Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4650/2025 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3 Məşədi Yəhya qızına, cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılmasına və satış pulunu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X12 Əziz qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh cavabdeh5, maraqlı şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən ümumi sahəsi 80,20 kv.m. olan ** saylı evi paylı mülkiyyət hüququ üzrə cavabdeh2 (1/5 hissə - ##.##.2014), X1 (1/5 hissə - ##.##.2014), X2 (1/5 hissə - ##.##.2014), X4 (1/10 hissə - ##.##.2024), cavabdeh5 (1/10 hissə - ##.##.2014), İddiaçı (1/5 hissə - ##.##.2019) adlarına qeydiyyata alınmışdır.
2. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən cavabdeh5 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh5, cavabdeh4 Məşədi Yahya oğluna, cavabdeh2 Məşədi Yahya qızına, cavabdeh3 Məşədi Yahya qızına və cavabdeh1 Məşədi Yahya qızına qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin texniki baxımdan mümkün olmadığından təmin edilməmişdir.
3. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizasının ##.##.2025-ci il tarixli, */****-**/**** saylı rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin təmirlilik səviyyəsinə və yerləşmə ərazisinə uyğun olaraq ünvan 1 ünvanında və ya həmin ərazidə yerləşən analoji fərdi yaşayış evlərinə dair məlumat olmadığından, həmin fərdi yaşayış evi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
4. İş üzrə İddiaçı tərəfindən cavabdeh5 və qeyrilərinə ünvanlanmış müraciətdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ********** saylı ##.##.2019-cu il tarixli Dövlət reyestrindən çıxarışda qeyd olunduğu kimi 8-ci Kiçik Qala küçəsindəki ** saylı fərdi yaşayış evindən ona düşən 1/5 hissə, yəni həmin mülkün 16 kv.m. ərazisi onun adına rəsmiləşdirilmişdir. Həmin ümumi paylı mülkiyyətdən ona düşən payın tanurada ayrılması mümkün olmadığı üçün həmin mülkiyyətin payçıları və ya vəfat edən payçıların vərəsələri tərəfindən ona düşən hissənin əvəzinin pul şəkilində, yəni hər kv.m. hazırkı qiyməti 3000 manat olmaqla, cəmi 48000 manatı kompensasiya olaraq ona ödənilməsini xahiş etmişdir. Qeyd edir ki, ümumi paylı mülkiyyətin payçıları tərəfindən kompensasiya ödənildiyi təqdirdə həmin mülkün ona aid olan 1/5 hissəsi qanuna müvafiq olaraq kompensasiya ödəyən payçının (payçıların) adına rəsmiləşdirilməcəkdir.
5. İş üzrə İddiaçı sifarişi əsasında “xxxx” MMC tərəfindən verilmiş hesabatdan belə məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən ** saylı fərdi yaşayış evinin orta bazar qiyməti ##.##.2025-ci il tarixə 225.600 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3 Məşədi Yəhya qızına, cavabdeh1 qarşı kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılmasına və satış pulunu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeydiyyat vəsiqəsi üzrə ümumi paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmamışdır. Bu barədə Səbail rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- */**** saylı qərarına əsasən paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmadığına görə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ********** saylı, ##.##.2019-cu il tarixli Dövlət reyestrindən çıxarışda qeyd olunduğu kimi 8-ci Kiçik Qala küçəsindəki ** saylı fərdi yaşayış evi cavabdeh2 adına 1/5 hissədə, cavabdeh3 Məşədi Yəhya qızının adına 1/5 hissədə, X2 Məşədi Yəhya qızının adına 1/5 hissədə, X5 adına 1/10 hissədə, cavabdeh5 adına 1/10 hissədə və X8 adına 1/5 hissədə qeydiyyatdan keçmişdir. Faktiki olaraq ümumi paylı mülkiyyətdən ona düşən pay cavabdeh cavabdeh5 tərəfindən əlindən alınıb və ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Məhkəmə tərəfindən də həmin mülkün naturada ayrılması mümkün olmadığından tamamilə mülkündən məhrum qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ona və digərlərinə məxsus paylı mülkiyyəti olan Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsi, ** saylı mülkdən ona düşən payın əvəzinə ümumi paylı mülkiyyətin payçıları tərəfindən kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-**/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən ** saylı ev ilkin satış qiyməti 225.600 (iki yüz iyirmi beş min altı yüz) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı, cavabdeh5, X4, X2, X1, cavabdeh2 arasında onların paylarına (İddiaçı 1/5 hissə, cavabdeh5 1/10 hissə, X4 1/10 hissə, X2 1/5 hissə, X1 1/5 hissə, cavabdeh2 1/5 hissə) münasib olaraq bərabər bölüşdürülmıəsi qət edilmişdir, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi əmlakın hərracdan satılması hissəsində təmin edilməli, əmlak ilkin satış qiyməti 225.600 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-
9. maddələrinə istinadla əsaslandırmışdır. 220.5-ci
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh cavabdeh5 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdehlərdən 3ü - X2, X1, cavabdeh2 qızı vəfat etdiklərindən hazırki iş üzrə birinci instansiya məhkəməsində MPM-nin 254.1.1-ci maddəsinə əsasən icraat dayandırılmalı idi. Lakin birinci instansiya məhkəməsi MPM-nin 254.1.1-ci maddəsinin tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh cavabdeh5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
14. İddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
15. 3-cü şəxs və maraqlı şəxsin nümayəndəsi isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
22. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən ** saylı evin üzərinə iddiaçının (1/5) və cavabdehlər cavabdeh5 (1/10), X6 (1/10), X2 (1/5), X1 (1/5) hissə, cavabdeh2 (1/5) paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)- */**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı (“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh5, cavabdeh4 Məşədi Yahya oğluna, cavabdeh2 Məşədi Yahya qızına, cavabdeh3 Məşədi Yahya qızına və cavabdeh1 Məşədi Yahya qızına qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin texniki baxımdan mümkün olmadığından təmin edilməmişdir.
23. İddiaçının irəli sürdüyü iddia tələbindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ********** saylı, ##.##.2019-cu il tarixli Dövlət reyestrindən çıxarışda qeyd olunduğu kimi 8-ci Kiçik Qala küçəsindəki ** saylı fərdi yaşayış evi cavabdeh2 adına 1/5 hissədə, cavabdeh3 Məşədi Yəhya qızının adına 1/5 hissədə, X2 Məşədi Yəhya qızının adına 1/5 hissədə, X5 adına 1/10 hissədə, cavabdeh5 adına 1/10 hissədə və X8 adına 1/5 hissədə qeydiyyatdan keçmişdir. Faktiki olaraq ümumi paylı mülkiyyətdən ona düşən pay cavabdeh cavabdeh5 tərəfindən əlindən alınıb və ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Qeydiyyat vəsiqəsi üzrə ümumi paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmamışdır. Bu barədə Səbail rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı qərarına əsasən paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmadığına görə iddiası rədd edilmişdir. Məhkəmə tərəfindən də həmin mülkün naturada ayrılması mümkün olmadığından o, tamamilə mülkündən məhrum qalmışdır. Bu səbəbdən iddiaçı ona və digərlərinə məxsus paylı mülkiyyəti olan Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsi, ** saylı mülkdən ona düşən payın əvəzinə ümumi paylı mülkiyyətin payçıları tərəfindən kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı paylı mülkiyyətində olan əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- */**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər cavabdeh5, cavabdeh4 Məşədi Yahya oğluna, cavabdeh2 oğluna, cavabdeh2 Məşədi Yahya qızına, cavabdeh3 Məşədi Yahya qızına və cavabdeh1 Məşədi Yahya qızına qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin texniki baxımdan mümkün olmadığından təmin edilməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
27. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadından görünür ki, “29. ... İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
29. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir (bənd 42).
30. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir (bənd 49).
31. Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir (bənd 57).
32. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər (bənd 60). ”
33. Birinci instansiya məhkəmə iclasında paylı mülkiyyətçilərə məxsus mübahisəli evin real bazar qiymətinin 225.600 manat olması müəyyən edilmiş, iddiaçı payına düşən kompensasiyanı digər paylı mülkiyyətçilərdən tələb etmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlakın real bazar qiymətinə uyğun iddiaçı tərəfindən cavabdehlərə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdehlər kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişlər.
35. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
36. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir.
37. Birinci instansiya məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdehlər kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişlər. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı birtinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbinin əmlakın qapalı hərracdan satılması hissəsini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
39. Apellyasiya şikayətinin əsas dəlili cavabdehlərdən 3ü - X2, X1, cavabdeh2 qızı vəfat etdiklərindən hazırki iş üzrə birinci instansiya məhkəməsində MPM-nin 254.1.1-ci maddəsinə əsasən icraat dayandırılmalı olması və həmin şəxslərin vərəsələrinin işə cəlb olunması ilə bağlı olmuşdur.
40. Apellyasiya baxışı zamanı həmin şəxslərin vərəsələrinin müəyyən edilməsi üçün iş üzrə icraat dayandırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğular edilmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cavab məktubunda qeyd edilmişdir ki, “Elektron Notariat” İnformasiya sistemində həmin şəxslərin adına vərəsəlik işinin açılması aşkar edilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Xidmətini işdə iştirak etməyə cəlb etmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh cavabdeh5 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.