Məhkəmə qərarları › İş №2(103)-4651/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4651/2022

05.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4651/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin N(006)-19N8/N0N1 saylı, xx.xx.N0N1-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5N.0 kv. metr iddiaçının mülkiyyətində olan əmlakın qəzalı vəziyyətə salaraq zədələməsi və məhv etməsi nəticəsində ona dəyən real zərərin əvəzi olaraq 130.000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manat, 10.000 manat mənəvi zərər, ümumilikdə 178400 manat və 30 manat dövlət rüsumu cavabdeh “RTZ“MMC-dən İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, , İsayev X3 Qoşunların N saylı hərbi hissəsin də tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, polkovnik leytenant rütbəsində xidmət edir. N000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi qulluq edir. Hərbi hissə komandirinin 57№-li N mart N3-cü il tarixli əmrindən çıxarışdan göründüyü kimi DQ-ın Lənkəranda yerləşən N saylı hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, hərbi hissə komandirinin N № li N noyabr N7-ci il tarixli əmrindən göründüyü kimi DQ-ın Hacıqabul şəhərində yerləşən hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində hazırda xidmət edir. ünvan 1 ünvanında yerləşən həmin mənzil xx.xx.N004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Evlidir, həyat yoldaşı, bir qızı və iki oğlu vardır. Nəsimi rayon Mənzil Kommunal “XN 15 saylı MKİ Sahəsinin verdiyi 401 saylı xx.xx.N0N0-ci il tarixli arayışından görünür ki, adı çəkilən mənzildə o, həyat yoldaşı X9, qızı- X6, oğlu-X7 və oğlu- X10 qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.N005-ci il tarixli Sərəncamına əsasən, Bakı şahəri, Nəsimi rayonu, R.Behbudov, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1.388.8 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin sərəncamda “ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikilərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşırılmışdı. N3-cü ilin mart ayında o X5 yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsilə oraya yaşamağa getmiş və bundan sonra, yəni N3-cü ilin iyun ayında Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq ona məxsus ünvan N ünvanında yerləşən fərdi yaşayış evi tamamilə dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Nəsimi rayon Mənzil Kommunal XN 15 saylı Mənzil Kommunal İstismarı Sahəsi bu mənzilə baxış keçirmiş və xx.xx.N0N0-ci il tarixli akt tərtib etmişdir. Aktdan görünür ki, “İddiaçı mənzilinə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdi ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış, mənzilin daxilindən mənzilin çöl tərəfi görünür, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş, yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar var”. Nəsimi rayon Mənzil Kommunal XN 15 saylı MKİS-nin çəkdiyi mənzilin sxemindən göründüyü kimi qəzalı vəziyyətə salınan ünvan N ünvanında yerləşən mənzilin - yaşayış otağının sahəsi N0,5 kv. metr, hamam 8 kv.metr, mətbəx 7,0 kv.metr, şüşəbənd 1N,0 kv metr, dəhliz 3 kv metr, ayaqyolu 1.5 kv.metr, cəmi olaraq 5N,0 kv.metrdir. (15 saylı MKİS tərtib etdiyi sxemin əslini əlavə edir). Əlavə olaraq qeyd edir ki, xüsusi mülkiyyətində olan bu mənzilin həyətyanı sahəsi də onların istifadəsində olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi ərazidə, yəni, Ş. Əzizbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsindən N0-NN mərtəbəli yaşayış binası tikib başa çatdırmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.N005-ci il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsin təmin etməmiş, əksinə ətrafda sakinlərin evlərinin yerləşməsinə baxmayaraq, tikintini davam etdirmiş və vətəndaşlara məxsus evləri qəzalı vəziyyətə salmış, qaz, su, işıq və digər kommunal xətlərini zədələmiş, xüsusi mülkiyyətdə olan əmlakları məhv etmişdir. Tərəfindən dəfələrlə Cavabdeh MMC-nin rəhbərlərindən olan Eldar Məmmədəliyev və Zabit adlı şəxsə müraciətləri və görüşlərinin nəticəsiz qalmış, cavabdeh nə onu müvafiq mənzillə təmin etmiş, nə də pul kompensasiyasını ödəməmişdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin N(006)-19N8/N0N1 saylı, xx.xx.N0N1-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən İddiaçı xeyrinə 1N5.000 manat mənzilə dəyən maddi zərər və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunması, iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin N3 fevral N0N1-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi N7 iyul N0N1-ci il tarixli 10\N19 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi ünvanında yerləşən yaşayış mənzilini RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə mənzillərin söküntüsü nəticəsində mənzilə ziyan dəymişdir.”Məhkəmə Ekspertiza Xidmətləri” MMC-ninverdiyi 0N-43/N1 saylı 1 iyun N0N1-ci il tarixli rəyi ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evin bazar dəyəri və kirayə dəyərini müəyyən etmək üçün ərazi üzrə monitorinq aparılmışdır. 16 iyun N0N1-ci il tarixinə mənzilin bazar dəyəri 1 kv.metr=N500 (iki min beş yüz) manat, 5N,0 kv.metr ümumi sahə X N500,0 (iki min beş yüz) manat, 1 kv metr = 130.000 (bir yüz otuz min) manat təşkil edir. Kirayə dəyəri isə 400,0 (dörd yüz) manat -1 ay təşkil edir. Cavabdehin nümayəndəsi qiymətləndirmə ilə razı olmadığından, məhkəmə özü N(006)-19N8\N1 saylı xx.xx.N0N1-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və mənzlin real bazar dəyərinin nə qədər olması və mənzilin hazırda qəzalı vəziyyətdə olub-olmaması sualını qoymuşdur. Həmin suallara cavab olaraq "xxxx" MMC özünün H/01- PLS saylı 0N noyabr N0N1-ci il tarixli mütəxəssis rəyi ilə bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyi zaman onun qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş və mənzlin hazırkı dövrə tələblə təklifin qarşılıqlı olduğu müəyyən edilmiş və mənzlin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti -1N5000 (yüz iyirmi beş min) manat təşkil edir. Lakin məhkəmə qətnamənin sonuncu səhifəsində qeyd etmişdir ki, “əldən çıxmış faydanın əzvəzi olaraq 38.400 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Adı çəkilən ekspert və mütəxəssis rəylərindən göründüyü kimi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyi zaman onun qəzalı vəziyyətədə olduğu, cavabdeh orada söküntü işi aparması nəticəsində mənzil qəzalı vəziyyətə salmış və N3-cü ilin iyun ayından keçən 8 il ərzində iddiaçı bu mənzili ayda 400 manata kirayayə verə bilərdi və bu ildə 4800 manat, 8 ildə isə 38400 (otuz səkkiz min dörd yüz) manat vəsait edərdi. Mənəvi ziyanla bağlı isə iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının Bakı şəhərinin mərkəzində mənzilinin olmasına baxmayaraq, ailəsi ilə Hacıqabulda yataqxanada yaşamağa məcbur qalmışdır. X1 Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və bu gün Bakı şəhərində işlə təmin oluna bilmir, çünki evi məhv edilmiş, onun da işləmək üçün qalmağa yeri olmadığından gəlib Hacıqabulda yataqxanada qalır və işləyə bilmir. Zabitlərə ildə 45 gün məzuniyyət vetilir. Məzunuyyət dövründə iddiaçı və ailəsi Bakı şəhərinə gəlib evində yaşamaq imkanından məhrum olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin N1.N-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin konkret halından və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.N0N1-ci il tarixli ekspert rəyindən görünür ki, mənzillərin söküntüsü nəticəsində iddiaçının mənzilinə ziyan dəymiş və ünvan 6 ünvanda yerləşən evə dəyən zərərin aradan qaldırılması üçün (mənzilin təmiri üçün) görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 15600 (on beş min altı yüz) manat müəyyən olunur. Bu, işin müəyyən olunan halıdır. Yəni əgər cavabdeh «RTZ MMC iddiaçının mənzilinə ziyan vurubsa, bu ziyanı aradan qaldırmaq üçün 15600 mana vəsait tələb olunur. Bu mənada işə baxan məhkəmə cavabdehin hər hansı təqsirli hərəkəti sübut edildiyi halda, yalnız zərərin aradan qaldırılması üçün tələb olunan 15600 manat pulu cavabdehdən tuta bilərdi. Bu mənada məhkəmə Mülki Məcəllənin N1.N-ci maddəsini düzgün tətbiq etməmiş, iddiaçıya zərər vurulması ilə cavabdehin hərəkəti arasında səbəbli əlaqə olduğu halda, həmin zərərin aradan qaldırılması imkanına, habelə zərərin aradan qaldırılması üçün tələb edilən məbləğin müəyyən olunmasına düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının xeyrinə cavabdehdən ona məxsus mənzilin tam dəyərini tutmaqla əslində faktiki olaraq cavabdehin mənzili məcburi şəkildə almaq öhdəliyini yaratmışdır. Çünki işdə olan "xxxx" MMC-nin xx.xx.N0N1-ciil tarixli hesabatından görünür ki, iddiaçıya məxsus əmlakın bazar qiyməti 1N5000 (bir yüz iyirmi beş min) manat təşkil edir. Məhkəmə cavabdehdən məhz həmin məbləği tutmuşdur. Bununla da məhkəmə cavabdehin evin bazar qiymətini iddiaçıya ödəmək vəzifəsini müəyyən etmişdir. Bu isə artıq alqı-satqı müqaviləsi bağlamağa məcbur edilməkdir. Məhkəmənin gəldiyi nəticə Mülki Məcəllənin 390cı maddəsinin tələblərinin pozulmasıdır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamağa məcbur etməyə yol verilmir. İşdə ekspert rəyi var ki, iddiaçının evinin bərpasına 15600 manat vəsait tələb olunur, evin qiyməti isə 1N5000 manat, yaxud 130000 manatdır. Belə olduğu halda məhkəmə evin təmir-bərpa xərcini deyil, bazar dəyərini ödəməyi müəyyən etməklə tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxan məhkəmə Mülki Məcəllənin 1096-cı maddəsini düzgün tətbiq etməmişdir. Çünki cavabdehin qonşuluqda bina inşa edərkən təqsirli, hüquqazidd hansı hərəkətə yol verdiyi sübut olunmamışdır. İşə baxan məhkəmə iddiaçıya məxsus olan evin qəzalı vəziyyətdə olmasının səbəblərini araşdırmamış, işin faktiki hallarını müəyyən etməmişdir. Həmin evin iddiaçıya məxsus hissəsi ilə bağlı məhkəmə aşağıdakı halları araşdırmamışdır: 1) evin köhnə olması; N) həmin evin uzun illərdən bəri əsaslı təmir edilməməsi; 3) ev uzun illər öncə inşa edilərkən qəbul edilmiş tikinti norma və standartlarına uyğun inşa edilib-edilməməsi; 4) evin qəzalı hala düşməsinə səbəb olan daxili və xarici təsirlərin nədən ibarət olması. İşə baxan məhkəmə hamıya bəlli olan halların sübut edilməsinə ehtiyacın olmaması barədə hüquqi düşüncəni, Bakı şəhərində 80-100 il əvvəl tikilmiş evlərin kütləvi şəkildə sökülməsi və sakinlərin köçürülməsi kimi böyük miqyaslı tədbirləri həyata keçirərkən əlaqədar dövlət təşkilatlarının həmin evlərin köhnə tikili olduğundan və vaxtilə tikinti standartlarına uyğun tikilmədiyindən qəzalı və yararsız olması barədə hamıya bəlli olan əsaslandırıldmış mövqeyini əsas götürüb düzgün və ədalətli nəticəyə gəlməli olduğu halda, bu fikirləri ümumiyyətlə bir kənara atmış, məsələyə formal mülahizələrlə qiymət verməyə çalışmışdır. Məhkəmə işin bu hallarını araşdırmamışdır. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.MPM-nin 385-ci maddəsinə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Q,Cənnətov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsinə münasibətdə rədd edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili C.Ceyhun apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM №NN573 saylı notarial qaydasında təsdiq edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Ş.Əzizbəyov küçəsi 173 saylı evin 60 yaşayış sahəsindən ibarət 4 otaqlı N0 saylı mənzili İddiaçı adına 01 otaq, digər paylar üzrə X11, X15, X8 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 785 saylı reyestr kitabında 117863 səhifə qeydə alma 30/NN776, xx.xx.N004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan N5N3 saylı hərbi hissə komandirinin N mart N3-cü il tarixli 57 №-li Əmrin Çıxarışından görünür ki, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsinə təyin edilmiş mayor İddiaçı vəzifəsinin icrasına başlasın. İş materiallarında olan N saylı hərbi hissə komandirinin N noyabr N7-cm il tarixli 57 №-li Əmrin Çıxarışından görünür ki, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsinə təyin edilmiş, polkovnik-leytenant İddiaçı N noyabr N7-ci il tarixdən vəzifəsinin icrasına başlanmış hesab edilsin. İş materiallarında olan 401 saylı, N9 dekabr N0N0-ci il tarixli Nəsimi rayon MKTBnin 15 saylı MKİS-in Arayışından görünür ki, İddiaçı həqiqətən Ş.Əzizbəyov küçəsi 173 saylı evin N0 saylı mənzilində ailə üzvləri il birlikdə yaşayır. İş materiallarında olan xx.xx.N0N0-ci il tarixli aktından görünür ki, İddiaçı Hüseyn oğlunun mənzilinə tərəfindən baxış keçirildi və müəyyən edildi ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış mənzilin daxilindən mənzilin çöl tərəfi görünür ki, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.N0N1-ci il tarixli, 10/1N19 saylı ekspert rəyindən görünür ki, ünvan 7-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində ev 173, N0 saylı mənzilin (5N.0 kv.metr) təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 15600.00 manat məbləğində müəyyən olunur. İş materiallarında olan "xxxx" MMC-nin 16 iyun 0N- 43/N1 saylı rəydən görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin 16 iyun N0N1-ci il tarixinə bazar dəyəri 1kv.m.-N500 manat, 5N,0 kv.m. (ümumi sahə) 130.000 manat təşkil edir. İş materiallarında olan “Premium Legal Services MMC”-nin xx.xx.N0N1-ci il tarixli, H/01- PLS hesabatdan görünür ki, ünvan 8 ünvanda yerləşən N0 saylı mənzilinin hazırki dövrə tələblə təklifinin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti aşağıdakı kimidir: 1N5.000 manatdır. ünvan 8 ünvanda yerləşən N0 saylı mənzilə baxış keçirilən zaman, onun qəzalı vəziyyətdə olduğu aşkar edildi. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək İddiaçı xeyrinə 1N5.000 manat mənzilə dəyən maddi zərərin cavabdehdən tutulmasını qət etmişdir. Məhkəmə bu nəticəyə gələrkən mənzilin bazar qiymətinin 1N5000 manat olmasına dair mütəxəssis rəyini əsas götürmüş və nəticədə cavabdehdən mənzilin dəyərini tutmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən mənzilin dəyərini tutmaqda haqlı olmamış, həmçinin iddia tələbindən kənara çıxmışdır. Çünki, iddiaçı iddia tələbində ona dəymiş zərərin əvəzini istəmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.N0N1-ci il tarixli, 10/1N19 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarının 15-ci səhifəsinə əlavə edilmiş 15 saylı MKİS-in rəisi M. Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən tərtib edilmiş AKT-ın göstəricilərinə əsasən, ünvan 7-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində ev 173, N0 saylı mənzilin (5N.0 kv.metr) təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 15.600.00 manat məbləğində müəyyən olunur. Ekspert rəyində mənzilə dəymiş zərərin məbləğı 15.600 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə cavabdehdən mənzilin ümumi dəyərini tutmaqla bir növ həmin mənzilin alınması öhdəliyini cavabdehin üzərinə qoymuşdur ki, bu da Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinə ziddir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Bundan başqa, qeyd edilən ekspert rəyində mübahisəli mənzilə ziyan dəyməsi faktı müəyyən olunsa da, həmin ziyanın kim tərəfindən vurulması müəyyən edilməmişdir. Rəyndən də göründüyü kimi, mülki iş materiallarının 15-ci səhifəsinə əlavə edilmiş 15 saylı MKİS-in rəisi M. Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən tərtib edilmiş AKT-ın göstəricilərinə əsasən, ünvan 7-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir. Kollegiya qeyd edir ki, ekspert rəyində istinad edilən AKT və iddiaçının müraciəti mübahisəli mənzilə dəymiş ziyanın məhz cavabdehin təqsiri ucbatından olması nəticəsinə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsi mənzilin dəyərini cavabdehdən tutarkən həmin zərərin məhz cavabdeh tərəfindən vurulmasına dair hər hansı araşdırma aparmamış, ekspertiza təyin etməmiş və ya mütəxəssis cəlb etməmişdir. Qeyd edilən ekspert rəyi isə mənzilə ziyan dəyməsini müəyyən etsə də ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq etmək üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırki iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə N6 iyul N007ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart N008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.N, 80, 88-ci maddələri). Kollegiya qeyd edir ki, sözügedən ekspert rəyi cavabdehin mənzilə vurulmuş ziyanda təqsirinin-olub olmamasını müəyyən etmədiyindən, lakin iş materiallarında olan "xxxx" MMCnin mütəxəssis rəyində mənzilə dəymiş ziyanın cavabdehin təqsirli nəticəsində olubolmaması halı araşdırıldığından, eyni zamanda mütəxəssis rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilməddiyindən, kollegiya hesab edir ki, həmin rəy hazırki mübahisənin həllində sübut qismində əsas götürülməlidir. Belə ki, rəydə müəyyən edilmişdir ki, çöxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafə N8.5 metr təşkil edir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmətəbli evin bünövrəsinə zərər yetirməmişdir. Tikililər arasındakı məsafə və torpaq qatının yerləşmə ardıcıllığı buna imkan vermir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı zamanı heç bir torpaq sürüşməsi baş verməmişdir. Bir mərtəbəli yaşayış binası tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Mətbəx sahəsindən yaşayış otağına keçid divarlarında tikinti qaydalarına uyğun bağlamalar aparılmamışdır. Birmərtəbəli yaşayış evi həm xarici, həm daxili fiziki aşınmaya məruz qalmışdır. Çoxmərtəbəli yaşayış binasının tikintisi nəticəsində bir mərtəbəli yaşayış evinə hər hansı fiziki və texniki zərər vurulması halı aşkar edilməmişdir. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikinti işlərinin aparıldığı ərazi iddiaçının mənzilindən kifayət qədər uzaq məsafədə yerləşir. Kollegiya iddia tələbinin mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində rədd edildiyindən və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi mənzilə dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə törəmə tələb olduğundan, əsas tələb rədd edildiyinə görə iddia tələbi digər hissədə də rədd edilməlidir. Sadalanan xüsusatlara və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, mübahisəli məzilə dəymiş zərərin cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, eləcə də həmin zəririn vurulmasında cavabdehin təqsirinin olmaması mütəxəssis rəyi ilə də öz təsdiqini tapdığından, məhkəmənin dətmiş zərər qismində cavabdehdən mənzilin ümumi dəyərini tutuması əsassız olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.N-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli məzilə dəymiş zərərin cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, eləcə də həmin zəririn vurulmasında cavabdehin təqsirinin olmaması mütəxəssis rəyi ilə də öz təsdiqini tapdığından, məhkəmənin dətmiş zərər qismində cavabdehdən mənzilin ümumi dəyərini tutuması əsassız olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 38N, 384.0.1, 39N, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin N(006)-19N8/N0N1 saylı, xx.xx.N0N1-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar