Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4647/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab İnam Kərimova Hörmətli İnam müəllim, İddiaçı Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və s." tələbinə dair ilk, Cavabdeh İddiaçı və digərlərinə qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(006)-283/2024 nömrəli qətnaməsindən Saləddin Kərimov tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı Saləddin Kərimovun nümayəndəsi, Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə etiraz edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin hakimidir. Qeyd olunanlara əsasən, mülki iş Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə edilmiş etiraza baxılması üçün aidiyyəti üzrə Sizə göndərilir.
Məhkəmə qərarları › İş №2(103)-4647/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4647/2024
19.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver