Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4635/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(006)-463/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(006)- 463/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, dəyəri 70 manat olan 1 ədəd taxt (2 nəfərlik), dəyəri 15 manat olan 1 ədəd DSP, dəyəri cəmi 350 manat olan 2 ədəd divan və 4 ədəd kreslo, dəyəri 160 manat olan 2 ədəd paltar dolabı, dəyəri cəmi 150 manat olan 3 ədəd qapı, dəyəri cəmi 30 manat olan 2 ədəd stul, dəyəri cəmi 50 manat olan 5 ədəd stul, dəyəri cəmi 100 manat olan 1 ədəd stol və 8 ədəd stul, dəyəri cəmi 30 manat olan 2 ədəd pufik, dəyəri 200 manat olan 1 ədəd televizor, dəyəri 25 manat olan 1 ədəd kompyuter şkafı, dəyəri cəmi 25 manat olan 2 ədəd jurnal stolu, dəyəri 60 manat olan 1 ədəd mətbəx stolu, dəyəri cəmi 30 manat olan 2 ədəd televizor altlığı, dəyəri cəmi 50 manat olan böyük və kiçik ofis kreslosunun, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyərinin, mənəvi zərərə görə 200 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat 27 manatı, 227 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(006)-463/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva 10 iyun 2022-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(006)-463/2022 saylı qərardadından verdiyi şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(006)- 463/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və İddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4635/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4635/2022
28.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver