Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-462/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5261/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehin ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əsas sahəsi 470,4 kv.m., kööməkçi sahəsi 445,9 kv.m. olmaqla, ümumilikdə 916,3 kv.m. sahəyə malik olan əmlakın Cavabdehla onun arasında hər iki tərəfə bərabər pay verilməklə naturada bölünməsi, həmin əmlakın onun tərəfindən icarəyə verilən daşınmaz əmlakın girişindən sol tərəfdə yerləşən 284,2 kv.m. sahəyə malik zalını, köməkçi sahələr olan 35,5 kv.m. sahəyə malik dəhliz, 6,9 kv.m. sahəyə malik sanitar qovşaq, 7,8 kv.m. anbar və 160,1 kv.m sahəyə malik eyvanın yerləşdiyi hissələrin ona aid pay hissəsi olması müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ortağı – Cavabdeh ilə birlikdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000343 №-li şəhadətnamə əsasında 13.03.2006-cı il tarixdə ünvan 1 ünvanında yerləşən “Mehriban” kafesini satın almışlar. Həmin əmlak hazırda hər ikisinin də mülkiyyətindədir. Qeyd edilən ünvandakı əmlak ümumilikdə 916,3 kv.m. sahəyə malikdir. O, mülkiyyətçi kimi həmin əmlakın bütövlükdə təmirinə 30.000 manatdan artıq xərc çəkmişdir. Onlar təmirdən sonra aralarında şifahi olaraq onun tərəfindən həmin əmlakın icarəyə verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra həmin əmlakın təmirinə 30.000 manatdan artıq pul xərcləyib həmin əmlakın girişdən sol tərəfdə yerləşən əsas sahə olan 284,2 kv.m. sahəyə malik zalını, köməkçi sahələr olan 35,5 kv.m. sahəyə malik dəhliz, 6,9 kv.m. sahəyə malik sanitar qovşaq, 7,8 kv.m. anbar və 160,1 kv.m. sahəyə malik eyvanın yerləşdiyi hissələri 03.02.2018-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda X2 icarəyə vermişdir. İcarə müqaviləsi 03.02.2022-ci il tarixədək olan müddətə bağlanmışdır. Hazırda “Mehriban” kafesinin qeyd edilən hissəsi onun mülkiyyətində olmaqla X4 tərəfindən istifadə edilməkdədir.Yaranmış fikir ayrılığı səbəbindən hazırda cavabdehlə aralarında çox sayda mülki mübahisə mövcud olduğundan bir neçə gün bundan əvvəl cavabdeh, bir qrup şəxslə həmin obyektə gələrək icarəçi X2 özünü əmlakın mülkiyətçisi kimi təqdim etmiş və 01 iyun 2019-cu il tarixədək həmin əmlakı tərk etməyəcəyi təqdirdə onu oradan çıxaracağını bildirmişdir. Cavabdeh də yuxarıda göstərilən əmlakın mülkiyyətçisidir və hər ikisi göstərilən əmlak üzərində bərabər paya sahibdirlər. Belə olan halda, ümumi sahəsi 916.3 kv.m. olan həmin əmlakın 458.15 kv.m.-i ona, digər 458.15 kv.m-i isə cavabdehə məxsusdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5261/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçı kimi İddiaçı iştirakını təmin etməmişdir. Belə ki İddiaçı vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etsə də, məhkəmə tələsik şəkildə hər iki tərəfin iştirakı olmadan işə baxmışdır. Bundan başqa tərəflərin satın aldıqları daşınmaz əmlak reyestrdə qeydiyyata alınmasaydı belə, yenə də onların həmin əmlak üzərində sahiblik və istifadə hüquqları mübahisəsiz qaydada yaranmalı, sərəncam vermək hüquqları məhdud ola bilərdi. İşin hallarından aydın olur ki, ünvan 2 ünvanında yerləşən “Mehriban” kafesi İddiaçı və Cavabdeh ümumi mülkiyyətindədir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Digər tərəfdən məhkəmə mülki iş üzrə payın bölünməsi ilə əlaqədar olaraq AR Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən ekspertiza təyin etməli olduğu halda ekspertiza təyin etməmiş və heç bir araşdırma aparmadan guya iddiaçınınhəmin iddianı qaldırmağa subyektiv hüququ olmadığı qənaətinə gələrək səthi qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlaka dair payın müəyyən edilməsi, maneələrin aradan qaldırılması və pul tələbi” barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığına görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir, kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi özrə Dövlət Komitəsi tərəfindən verilən 13 mart 2006-cı il tarixli, 000343 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, mülkiyyət üzərində sahiblik hüququni təsdiqləyən bu şəhadətnamə verilir İddiaçı və Cavabdeh görə ki, onlar həqiqətən ünvan 3 ünvanında yerləşən “Mehriban” kafesini satın almışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanan 21 iyun 2019-cu il tarixli, **********93 saylı məktubundan müəyyən olunur ki, İddiaçı və Cavabdeh adına ünvan 3 ünvanında yerləşən 916.3 kv.m qeyri-yaşayış sahəsi (“Mehriban” kafesi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213.1-ci maddəyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, ümumi mülkiyyətdə olan əmlakın bölünməsi və ya ondan payın naturada ayrılmasını həmin əmlakın mülkiyyətçiləri tələb edə bilər. Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun yaranması isə həmin hüququn dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Hazırki işin hallarına əsasən isə mübahisəli ünvan 3 ünvanında yerləşən “Mehriban” kafesini tərəflər satın almışlar, lakin həmin əmlak üzərində nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisəli əmlakla bağlı real bölgü aparılmadığından eləcə də həmin əmlaka dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından əmlakın naturada ayrılması mümkün deyil. İddiaçı apellyasiya şikayətində həmçinin tərəflərindən ərizə ilə məhkəməyə müraciət edilərək iddia ərizəsinin geri qaytarılması xahiş edilsə də, məhkəmə tələsik şəkildə hər iki tərəfin iştirakı olmadan işə baxmasını qeyd etmişdir, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclaslarından məlumatlı olmuşdur, eləcə də sonuncu iclas zamanı cavabdeh tərəf iddiaçının qeyd olunan ərizəsinə münasibətdə iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən birinci instansiya məhkəməsi də haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə istinad etməklə işə baxılmasını davam etdirmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5261/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Fuad Talışinski Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-462/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-462/2021
08.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver