Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4612/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X9 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X4, cavabdeh "xxxx" MMC-nin vəkili (nümayəndəsi) X3 və cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) İddia barədə məlumat
1. İddiaçı X15 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti (bundan sonra – Nərimanov RİH) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda cavabdeh MMC tərəfindən inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89.8 kv.metr olan 3 otaqlı 74 saylı mənzilə dair “Sifarişçi” və “Zəmanətverən” qismində çıxış edən cavabdeh Nərimanov RİH, "xxxx" qismində çıxış edən cavabdeh MMC və “Zəmanətalan” qismində çıxış edən Cavabdeh3 arasında bağlanmış 66-68-74 saylı, xx.xx.2017-ci il tarixli "xxxx", cavabdehlər Nərimanov RİH, MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı "xxxx" bağlandığı andan etibarsız hesab olunması, həmin mənzilin dəyəri olan 179.600 manat məbləğində pulun Cavabdeh3 tutularaq ona (iddiaçıya) ödənilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində üçüncü şəxs kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin “Baş planına” uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89,8 kv.metr olan 3 otaqlı 74 saylı mənzil iddiaçıya məxsus olmasına baxmayaraq 6668-74 saylı, xx.xx.2017ci il tarixli zəmanət müqaviləsi əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş və həmin mənzilə dair Cavabdeh3 adına dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Cavabdeh3 isə öz növbəsində sözügedən mənzili iddiaçının razılığı və icazəsi olmadan xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsi əsasında Cavabdeh1 satmışdır.
4. İddiaçı yaranmış mübahisənin araşdırılması məqsədi ilə Nərimanov RİH-yə müraciət etmişdir. Müraciətə cavab olaraq, RİH başçısı xx.xx.2019-cu il tarixli, Z-29-032 nömrəli məktub göndərmişdir. Həmin məktubda qeyd edilmişdir: “Təşkilati tədbirlər çərçivəsində sizə məxsus əmlakın əvəzlənməsi üçün əlaqədar qurumlarla aranızda razılaşdırılma əldə olunmuşdur. Bu məqsədlə həmin ərazidə yeni inşa edilmiş 7 mərtəbəli binalarda sizə 5 ədəd 3 otaqlı mənzillərin verilməsi razılaşdırılmışdır. Həmin ərəfədə (2017-ci ildə) yeni inşa edilmiş yaşayış binaları istismara qəbul olunmadığından mənzillərin bağışlama müqavilələri üzrə özgəninkiləşdirilməsi mümkün olmamışdır. Sizinlə razılaşdırılmış 7 mənzilin sənədləşdirilməsi üçün özünüzün vəkil etdiyiniz və bacınız oğlu kimi şəxsən təqdim etdiyiniz Əfsun Budaqov tərəfindən həmin mənzillərə dair müxtəlif şəxslərin adına zəmanət müqavilələri bağlanmış 5 mənzil üzrə sənədləşdirmə işləri istəyinizə uyğun başa çatdırılmışdır. Konkret olaraq, Heydər Əliyev prospekti ev № 66-68, № 74 və Heydər prospekti ev № 83-85, mənzil № 131a ünvanlar üzrə Cavabdeh3 və A.Rzayeva münasibətdə yaranmış mübahisə ilə əlaqədar bildirmək istəyirik ki, Cavabdeh3 sizin vəkil etdiyiniz Əfsun Budaqovun arvadı, A.Rzayev isə Sizin oğlunuzdur. Həmin ünvanlar üzrə zəmanət müqavilələrinin 3-cü şəxslərin adına sənədləşdirilməsi Ə.Budaqov tərəfindən aparılmışdır. Sözügedən şəxslərin (Cavabdeh3 və A.Rzayev) və sizin zəmanət müqavilələrinin digər şəxslərin adına dəyişdirilməsinə dair RİH-ə hər hansı bir formada müraciətiniz olmadığından Nərimanov RİH bu məsələdə məsuliyyət daşımamışdır. Hüquq münasibətlərinizin ilk növbədə vəkil etdiyiniz Əfsun Budaqovla araşdırılmasını tövsiyə edirik”.
5. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1/671 nömrəli məktubunda da qeyd olunur ki, Cavabdeh6 iddiaçının qeyri-rəsmi nümayəndəsidir.
6. İddiaçı hesab edir ki, inzibati orqanın hər hansı şəxsin qeyri-rəsmi nümayəndə olmasına istinad etməsi qanunsuz və əsassızdır. Halbuki, bu mənzillər ona məxsusdur.
7. İddiaçı bildirir ki, RİH-nin məktublarında qeyd edilən Əfsun Budaqov onun atasının bacısı oğlu deyil. Onun atasının belə bacısı oğlu və ya hər hansı qohumu yoxdur. Əgər olsaydı belə, qohumluq münasibətlərinin olması iddiaçının adından iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların satılmasına əsas ola bilməzdi. Əslində isə həmin şəxsin adı Əfsun Budaqov yox, Cavabdeh6dur. İddiaçı Cavabdeh6 yuxarıda qeyd olunan mənzillərlə və onların satılması ilə bağlı hər hansı bir etibarnamə verməmişdir. Belə olan halda RİH Cavabdeh6 səlahiyyəti yoxanılmadan iddiaçının adından daşınmaz əmlakın taleyini həll etmək hüququ yoxdur. Bundan əlavə, həmin məktubdan görünür ki, RİH-nin məsul işçilərinin məsələdən məlumatları yoxdur. Halbuki, həmin mənzillərin inşası ilə məşğul olan cavabdeh MMC-nin işçisi Əbülfət Tağıyev, Cavabdeh6, arvadı Cavabdeh3 və Nərimanov RİH-nin məsul işçiləri ilə cinayət əlaqəsinə girərək həmin mənzillərin müqavilələrinin əsilləri iddiaçıda ola-ola saxtalaşdırılaraq başqa şəxslərə təkrar olaraq satmışlar. Hazırda həmin cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh6 Azərbaycan Respublikası CM-nin 178.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirlənsirilməsinə dair cinayət işinə baxılır.
8. Bundan başqa iddiaçı bildirir ki, DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarışdan” görünür ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İddiaçının atası - İddiaçı tərəfindən Nərimanov RİH-yə qarşı “arayışın verilməsi'’ tələbi ilə müraciət edilmişdir. Məhkəmə tərəfindən A.Rzayev həmin iş üzrə əsl iddiaçı kimi əvəz edilmişdir. Həmin işdə olan Nərimanov RİH-nin Bakı İnzibati Məhkəməsinin ünvanladığı xx.xx.2020ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçıya məxsus olan mənzillər qanunsuz olaraq başqa şəxslərə verilmiş, qanunsuz müqavilələr imzalanmışdır. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-2205/2020 saylı iş materialları ilə tanış olarkən xx.xx.2020-ci il arxivdə sözügedən müqavilələr barədə xəbər tutmuşdur. Sadalanan faktlara və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiası əsaslı olduğundan təmin edilməlidir. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iddianın rədd edilməsi barədə nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı, mübahisəli mənzil üzərində onun hər hansı hüququnun olduğunu təsdiq edə biləcək heç bir sübutu təqdim edə bilməmişdir. Buna görə də, hesab edilməlidir ki, iddiaçının iddia tələbi əsassızdır.
c) Apellyasiya şikayəti barədə məlumat
11. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli mənzilin yerləşdiyi binanın inşası ilə məşğul olmuş cavabdeh MMC-nin işçisi Əbülfət Tağıyev, Cavabdeh6, Cavabdeh3 və Nərimanov RİH-nin məsul işçiləri ilə cinayət əlaqəsinə girərək həmin mənzilin müqaviləsinin əsli iddiaçıda ola-ola saxtalaşdırılaraq mənzili başqa şəxslərə təkrar satmışlar. Bundan əlavə, Cavabdeh6 xx.xx.2019-cu il tarixli notarial qaydada tərtib edilmiş ərizəsindən də görünür ki, Cavabdeh6 iş qurmaq adı ilə iddiaçının atası İddiaçı pul vəsaiti almış və qarşılığında heç bir iş qurmamış, vəsaiti geri qaytarmamışdır. Eyni zamanda, aşağıda göstərilən mənzilləri nisyə olaraq götürmüş və ödənişini geri qaytarmamışdır: H.Əliyev pr. 66-68 mənzil və H.Əliyev pr. 83-85, mənzil 16a.
13. İddiaçı bildirir ki, Cavabdeh6 onun atasına – İddiaçı əmlakını idarə etməklə bağlı 10 illik etibarnamə vermişdir. Lakin bütün bunları nəzərə almayan Rayon Məhkəməsi işdə olan mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək, iddianı rədd etmişdir.
d) Apellyasiya baxışı iclasında tərəflərin iştirakı
14. İddiaçının vəkili (nümayəndəsi) İ.Dünyamalılı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd edilən mübahisəli mənzil iddiaçı ilə Nərimanov RİH arasında bağlanmış müqaviləyə görə iddiaçıya verilmişdir. Mənzilə dair müqaviləni hazırda təqdim edə bilməsə də, iş materiallarında Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 7-29-032 nömrəli məktubu mövcuddur ki, həmin məktubda mübahisəli mənzilin iddiaçıya məxsus olması təsdiq olunur. Buna baxmayaraq cavabdehlər qanunsuz olaraq həmin mənzilə dair müqavilələr bağlamışlar.
15. Cavabdeh "xxxx" MMC-nin vəkili (nümayəndəsi) M.Qasımov və Nərimanov RİHnin nümayəndəsi Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, həmin mübahisəli mənzilin iddiaçıya verilməsinə dair iddiaçı ilə MMC və RİH arasında hər hansı bir müqavilə bağlanmamışdır. İddiaçı mövcud olmayan müqaviləyə istinad edir.
e) İşdə olan sübutlar
16. Nərimanov RİH (“Sifarişçi və “Zəmanəverən”), "xxxx" MMC ("xxxx") və Cavabdeh3 (“Zəmanətalan”) arasında bağlanmış 66-68-74 saylı, xx.xx.2017-ci il tarixli “Zəmanət müqaviləsindən” görünür ki, Bakı şəhərinin “Baş planına” uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə Cavabdeh3 ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi olan 89,8 kv.metr olan 3 otaqlı 74 saylı mənzil ilə təmin edilməlidir.
17. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriya, ******* nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarışdan” görünür ki, həmin 74 saylı mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh3 adına qeydiyyata alınmışdır.
18. Nərimanov RİH (“Sifarişçi və Zəmanəverən"), “Araz-2011A" MMC (“Podratçı") və Cavabdeh1 (“Zəmanətalan”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı “Zəmanət müqaviləsindən” görünür ki, Cavabdeh1 ünvan 3 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 89,8 kv.metr olan 3 otaqlı 74 saylı mənzil ilə təmin edilməlidir.
19. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3387/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı mənzilə aid X5 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Bağışlama müqaviləsinin”, X6 ilə X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, X16 ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsi, Cavabdeh6 hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh6 mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
20. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4400/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh3 apelyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsisinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 504/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçı Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.
22. Qeyd edilən həmin məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Nərimanov RİH, "xxxx" MMC və zəmanətalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı "xxxx" kserosurətinə görə, tərəflər S.X8 prospekti 66 saylı binanın 1-ci mərtəbəsi ona məxsus, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə, Heydər Əliyev prospekti 66-68 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89,8 kv.m 3 otaqlı 74 saylı mənzil ilə təmin olunması barədə razılığa gəlmişlər.
23. “Daşınmaz əmlakın bağışlanması barədə” xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, mübahisəli 74 saylı mənzil tam mülkiyyət üzrə hədiyyə verən Cavabdeh2 MMC tərəfindən əvəzsiz olaraq Cavabdeh1 verilmişdir.
24. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrində” 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
25. AN-İ seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı olan Cavabdeh1 mülkiyyətində olan həmin mənzili alıcı X2.
26. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mənzil tam mülkiyyət hüququ üzrə Y.Quliyevin adına “Daşınmaz əmlakın dövlət reyestrində” 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
27. AN-İ seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı X16 mülkiyyətində olan həmin mənzili alıcı X1.
28. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 547755 nömrəli “Çıxarışdan” görünür ki, mənzil tam mülkiyyət hüququ üzrə S.Kərimovanın adına “Daşınmaz əmlakın dövlət reyestrində” 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
29. Nərimanov RİH-nin iddiaçının atası İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli, Z-29-032 nömrəli məktubunda RİH aşağıdakıları bildirmişdir: “Təşkilati tədbirlər çərçivəsində sizə məxsus əmlakın əvəzlənməsi üçün əlaqədar qurumlarla aranızda razılaşdırılma əldə olunmuşdur. Bu məqsədlə həmin ərazidə yeni inşa edilmiş 7 mərtəbəli binalarda sizə 5 ədəd 3 otaqlı mənzillərin verilməsi razılaşdırılmışdır. Həmin ərəfədə (2017-ci ildə) yeni inşa edilmiş yaşayış binaları istismara qəbul olunmadığından mənzillərin bağışlama müqavilələri üzrə özgəninkiləşdirilməsi mümkün olmamışdır. Sizinlə razılaşdırılmış 7 mənzilin sənədləşdirilməsi üçün özünüzün vəkil etdiyiniz və bacınız oğlu kimi şəxsən təqdim etdiyiniz Əfsun Budaqov tərəfindən həmin mənzillərə dair müxtəlif şəxslərin adına zəmanət müqavilələri bağlanmış 5 mənzil üzrə sənədləşdirmə işləri istəyinizə uyğun başa çatdırılmışdır. Konkret olaraq, Heydər Əliyev prospekti ev № 66-68, № 74 və Heydər prospekti ev № 83-85, mənzil № 131a ünvanlar üzrə Cavabdeh3 və A.Rzayeva münasibətdə yaranmış mübahisə ilə əlaqədar bildirmək istəyirik ki, Cavabdeh3 sizin vəkil etdiyiniz Əfsun Budaqovun arvadı, A.Rzayev isə Sizin oğlunuzdur. Həmin ünvanlar üzrə zəmanət müqavilələrinin 3-cü şəxslərin adına sənədləşdirilməsi Ə.Budaqov tərəfindən aparılmışdır. Sözügedən şəxslərin (Cavabdeh3 və A.Rzayev) və sizin zəmanət müqavilələrinin digər şəxslərin adına dəyişdirilməsinə dair RİH-ə hər hansı bir formada müraciətiniz olmadığından Nərimanov RİH bu məsələdə məsuliyyət daşımamışdır. Hüquq münasibətlərinizin ilk növbədə vəkil etdiyiniz Əfsun Budaqovla araşdırılmasını tövsiyə edirik”.
(ƏSASLANDİRİCİ HİSSƏ)
f) Məhkəmənin mövqeyi
30. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, Məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, hazırda iddiaçı, mübahisəli 74 saylı mənzilə dair Nərimanov RİH, "xxxx" MMC və Cavabdeh3 arasında bağlanmış 66-68-74 saylı, xx.xx.2017-ci il tarixli "xxxx", həmçinin Nərimanov RİH, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı "xxxx" bağlandığı andan etibarsız hesab olunması, həmin mənzilin dəyəri olan 179.600 manat məbləğində pulun Cavabdeh3 tutularaq ona ödənilməsini xahiş edir.
32. İddiaçı bildirir ki, həmin mənzil ona məxsusdur, bununla bağlı Nərimanov RİH ilə onun arasında razılaşma olmuş, müqavilə bağlanmışdır.
33. Göstərilənləri nəzərə alan Məhkəmə, hazırki iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.).
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. MPM-nin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Məhkəmə qeyd edir ki, iddiaçı, RİH ilə onun arasında olan razılaşma və aralarında bağlanmış müqavilə əsasında mübahisəli mənzilin ona verildiyini bildirir. Lakin iddiaçı belə bir razılaşmanı işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir. Həmin müqavilənin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilməsi iddiaçının vəkilinə (nümayəndəsinə) təklif edilsə də, iddiaçının vəkili (nümayəndəsi) həmin müqavilənin hazırda iddiaçıda olmadığını bildirdi.
37. İddiaçının vəkili (nümayəndəsi) eyni zamanda bildirdi ki, müqavilənin iddiaçıda olmamasına baxmayaraq mübahisəli mənzilin iddiaçıya verilməsini təsdiq edən Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, Z-29-032 nömrəli məktubu var və həmin məktubun məzmundan görünür ki, mübahisəli mənzil iddiaçıya verilməlidir.
38. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli mənzilin iddiaçıya verilməsi halı yalnız müqavilə ilə təsdiq edilə bilər. Lakin müqavilə mövcud deyil. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, Z-29-032 nömrəli məktubuna gəldikdə isə nəzərə alınmalıdır ki, həmin müqavilə iddiaçıya deyil, iddiaçının atasına – İddiaçı ünvanlanmış və məktubun məzmunundan görünür ki, məktubda yazılanlar iddiaçıya deyil, iddiaçının atasına aiddir.
g) Apellyasiya baxışının nəticəsi
39. Göründüyü kimi, iddiaçı, mübahisəli mənzil üzərində onun hər hansı hüququnun olduğunu təsdiq edə biləcək heç bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. İddia əsassızdır. Belə olan halda hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən bu əsasla iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
40. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
(NƏTİCƏVİ HİSSƏ)
42. Odur ki, göstərilənləri, MPM-nin 119, 392, 393 və 405-ci maddələrinin tələblərini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə
QƏT ETDİ:
İddiaçı X9 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 18 mart 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.