Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4610/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ilk, Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı qarşılıqlı iddia tələbləri ilə əlaqədar iş üzrə (Açar sözlər: “daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı1 MMC-nin nümayəndəsi X2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi” barədə ilk, Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı “mənzillərin dəyərinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, xx.xx.2003-cü il tarixli Sərəncamı ilə "xxxx" Holdinq kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi ilə) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icazə əsasında "xxxx" Holdinq kompaniyasının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” 13 nömrəli, xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Holdinq Kompaniyasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 03/189 nömrəli ayrıc aktı tərtib edilmişdir.
2. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Cavabdeh2, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 2 saylı, 7 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzili isə Cavabdeh3 mülkiyyətindədir.
3. xx.xx.2019-cu il tarixdə İddiaçı1 MMC Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 33 ünvanında Cavabdeh2 məxsus evlərin onun özü tərəfindən sökülməsi və ərazinin boşaldılması, sökülən evlərin yerləşdiyi torpaq sahəsinin 2004-cü ildə İddiaçı1 MMC-yə icarəyə verildiyi barədə məlumat verilmiş və bu əmlaklara dair ona verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Həmin müraciətə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu günədək münasibət bildirilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
4. İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyətə dair çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə hazırda mübahisə predmetini təşkil edən mənzillərin yerləşdiyi ərazidə "X8” MMC-yə yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tələb olunan sənədlər əldə edilmişdir. Eyni zamanda, tikinti üçün ayrılmış ərazidə yerləşən birmərtəbəli köhnə tikililərin, o cümlədən mübahisə predmetini təşkil edən mənzillərin razılaşdırılmış dəyəri "X8” MMC-yə aid olan "Nehrəm” MTK tərəfindən onların mülkiyyətçilərinə tam şəkildə ödənilmiş və bundan sonra mübahisə predmetini təşkil edən mənzillər formal olaraq Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçirilmişdir. Bu şəxslər həmin mənzillər üçün hər hansı məbləğdə pul ödəməmişdilər. "Nehrəm” MTK-nın təsisçisi və xx.xx.2013-cü il tarixdən xx.xx.2016- cı il tarixədək sədri olan Cavabdeh2 həmin mənzillərin sökülməsi məqsədi ilə əldə edilməsindən məlumatlı olmuş və bu əmlaklar məhz onun sədr olan dövrdə, nəinki razılığı və iştirakı ilə, həmçinin bilavasitə rəhbərliyi ilə sökülmüşdür. Bu hal onun imzası ilə "X8” MMC-nin adından Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktublarla da öz təsdiqini tapır. Mənzillər söküldükdən sonra onların yerində hündürmərtəbəli və çoxmənzilli yeni yaşayış binası inşa edilmişdir. Bu mənzillər mövcud olmadığından onlara dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin müraciət bu günədək cavabsız qalmış və Xidmət tərəfindən qeydiyyat ləğv edilməmişdir. Halbuki, Cavabdeh2 və Cavabdeh3 əmlakları tam məhv olmuş və bunun nəticəsində onların qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir.
6. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı "X8” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı "X8” MMC-dən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillərin dəyəri olaraq 1.764.000 manat pulun, mənəvi zərərə görə 200.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" MMC-nin sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etmiş, İddiaçı1 MMC-nin təsisçisi Tağı İbrahimovla əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vəd verilmiş, lakin qarşı tərəf vədlərə əməl etməmiş, nəticədə ona maddi zərər vurulmuşdur.
8. Cavabdeh3 qarşılıqlı iddia üzrə ərizəsinin geri qaytarılmasını xahiş etmiş (i.v. 2 cild 294) və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməyərək, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 4 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 9 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 13 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 4 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 1 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 8 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı, 6 saylı mənzillərə dair Cavabdeh2 və Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 2 saylı mənzilinə dair Cavabdeh3 mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş müvafiq olaraq MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin mülkiyyətində olmuş mənzillərin öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq, hesab etmişdir ki, ilk iddia təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, birinci cavabdeh MMC ilə onun arasında mülkiyyətində olmuş əmlakların sökülməsi müqabilində mənzillərin verilməsi və ya kompensasiyanın ödənilməsi barədə razılığın (vədləşmənin) olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, cavabdeh iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 150.1, 150.2, 152.1, 203.1, 373.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Cavabdehlər apellyasiya şikayətlərini qarşılıqlı iddia tələbinə oxşar məzmunla əsaslandıraraq, şikayətlərində qeyd etmişlər ki, iş materiallarına mübahisəli evlərin bazar qiymətini dair qiymətləndirmə rəyləri əlavə edilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər– F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov)
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 6886/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə birinci və ikinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov).
ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın Cavabdeh3 adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilk iddia Cavabdeh3 adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və birinci cavabdehin mülkiyyətində olan Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 2 saylı mənzilinə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində rədd edilmiş, qarşılıqlı iddiası qismən təmin edilərək, iddiaçıdan 1.568.750 manat pulun tutularaq birinci cavabdehə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov).
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1719/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 2(103)- 2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Z.Babayev və Ə.Nurməmmdov).
21. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən 06 dekabr 2022-ci il və 14 dekabr 2022-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarının protokolları katib tərəfindən tərtib edilməklə, onun tərəfindən imzalansa da, sədrlik edən hakim tərəfindən imzalanmamışdır. MPM-ə əsasən, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin dəlillərindən biri də məhz qeyd olunan prosessual pozuntu ilə bağlıdır. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, baxılan iş üzrə ilkin iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin (çıxarışların) ləğvi ilə bağlıdır və cavabdehlərdən biri inzibati orqan olan Reyestr xidmətidir. İddiaçı həmin hissədə tələbini mübahisəli daşınmaz əmlakların artıq mövcud olmadığı ilə əsaslandırmış və tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 150.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə istinad etmişdir. İddiaçı bildirmişdir ki, mübahisəli daşınmaz əmlaklar artıq söküldüyü üçün onlarla bağlı reyestr qeydinin (çıxarışın) ləğv edilməsi ilə bağlı Reyestr xidmətinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində müraciətinə cavab verilməmişdir. Ona görə də işə yenidən baxılarkən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqelər baxımından iddiaçının Reyestr xidmətinə qarşı mübahisəli daşınmaz əmlakların reyestr qeydlərinin (çıxarışların) ləğv edilməsi tələbinin mülki, yaxud inzibati məhkəməyə aidiyyəti ilə məsələyə hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və ilk iddia üzrə icraata inzibati məhkəmədə baxılmalı olması əsası ilə xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, 2013-2014-cü illərəə alınn mənzillərə görə, 2015-ci ildə götürülən kreditlər üzrə pulların veilməsi qeyd edisə də belə bir hal baş verməişdir.
23. Təkrar məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd edir ki, 2013-cü illərdə evlərin alqı-satqısından sonra 2015-ci ildə bankdan kredit götürülüb və həmin pulların hamısı Cavabdeh2 verilmişdir. 2 ildən sonra kredit götürülməsi pulların verilməməsi kimi qul edilmir. O cümlədən, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, 26 yaşında şəxsin bu qədər vəsaitinin olması və həmin mənzilləri almasıda əsas sübutdur ki, bu yaşda şəxsin bu qədər vəsaitinin olması mümkünsüzdür. Mənbəyinidə göstərə də bilmədiyi pulların Vasifdə olması və bu qədər evi əldə etməsi normal hal deyil. Həmin vəsait onda olmayıb. İddiaçı1 MMC-nin nümayəndəsi Holdinqin təsisçisi Tağı İbrahimov olub, lakin MTK-nın təsisçiləri Tağı İbrahimovun yaxın qohumları olub. Amma rəsmi olmasa da MTK-nın da faktiki rəhbərliyi yenə də Tağı İbrahimov olub. İddiaçı1 MMC və "xxxx" MTK arasında tikinti ilə bağlı əlaqələr olub.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
31. Hazırkı mülki işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin 12 oktaybr 2023-cü il tarixli qərardadı ilə qətnamə ilkin iddia ilə bağlı hissədə ləvğ edilməklə iş üzrə icraata həmin hissədə xitam verildiyindən qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yoxlanır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
33. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı qeyd edilən mənzillərin(evlərin) yerləşdiyi torpaq sahəsinin tikinti üçün ona ayrıldığını, həmin mənzillərin sökülməsi məqsədi ilə "Nehrəm” MTK tərəfindən və onun vəsait hesabına alındığını və formal olaraq, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verildiyini, onların özlərinin də razılığı və bilavasitə iştirakı ilə söküldüyünü, Cavabdeh2 "Nehrəm” MTK-nın təsisçisi və söküntü aparılan vaxt sədri olduğunu, söküntü barədə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktubların da "X8” MMC-nin səlahiyyətli şəxsi kimi onun tərəfindən imzalandığını bildirir və qeyd edilən mənzillərə dair dövlət reyestrində olan qeydin və bu qeyd əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb edir. Cavabdeh2 iddiada göstərilənlərlə razılaşmır, "xxxx"MTK-nın sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etdiyini, "X8” MMC-nin təsisçisi ilə əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyinə görə onların söküldüyünü, lakin bu günədək qarşı tərəfin vədlərə əməl etmədiyini, nəticədə ona maddi zərərin vurulduğunu göstərək, həmin mənzillərin dəyərini tələb edir.
34. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır.
35. Mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə olan halda, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, "X8” MMC və "Nehrəm” MTK-nın ayrı-ayrı hüquqi şəxslərdir. Cavabdeh2 işdə olan reyestr məlumatlarına əsasən 2004-cü ildə təsis edilmiş "Nehrəm” MTK-nın təsisçilərindən biri və 2013-2016-cı illərdə isə "Nehrəm” MTK-nı sədri olmuşdur. Bu iki hüquqi şəxs arasında hansı hüquqi bağlılığın olması, Cavabdeh2 "X8” MMC prezidenti və ya direktoru olması barədə işdə hər hansı sübutlar mövcud deyildir. "X8” MMC-yə bina tikintisi üçün ayrılmış torpaq sahəsində yaşayan sakinlərin köçürülməsi işlərinin Cavabdeh2 tərəfindən görülməsi iddiaçı tərəfindən də mübahisələndirilmir. Lakin bu işlərin Cavabdeh2 öz hesabına deyil, məhz MMC-nin vəsaiti hesabına görülməsi, həmin mənzillərin alınmasına görə cavabdehə hər hansı pul məbləğinin ödənilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İşin araşdırılmış halları ilə də müəyyən edilmişdir ki, "X8” MMC və "Nehrəm” MTK-nın ayrı-ayrı hüquqi şəxslərdir və bir biri ilə hər hansı rəsmi bağlılığı olmamışdır. O cümlədən Cavabdeh2 "X8” MMC prezidenti və ya direktoru olmamıdır.
37. İddiaçının istinad etdiyi məktubların məzmunu isə məhkəmə tərəfindən düzgün təfsir olunmamışdır. Həmin məktublarda Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli sərəncamının 5.1-ci bəndinə istinad edilərək, ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülməsi və sakinlərin köçürülməsinin "X8”MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğu qeyd edilmiş, həmin işlərin MMC-in vəsaiti hesabına həyata keçirildiyi göstərilməmişdir.
38. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsi ilə müəyyən edilmiş qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyası tətbiq edilməlidir.
39. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə məhkəmətəqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 80, 81 və 88-ci maddələri baxımından düzgün qiymət verməmiş, iş üzrə mövqelərini daha çox daxili inam və ehtimallarla əsaslandırmaqla, Mülki Məcəllənin 140-cı maddəsi ilə müəyyən edilmiş qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını nəzərə almamışdırlar.
40. Eyni zamanda, məhkəmə cavabdehlərin adına aparılmış qeydin formal olduğu qənaətinə gəlmişdir ki, halbuki işin bu halı araşdırma zamanı sübuta yetirilməmişdir. Buna baxmayaraq ilkin iddia üzrə cavabdehlərin əmlakının sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində, onların mülkiyyət hüququna müdaxilə olunduğunu göstərsə də, lakin bu müdaxilənin qanunla nəzərdə tutulmuş şərtlərə cavab verdiyi qənaətinə gəlməklə qanuni və əsaslı mövqe nümayiş etdirməmişdir.
41. Eyni zamanda Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklar onların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunması və əmlakların məhv olunması işin mübahisəsiz hallarıdır. Lakin cavabdehlərin mülkiyyətçi olaraq həmin qeydiyyata hüquqi marağının itməməsi aşkardır, çünki cavabdehlərə onlara məxsus əmlakların sökülməsinə görə onlara həmin əmlakların yerində buna inşa edən MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyini bildirirlər. Bu isə onu deməyə əsas verir ki, həmin qeydiyyatın hüquqi mənası itməmişdir. Çünki bu qeydiyyat həmin əmlaka görə kompensasiya məsələsinin həllində hüquqi əhəmiyyətə malikdir.
42. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərə məxsus daşınmaz əmlakların sökülməsi və onların yerləşdiyi torpaq sahəsində yeni binanın inşa edilməsi, cavabdehlərə sökülən əmlaklara görə hər hansı kompensasiya ödənilməməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı1 MMC qeyd olunan mənzillərin dəyərinin MMC tərəfindən ödənilməsini, alqı-satqı müqavilələrinin formal olaraq Cavabdeh2 adına rəsmiləşdirildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə işin halları ilə həmin dövrdə İddiaçı1 MMC tərəfindən cavabdeh tərəfə bu işlərin görülməsi üçün şəxsi vəsaitihesabına hər hansı pulun verilməsi müəyyən edilmir. O cümlədən İddiaçı1 MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında mənzillərin alındığı dövrdə hər hansı bir ödənişin edilməməsini, lakin bununla bağlı sonradan götürülən kreditlər hesabına verildiyini bildirmişdir ki, bu da işin halları ilə təsdiqini tapmamaqla cavabdeh tərəfdə bunu qəbul etmir. Eyni zamanda kassaiya instansiya məhkəməsinin qərarında İddiaçı1 MMC və "xxxx" MTK arasında hansı bağlılığın olması da aydınlaşdırılmış, bununla bağlı İddiaçı1 MMC-nin nümayəndəsi Holdinqin təsisçisi Tağı İbrahimov olub, lakin MTK-nın təsisçiləri Tağı İbrahimovun yaxın qohumları olub. Amma rəsmi olmasa da MTK-nın da faktiki rəhbərliyi yenə də Tağı İbrahimov olub. İddiaçı1 MMC və "xxxx" MTK arasında tikinti ilə bağlı əlaqələr olub.
43. Beləliklə, məhkəmə araşdırması zamanı mənzilərin formal olaraq cavabdeh trəfin adına rəsmiləşdirildiyi, sonradan həmin mənzillərə dair pulların Cavabdeh2 qaytarılması təsdiqini tapmamaqla Cavabdeh2 mülkiyyətçi olaraq mülkiyətindən çıxan həmin mənzillərə münasibətdə hüquqi marağının itməməsini əmlaklara görə kompensasiya məsələsinin həll edilməməli olmasını özündə ehtiva edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin mənzillərin dəyərinin İddiaçı1 MMC tərəfindən Cavabdeh2 ödənilməsi barədə iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə əsasən həmin mənzillərin ümumi dəyəri ******* manat təşkil etdiyindən, qeyd olunan məbləğ İddiaçı1 MMC-dən tutulub Cavabdeh2 ödənilməlidir.
44. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi qismən qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı1 MMC-dən ******* manat məbləğində pul Cavabdeh2 xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı1 MMC-dən ******* manat pul tutularaq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.