Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4645/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-606/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 3323/2024 saylı qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi vəkil Nümayəndə1 elektron kabinetində xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə həmin elektron kabinetdə Nəsimi Rayon Məhkəməsinin e-2(006)-606\2024 nömrəli digər məhkəmə aktı yerləşdirilmişdir. Buna görə yanlış olaraq hesab edib ki, Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti xx.xx.2024-cü il tarixdə bitir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına görə 10-14 aprel günləri qeyri-iş günləri hesab edilmişdir. Buna görə apellyasiya şikayətini 15 aprel 2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə göndərib. Bundan əlavə, məhkəmə qətnaməsindən apellyasiya şiakyətinin verilmə müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. 6 aprel həftənin şənbə günü, 7 aprel bazar günü olduğundan, şikayət verməli olduğu iki gün 8 aprel və 9 aprel günləri olmuşdur. Lakin yuxarıda qeyd etdiyim səbəbdən həmin günləri ötürüb. Yəni, məhkəmənin xx.xx.2024-cü il tarixlə qərardadının onun elektron kabinetində yüklənməsi onda yanlışlıq yaratmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Bundan əlavə, qətnamə iddiaçının məhkəməyə məlum olan ünvanı üzrə də göndərilmiş, lakin məhkəmə sənədinin tərəfə təqdim olunduğu barədə hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 24 fevral 2024-cü il tarixli 100 nömrəli qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilmişdir. MPM-ə əsasən İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3). İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. (maddələr 129.1 və 129.2) . Prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən iddiaçının məhkəmə aktından şikayət vermək hüququ xx.xx.2024-cü il tarixdən yaranmış, xx.xx.2024-cü ilədək apellyasiya şikayətini təqdim etmək imkanında olmuşdur. Müddətin son günü bazar gününə təsadüf etdiyindən, həmçinin Nazirlər Kabinetinin yuxarıda istinad olunan qərarına əsasən 8-12 aprel qeyri-iş günləri olduğundan, 13 və 14 aprel isə şənbə və bazar gününə təsadüf etdiyindən iddiaçı yalnız xx.xx.2024-cü ildə apellyasiya şikayətini təqdim edə bilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən prosessual müddətin üzrsüz səbəbdən ötürüldüyü barədə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü sayılaraq bərpa olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. Buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-606/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən buraxıldığından bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4645/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4645/2024
22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver