Məhkəmə qərarları › İş №2(103)-4623/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4623/2025

06.08.2025 · Sair mülki iş - Digər - Məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4623/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2635/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən məişət zorakılığından zərər çəkmiş şəxs X6 məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 məişət zorakılığından zərər çəkmiş şəxs X1rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilməli: 1. Zərər çəkmiş şəxs X1rşı məişət zorakılığının təkrar törədilməsi. 2. Zərər çəkmiş şəxs X3 narahatlıq gətirən hərəkətləri – onlara 100 metr məsafədə yaxınlaşması, onlarla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onları hər hansı formada təqib etməsi, onlara zəng etməsi, sms və sair yazması, sosial şəbəkələrdə onların barəsində paylaşımlar etməsi. 3. Məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-2635/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(007)-2635/2025 saylı qərardadının ləğv edilməsini, X9 və Çebotaryova Camilə (Camila) İspatovna barəsində uzunmüddətli qoruyucu orderin uzadılması haqqında yeni qərar qəbul edilməsini, aşağıdakı məhdudiyyətlərin tətbiqinin təmin edilməsi: ona 100 (yüz) metrdən yaxın məsafəyə yaxınlaşmağın qadağan olunması; heç bir vasitə ilə onunla əlaqə saxlamalarının qadağan edilməsi (zəng, sms, mesaj, e-poçt və s.); üçüncü şəxslər vasitəsilə ona hədə və ya hər hansı məlumat göndərmələrinin qadağan edilməsi; Çebotaryov Davıd və X8 tərəfindən mümkün yeni təzyiq və zorakılığın qarşısını almaq üçün təcili hüquqi müdafiənin təmin olunması; Nizami Rayon Prokurorluğunun işin gedişindən, xüsusilə qanunlara məhəl qoymadan məhkəmədə baş vermiş yeni hücum faktından rəsmi şəkildə xəbərdar edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda daimi yaşayır. Onun qardaşı Maraqlı şəxs2 2020-ci ildə ailə qurmuşdur və bundan sonra aralarında münaqişə başlamışdır. Dəfələrlə qardaşı Maraqlı şəxs2 və onun arvadı Maraqlı şəxs1 ona və ailə üzvlərinə qarşı məişət zorakılığı törətmiş və nəlayiq sözlərlə təhqir edərək onun şərəfini və ləyaqətini ləkələyən ifadələr işlətmişdirlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək, məişət zorakılığından zərər çəkmiş şəxslər onun həyat yoldaşı X10 və onun anası X4 məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüzsəksən) gün müddətinə uzunmüddətlimühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 məişət zorakılığından zərər çəkmiş şəxslər X4 və X7rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilmişdir: 1. Zərər çəkmiş şəxslər X4 və X7rşıməişət zorakılığının təkrar törədilməsi. 2. Zərər çəkmiş şəxslər X4 və X10 narahatlıq gətirən hərəkətləri - onlara 100 metr məsafədə yaxınlaşması, onlarla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onları hər hansı formada təqib etməsi, onlara zəng etməsi, sms və sair yazması, sosial şəbəkələrdə onların barəsində paylaşımlar etməsi qadağan edilməsi, Məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə məsuliyyət izah edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu Maraqlı şəxs2 Borisovnaya və Maraqlı şəxs1 məişət zorakılığını törətməməsi barədə xəbərdarlıq edilmişdir. Maraqlı şəxs1 ilə aralarında olan münaqişələr bu günə kimi davam edir və onunla birgə bir mənzildə yaşamağı mümkün deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qoruyucu orderin uzadılmasından imtina haqqında qərarına dair o, X5, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qardaşı X9 və onun həyat yoldaşı X8 barəsində uzunmüddətli qoruyucu orderin uzadılmasından imtina etməsi ilə bağlı qəbul etdiyi qərarla razı deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ilkin qoruyucu order yalnız vətəndaşın icra hakimiyyətinə müraciətindən sonra verilir. Sonra vətəndaş məhkəməyə müraciət edərək uzunmüddətli qoruyucu orderin verilməsini tələb edə bilər. Orderin uzadılması yalnız məhkəmə qərarı ilə mümkündür. O, qanunla nəzərdə tutulmuş proseduru tam şəkildə yerinə yetirmişdir. İcra hakimiyyətinə müraciət etmiş və müvəqqəti qoruyucu order almışdır. Daha sonra məhkəməyə müraciət etmişəm və hakim Starya Əliyeva artıq bir dəfə uzunmüddətli qoruyucu order vermişdir. Təhlükə davam etdiyi və daha da gücləndiyi halda, məhkəmə orderin uzadılmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntular: 1. Bu iş üzrə tərəflərin eyni olduğu əvvəlki müraciətini də nəzərdən keçirmişdir. 2. O, həmçinin onunla eyni şəxslər arasında digər mülki və inzibati işlərə də baxır. 2(007)-2635/2025 2(007)-2298/2025. 2(007)-1385/2025. 2(007)-1621/2024 3. Bu şəraitdə onun obyektiv və qərəzsiz qalması mümkün deyildir və qanunvericiliyə əsasən, özünü işdən kənarlaşdırmalı idi. 4. Orderin uzadılmasından imtina edilməsi ədalətsiz və qanunsuz qərardır və hüquqlarını pozur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2635/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2635/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maraqlı şəxs2 Borisoviç etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, X6 tərəfindən təqdim olunan vəsatətdəki sənədlər “e-təbib” çıxarışları, ekran görüntüləri və köhnə fotoşəkillər hüquqi baxımdan heç bir yenilik ehtiva etmir və artıq daha əvvəl, xüsusilə də 2(007)-1621/2024 saylı iş üzrə məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmış, qiymətləndirilmiş və hüquqi nəticə doğurmuşdur. X6 bu sənədləri yenidən, eyni formada və eyni iddia ilə təqdim etməklə, nə yeni hüquqi əsas, nə də təkrar mühafizə orderinə ehtiyac yaradan əlavə fakt irəli sürür. Bu isə AR Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, “əvvəlki iş üzrə eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş qətnamə mövcuddursa, bu halda təkrar iddiaya icazə verilmir. Əvvəlki mühafizə orderinin qüvvədəolma müddətini başa çatması və ondan sonra heç bir yeni insidentin, hüquqi əsasın və ya zorakılıq faktının qeydə alınmaması şəraitində, yenidən mühafizə orderinin verilməsi qanunvericiliyin məntiqinə ziddir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu belə tədbirlərin tətbiqini yalnız təkrar zorakılıq halları, real təhdidlər, polis aktları, tibbi sənədlər və digər hüquqi sübutlar olduqda mümkün sayır. Bu baxımdan, ərizəçi tərəfindən heç bir yeni hüquqi və ya faktiki əsas təqdim olunmadan yenidən mühafizə orderi tələb edilməsi, qanuni əsaslardan məhrum olduğu üçün təmin edilməməlidir. Bu nə hüququn müdafiəsi, nə də ədalətli məhkəmə prinsiplərinə xidmət edir. Əlavə etmər istərdim ki, X6 vəsatətində bildirir ki, guya onunla davamlı şəkildə əlaqə saxlanılıb, təhdid və psixoloji təzyiq göstərilib. Lakin bu kimi ciddi və hüquqi nəticə doğura biləcək ittihamlar yalnız subyektiv hisslərə və şəxsi təəssüratlara əsaslanır, heç bir rəsmi və texniki sübutla yəni zəng və SMS bilinq çıxarışları ilə təsdiqlənmir. Məlum olduğu kimi, hüquqda sübut yükü belə iddiaları irəli sürən tərəfin üzərinə düşür. Belə ki, ərizəçi özünün istifadə etdiyi mobil nömrəyə dair ən azı son iki ay üzrə aşağıdakı texniki sübutları təqdim etməlidir. Həmçinin əlavə etmək istərdim ki, vəsatətində bildirir ki, guya barəmdə istintaq aparılır. Lakin bu iddia rəsmi sənədlərlə sübut olunmamışdır və tamamilə əsassızdır. Hətta təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin 6(103)-27/2025 saylı qərarı belə onun arqumentini təkzib edir. Qərarda qeyd olunur ki, yalnız “xəsarət alması hissəsində” əlavə araşdırma aparılması məqsədilə iş materialları istintaq orqanına qaytarılıb. Bu isə heç bir halda şəxsin təqsirli olması və ya barəsində istintaqın başlanması anlamına gəlmir. AR Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, təqsirsizlik prezumpsiyası mövcuddur və heç bir rəsmi status olmadan şəxsin “təqsirli” kimi təqdim olunması qanunsuzdur və hüquqi nəticələr doğura bilməz. Üstəlik, belə təkrar və əsassız müraciətlərin davamlı şəkildə edilməsi məhkəmə sistemindən sui-istifadə və qarşı tərəfə qarşı hüquqi təzyiq aləti kimi qiymətləndirilməlidir. Bu cür davranışlar nə hüququn müdafiəsinə xidmət edir, nə də ədalətli məhkəmə prinsipinə uyğundur əksinə, məhkəmənin prosessual resurslarını istismar edir, hüquqi sabitliyi pozur və əvvəllər nəticələnmiş işlər üzrə süni şəkildə yeni mübahisə yaradaraq əsassız presedent formalaşdırır. Yuxarıda göstərilən hüquqi və faktiki halları, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci, 76-cı, 106-cı, 154.1, 154.3, 154.5 və 367-ci maddələrini rəhbər tutaraq X6 tərəfindən xx.xx.2025-ci il tarixində təqdim edilmiş vəsatətin hüquqi və faktiki əsaslardan məhrum olması nəzərə alınaraq, əsassız hesab edilərək rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4623/2025 saylı işində verilmiş apellyasiya şikayətinin təmin olunmadan saxlanılmasını və Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş edir. Maraqlı şəxs1 etiraz ünvanlayaraq, etirazı onunla əsaslandırmışdır ki, X6 tərəfindən təqdim olunan vəsatətdəki sənədlər “e-təbib” çıxarışları, ekran görüntüləri və köhnə fotoşəkillər hüquqi baxımdan heç bir yenilik ehtiva etmir və artıq daha əvvəl, xüsusilə də 2(007)-1621/2024 saylı iş üzrə məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmış, qiymətləndirilmiş və hüquqi nəticə doğurmuşdur. X6 bu sənədləri yenidən, eyni formada və eyni iddia ilə təqdim etməklə, nə yeni hüquqi əsas, nə də təkrar mühafizə orderinə ehtiyac yaradan əlavə fakt irəli sürür. Bu isə AR Mülki Prosessual Məcələsinin 153.2.2-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, “əvvəlki iş üzrə eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş qətnamə mövcuddursa, bu halda təkrar iddiaya icazə verilmir. Əvvəlki mühafizə orderinin qüvvədəolma müddətini başa çatması və ondan sonra heç bir yeni insidentin, hüquqi əsasın və ya zorakılıq faktının qeydə alınmaması şəraitində, yenidən mühafizə orderinin verilməsi qanunvericiliyin məntiqinə ziddir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu belə tədbirlərin tətbiqini yalnız təkrar zorakılıq ha ları, real təhdidlər, polis aktları, tibbi sənədlər və digər hüquqi sübutlar olduqda mümkün sayır. Bu baxımdan, ərizəçi tərəfindən heç bir yeni hüquqi və ya faktiki əsas təqdim olunmadan yenidən mühafizə orderi tələb edilməsi, qanuni əsaslardan məhrum olduğu üçün təmin edilməməlidir. Bu nə hüququn müdafiəsi, nə də ədalətli məhkəmə prinsiplərinə xidmət edir. Əlavə etmər istərdim ki, X6 vəsatətində bildirir ki, guya onunla davamlı şəkildə əlaqə saxlanılıb, təhdid və psixoloji təzyiq göstərilib. Lakin bu kimi ciddi və hüquqi nəticə doğura biləcək ittihamlar yalnız subyektiv hisslərə və şəxsi təəssüratlara əsaslanır, heç bir rəsmi və texniki sübutla yəni zəng və SMS bilinq çıxarışları ilə təsdiqlənmir. Məlum olduğu kimi, hüquqda sübut yükü belə iddiaları irəli sürən tərəfin üzərinə düşür. Belə ki, ərizəçi özünün istifadə etdiyi mobil nömrəyə dair ən azı son iki ay üzrə aşağıdakı texniki sübutları təqdim etməlidir. Həmçinin əlavə etmək istərdim ki, vəsatətində bildirir ki, guya barəmdə istintaq aparılır. Lakin bu iddia rəsmi sənədlərlə sübut olunmamışdır və tamamilə əsassızdır. Hətta təqdim etdiyi Bakı Apelyasiya Məhkəməsinin 6(103)-27/2025 saylı qərarı belə onun arqumentini təkzib edir. Qərarda qeyd olunur ki, yalnız “xəsarət alması hissəsində” əlavə araşdırma aparılması məqsədilə iş materiaları istintaq orqanına qaytarılıb. Bu isə heç bir halda şəxsin təqsirli olması və ya barəsində istintaqın başlanması anlamına gəlmir. AR Cinayət Prosessual Məcələsinin 21-ci maddəsinə əsasən, təqsirsizlik prezumpsiyası mövcuddur və heç bir rəsmi status olmadan şəxsin “təqsirli” kimi təqdim olunması qanunsuzdur və hüquqi nəticələr doğura bilməz. Üstəlik, belə təkrar və əsassız müraciətlərin davamlı şəkildə edilməsi məhkəmə sistemindən sui-istifadə və qarşı tərəfə qarşı hüquqi təzyiq aləti kimi qiymətləndirilməlidir. Bu cür davranışlar nə hüququn müdafiəsinə xidmət edir, nə də ədalətli məhkəmə prinsipinə uyğundur əksinə, məhkəmənin prosessual resurslarını istismar edir, hüquqi sabitliyi pozur və əvvə lər nəticələnmiş işlər üzrə süni şəkildə yeni mübahisə yaradaraq əsassız presedent formalaşdırır. Yuxarıda göstərilən hüquqi və faktiki halları, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 47-ci, 76-cı, 106cı, 154.1, 154.3, 154.5 və 367-ci maddələrini rəhbər tutaraq X6 tərəfindən xx.xx.2025-ci il tarixində təqdim edilmiş vəsatətin hüquqi və faktiki əsaslardan məhrum olması nəzərə alınaraq, əsassız hesab edilərək rədd edilməsini, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4623/2025 saylı işində verilmiş apellyasiya şikayətinin təmin olunmadan saxlanılması və Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2635/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli, 2 nömrəli qərarına əsasən Maraqlı şəxs2 və Maraqlı şəxs1 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, İddiaçı 30 gün müddətinə (xx.xx.2024-xx.xx.2024) qısamüddətli mühafizə orderi verilmişdir. Daha sonra İddiaçı cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən qısamüddətli mühafizə orderinin tələbləri pozulduğu üçün onlara qarşı uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən ərizə təmin edilərək İddiaçı Maraqlı şəxs2 və Maraqlı şəxs1 hərəkətlərindən mühafizə olunması üçün 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Hazırda ərizəçi cavabdehlər tərəfindən ona qarşı yenidən məişət zorakılığ törədildiyinə istinad edərək uzunmüddətli mühafizə orderinin müddətinin uzadılmasını istəyir. Mülki Prosessual Məcəllənin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, məişət zorakılığından zərəçəkən şəxs uzunmüddətli mühafizə orderi ilə bağlı müraciət etməzdən əvvəl rayon (şəhər) icra hakimiyyətinə müraciət edərək məişət zorakılığı törədən şəxs üçün xəbərdarlıq və ya qısamüddətli mühafizə orderi almalıdır. Əgər məişət zorakılığı törədən şəxs xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, yalnız bu halda zərərçəkmiş şəxs məhkəməyə uzunmüddətli mühafizə orderinin verilməsi üçün müraciət edə bilər. Belə ki, uzunmüddətli mühafizə orderinin verilməsi qısamüddətli mühafizə orderinin verilməsindən sonra baş verən növbəti prosedurdur. Qanundan irəli gələn tələbə görə əvvəlcə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq verilməli və qısamüddətli mühafizə orderi tətbiq edilməlidir. Qısamüddətli mühafizə orderinin verilməsindən sonra zorakılıq tətbiq edən şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməyə borcludur. Onun verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderində əks olunmuş tələblərə əməl etməməsi isə uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas yaradır. Qısamüddətli mühafizə orderi - məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilməsini nəzərdə tutur. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranır. Ərizəçi İddiaçı qabaqcadan ilk olaraq qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı müraciət etməli və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qısamüddətli mühafizə orderi verildiyi və onun tələbləri pozulduğu halda o, uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1621/2024 saylı qətnaməsi ilə 180 gün müddətinə müəyyən edilmiş uzunmüddətli mühafizə orderinin müddətinin qurtarmasına baxmayaraq, ərizəçi müvafiq icra hakimiyyəti qısamüddətli mühafizə orderinin verilməsi üçün müraciət etmədən birbaşa olaraq uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi bütün prosessual qaydalara riayət edilməsini əsas gətirərək, məhkəmə tərəfindən qəbul edilmiş qərardadın ləğv edilməsini xahiş etsə də, görünən odur ki, ərizəçi müvafiq prosessual qaydalara riayət etməklə artıq bir dəfə 180 gün müddətinə uzunmüddətli mühafizə orderi almışdır. Həmçinin ərizəçi məhkəmə tərəfindən uzunmüddətli mühafizə orderinin müddətinin uzadılmasından imtinanın əsassız olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin müddətinin uzadılması ilə əlaqədar deyil, uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin mülki prosessual qanunvericilikdə uzunmüddətli mühafizə orderinin müddətinin minimum həddi 60 gün, maksimum həddi 180 gün müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1621/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş maksimum həddə, 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Ərizəçiyə Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1621/2024 saylı qətnaməsi ilə 180 gün müddətinə müəyyən edilmiş uzunmüddətli mühafizə orderinin müddətinin qurtarmasına baxmayaraq, ərizəçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 barəsində qısamüddətli mühafizə orderi verilməmiş birbaşa olaraq uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı; FİN:xxxxxxx; büdcə səviyyə kodu: 1; büdcə təsnifat kodu:142213; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:13:06:23) dövlət büdcəsindən ərizəçi İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2635/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2635/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar