Məhkəmə qərarları › İş №2(103)-4609/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4609/2025

28.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4609/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X9 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6, X12 və X7 qarşı “maneənin aradan qaldırılması və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 14/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, X6, X12 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən ona məxsus olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 cavabdehlər Cavabdeh, X4, X11 və X5 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması və həmin qeyri-yaşayış sahələrinə istifadə və sahibliklə bağlı cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 2019-cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380 000 (üç yüz səksən min) manat pul vəsaitinin, həmçinin 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 cavabdehlər Cavabdeh, X4, X11 və X5 qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləği müştərək qaydada cavabdehlər Cavabdeh, X1, X10 və X2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-14/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin «Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin 2019-cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380 000 (üç yüz səksən min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh, X1, X10 və X2 alınaraq iddiaçıya verilməsi» hissəsində icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-14/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı və Cavabdeh Xətai Rayon Məhkəməsinin e-2(011)-14/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər İddiaçı tərəfindən həmçinin Xətai Rayon Məhkəməsinin e-2(011)-14/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qərardadan verilmiş şikayətə baxılmadan mülki iş birbaşa qətnamədən verilmiş apellyasiya şikayətlərinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 269-cu maddəsində qeyd olunur ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ,.., göndərilir. Qeyd edilən maddənin tələbləri baxımından Xətai Rayon Məhkəməsinin e-2(011)- 14/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə əvvəlcə həmin məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilməli, şikayətin təmin edilmədiyi halda isə Bakı Apellyasiya Məhkəməsinə göndərilməli idi. Lakin iş materiallarında birinci instansiya məhkəməsinin şikayətlə bağlı hər hansı prosessual hərəkət etməsinə dair məhkəmə aktı aşkar edilməmişdir. Bununla yanaşı müşayiət məktubunda mülki işin qərardaddan verilən şikayətə deyil, qətnamədən verilmiş apellyasiya şikayətlərinə baxılması məqsədilə göndərilməsi qeyd edilmişdir. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, qərardaddan verilən şikayətin mövcudluğu yanlış olaraq nəzərdən qaçmışdır. Halbuki iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(011)-14/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad İddiaçı (eyni zamanda nümayəndə-vəkillərinin) elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilərək, sonuncunun xx.xx.2025-ci il tarixdə həmin qərardaddan şikayəti daxil olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, hazırki vəziyyət işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, şikayət yanlış olaraq tərtib olunmuş və hazırkı işə əlavə olunmuşdur. Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-14/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından qeyri-mümkün hesab edilsin və iş materialları Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar