Məhkəmə qərarları › İş №2(103)-4648/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4648/2022

06.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4648/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutuna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 cəlb olunmaqla) qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4648/2022 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, iş buraxmağa görə əmək haqqının ödənilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutuna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 cəlb olunmaqla) qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” e-2(004)-958/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2009-cu il tarixli əmrə əsasən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna böyük laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixli əmrə əsasən Kadrlar şöbəsinin müdiri vəzifəsinin icrası ona həvalə edilmiş, xx.xx.2015-ci il tarixli əmrlə Kadrlar şöbəsinin müdiri vəzifəsinə təsdiq edilmişdir.

2. Azərbaycan Milli Elmlər X5 01 oktyabr 2021-ci il tarixli 17/25 nömrəli Qərarına əsasən Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun kadr sahəsi üzrə müəyyən edilmiş işlər üzrə ciddi nöqsan və çatışmazlıqlarlar nəzərə alınaraq İnstitutun kadrlar şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə xitam verilməsinin İnstitutun rəhbərliyinə tapşırılması qərara alınmışdır.

3. İnstitutun X12 xx.xx.2021-ci il tarixli iclas protokolundan çıxarışa əsasən İddiaçı işdən dərhal azad edilməsi barədə Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyi qarşısında məsələ qaldırılması qərara alınmışdır.

4. Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun 26 oktyabr 2021ci il tarixli, 267 saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2021-ci il tarixli, 267 nömrəli əmrinin ləğv edilməsi, onun İnstitutda kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddətdə heç bir xəbərdarlıq, töhmət almamış, intizam məsuliyyətinə cəlb edilməmiş, əmək və icra intizamını pozmamış, məsul olduğu vəzifənin öhdəsindən gəlmişdir. İşəgötürən işdən azad edərkən heç bir əsas göstərməmiş və həmkarlar orqanında heç bir müvafiq araşdırma aparmadan hüquqlarını pozaraq əmək münasibətlərinə xitam vermişdir. İddiaçının işdən azad olunması qanunsuzdur. Əmrdə iddiaçının konkret olaraq hansı tarixdən işdən azad olunması, onun tutduğu vəzifənin adı qeyd edilməmişdir. X7 təşkilatının iclasında sənədlər təqdim edilmədən, uydurma, əsassız şikayətlər müzakirə olunmuşdur. Həmin iclasda komitə üzvlərindən 4 nəfər iştirak etmişdir. Komitənin səlahiyyətli olması üçün ən azı 2/3 hissəsi, yəni 5 üzvü iştirak etməlidir, komitə iclas zamanı səlahiyyətli olmamışdır, qəbul edilmiş qərarın hüquqi qüvvəsi yoxdur.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Milli X4, Etnoqrafiya və X2 Gülüstan Zülfü qızının işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 267 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə Azərbaycan Milli X4, Etnoqrafiya və X3 şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işlədiyi müddətdə faktiki olaraq İnstitutun bütün işlərinə, o cümlədən direktorun səlahiyyətlərinə (sabiq direktor X13) aid işlərə müdaxilə etmiş, özündən qanunsuz əmrlər hazırlamış, direktor xəstə olduğu müddətdə əmrlər direktorun evində imzalanmış və dəfələrlə sürücü tərəfindən gətirilən möhürlə möhürlənmiş, imza isə xüsusi hazırlanmış imza ilə təsdiq edilmişdir. İddiaçı İnstitutda tutduğu Kadrlar şöbəsinin müdiri vəzifəsindən X12 təqdimatına əsasən Elmi müəssisənin o vaxtki direktor əvəzi X11 tərəfindən 26 oktyabr 2021-ci il tarixli, 267 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İnstitutun X12 iclas protokolunun audio yazısı iddiaçıda da var. X12 iclasında iştirak edən şəhid ailəsi, X9 şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şahid3 İddiaçı tərəfindən ona edilən qanuna zidd hərəkətlərdən şikayətlənmişdir. Bundan əlavə, AMEA-nın X15 şöbəsi(14 oktyabr 2021-ciiltarixli, 04-34 nömrəli məktub) tərəfindən İnstitutdan şəhid ailələri və müharibə iştirakçıları haqqında olan məlumat (siyahı) İnstitutun Kadrlar şöbəsinin müdiri İddiaçı dəfələrlə istənilməsi göstərilmişdir. Lakin iddiaçı tərəfindən bu sorğulara cavab verilməmişdir. Buna görə də şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən ödəniləcək kompensasiya verilməmişdir. Bundan əlavə, İnstitutun əvvəlki direktoru X13 ilə iddiaçı arasında böyük konflikt yaşanmışdır. İddiaçı İnstitut direktorunun əmrlərinə tabe olmamış, öz bildiklərini etmişdir. AMEA-nın İnstitut əməkdaşları tərəfindən edilən çoxsaylı şikayətlərə əsasən AMEA Rəyasət Heyəti tərəfindən dəfələrlə İnstitutun Kadrlar şöbəsinin müdiri Gülüstan İsyevanın əmək müqaviləsinə xitam verilməsi barədə şifahi və yazılı göstərişlər verilmişdir. AMEA-nın Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli, 17/25 qərarında İnstitutun Kadrlar şöbəsinin müdiri İddiaçı və digərlərinin əmək müqavilələrinə xitam verilməsi göstərilmişdir. İnstitutun baş mühasibi və İnstitutun Ümumi işlər üzrə direktor müavini qərarda adları olduğu üçün öz ərizələri ilə tutduqları vəzifədən azad olunmuşdur. İnstitutun əvvəlki və sonrakı rəhbərliyi iddiaçıya öz ərizəsi ilə Kadrlar şöbəsinin müdiri vəzifəsindən azad olub (14-cü dərəcə), İnstitutun başqa şöbəsində 16-cı dərəcə ilə digər vəzifəyə keçməsi tövsiyə olunmuşdur. Lakin buna baxmayaraq o, öz inadkarlığından dönməmiş özünün cinayət xarakterli əməllərini davam etdirmişdir. Belə ki, arxeoloji ekspedisiyaya gedən ekspedisiya rəhbərlərindən mütəmadi pul tələb etmiş, istədiyini almadıqda ekspedisiya rəhbərlərinin ezamiyyə vərəqlərini alıb özündə saxlamış və müəyyən haqq müqabilində onları geri qaytarmağı söz vermişdir. Buna misal olaraq İnstitutun Numizmatika və Epiqrafika şöbəsinin müdiri Şahid2 ekspedisiya sənədlərini və ezamiyyə vərəqlərini əlindən almış, ondan 1000 (bir min) manat pul tələb etmişdir. Həmin pulu ekspedisiya rəhbəri vermədiyi təqdirdə onu ekspedisiyaya buraxmayacağını israrla bildirmişdir. Müxtəlif ixtisasa malik şəxsləri müəyyən haqq müqabilində işə qəbul etmiş və onların ixtisasları İnstitutun profilinə uyğun gəlmədiyi halda onlarla qanuna zidd olaraq müddətsiz əmək müqavilələri bağlamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçı və institutun əməkdaşı olmuş onun həyat yoldaşı Şahid1 barəsində müxtəlif vaxtlarda İnstitutda etdikləri qanunazidd hərəkətlər barəsində tərəflərindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. İnstitutun müraciəti əsasında araşdırma aparılmış, toplanmış materiallarda göstərilən İnstitutun vəzifəli şəxslərinin əməllərində mənimsəmə, yəni qulluq mövqeyindən istifadə etməklə təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama, vəzifə səlahiyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313cü maddələri ilə cinayət işi bağlanıb ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılmışdır.

12. Apellyasiya baxışı zamanı iddiaçı, həmçinin onun vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

14. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

15. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

16. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

17. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun.

18. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

19. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

23. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Apellyasiya baxışının hədləri

24. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə cavabdeh Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun apellyasiya şikayətinə əsasən tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmamalıdır.

26. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmiş, AMEA-nın Arxeologiya, Etnoqrafiya və X10 Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli protokolunda da belə bir təqdimata baxılması qeyd olunmamışdır. İclasın protokolundan çıxarışda isə İddiaçı İnstitutun əməkdaşları ilə qeyri-etik davranışları, onları aşağılaması və vəzifə səlahiyyətlərini aşması nəticəsində müəssisənin işini iflic vəziyyətə gətirməsi qeyd edilmişdir. AMEA Arxeologiya, Etnoqrafiya və X8 Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli, 15 nömrəli protokolunun gündəliyində büroya daxil olan şikayət ərizələrinin müzakirəsi qeyd edilmişdir. İş materiallarında olan şikayət ərizələrinin verilmə tarixi xx.xx.2021-ci il, qeydə alınma tarixi isə xx.xx.2021-ci il göstərilmişdir. Belə müəyyən olunur ki, şikayət ərizələri həmkarlar təşkilatının iclasından bir gün qabaq yazılmış və iclasdan sonrakı gün isə qeydiyyata alınmışdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşmır. Kollegiya hesab edir ki, qətnamə maddi hüquq normaların pozulması ilə qəbul edildiyi və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmadığı üçün ləğv edilməlidir. Belə ki, mülki işin materialları, həmçinin iş üzrə müəyyən edilmiş aşağıdakı hallara əsasən iddiaçının işdən azad edilməsi barədə əmr qanuni və əsaslı olmuşdur.

28. İddiaçı işdən azad edilməsi barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əmri məhz İnstitunun X12 21 oktyabr 2021-ci il tarixli iclasının protokolunun çıxarışı əsasında verilmişdir. Həmin çıxarışda isə iddiaçının işdən azad edilməsi məsələsinin İnstitutun rəhbərliyi qarşısında qaldırılmasının qərara alındığı qeyd edilmişdir. Bu hal onu deməyə əsas verir ki, mübahisələndirilən əmr həmkarlar ittifaqının razılığı əsasında verilmişdir.

29. AMEA-nın 10 iyun 2021-ci il tarixli, 132 nömrəli sərəncamına əsasən yaradılan Kommisyanın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda apardığı yoxlamaya dair arayışda qeyd edilmişdir ki, İnstitutun kadrlar və inzibati idarəçilik sahəsində aşağıdakı nöqsanlar qeyd edilmişdir: “Horizon 2020 Proqramı tərəfindən maliyyələşən KEAC-BSR layihəsi üzrə Səfər Aşurov, Nərmin Məmmədli, Nərmin Bayramova və X17 və Gürcüstana ezam edildiyi bildirilir. Kadrlar şöbəsinin müdiri İddiaçı bildirdiyinə görə adları qeyd edilən əməkdaşlar 30 avqust 2021-ci ildə işdə olmaları halda 06 sentyabr 2021-ci il olduğu halda hələ də Türkiyədən qayıtmamışlar. Onların ezam edilməsi və sonradan ezamiyyət müddətlərinin artırılması barədə sənədlər tələb edilsə də, komissiyaya sənədlər təqdim edilməmişdir. Həmçinin, İnstitutun kadrlar şöbəsinin müdiri İddiaçı xx.xx.2019-cu il tarixdə İnstitutun direktoru Maisə Rəhimovaya verdiyi yazılı məlumatda Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aşurov Səfər hüseyn oğlu, həmin şöbəsinin elmi işçisi X22 və Arxeoloji texnologiya bölməsinin müdiri X6 İnsittu rəhbərliyinə nə şifahi, nə də yazılı xəbər vermədən ölkə xaricinə getmələri bildirilir. Komissiya maaşların ödənilməsi ilə bağlı bank sənədləri ilə tanış olarkən yuxarıda qeyd edilən əməkdaşlara maaşların ödənildiyinə rast gəldi. Əmrlər kitabı təlimata uyğun tikilməmiş və möhürlənmə düzgün aparılmamışdır. Əmrlərin nömrələrində qələmlə düzəlişlər edilmiş, bir neçə əmr eyni nömrə ilə verilmişdir. Bəzi əmrlərdə möhürlər yoxdur. Təhsilə dair bəzi əmrlər əsaslandırılmadan verilmişdir. Əmək haqlarına edilən əlavələrə dair əmrlər əsaslandırılmamışdır. Əmək müqaviləsinin ləğvi ilə əlaqədar verilən xx.xx.2017-ci il tarixli14 saylı əmrdə Əmək Məcəlləsinin normaları pozulmuşdur. Belə ki, işçinin yazdığı ərizədə səbəb və taricx göstərilmədiyinə baxmayaraq Məcəllənin 68.2-ci maddəsi ilə deyil, 69.3-lə azad edilmişdir. Heç bir əsas göstərilmədən 24 noyabr 2017-ci il tarixli, 339 nömrəli əmr ilə işçi M.Rəştiyev öz ştat vahidi ilə “Arxeoloji texnologiya” bölməsinə keçirilmişdir. "xxxx" MMC-yə aid ekspedisiya ilə bağlı xx.xx.2017-ci il tarixli, 294 saylı əmr əsaslandırılmadan verilmişdir. Məzuniyyət ərizələri yazılarkən tarixlər qeyd edilməmişdir. İşçiyə aid T2 formalı uçot vərəqəsi işlənilmir. İnstitut direktorunun 15 dekabr 2016-cı il tarixli, 331 nömrəli əmri ilə Tədris və elmi əlaqələr şöbəsi yaradılsa da, əmr əsaslandırılmamışdır. Tabellərdə çoxlu düzəlişlər mövcuddur. Tabellərə əsasən uzun müddət (noyabr 2019-cu il tarixdən) işə gəlməmək hallarına rast gəlinir. Uzun müddət işə gəlməyən işçi sonradan etibarnamə əsasında 15 sentyabr 2020-ci ildə işdən azad edilmişdir. 15 nəfər institut əməkdaşının əmək kitabçası yoxdur. Şəxsi işlər tərtib edilərkən ciddi pozuntulara yol verilmişdir. Əmək müqavilələri tam doldurulmur. Dəyişiklik edilərkən yeni əmək müqaviləsi tərtib olunsa da, ilkin müqavilələr şəxsi işdə saxlanılmır. İşçilərin ştat cədvəlində olan Mövsüm Rəşdiyev portalda görünmür, əmək kitabçası da yoxdur, hər ay əmək haqqı alınır. Yol vərəqələri düzgün doldurulmur, aidiyyəti şəxslərin imzaları yoxdur. Avtomobilin yürüşü qeyd edilmir, təhvil verən, təhvil alan şəxslərin imzası yoxdur. Yol vərəqələrinin müddəti bitdikdən sonra mühasibatlığa təhvil verilmir. Yol vərəqələrinə dispetçer yerinə baş mühasib qol çəkir...”

30. Digər tərəfdən mülki işdə olan AMEA-nın Rəyasət Heyəti tərəfindən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru vəzifəsini icra edən N.Müseyibliyə ünvanlanan 14 oktyabr 2021-ci il tarixli, 04-34 saylı məktubda qeyd edilir: “AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli, 1/4 nömrəli qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında kadrların hərəkəti barədə məlumatları hər ayda bir dəfə növbəti ayın 5-dən gec olmayaraq həmin qərara əlavə olunmuş forma üzrə AMEA Rəyasət Heyəti aparatı kadrlar şöbəsinə təqdim edilməsi tapşırılmışdır. Lakin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kardlar şöbəsi məlumatı təkrar müracətlərdən sonra gecikdirmiş və natamam olaraq təqdim etmişdir. 2021-ci ilin iyul, avqust, sentyabr ayına olan məlumat isə hələ də təqdim edilməmişdir. Bundan başqa, AMEA-nın X18 kadrlar şöbəsinin şifahi və yazılı sorğusu ilə AMEA-nın elmi müəssisə və təşkilatlarının kadrlar şöbəsindən təqdim edilməsi zəruri olan məlumatlar dəfələrlə müraciət etdikdən sonra gecikdirilmiş olaraq təqdim edilir. AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları, əlilləri, şəhidləri və şəhid ailəsinin üzvləri barədə məlumatın 5 oktyabr 2021-ci il tarixinəqədər təqdim edilməsi barədə sorğu cavabsız qalmışdır...”

31. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, AMEA-nın Arxeologiya və X1 və Epiqrafika şöbəsinin müdiridir. Eyni zamanda Şamaxı, Lahıc arxeoloji ekspedisiyalarının rəhbəridir. Bu ilin may ayında Lahıca növbəti arxeoloji ekspedisiya təşkil edilərkən, o, ərizə ilə İnstitutun direktoruna müraciyət etmişdir. Ərizəsi imzalandıqdan sonra, o, İnstitutun kadrlar şöbəsinin rəhbəri İddiaçı müraciyət etmişdir. O, ərizəyə baxaraq tərtib etdiyi ekspedisiya heyətinin bir neçə üzvü artıq digər arxeoloji ekspedisiyanın tərkibinə daxil edilmişdir və onların yerinə ona digər əməkdaşların heyyətə salınacağını bildirmişdir. O, həmin şəxsləri, yəni Şahid5, Şahid6, Şahid8, Şahid7 adlarını ekspedisiyanın siyahısına daxil etmişdir. Bundan sonra ezamiyyət vərəqlərini götürmək üçün İddiaçı yaxınlaşmışdır. Onun otağında həmişə olduğu kimi, həyat yoldaşı Şahid1 oturmuşdu. O, ezamiyyət vərəqlərini verilməsini xahiş etdikdə İddiaçı bildirmişdir ki, 1000 manat pul verməlidir. O, nəyə görə bu pulu verməli olduğunu soruşanda Şahid1 bildirmişdir ki, vəziyət dəyişib, ona görə də 1000 manatı verməlidir. Bundan sonra İddiaçı əlavə etmişdir ki, hamı necə o da o cür pul verməlidir. O, otaqdan çıxaraq, direktoru Maisə Rənimovanın qəbuluna girmiş və bu barədə ona bildirmişdir. Direktor kadrlar şöbəsinin müdirinə tapşırmışdır ki, ekspedisiyanın ezamiyyət vərəqələrini ona versinlər. O, ezamiyyət vərəqələrinin götürərək ekspedisiyaya yola düşmüşdür. Ekspedisiya müddətində, kadrlar şöbəsinin rəhbəri tərəfindən heyətə daxil edilmiş, Şahid5, Şahid6, Şahid8, Şahid7 ekspedisiyada iştirak etməmişlər. O, maliyyə hesabatını bağlamaq üçün ezamiyyət vərəqələrinə imza atılması üçün kadrlar şöbəsinin rəhbəri İddiaçı yaxınlaşıb sənədləri ona təqdim etmişdir. Bir neçə gündən sonra ona yaxınlaşıb ezamiyyət vərəqələrinin Maisə xanıma verməməsini soruşduqda o bildirmişdir ki, ezamiyyət vərəqələrini o, direktora verməyəcək. O, ondan bunun səbəbini soruşduqda bildirmişdir ki, o belə istəyir, kimə şikayət edirsə etsin. Bundan sonra o, İddiaçı rəhbərliyə şikayət edəcəyini bildirmişdir. Onun bu sözlərindən qorxuya düşən İddiaçı Şahid5, Şahid6, Şahid8, Şahid7 otağına dəvət edərək, yalandan onlara Maisə xanımın göstərişi ilə onların xəbəri olmadan Şahid2 onları ekspedisiyanın tərkibinə salması barədə ərizə yazmalarını bildirmişdir. İddiaçı Şahid5, Şahid6, Şahid8, Şahid7 özünün qabaqcadan tərtib etdiyi ərizəni dikdə edərək, əməkdaşları aldatmış, ərizələrə qol çəkdirmişdir. Bundan sonra subardinasiyanı pozaraq, ərizələri direktora verməyərək, onları böhtan xarakterli şikayət məktubu ilə birlikdə Prezident Administrasiyasına göndərmişdir. Bu məsələ ilə bağlı institutun direktoru X24 Tağıyeva, Şahid6, Şahid8, Şahid7 direksiyaya dəvət edərək, onların izahatını almışdır. Əməkdaşlar İddiaçı tərəfindən onların aldadılması və onun riyakarcasına qurduğu oyunun qurbanları olduğunu bildirmişdilər. Suala cavab olaraq bildirir ki, Gülüstan ondan 1000 manat pul tələb etmiş və o, bu barədə Rəyasət heyətində bildirmişdir. Ekspedisiya tərkibini onlar seçir, direktor müəyyənləşdirir, təşkilati məsələri kadrlar şöbəsi həll edir, qərarı direktor verir. Ekspedisiyanın tərkibinin müəyyənləşməsi qərarında onun rolu yoxdur.

32. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, 2013-cü ildə ailə qurduğu üçün soyadı dəyişmişdir. Bu səbəbdən siğorta kartını yeni soyadla almaq üçün İddiaçı müraciət etmişdir. Kadrlar şöbəsinin müdiri sığorta kartının hazır olduğunu bildirmiş və onu vermək üçün ondan pul tələb etmişdir. O onunla heç cür razılaşmamış və direktor Maisə Rəhimovaya narazılığını bildirmişdir. Lakin nəticə olmamış və İsayeva sığorta kartını 3 il müddətində özündə saxlamışdır. 2016-cı ildə həyat yoldaşı şəhid olduqdan sonra sənədləşmə ilə bağlı sığorta kartı üçün yenidən İddiaçı müraciət etmiş və eyni cavabı almışdır. Rüşvət məsələsində prinsipial olmağına baxmayaraq, sənədinin vacibliyinə görə onun istədiyi məbləği verməli olmuşdur. Suala cavab olaraq bildirir ki, şəhid ailəsi kimi ona kompensasiya ödənilib. O vaxt elə vəziyyət var idi ki, şikayət etmək olmurdu.

33. Birinci instansiya məhkəməsində iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, İddiaçı kobud davranışlarından çox narazıdır, onun tərəfindən dəfələrlə təhqirlərə məruz qalmışdır. 2015-ci ildə ondan sənədini istəyərkən bu işi təhqiramiz şəkildə yubatmış və sonda nalayiq davranaraq polis çağıracağı ilə onu hədələmişdir. O isə səbrli davranmağı üstün tutmuş və o zamankı direktor Maisə xanım Rəhimovaya müraciət etmişdir. Maisə xanım isə Gülüstanın ailə problemlərinin olduğunu bildirmişdir. Sənədini isə direktor özü ona təqdim etmişdir. Həmin hadisədən ötən 6 il ərzində o, kadrlar şöbəsinə müraciət edə bilmir. Elm mərkəzində belə xoşagəlməz halların varlığı yolverilməzdir. Maisə xanım Gülüstandan çəkinirdi. Onların səbrini daşıran Gülüstanın şəhid xanımı ilə o cür davranması olmuşdur. İddiaçı institut direktorunun xəstəliyindən istifadə edib, öz həyat yoldaşını dəfələrlə ekspedisiyaya göndərdiyi halda, onlar getmirdi. Maisə xanım işə gəlmirdi. Bu insanın işdə qalmağı elmi fəaliyyətə zərbədir və mühiti pozur. Sonra onlar Təranə xanıma, Nəcəf müəllimə müraciət etmişlər. Suala cavab olaraq bildirir ki, elmi mühiti onu dəfələrlə süründürməçiliyə salmaqla, öz davaları ilə və başqa bu kimi əməlləri ilə pozur. 2009-cu ildən AMEA-da işləyir. Hazırda əmək müqaviləsi ilə işləyir. Şəhid ailəsi dedikdə Gülnaz xanımı nəzərdə tutur.

34. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, İddiaçı onları otağına dəvət edərək bildirmişdir ki, etnoqrafik səfərlə bağlı anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün İnstitutun direktoru Maisə xanım Rəhimovanın adına izahat yazmalıdırlar və onlara öz yazdığı şablonu təqdim etmiş, bu şəkildə yazmağı bildirmişdir. Sonradan məlum olmuşdur ki, onların yazdığı izahatlar İnstitutun direktoruna təqdim edilmədən birbaşa Prezident Aparatına təqdim edilmiş və oradan onlar da bu məsələni Rəyasət heyətinə baxılması üçün tapşırmışlar. İddiaçı səlahiyyətini aşaraq öz şəxsi məqsədlərini həyata keçirmək üçün onlardan istifadə etmişdir. Maisə xanımın isə həmin ərizədən xəbəri yox idi. Suala cavab olaraq bildirir ki, onlar ərizəni Maisə xanımın adına yazmışlar və İddiaçı ərizəni Maisə xanıma verəcəkdi. Ərizəni onları aldadaraq yazdırmışdır. İzahatı özü yazmışdır.

35. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində bildirmişdir ki, şəhid ailəsidir. X20 həyat yoldaşıdır. Maisə xanımın adına yazdığı sənəd Prezident Adminstrasiyasına getmişdir. Bunu edən İddiaçıdır. Sonra onları bununla bağlı rəyasət heyətinə yığmışlar. Onlar İddiaçı oyununa düşmüşlər. Suala cavab olaraq bildirir ki, vərəqi Gülüstan Gülnara vermişdi, şablon vərəqdə mətnin yazılması yadında deyil. Məktub birbaşa Prezident Aparatına getmişdir.

36. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirmişdir ki, İddiaçı onları otağına dəvət edərək bildirmişdir ki, etnoqrafik səfərlə bağlı anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün İnstitutun direktoru Maisə xanım Rəhimovanın adına izahat yazmalıdırlar və onlara öz yazdığı şablonu təqdim edərək bu şəkildə yazmağı bildirmişdir. Sonradan məlum olmuşdur ki, onların yazdığı izahatlar İnstitutun direktoruna təqdim edilmədən birbaşa Prezident Aparatına təqdim edilmiş və oradan onlar da bu məsələni Rəyasət heyətinə baxılması üçün tapşırmışlar. İddiaçı səlahiyyətini aşaraq öz şəxsi məqsədlərini həyata keçirmək üçün onlardan istifadə etmişdir. Sonra onlar həmkarlar təşkilatına hüquqlarının müdafiəsi üçün müraciət etmişlər. Suala cavab olaraq bildirir ki, imzaladıqlarını İddiaçı vermiş, Gülüstan isə Maisə xanıma verəcəyini bildirmişdir. İddiaçı sənədi dəftərxanaya vermək təklifini etməmişdir. Hadisə mayın 31-də baş vermişdir. Ona görə 4 ay gözləmişlər ki, İddiaçı “fironluğunun” qarşısını almaq mümkün deyildi.

37. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində bildirmişdir ki, İddiaçı onları otağına dəvət edərək bildirmişdir ki, etnoqrafik səfərlə bağlı anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün İnstitutun direktoru Maisə xanım Rəhimovanın adına izahat yazmalıdırlar və onlara öz yazdığı şablonu təqdim edərək bu şəkildə yazmağı bildirmişdir. Sonradan məlum olmuşdur ki, onların yazdığı izahatlar İnstitutun direktoruna təqdim edilmədən birbaşa Prezident Aparatına təqdim edilmiş və oradan onlar da bu məsələni Rəyasət heyətinə baxılması üçün tapşırmışlar. İddiaçı səlahiyyətini aşaraq öz şəxsi məqsədlərini həyata keçirmək üçün onlardan istifadə etmişdir. Neçə illərdir ki, İsayeva onun mükafatını da az yazır. Suala cavab olaraq bildirir ki, Maisə xanımın izahatı adına yazmışlar. Dəftərxanaya verməmələrinin səbəbi İsayevanın şəxsən ona vermələrini bildirməsi olmuşdur.

38. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində bildirmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin düzgün verildiyini bildirir. Suala cavab olaraq bildirir ki, o, müvəqqəti əvəz etmişdir, sədr deyildi. Ərizələri həm direktora, həmdə ona yazmışlar. Protokolu katib yazmışdır. İşçilərin şikayətini iclasda qəbul edə bilərlər. Lazım gələrsə, direktoru müdafiə edə bilərlər. Onu səsvermə yolu ilə direktor seçmişdir. Ərizələrin qəbul edilmə səbəbi insanların incidilməyidir.

39. İddiaçının qeyd edilən əmrdə əmək müqaviləsinin ləğv edildiyi tarixin göstərilməməsi, eləcə də iddiaçının tutduğu vəzifənin göstərilməməsi ilə bağlı iddia ərizəsində göstərdiyi hallara münasibətdə kollegiya bu mövqedən çıxış edir ki, əmr texniki cəhətdən düzgün tərtib edilmişdir. Belə ki, əmrdə qeyd edilən 26 oktyabr 2021-ci il əmrin tarixi olmaqla İddiaçı həmin tarixdən etibarən tutduğu vəzifədən azad edildiyini ifadə edir.

40. Digər tərəfdən əmrdə İnstitutun kadrlar şöbəsinin müdiri İddiaçı ifadəsi göstərilmişdir.

41. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatda qeyd edilmişdir ki, sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir (19). Həmin Təmlimata əsasən əmr şərh və sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır (62).

42. Kollegiya işin müəyyən edilmiş hallarına əsasən həmçinin bildirir ki, hazırki əmək mübahisəsinin əsasını əmrin ləğvi təşkil edir, hazırki iddia həmin hissədə təmin edilmədiyi üçün, iddianın işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı hissələri də rədd edilməlidir.

43. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı 12 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında başlanmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır.

44. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutuna ünvanladığı 13 may 2022-ci il tarixli məktubundan görünür ki, İnstitutun müraciəti əsasında araşdırma aparılmış, toplanmış materiallarda göstərilən İnstitutun vəzifəli şəxslərinin əməllərində mənimsəmə, yəni qulluq mövqeyindən istifadə etməklə təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama, vəzifə səlahiyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılmışdır.

45. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında bağlanmış cinayət işi üzrə hazırda ibtidai istintaq aparıldığından təqsirsizlik prezumpsiyası nəzərə alınaraq iddiaçının vəzifəsindən istifadə edərək cinayət xarakterli əməl törətməkdə təqsirli bilinməsi barədə cavabdehin dəlili nəzərə alına bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: Cavabdeh Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli, e-2(004)- 958/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar