Məhkəmə qərarları › İş №2(103)-4649/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4649/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4649/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1918/2021 saylı 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində sığortalı olduğuna görə, cavabdehə ərizəylə müraciət etmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travmalara görə, yaralandığına görə Qanunun tələblərinə müvafiq olaraq 6600 manat məbləğində sığorta pulu verilməsini istəmişdir, Dövlət Sığorta Kommersiya şirkətinin 11.09.2018-ci il tarixli məktubu ilə imtina edildiyinə görə, sığorta pulunun verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı haqlı olduğunu sübut etmək üçün, pozulmuş hüquqlarımın bərpası üçün təxminən iki il Sumqayıt şəhərindən Bakı şəhərinə məhkəmələrə getmək məcburiyyətində qalmışdır, sübutlar toplamaq məcburiyyətində qalmışdır. Nəsimi rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat sığorta pulunun xeyrinə ödənilməsi qət edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin 07.12.2020-ci il tarixli 17\68-200892\2020 saylı məktubundan göründüyü kimi Nəsimi rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)-446/2020 saylı İcra vərəqəsi icra olunması üçün cavabdehə verilmişdir. Göründüyü kimi, iddiaçının hüquqlarını cavabdeh pozmuşdur, bu fakt artıq qanuni qüvvəyə minmiş 17.09.2020ci il tarixli 2(006)- 446/2020 saylı qətnaməsi ilə sübuta yetirilmişdir. Nəsimi rayon Məhkəməsinin 17.09.2020- ci il tarixli 2(006)- 446/2020 saylı qətnaməsinin ikinci səhifəsində yazılmışdır ki, 6 saylı Zona TSEK-in verdiyi AR seriyalı 690693 saylı arayışa əsasən İddiaçı İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralanmadır. İddiaçıya miivafıq vəsiqə təqdim olunmuşdur. Nəsimi rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)- 446/2020 saylı qətnaməsinin ikinci səhifəsinin 9-cu abzasında yazıldığı kimi, mübahisəsiz qaydada ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Daha sonra Nəsimi rayon Məhkəməsinin 17.09.2020- ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsinin ikinci səhifəsində yazılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və social deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Nəsimi rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsinin birinci səhifəsinin aşağıdan 1-ci yarımabzasında yazıldığı kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti iclasın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişdir. Göründüyü kimi, o, məhkəmə iclaslarına gəlməsə də, vaxtı yubatmaq üçün inzibati məhkəmə aidiyyəti barədə vəsatəti məhkəməyə göndərmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin vəsatətini təmin etməsə də, o, apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.04.2019-cu il tarixli 2(103)-6034/2019 saylı qərardadından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti iclasın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin apcllyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30.04.2019-cu il tarixli 2(103)-6034/2019 saylı qərardadına əsasən təmin edilməmişdir, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti qəsdən vaxtı yubatmaq məqsədi ilə digər Qarabağ Müharibəsi əlillərinin məhkəmə işlərində olduğu kimi, inzibati məhkəmə aidiyyəti barədə vəsatəti məhkəməyə göndərmişdir və məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa ela, məhkəmə iclaslarına gəlməmişdir, yazdığı vəsatətinin əsassız olduğunu, digər Qarabağ Müharibəsi əlillərinin məhkəmə işlərindən bildiyinə görə məhkəmə tərəfindən təmin edilməyəcəyini əvvəlcədən bilərək, heç bir instansiya məhkəməsində imzaladığını müdafiə etməmişdir. Göründüyü kimi, məhkəmə qərarları ilə sübuta yetirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti vaxtı yubatmaq üçün ehtiyatsızlıqdan yox, qəstdən əməllər etmişdir və buna görə də mənəvi ziyanın əvəzi mənə daha çox məbləğdə məhkəmə tərəfindən kompensasiya təyin edilməlidir. Maddi ziyanın əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi üçün Nəsimi rayon Məhkəməsinin 2(006)-446/2020 saylı məhkəmə işində olan məhkəmə iclas protokollarına məhkəmə baxışının keçirilməsini və onların surətlərinin sübut kimi hazırkı məhkəmə işinə əlavə edilməsini xahiş edir. Həmin məhkəmə iclas protokollarından, iştirak etdiyi hər bir instansiyada məhkəmə iclaslarının sayı, itirdiyi vaxt, maddi ziyanın əsaslarını hazırkı iddia ərizəsinin qoşmasında verdiyi məhkəmə bildirişlərindən iclaslarda iştirak edibetmədiyini müəyyən etmək mümkündür, odur ki, həmin protokollar cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın sübutlarıdır, iştirak etdiyi məhkəmə iclaslarında sayını məhkəmə iclas protokollarından əldə etmək olar, yol-nəqliyyat xərclərini bu sübutlara əsasən hesablamaq mümkündür və bunu, həmin məhkəmə işini tələb etmədən, işə məhkəmə baxışı keçirmədən, müstəqil əldə etmək mümkün deyildir. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında şəhərdaxili və ya qəsəbədaxili hərəkət edən sərnişinlər üçün tarif bir gediş üzrə 30 qəpik təsdiq edilmişdir. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli 7 saylı qərarının 4-cü bəndinə əsasən Bakı-Sumqayıt (Sumqayıt- Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilmişdir. İştirak etdiyi məhkəmə iclaslarındakı sayını qeyd etdiyi tariflərə vurmaqla yol-nəqliyyat xərcləri əsaslandırılır. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində, maneçiliklər törədilməsi nəticəsində məlum məsələdir ki, insan sevinməz, fiziki iztirablar keçirmiş, hüquqlarının pozulması şuuruma təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, stres keçirmiş, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və bunun nəticəsində həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə bu hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Məhkəməyə təqdim etdiyi sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya qarşı mülki hüquq pozuntuya yol verməsi, təqsirli olması, həmçinin cavabdeh iddiaçıya qarşı hüquqlarının pozulması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və cavabdeh tərəfin qanunsuz hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurması istisna edilmir. Bu xərclər cavabdehdən tutulmalıdır və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə göndərdiyi ərizənin, SS669113290AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,47 manat ödəmişdir. Ombudsmana göndərdiyi ərizənin, SS600630714AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,17 manat ödəmişdir. Binəqədi rayon Məhkəməsinə göndərdiyi ərizənin, SS513127030AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,77 manat ödəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirinə göndərdiyi ərizənin, SS669092864AZ ştrix sıtarışh poçt göndərişi üçün Azərpoçt MMC-nin 305925183№-li mədaxil qəbzindən göründüyü kimi 1,70 manat ödəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirinə göndərdiyi ərizənin, SS669109644AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,67 manat ödəmişdir. Maddi ziyanın əvəzi kimi 1500 manat və mənəvi ziyanın əvəzi kimi 3500 manat cavabdehdən tutulub, iddiaçıya ödənilməsini istəyir. Məhkəməyə bununla təqdim etdiyi sübutlardan göründüyü kimi, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntuya yol verməsi, təqsirli olması, həmçinin cavabdehin iddiaçıya qarşı hüquqlarının pozulması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir və cavabdeh tərəfin qanunsuz hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurması istisna edilmir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən 6600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 30.10.2013-cü il tarixli 098047 saylı vəsiqənin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. İşin hallarından müəyyən olur ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(006)- 446/2020 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən 6600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 1500 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut nə birinci instansiya məhkəməsində, nə də ki kollegiyanın iclasında təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iddiasını, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığındantəmin etməməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin qətnamənin ləğv olunmasına heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya QƏ T ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hahırkı iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar