın birinci, ikinci və beşinci sualları üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığına görə qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. Qərardadın üçüncü, dördüncü, doqquzuncu və onuncu sualları üzrə: qərardadın bu suallarını cavablandırmaq mühəndis-texniki ekspertizaları şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Qərardadın altıncı sualı üzrə: ****K saylı bağ sahəsinin faktiki sahəsinin 976,25 m2 olduğu müəyyən olundu (****K saylı bağ sahəsi sənəd üzrə 252 m2-dir). Qərardadın yeddinci, səkkizinci və onbirinci sualları üzrə: iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qarşısında eni 12,24-13.03 metr olan uzunluğu 23-24 metr uzunluğunda boş torpaq sahəsi vardır. Həmin boş torpaq sahəsindən su borusunun keçdiyi müəyyən olundu. Həmin torpaq sahəsinin iki tərəfinə digər qonşular tərəfindən mişar daşı ilə hörülərək dəmir qapı quraşdırılmış, cavabdeh tərəf, yəni iddiaçının iddia etdiyi yol tərəf isə metal konstruksiyalar ilə bağlanmışdır. Odur ki, faktiki olaraq iddiaçının **** saylı bağ sahəsinə gediş-gəliş üçün alternativ yolun mövcud olmadığı müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ## #### 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, qeydiyyatdan keçmiş bağ sahələrinin arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən (59) **** saylı və ** saylı bağ sahələrinin yolu şimal hissədən (dəmir yolu tərəfdən) göstərilib. Qeyd olunan **** saylı bağ sahibinin iddia etdiyi kimi bağ sahələrinin sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən yeraltı su xətti, həmçinin sahəyə dair baş plan rəyə əlavə olunur. Bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən yol şimal hissədəndir. Sxematik xəritədə su boru xətti və mühafizə zolağı nəzərə alınmamışdır. Mühafizə zolağına düşən hissə 1669 və ** saylı bağların arxiv cizgisində və sxematik xəritədə bağ sahələrinin ərazisi kimi göstərilib. Sözügedən **** saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş ərazidə yol şimal hissədəndir. Faktiki olaraq həmin ərazidə (şimal hissədə) avtomobil yolu mövcuddur. İddiaçının yol kimi iddia etdiyi sahə ** saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin plan və ölçüsü daxilində deyildir. Lakin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ** saylı bağın ərazisidir. Bundan başqa ** saylı bağ sahəsi kimi 001013014051 reyestr nömrəsi ilə qeydiyyatdan keçən torpaq sahəsi baş planda koordinatlarla verilmiş ərazinin şərqində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspertiza rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən **** saylı bağ sahəsi bölünməmişdən əvvəl iddiaçının hansı yoldan istifadə etdiyini müəyyən etmək tikinti-texniki obyektərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Həmçinin qeyd olunur ki, **** saylı bağ sahəsi bölündükdən sonra, yəni faktiki olaraq heçbir yoldan istifadə etmir. Qərardadın ikinci sualı üzrə: qərardadın bu sualının cavablandırılması tikinti-texniki obyektərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Qərardadın üçüncü sualı üzrə: iş materiallarında olan məlumatlara əsasən qeyd olunur ki, qeydiyyatdan keçmiş bağ sahələrinin arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən (59) **** saylı və ** saylı bağ sahələrinin yolu şimal tərəfdən (dəmir yolu tərəfdən göstərilib) (ortofoto əlavə olunur). Rəyədən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli, ETM-***/T/** nömrəli mütəxəssis rəyi üzrə tədqiqatın nəticəsinə əsasən: 1-ci və 4-cü suallar üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən **** saylı bağ sahəsi bölünməmişdən əvvəl, iddiaçı həmin bağ sahəsinin (eyni zamanda qonşu bağ sahələrinin) qarşısında, şimal hissədə dəmir yoluna paralel yerləşən ümumi istifadədə olan yoldan istifadə etmişdir. Lakin **** saylı bağ sahəsi iki hissəyə (1669 və ****K saylı sahələr) bölündükdən sonra **** saylı bağ sahəsi ****K saylı bağ sahəsinin arxa hissəsində qaldığından, həmçinin sağ və sol tərəfdə qonşu bağ sahələri yerləşdiyindən, **** saylı bağ sahəsinə giriş yolu bağlanmışdır. Qeyd olunur ki, iddiaçı özünə məxsus **** saylı bağ sahəsinə faktiki olaraq ****K saylı bağ sahəsinin ərazisindən keçir. 2-ci və 5-ci suallar üzrə: Hal-hazırda ****K saylı bağ sahəsi **** saylı bağ sahəsinin qarşısında yerləşdiyindən, iddiaçının **** saylı bağın bölgüsü aparılanadək istifadə etdiyi yoldan istifadə edə bilməsi mümkün deyildir. 3-cü və 8-ci suallar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyinin birinci və beşinci sualları üzrə cavabda qeyd edilən, şimal hissədə olan avtomobil yolu hal-hazırda ****K saylı bağ sahəsinin həmçinin digər qonşu bağ sahələrinin qarşısında, dəmir yoluna paralel istiqamətdə yerləşən ərazidən keçir. 6-cı sual üzrə: iddiaçının **** saylı bağ sahəsinə olan yoldan istifadə edə bilməsinin qarşısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin çəkilməsi səbəbindən deyil, həmin bağın iki hissəyə bölündükdən sonra ****K saylı bağ sahəsinin arxa hissəsində qalması nəticəsində alınmışdır. 7-ci sual üzrə: Magistral su borusu xəttinin keçdiyi sahələr ayrı-ayrı bağ sahələrinin sakinləri tərəfindən hasara alınaraq bağlandığından, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin mühafizə zonasından həmin ərazidə olan bağ sahələrinin sakinlərinin faktiki olaraq yol kimi istifadə etməsi mümkün deyildir. 9-cu sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ****K saylı bağ sahəsinin faktiki ümumi sahəsi 976,25 kv.metr müəyyən olunmuşdur. Bağ sahəsinin faktiki döngə nöqtələri arasındakı ölçüləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. 10-cu sual üzrə: iddiaçının **** saylı bağ sahəsindən istifadə edə bilməsi üçün iddia ərizəsində yol kimi qeyd etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin mühafizə zonasında cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhəd hasarı və giriş-çıxış üçün metal darvaza mövcuddur. 11-ci, 12-ci və 13-cü suallar üzrə: iddiaçının iddia etdiyi yol Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin mühafizə zonası olduğundan, həmçinin su borusu çəkilən sahələrin bir hissəsi ayrı-ayrı bağ sahələrinin sakinləri tərəfindən hasara alınaraq bağlandığından, həmin sahələrin faktiki vəziyyətdə yol kimi istifadə olunması mümkün deyildir. 14-cü sual üzrə: iddiaçının **** saylı bağdan istifadə edə bilməsi üçün həmin ərazidə alternativ yol faktiki olaraq mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən **** saylı bağ sahəsinə, həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin, o, cümlədən darvazanın sökülməsi, gediş-gəliş yolunun həmin hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin istifadəsində olan ** saylı bağ sahəsi iddiaçının bağ sahəsi ilə həmsərhəd olmaqla qonşuluqdadır. Notarial qaydada təsdiq olunmuş bölgü sxeminə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun istifadəsində qalması şərtilə sərhədlər müəyyən edilmiş və hasar iddiaçı tərəfindən inşa edilmişdir. Bundan sonra üç ildən artıq müddətdə aralarında hər-hansı bir mübahisə olmamışdır. Bəhs edilən torpaq sahəsi iddiaçının mərhum anasına məxsus olmuşdur və vərəsəliyin rəsmiləşməsi qaydasında iddiaçının adına keçirilməsi ilə bağlı bacısı İradə ilə aralarında olan anlaşmaya əsasən bağ sahəsinin bir hissəsi yekunda iddiaçının bacısının mülkiyyətinə keçməli idi. Ayrılmış bağ sahəsinin ortasından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus olan su borusu çəkilmiş olması səbəbindən bağ sahəsi digər qonşu sahələrdə olduğu kimi iki hissəyə bölünmüşdür. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat zamanı bu fakt nəzərə alınmış və mərhum anasının adına bağ sahəsi biri 1669, biri isə 1669K ünvanı ilə qeydiyyata alınmış iki hissə olmaqla qeydiyyat aparılaraq müvafiq çıxarışlar verilmişdir. 1250 kv.metr hissə olan **** saylı bağ sahəsi iddiaçının mülkiyyətində qalmış, 250 kv.metr hissə olan ****K saylı bağ sahəsini isə iddiaçı əvvəldən olan razılaşmalarına əsasən bacısı İradəyə bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan əvvəl də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus olan magistral su borusu çəkildiyi dövrdən, su borusunun mühafizə zolağı yol olaraq istifadə edilməkdədir. Bütün bu müddət ərzində hətta torpaq zəbti ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi müddətdə də iddiaçı bu yoldan istifadə etmişdir. Məsələ burasındadır ki, bağların sxematik xəritəsinə əsasən bağ sahəsinə gedən yol hal-hazırda iddiaçının bacısına bağışladığı sahənin aşağı tərəfinə nəzərdə tutulmuşdur. Lakin sxematik xəritə tərtib edilən zaman magistral su xətti olmamışdır. Su xəttinin çəkilməsi sıra ilə bütün bağ sahələrinə öz təsirini göstərmişdir. Hal-hazırda iddiaçının bağ sahəsinə gəlmək üçün nəzəri cəhətdən iki yolu var. Biri bacısı İradəyə bağışlanmış 250 kv.m-lik hissədən keçir. 250 kv.metr bağ sahəsinin yol üçün ən azı 70 kv.metr hissəsi yol üçün bağlanmalıdır ki, bunu da ədalətli hesab etmək olmaz. Onsuz da iddiaçı bacısına daha artıq sahə vermək istəyirdi, lakin texniki cəhətdən bunu etmək mümkünsüz olmuşdur, çünki 250 kv.metrlik hissəni qalan 1250 kv.metrlik hissədən borunun mühafizə zolağı ayırır. Digər variant isə yolun magistral boru xəttinin perimetri boyunca nəzərdə tutulan, bu səbəbdən özəlləşdirilməsinə yol verilməyən, bu müddət ərzində yol kimi istifadə edilən yerdən keçməsidir ki, bu variant həm qanunvericilik, həm üçüncü şəxslərin maraqlarının qorunması, həm də optimallıq baxımından daha məqbuldur. İddiaçının mərhum anasına məxsus bağ sahəsində olduğu kimi cavabdehin istifadəsində olan bağ sahəsi də magistral su borusu xətti ilə iki hissəyə bölünmüşdür. Boru xəttinin paylayıcı olan hissəsi də məhz iddiaçının bağını iki hissəyə bölən əraziyə düşdüyü üçün həmin hissənin maneəsiz keçidi təmin edilməlidir. Çünki hər-hansı təmir, profilaktik yoxlama, hansısa xətlə bağlı işlərin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən görülməsi üçün ilk növbədə məhz həmin paylayıcıya baxış keçirilir. Bu müddət ərzində dəfələrlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC əməkdaşları tərəfindən həmin hissəyə baxış keçirilməsinin, hansısa cari təmir işlərinin görülməsinin şahidi olunmuşdur. Ancaq hal-hazırda bu da mümkün deyil, çünki artıq bir ilə yaxındır ki, su borusunun mühafizə zolağına aid olduğuna baxmayaraq həmin hissə cavabdeh tərəfindən bağlanmışdır. İddiaçı faktiki olaraq bağ sahəsinə gedib-gələ bilmir. Yaxın zamanlarda su borusunun paylayıcısında işlərin görülməsi ilə bağlı əməkdaşların yerinə gedib çıxa bilməmələrinin, sonda kifayət qədər yaşlı əməkdaşların həmin maneələri aşmaq və alətləri oradan çətinliklə keçirmək məcburiyyətində qaldıqlarının şahidi olunmuşdur. Magistral su borusu xəttinin keçdiyi zolaq boyunca cavabdehin metal hasarı mövcud olmuş və su borusu xətti çəkildiyi vaxtdan həmin hissəyə hansısa maneələr quraşdırmamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin 2-ci bəndində qeyd edilmiş ki, tərəflər təsdiq etmişdir ki, cavabdehin magistral su xəttinə paralel olaraq mövcud hasarı və digər qonşu **/**** saylı bağ sahəsi ilə sərhəd xətti metal hasardır. Göründüyü kimi magistral su xəttinə paralel olaraq mövcud hasar olmuşdur. İddiaçı gediş-gəliş yolunun müəyyən olunması üçün öz hesabına ekspertiza keçirilməsi üçün sifariş vermiş və müvafiq rəy alınmışdır. Ekspert rəyinin məzmunundan müəyyən edilir ki, bağların sxematik xəritəsinə əsasən ilkin olaraq bağlara gəlməli olan yol daha aşağıdan müəyyən edilmiş olsa da, sonradan magistral su boru xəttinin çəkilməsi ilə əlaqədar müəyyən qaçılmaz dəyişikliklər baş vermişdir. Belə ki, magistral su borusu xətti bəhs edilən bağların sırasından keçirilmiş olduğu üçün sırada olan bütün bağlar faktiki olaraq iki təcrid olunmuş hissəyə parçalanmışlar. Bundan əlavə magistral su borusu xəttinin mühafizə zolağı müəyyən edilmişdir ki, həmin hissənin mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına, eləcə də həmin hissədə hansısa əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə qadağa vardır. Magstral su borusu xəttinə paralel olaraq isə ərazinin avtomaşın yolu kimi istifadə edilməsi mümkündür. Belə olduqda iddiaçıya məxsus bağ sahəsinə gəlmək üçün yeganə variant hal-hazırda mübahisələndirilən sahədir. Çünki ilkin olaraq **** saylı bağ sahəsi olaraq ayrılmış, sonradan magistral su borusu xəttinin mövcudluğu ilə əlaqədar 1669k ünvanı ilə qeydiyyata alınmış bağ sahəsi artıq digər şəxsin mülkiyyətindədir və ekspert rəyindən də məlum olduğu kimi onsuz da kiçik sahəsi olan ****K saylı bağ sahəsinin bir hissəsinin də iddiaçıya gələn yol üçün alınması həm ədalətsizlikdir, həm də bu variant digər alternativin olmadığı halda nəzərdən keçirilə bilərdi. İddia tələbi üzrə cavabdeh tərəfindən gediş-gəliş yolunun bağlanılması ilə iddiaçının mülkiyyətində olan bağ sahəsindən sahiblik və istifadəyə maneələr yaradılmışdır. Bu maneələrin aradan qaldırılmasını iddiaçı dəfələrlə tələb etsə də nəticəsi olmamışdır. Cavabdehin nümayəndəsi və vəkili vəkil4 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCyə məxsus olan magistral su borusu çəkildiyi dövrdən su borusunun mühafizə zolağı heç də qeyd olunan kimi yol olaraq istifadə edilməmişdir. Mühafizə zolağı hesab edilən hissədən də yalnız həmin torpaq sahələrinin sahibləri və zərurət olduqda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əməkdaşları istifadə edirlər. Yəni, nə magistral su borusunun çəkildiyi vaxtdan əvvəl, nə də sonra qeyd olunan yerdə hər-hansı yol olmamış, hazırda da yoxdur. Sözügedən ** saylı bağ sahəsi ## ###### 2001-ci il tarixli bağın icarəyə verilməsi haqqında ***** saylı müqaviləyə əsasən cavabdehə icarəyə verilmiş, həmin vaxtdan da sözügedən bağ sahəsi cavabdehin sahiblik, istifadə və mülkiyyətindədir. Hazırkı iddia tələbi açıq-aşkar şəkildə əsassız olmaqla hüquqdan sui-istifadədir. İddia ərizəsində göstərildiyi kimi **** saylı bağ sahəsi iddiaçının mülkiyyətində olmuş, sonradan bağın bir hissəsini bacısına bağışlamışdır. Həmçinin ərizədə qeyd olunmuşdur ki, bağışlanmış torpaq sahəsinin ölçüsü cəmi 250 kv.metrdir. Halbuki reallıqda həmin ərazi göstəriləndən təxminən 3 dəfə böyükdür. Həmin torpaq sahəsinin kənarı ilə iddiaçıya yol verilməsi ən optimal variantdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin təşəbbüsü ilə mübahisəli ərazinin yerində müayinəsi təyin edildikdə müəyyən edilmişdir ki, birbiri ilə yanaşı yerləşən 60 və **** nömrəli bağ sahələrinin təxminən ortalarından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su kəməri keçir. Cavabdehə məxsus ** nömrəli bağ sahəsinin nəzəri şimal, yəni fərdi yaşayış evi tikilmiş hissəsindən cənuba doğru bağ sahəsinin sonunadək, həmçinin su kəmərinin keçdiyi sahə də daxil olmaqla heç bir arakəsmə müəyyən edilməmiş, bağ sahəsinin qurtaracağı mişar daşları ilə hörülmüş, dəmir darvaza qoyulmuşdur. Həmçinin həmin bağ sahəsinin su kəməri keçən sahəsinin üzü nəzəri şimal istiqamətində sol tərəf sərhəddi taxta materialdan, sağ tərəfi, yəni **** saylı bağ sahəsi ilə həmin sahədən keçən sərhəddi isə kiçik ölçülü dəmir darvazadan ibarət arakəsmədir. **** saylı bağ sahəsinin isə 0,125 ha sahəli hissəsi su kəmərinin ayırdığı sahədən mişar daşları ilə hörülmüş, kəmərin mühafizə zonasından sonrakı 0,025 sahəli hissə də həm kəmərin keçdiyi şimal, həm də cənub tərəfdən mişar daşları ilə hörülmüşdür. **** saylı bağ sahəsinin 0,125 ha ölçülü hissəsindən, eləcə də 0,025 ha ölçülü hissəsindən su kəməri istiqamətində qapı mövcuddur. ** saylı bağ sahəsinin gediş-gəliş yoluna birbaşa çıxışı mövcuddur, **** saylı bağ sahəsinin isə yalnız 0,025 ha ölçülü hissəsinin yola çıxışı mövcuddur. Məhkəmə bildirmişdir ki, **** saylı, cavabdehə məxsus torpaq sahəsinin nəzəri cənub sərhəddi təxminən ** saylı bağ sahəsinin cənub sərhəddi ilə eyni məsafədə yerləşmiş, sonradan magistral su kəmərinin çəkilməsi ilə iddiaçı su kəmərinin ona məxsus torpaq sahəsindən keçdiyi hissədən aşağı sahəni bacısının adına rəsmiləşdirməklə onun mülkiyyətinə vermiş, həmin torpaq sahəsi də dörd tərəfdən mişar daşları ilə hörülmüş, beləliklə iddiaçının gediş-gəliş yoluna çıxışı bağlanmışdır. Hazırkı halda iddiaçıya məxsus **** saylı bağ sahəsinə aid olan yolun iddiaçı tərəfindən özgəninkiləşdirdiyi sahədə qalmış, cavabdehə məxsus ** saylı bağ sahəsindən isə əvvəllər iddiaçının istifadə etdiyi yolun mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 175.1-3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən ****K saylı bağ sahəsinin bağışlanma əsasında özgəninkiləşdirilməsini mövcud olan əlaqə xətlərinin özbaşına ləğv edilmə kimi qiymətləndirmişdir. Halbuki həmin sahə əvvəldən ayrıca daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmış və bağışlama tərəflərinin şifahi razılığına əsasən sənədləşdirilmişdir. Bağışlama müqaviləsi üzrə tərəflər etibarlı ailə münasibətləri zəminində birbirinə vicdanlı davranmışlar. Əks halda ****K saylı bağ sahəsinin indiki mülkiyyətçisi, iddiaçı ilə birlikdə vərəsə olaraq hər iki sahənin paylı mülkiyyətçisi olacaqdı və sonra aralarında naturada bölgü olunmaqla yenə də indiki mülkiyyət hüquqlarına sahib olacaqdılar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli rəyindən görünür ki, iddiaçının yol kimi iddia etdiyi sahə ** saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsü daxilində deyildir. Həmin rəydə arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli tikili olan torpaq sahəsi ** saylı bağın ərazisinə düşməsi qeyd edilməsi vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Apellyasiya baxışı zamanı məhkəmənin ##.##.2022-ci il tarixli qərardadı ilə məhkəmətexniki-tikinti ekspertizası təyin olunmuş, lakin rəy verilməsindən imtina olunaraq mülki iş məhkəməyə qaytarılmış, həmçinin daha sonra iddiaçı vəfat etdiyindən, məhkəmənin ##.##.2022-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi müəyyən olunanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis müəyyən edildikdən sonra məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəmə texniki tikinti ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyi məhkəməyə daxil olmuş və işin icraatı təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli mülki iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, **** saylı bağ sahəsinə, həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələr, o, cümlədən darvazanın sökülməsi, gediş-gəliş yolunun həmin hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolu təmin edən torpaq sahəsində özbaşına hasar və darvaza inşa etmişdir. Bununla iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış mümkünsüz olmuşdur. Cavabdehin özbaşına inşa etdiyi hasar və darvazanın cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşməsi iş materialları ilə sübut olunmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2, 172.1, 172.2ci maddələsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 384.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh (vəkil vəkil3 İlyas oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2024-cü il tarixli *(***)**/**** saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı və cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçiləridirlər. Hazırda iddiaçı mülkiyyətində **** saylı bağ sahəsinə həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin aradan qaldırılmasını tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün işin mübahisəli və mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı iddiaçıya məxsus **** saylı bağ sahəsinə aid olan yolun iddiaçı tərəfindən özgəninkiləşdirdiyi sahədə qalması və cavabdehə məxsus ** saylı bağ sahəsindən isə əvvəllər iddiaçının istifadə etdiyi yolun mövcud olmasının məhkəmə araşdırılması ilə müəyyən edilməməsi qənaəti ilə təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin iddianı təmin edərkən aşağıdakı əsaslardan çıxış etmişdir. Birincisi, cavabdehin özbaşına inşa etdiyi hasar və darvazanın cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşməsi iş materialları ilə sübut olunur (##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən). İkincisi, həmin rəydə arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli tikili olan torpaq sahəsi ** saylı bağın ərazisinə düşməsinin qeyd edilməsi vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, ** saylı bağın ərazisinə mülkiyyətə dair çıxarış verilərkən bağ sahəsinin düzgün olan sxematik xəritəyə uyğunlaşdırılması aparılmaqla cavabdehin adına çıxarış verilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi öz qənaətini iş üzrə apellyasiya baxışında təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli rəyinin yalnız 7-ci suala olan cavabı ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalıdır. Lakin göründüyü kimi apellyasiya instansiyası məhkəməsi rəydəki digər sualların cavablarına, birinci instansiya məhkəməsinin mübahisəli ərazinin yerində müayinə edilməsi protokoluna heç bir qiymət verməmişdir. Belə ki, ekspert qarşısında qoyulmuş suallardan biri (3-cü sual) “həmin mühafizə zolağı boyunca ərazinin yol olaraq istifadə edilməsi mümkündürmü” olmuşdur. Ekspert isə rəyində cavab olaraq bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisində həmin ərazidə yol göstərilmədiyini qeyd etmişdir. İddiaçının bağına sxematik xəritənin parametrləri nəzərə alınmaqla hansı yolla gəlmək optimal hesab edilməli olması sualına **** saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş ərazidə yol şimal hissədən olması cavabı verilmişdir və növbəti sualın cavabında həmin şimal hissədə faktiki olaraq avtomobil yolunun olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertin cavabları iş üzrə doğru nəticəyə gəlmək üçün yetərli deyildir və iddia tələbinin qanuni əsasını tapmaq üçün apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri aydınlaşdırmadan, ziddiyyətli məqamlara münasibət bildirmədən yekun nəticəyə gəlmişdir. Belə ki, əgər sxematik xəritədə həmin ərazidə yol göstərilməyibsə (həmçinin birinci instansiya məhkəməsinin yerində müayinəsi zamanı da həmin ərazidə yol müəyyən edilməmişdir) o, zaman iddiaçının bu vaxta qədər hansı yoldan istifadə etməsi, rəydə qeyd edilən şimal hissədə avtomobil yolu varsa, bu yolun tam olaraq hansı ərazidən keçməsi, iddiaçının özgəninkiləşdirdiyi torpaq sahəsinin faktiki ölçüsünün nə qədər olması, iddiaçının torpağını özgəninkiləşdirdiyi zamana qədər və ondan sonra hansı yollardan istifadə etməsi məsələlərini apellyasiya instansiyası məhkəməsi həll etməmişdir. Qeyd olunanlardan da göründüyü kimi işə baxmış məhkəmələr mübahisənin hüquqi həlli ilə bağlı prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli, ** saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o, cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu qərarın əsaslandırıcı hissəsində qeyd edilən məsələləri tam aydınlaşdıran məhkəmə aktı qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, əslində bütün bu mübahisə İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik-hüquqi şəxsinin magistral boru kəmərlərinin üstündədir. Hal-hazırda iddiaçı müvəqqəti olaraq ****K saylı bağ sahəsinin ərazisindən keçərək yoldan istifadə edir. Bağ sahəsi iddiaçı ilə qohum arasında bölünmüşdür. İddiaçı 250 kvadratmetrlik sahəni bacısına bağışlamışdır. Bağ sahəsi onlara vərəsəlik üzrə keçib. Ekspertin müəyyən etdiyi şimal hissə ayrılmış bağ sahəsinin qarşısındadır. Sahənin 252 kvadratmetr olmasına baxmayaraq rəydə 976 kvadratmetr yazılmasının səbəbini o, bilmir. Sağ tərəfdən də başqa qonşu var. Ordakı bağ sahələrinin hamısı uzununa yerləşir, İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsinin magistral boru kəmərləri isə bütün bağ sahələrindən eninə keçir. Aşağı hissədə yerləşən bağ sahələrinin hamısının yolu var, arxada qalanlar isə faktiki olaraq yolsuz qalıb. Ona görə də arxada qalan bağ sahələri yoldan belə istifadə edir ki, bir neçə bağ sahəsindən magistral boru kəmərlərinə gedən yolun üstündən keçirlər. O, İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsində də olmuş, orada 8 kilometr ərazi zəbt olunub. Bağların sağ tərəfi çoxdan zəbt olunmuş ərazidir. Bəlkə də həmin o sağ tərəfdə boruların üstündə ev də tikilib. Onların yol kimi istifadə etdikləri sol tərəfdə isə hər hansısa tikili yoxdur. Orda da bağ sahələri aşağı, yuxarı olmaqla bölünüb, aralarında keçmək üçün yol qoyulub. Bağ iddiaçıya vərəsəliklə keçib. O vaxt iddiaçının bacısının hansı səbəbdən mirası qəbul etməməsi ona məlum deyil, aralarında belə razılaşıblar. İddiaçı bağ sahəsini bacısına bağışlayanda da magistral boru kəmərlərinin üzərindən yol kimi istifadə edirdi. Bağ sahələri uzununa yerləşdiyinə görə orada başqa cür bölgü mümkün deyildir. Çünki bağ sahəsinin arxası, sağı, solu bağlı olub, iddiaçı da yeri bacısına qabaq hissədən verib. Bu bax sahələrinin ortasında yerləşən mühafizə zonası da öz yerində qalır. Əvvəllər su borusunun üzərindən iddiaçı gedib gələ bilirmiş, indi bilmir. Əvvəllər iddiaçı cavabdehdən xahiş etmişdir ki, bağ sahəsindən keçsin, amma indi iddiaçının ordan keçməsinə cavabdeh icazə vermir. Darvaza da qoyulduğundan iddiaçı təmiz blokadaya düşmüşdür. Cavabdehin bağladığı yer, yəni darvaza qoyduğu yer onun mülkiyyətində deyildir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsinin mühafizə zonasıdır ki, iddiaçı da ondan istifadə edib gedib-gəlir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ağaşirinov İlham Hacı oğlunun nümayəndəsi (vəkili) vəkil4 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, iddiaçı torpağın bir hissəsini bacısına bağışlayıb, indi qonşusu olan cavabdehdən yol istəyir. İddiaçının bacısı iddiaçının əvvəlki yolundan istifadə edir. Rəydən də görünür ki, orada başqa yol yoxdur. Rəydə qeyd olunur ki, iddiaçının bacısının faktiki sahəsi 976,25 kvadratmetrdir. Amma sənəd üzərində sahə 252 kvadratmetrdir. Sənədə aid olmayan amma bacısına verilən sahədə maşın yolu da var, hər yol da var. Sadəcə olaraq iddiaçı 252 kv.m. hissəni bacısına bağışlayıb, indi cavabdehdən yol istəyir. İddiaçı torpağının irəli hissəni bacısına bağışlayıb, özü isə arxada qalıb. İndi cavabdehə tərəfə çıxmaq istəyir, iddia edir ki, magistral boru xətti guya yoldur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsi gəlib həmin əraziyə baxış keçirib, deyib ki, bura yol olmayıb, ola da bilməz, mühafizə zonasıdır, istənilən bağ sahəsinin mülkiyyətçisi hər iki tərəfdən sağdan da, soldan da bağ sahəsini bağlayıb. İddiaçı yolu İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsinin magistral boru kəmərlərinin üstündən istəyir, bu da mümkün deyildir. Çünki ekspert rəyindən də görünür ki, yol faktiki olaraq bağlanıb, ümumiyyətlə orada heç yol olmayıb. Təkcə cavabdeh deyil, bütün qonşular öz sahələrinin hər iki tərəfdən hasara alıb bağlayıblar. Ona görə ki, su kəmərinin üstündən yol kimi istifadə edilməsi mümkün deyildir. İddiaçının bacısının istifadəsində olan sahə bağışlanan sahədən artıq sahədir. Sənəddə 252 kvadratmetrdir. O da sol hissədə yerləşir, sağ hissə sənəddə olmayan bir yerdir. Ordan rahat 2- 3 maşın yolu kimi istifadə edilə bilər. Birbaşa şimaldan keçəndə yol maşın yoluna çıxır. Bağ 1980-1990-cı illərdən, Bağlar təsərrüfatının yarandığı vaxtdan cavabdehə keçib. Mirası iddiaçı qəbul edib, bacısına bağışlayıb. Ekspert rəyindən də görünür ki, magistral su boru kəmərlərinin üzərindən heç vaxt yol kimi istifadə edilməyib. Çünki bağ sahələri uzununa yerləşib, əsas maşın yolu da aşağıdan - şimal hissədən olub. Magistral su boru xəttinin keçməsi ilə bağ sahələri iki hissəyə bölünsə də hər bir bağ mülkiyyətçisi öz bağ sahəsinin sağdan və soldan hasara alıb. Hansısa bir qonşunun başqa qonşunun bağ sahəsinə daxil olub ordan hərəkət etməsi və yaxud da boru kəmərinin üzərindən keçməsi halı olmayıb. İddiaçı bildirir ki, guya cavabdehin bağladığı yerdən keçib qarşıdakı boru kəmərinin üzərindən hərəkət ediblər, elə hal olmayıb. Sadəcə məhkəməyə müraciət edilən ərəfədə cavabdehin bağladığı yeri söküblər, hal-hazırda isə həmin yer yenidən bağlanıb. Bağın qarşı tərəfini iddiaçı bacısına bağışladığı üçün yoldan məhrum olub. İddiaçı bacısının faktiki istifadəsində olan sənədi olmayan torpaq sahəsindən maşın yolu kimi istifadə edə bilər. İddiaçı açıq-aşkar hüquqdan sui-istifadə edir. Birinci instansiya məhkəməsi yerində baxış keçirəndə hər şey aydın olmuşdu, heç ekspertizaya da ehtiyacı qalmamışdı. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə rəsmi qaydada məlumat verilmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edildiyindən, apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarında şərh olunan göstərişləri nəzərə alıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki iş üzrə iddiaçının tələblərindən müəyyən olunur ki, o, mülkiyyətində olan **** saylı bağ sahəsinə həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı, iddiaçıya məxsus **** saylı bağ sahəsinə aid olan yolun iddiaçı tərəfindən özgəninkiləşdirdiyi sahədə qalması və cavabdehə məxsus ** saylı bağ sahəsindən isə əvvəllər iddiaçının istifadə etdiyi yolun mövcud olmasının məhkəmə araşdırılması ilə müəyyən edilməməsi qənaəti ilə, təmin etməmişdir. Kollegiya qeyd edir ki, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hazırkı mülki iş üzrə tərəflərin izahatlarından, iş üzrə alınmış mütəxəssis, ekspert rəylərindən və tədqiq olunan digər sübutlardan müəyyən olunur ki, iddiaçı miras olaraq qəbul etdiyi **** saylı bağın yerləşdiyi torpaq sahəsindən 252 m2 sahəni bacısına bağışlamış, iddiaçının bacısına məxsus olan ****K saylı bağın sahəsi sənəd üzrə 252 m2 olsa da, faktiki olaraq sonuncunun istifadəsində olan torpaq sahəsinin ölçüsü 976,25 m2 təşkil edir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, iddiaçının bağışladığı torpaq sahəsi onun bağına olan giriş yolu istiqamətində olduğundan bağışlamadan sonra iddiaçının faktiki istifadəsində qalan bağ sahəsinin çıxış yolu kəsilmişdir. Yəni iddiaçının bağışlmayadək ictimai yola öz çıxışı olmuşdur. İddiaçı iddia ərizəsində cavabdehin onun yolunu bağlamasını, gediş-gəlişə manelər yaratmasını bu səbəbdən manelərin aradan qaldırılmasını, darvazanın sökülməsini tələb etsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının **** saylı bağ sahəsinə olan yoldan istifadə edə bilməsinin qarşısı, cavabdehin hərəkətləri, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin çəkilməsi səbəbindən deyil, iddiaçının öz bağını iki hissəyə böldükdən sonra **** saylı bağın ****K saylı bağ sahəsinin arxa hissəsində qalması nəticəsində alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi istiqamətdən heç vaxt yolu olmamış, o, bu istiqamətdən yol kimi istifadə etməmiş, ümumiyyətlə bağların bölgüsünə dair sxematik xəritədə və arxiv cizgisində həmin ərazidə yol nəzərdə tutulmamış, buna görə də cavabdehin iddiaçıya maneələr yaratması qeyri-mümkündür. Kollegiyaya bu qənaətə gəlməyə aşağıda qeyd olunan ekspet və mütəxəsis rəyləri əsas verir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən sözügedən yol şimal hissədəndir. Qeyd olunan bağların bölgüsünə dair sxematik xəritədə su boru xətti və mühafizə zolağı nəzərə alınmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisində həmin ərazidə yol göstərilməmişdir. Mühafizə zolağına düşən hissə 1669 və ** saylı bağların arxiv cizgisində və bağların bölgüsünə dair sxematik xəritədə bağ sahələrinin ərazisi kimi göstərilmişdir. Qeyd olunan həmin ərazidə (şimal hissədə) faktiki olaraq avtomobil yolu mövcuddur. ** saylı bağ kimi qeydiyyata alınan sahə ** saylı bağ kimi faktiki iddia olunan sahənin bir hissəsinə aiddir. Digər hissələr mühafizə və arxiv cizgisindən kənarda qalması səbəbi ilə mülkiyyət hüquqları qeydiyyata alınmayıb. İddiaçının yol kimi iddia etdiyi sahə ** saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsü daxilində deyildir. Lakin arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ** saylı bağın ərazisidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ****K saylı bağ sahəsinin faktiki sahəsi 976,25 m2-dir. (****K saylı bağ sahəsi sənəd üzrə 252 m2-dir). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qarşısında eni 12,24-13.03 metr olan uzunluğu 23-24 metr uzunluğunda boş torpaq sahəsi vardır. Həmin boş torpaq sahəsindən su borusu keçir. Həmin torpaq sahəsinin iki tərəfinə digər qonşular tərəfindən mişar daşı ilə hörülərək dəmir qapı quraşdırılmış, cavabdeh tərəf, yəni iddiaçının iddia etdiyi yol tərəf isə metal konstruksiyalar ilə bağlanmışdır. Odur ki, faktiki olaraq iddiaçının **** saylı bağ sahəsinə gediş-gəliş üçün alternativ yolun mövcud olmadığı müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ## #### 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, qeydiyyatdan keçmiş bağ sahələrinin arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən (59) **** saylı və ** saylı bağ sahələrinin yolu şimal hissədən (dəmir yolu tərəfdən) göstərilib. Qeyd olunan **** saylı bağ sahibinin iddia etdiyi kimi bağ sahələrinin sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən yeraltı su xətti, həmçinin sahəyə dair baş plan rəyə əlavə olunur. Bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən yol şimal hissədəndir. Sxematik xəritədə su boru xətti və mühafizə zolağı nəzərə alınmamışdır. Mühafizə zolağına düşən hissə 1669 və ** saylı bağların arxiv cizgisində və sxematik xəritədə bağ sahələrinin ərazisi kimi göstərilib. Sözügedən **** saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş ərazidə yol şimal hissədəndir. Faktiki olaraq həmin ərazidə (şimal hissədə) avtomobil yolu mövcuddur. İddiaçının yol kimi iddia etdiyi sahə ** saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin plan və ölçüsü daxilində deyildir. Lakin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ** saylı bağın ərazisidir. Bundan başqa ** saylı bağ sahəsi kimi 001013014051 reyestr nömrəsi ilə qeydiyyatdan keçən torpaq sahəsi baş planda koordinatlarla verilmiş ərazinin şərqində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, qeydiyyatdan keçmiş bağ sahələrinin arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən (59) **** saylı və ** saylı bağ sahələrinin yolu şimal tərəfdəndir. (dəmir yolu tərəfdən göstərilib). “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli, ETM-***/T/** nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən **** saylı bağ sahəsi bölünməmişdən əvvəl, iddiaçı həmin bağ sahəsinin (eyni zamanda qonşu bağ sahələrinin) qarşısında, şimal hissədə dəmir yoluna paralel yerləşən ümumi istifadədə olan yoldan istifadə etmişdir. Lakin **** saylı bağ sahəsi iki hissəyə (1669 və ****K saylı sahələr) bölündükdən sonra **** saylı bağ sahəsi ****K saylı bağ sahəsinin arxa hissəsində qaldığından, həmçinin sağ və sol tərəfdə qonşu bağ sahələri yerləşdiyindən, **** saylı bağ sahəsinə giriş yolu bağlanmışdır. Qeyd olunur ki, iddiaçı özünə məxsus **** saylı bağ sahəsinə faktiki olaraq ****K saylı bağ sahəsinin ərazisindən keçir. Hal-hazırda ****K saylı bağ sahəsi **** saylı bağ sahəsinin qarşısında yerləşdiyindən, iddiaçının **** saylı bağın bölgüsü aparılanadək istifadə etdiyi yoldan istifadə edə bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli rəyinin birinci və beşinci sualları üzrə cavabda qeyd edilən, şimal hissədə olan avtomobil yolu hal-hazırda ****K saylı bağ sahəsinin həmçinin digər qonşu bağ sahələrinin qarşısında, dəmir yoluna paralel istiqamətdə yerləşən ərazidən keçir. İddiaçının **** saylı bağ sahəsinə olan yoldan istifadə edə bilməsinin qarşısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin çəkilməsi səbəbindən deyil, həmin bağın iki hissəyə bölündükdən sonra ****K saylı bağ sahəsinin arxa hissəsində qalması nəticəsində alınmışdır. Magistral su borusu xəttinin keçdiyi sahələr ayrı-ayrı bağ sahələrinin sakinləri tərəfindən hasara alınaraq bağlandığından, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin mühafizə zonasından həmin ərazidə olan bağ sahələrinin sakinlərinin faktiki olaraq yol kimi istifadə etməsi mümkün deyildir. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ****K saylı bağ sahəsinin faktiki ümumi sahəsi 976,25 kv.metr müəyyən olunmuşdur. İddiaçının **** saylı bağ sahəsindən istifadə edə bilməsi üçün iddia ərizəsində yol kimi qeyd etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin mühafizə zonasında cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhəd hasarı və giriş-çıxış üçün metal darvaza mövcuddur. İddiaçının iddia etdiyi yol Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin mühafizə zonası olduğundan, həmçinin su borusu çəkilən sahələrin bir hissəsi ayrı-ayrı bağ sahələrinin sakinləri tərəfindən hasara alınaraq bağlandığından, həmin sahələrin faktiki vəziyyətdə yol kimi istifadə olunması mümkün deyildir. İddiaçının **** saylı bağdan istifadə edə bilməsi üçün həmin ərazidə alternativ yol faktiki olaraq mövcud deyildir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisində iddiaçının iddia etdiyi ərazidə əvvəllər yolun olması göstərilmədiyindən, iddiaçının iddia etdiyi yol Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin mühafizə zonası olduğundan, həmçinin su borusu çəkilən sahələrin bir hissəsi ayrı-ayrı bağ sahələrinin sakinləri tərəfindən hasara alınaraq bağlandığından, həmin sahələrin faktiki vəziyyətdə yol kimi istifadə olunması mümkün olmadığından, iddiaçının **** saylı bağ sahəsinə olan yoldan istifadə edə bilməsinin qarşısı cavabdehin hərəkətləri, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus magistral su borusu xəttinin çəkilməsi səbəbindən deyil, iddiaçının özünün hərəkətləri, yəni mülkiyyətində olan bağ sahəsinin iki hissəyə bölündükdən sonra **** saylı bağın ****K saylı bağ sahəsinin arxa hissəsində qalması nəticəsində alındığından, **** saylı bağ sahəsinə qeydiyyatdan keçmiş ərazidə yolun şimal hissədən olduğundan, şimal hissədə olan yolun hal-hazırda ****K saylı bağ sahəsinin həmçinin digər qonşu bağ sahələrinin qarşısında, dəmir yoluna paralel istiqamətdə yerləşən ərazidən keçdiyindən, hal-hazırda da iddiaçının faktiki olaraq bu yoldan, bacısına bağışladığı torpaq sahəsindən keçməklə, istifadə etdiyindən, mülkiyyətində olan torpaq sahəsinin kiçik bir hissəsini bacısına bağışlayarkən artıq mövcud olan özünə məxsus yolunu ləğv etdiyini bildiyindən, torpaq sahəsinin mülkiyyətçisi olaraq iddiaçı öz sahəsindən ictimai yola çıxışı bağ qonşusu olan bacısından tələb etməsi daha yolverilən olduğundan iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis ekspertiza tədqiqatının dəyərinə görə 200 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar