Məhkəmə qərarları › İş №2(103)-4642/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4642/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4642/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızının cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsi və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların həbsdən azad edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(006)-2812/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların həbsdən azad edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63.000 manat dəyərində qiymətləndirilmiş “X3” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsinin; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, 3.215 avronun, 5.400 ABŞ dollarının, 26.500 manatın; onun adına olan 1.759.500 manat qiymətləndirilmiş "xxxx" MTK-dan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X3” kompleksində 615B saylı mənzilin və - 63.000 manat dəyərində qiymətləndirilmiş, onun adına "xxxx" MTK-dan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X3” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsinin həbsdən azad edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(006)-2812/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilmiş və iddiaçıya qaytarılması, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbinin mahiyyəti cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə iddiaçının əmlakı üzərinə cinayəthüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin ləğvi ilə bağlıdır. Həmin məhkəmə aktları cinayət mühakimə icraatı qaydasında qəbul edildiyi üçün belə məhdudiyyətin götürülməsi (ləğvi) də həmin icraat qaydasında mümkündür. Cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayət prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunulan şəxslərin əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin ləğvinə dair məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində, həm də Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində maraqlı şəxsin əmlakının həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ nəzərdə tutulsa da, mülki prosessual qanunvericilikdə bununla bağlı qayda müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(006)-2812/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar