Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2635/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” haqqında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən məişət zorakılığından zərər çəkmiş şəxs X3 məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 məişət zorakılığından zərər çəkmiş şəxs X1rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilməli:
1. Zərər çəkmiş şəxs X1rşı məişət zorakılığının təkrar törədilməsi.
2. Zərər çəkmiş şəxs X2 narahatlıq gətirən hərəkətləri – onlara 100 metr məsafədə yaxınlaşması, onlarla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onları hər hansı formad atəqib etməsi, onlara zəng etməsi, sms və sair yazması, sosial şəbəkələrdə onların barəsində paylaşımlar etməsi.
3. Məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 355-1.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməlidir.
5. Mülki Prosessual Məcəllənin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
6. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
7. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
8. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, məişət zorakılığından zərəçəkən şəxs uzunmüddətli mühafizə orderi ilə bağlı müraciət etməzdən əvvəl rayon (şəhər) icra hakimiyyətinə müraciət edərək məişət zorakılığı törədən şəxs üçün xəbərdarlıq və ya qısamüddətli mühafizə orderi almalıdır. Əgər məişət zorakılığı törədən şəxs xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, yalnız bu halda zərərçəkmiş şəxs məhkəməyə uzunmüddətli mühafizə orderinin verilməsi üçün müraciət edə bilər
9. Ərizəçi İddiaçı qabaqcadan ilk olaraq qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı müraciət etməli və müvafiq icra hakimiyyəti orqani tərəfindən qısamüddətli mühafizə orderi verildiyi və onun tələbləri pozulduğu halda o, uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1621/2024 saylı qətnaməsi ilə məişət zorakılığından zərər çəkmiş şəxs ərizəçi İddiaçı məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi qət edilmişdir.
11. İşin faktiki halı odur ki, ərizəçiyə Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1621/2024 saylı qətnaməsi ilə 180 gün müddətinə müəyyən edilmiş uzunmüddətli mühafizə orderinin müddətinin qurtarmasına baxmayaraq, ərizəçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 barəsində qısamüddətli mühafizə orderi verilməmiş birbaşa olaraq uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
12. Mülki prosessual qanunvericiliyə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır.
Nəticə :
13. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət olunmadığı üçün ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
14. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı; FİN:xxxxxxx; büdcə səviyyə kodu: 1; büdcə təsnifat kodu:142213; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:13:06:23) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı; FİN:xxxxxxx; büdcə səviyyə kodu: 1; büdcə təsnifat kodu:142213; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:13:06:23) dövlət büdcəsindən ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva