Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4606/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2941/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsivəkili məhkəməyə iddia ərizəsinə əlavə (iddiaçının birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş evə köçürülməsi tələbi) təqdim etmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2941/2023 nömrəli qərardadı ilə ərizə geri qaytarılmışdır.
4. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrayonun qərb hissəsində yerləşən torpağın İddiaçı (1/2 hissədə) və Cavabdeh (1/2 hissədə) payının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər (sərhədləri, koordinatları və digər məlumatları dəqiq göstərilməklə müəyyən edilsin)?” sualı qoyulmuşdur.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və tələbi üzrə mülki işə baxılmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinə əlavə verib, “Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr qərb hissəsində yerləşən torpaq sahəsi üzərində tikilmiş 3 mərtəbəli evə köçrülməsinin təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması” barədə iddia ərizəsi verilmişdir. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr qərb hissəsində yerləşən torpağına payı olan 1/2 hissənin naturada ayrılmasını, naturada ayrılması mümkün olmadıqda hərracda satılaraq, satışdan alınmış pulun 1/2 hissəsinin onun xeyrinə tutulması hissəsindən imtina edildiyi bildirildi. Keçrilən xx.xx.2023cü il tarixli, saat 09:50 hazırlı iclasında da verilmiş iddia ərizəsinə əlavəni müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsinin qeyd olunduğu bildirilmişdir. Məhkəmənin qərardadı qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 255.0.5. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2941/2023 nömrəli qərardadı iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməli və iş, növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
12. Belə ki, iddiaçı bütövlükdə qərardaddan şikayət versə də, nəzərə alınmalıdır ki, məhkəmənin ekspertiza təyin edilməsi ilə bağlı qərardadından şikayətin verilməsi mülkiprosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin digər qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin iddiaçının iddia ərizəsinə əlavənin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş, iddiaçının iddia ərizəsinə əlavədə göstərdiyi tələbinə (evə köçürülmə) baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, artıq həmin tələbə baxılmalı olduğundan birinci instansiya məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması barədə qərardadı ləğv edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2941/2023 nömrəli qərardadı iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilsin və iş, növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.