Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4651/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, X17 və X11 qarşı; iddiaçı Cavabdeh1 (X14 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) cavabdehlər İddiaçı, Cavabdeh3, X17 və X11 qarşı ilkin iddiaları; iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, X17 və X11 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs olmaqla) qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «evin və torpağın naturada bölünməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-27/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. ünvan 1 ünvanında Cavabdeh3 adına 0.0311 ha. torpaq sahəsi, İddiaçı adına fərdi evdən 1/3 hissə və 0.035 ha. torpaq sahəsi, Cavabdeh2 adına fərdi evdən 1/3 hissə və 0.0039 ha. torpaq sahəsi, Cavabdeh1 adına fərdi evdən 1/3 hissə və 0.035 ha. torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Paylı mülkiyyətçilərdən Cavabdeh3 torpaq sahəsindən, İddiaçı və Cavabdeh1 isə fərdi yaşayış evi və torpaq sahəsindən paylarının naturada ayrılmasına nail olmaq istəyirlər.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 111,6 kv.m olan fərdi yaşayış evindən və 0,105 ha torpaq sahəsindən 1/3 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbində göstərib ki, ünvan 1 ünvanı 1/3 hissədə ona, 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə isə Cavabdeh1 paylı mülkiyyətindədir. Məlum olmuşdur ki, yuxarıda adları çəkilən şəxslərdən başqa ünvan 1 ünvanında Cavabdeh3 0,0311 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda həmin ünvana dair 4 paylı mülkiyyətçi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 sentyabr 2021-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin 0,0311 ha torpaq sahəsi ünvan 2findən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 49-6 reyestr saylı Cavabdeh2 (onun əvəzinə X12 - imzalamış) ilə Cavabdeh3 arasında imzalanmış daşınmaz əmlakın alqıı satqı müqaviləsinə əsasən 28 yanvar 2021-ci il tarixdə sonuncunun adına qeydiyyatdan keçmiş) və onun adına ********** qeydiyyat saylı, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir.
5. İddiaçı ərizəsinə əsasən, Cavabdeh2 X17 və X16 ilə əvəz edilmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-400/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh2 qarşı(X14 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) əmlakın naturada bölünməsi tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(003)-400/2023 saylı mülki işlə İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, X17 və X11 qarşı əmlakın naturada bölgüsü tələbinə dair 2(003)-70/2023 saylı mülki işin birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.
7. e-2(003)-400/2023 saylı mülki iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh2 qarşı(X14 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payına düşən 0.035 ha hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh1 tələbində göstərir ki, ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin paylı mülkiyyətindədir.Çıxarışdan görünür ki, ünvan 1 ünvanı Cavabdeh3 0.0311 ha torpaq sahəsi, İddiaçı fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi, Cavabdeh2 fərdi evdən 1/3 hissə və 0.0039 ha torpaq sahəsi, Cavabdeh1 fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi paylı mülkiyyətindədir. 2017-ci il tarixdə özünə məxsus hissəni Əliyev X2 lakin rəsmiləşdirə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. İddiaçı Cavabdeh1 ərizəsinə əsasən, Cavabdeh2 varisləri X17 və X16 ilə əvəz edilmişdir.
10. e-2(003)-400/2023 saylı mülki iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payına düşən 0,0311 ha. hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh3 tələbində göstərib ki, ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin paylı mülkiyyətindədir. ünvan 1 ünvanı Cavabdeh3 0.0311 ha. torpaq sahəsi, İddiaçı fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi, Cavabdeh2 fərdi evdən 1/3 hissə və 0.0039 ha torpaq sahəsi, Cavabdeh1 fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi paylı mülkiyyətindədir. Tərəflərə mübahisənin məhkəmədən kənar həll edilməsini təklif etsə də tərəflər razı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. İddiaçı Cavabdeh3 ərizəsinə əsasən, Cavabdeh2 varisləri X17 və X16 ilə əvəz edilmişdir.
13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-27/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, X17 və X11 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “evin və torpağın naturada bölünməsi” tələbinə dair iddiasının qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,035 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq İddiaçı naturada ayrılması; İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi; ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, X17 və X11 qarşı (X14 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair ilkin iddiasının təmin edilərək ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,035 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq Cavabdeh1 naturada ayrılması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, X17 və X11 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilərək ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,0311 ha torpaq sahəsinin xx.xx.2024cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq Cavabdeh3 naturada ayrılması; iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400,0 (dörd yüz) manat məbləğində pulun İddiaçı, Cavabdeh1 Muradqulu qızından, X13, X9 və Cavabdeh3 bərabər məbləğdə tutulub X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8734 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsinin Cavabdeh2 məxsus olan 0,0039 ha sahə nəzərə alınmayaraq, Cavabdeh3 payına düşən 0.0311 ha sahənin, İddiaçı payına düşən 0,035 ha sahənin və Cavabdeh1 payına düşən 0,035 ha sahənin mülkiyyətdə olan fərdi yaşayış evi və yaşayış evinin qarşısındakı əlavə tikililər nəzərə alınmadan tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Ekspert rəyində göstərilən səbəblərdən tikililər nəzərə alınmadan yalnız torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, İddiaçı iddiası ünvan 1 ünvanında yerləşən 111,6 kv.m olan fərdi yaşayış evinin naturada bölünərək, payının verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq İddiaçı, Cavabdeh1 və Cavabdeh3 iddia ərizələrinə münasibətdə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən, Cavabdeh1 Muradqulu qızının və Cavabdeh3 iddia tələbləri isə tam təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən tərəflərin paylarına və xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq 0.0311 ha torpaq sahəsi Cavabdeh3, 0,035 ha torpaq sahəsi İddiaçı və 0,035 ha torpaq sahəsi Cavabdeh1 naturada ayrılmalı, qalan hissədə iddia təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
15. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 (iddiaçı Cavabdeh1 iddiasına münasibətdə 3-cü şəxs) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0,1050 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin ümumi paylı mülkiyyətindədir. Evin çıxarışına əsasən paylar aşağıdakı kimi müəyyən edilmişdir:
1. Cavabdeh3 – 0.0311 ha torpaq sahəsi;
2. İddiaçı – Fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi;
3. Cavabdeh2 – Fərdi evdən 1/3 hissə və 0.0039 ha torpaq sahəsi;
4. Cavabdeh1 – Fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi. Cavabdeh1 öz iddia ərizəsində də bildirdiyi kimi, 2017-ci ildə torpaq sahəsinin 0,03 ha hissəsini ona satmış, aldığı sahəni hasarla ayırıb üzərində fərdi yaşayış evi tikmiş və yaşayır. Razılaşmaya əsasən ona satılmış torpaq sahəsi naturada ayrılaraq Cavabdeh1 mülkiyyətimə verilsin ki, o, həmin torpaq sahəsini onun adına rəsmiləşdirə bilsin. Lakin Rayon Məhkəməsi torpaq sahəsinin faktiki vəziyyətini nəzərə almadan onun faktiki sahibliyində olan, üzərində fərdi yaşayış evi tikilmiş torpaq sahəsi hissəsini Cavabdeh1 əvəzinə iddiaçı AytəkinCabarovaya ayırmışdır. Halbuki Cavabdeh1 üzərində İddiaçı da paylı mülkiyyət hüququ olan fərdi yaşayış evinin üzərində yerləşdiyi pay hissəsinin İddiaçı ayrılmasına etiraz etməmişdir. Bu isə ədalətsiz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Digər tərəfdən üzərində onun tərəfindən tikilmiş fərdi yaşayış evi olan torpaq sahəsinin başqasına naturada ayrılmasının mümkünlüyü barədə ekspert rəyinin verilməsi də əsassız olmuşdur. Ekspert üç dəfə bu səbəbdən torpaq sahəsinin bölgüsünün mümkün olmaması barədə rəy vermiş, sonuncu dəfə qərəzli olaraq tikililər nəzərə alınmadan torpaq sahəsinin bölgüsünün mümkün-olub-olmaması barədə ekspert qarşısında sual qoyularaq iş yenidən ekspertizaya göndərilmişdir. Aydın məsələdir ki, tikili olmadan torpaq sahəsinin bölgüsü mümkündür. Lakin məhkəmə tərəfindən mövcud tikilinin nəzərə alınmadan belə bir qətnamə qəbul edilməsi əsassızdır. İşin ədalətli həlli yolu, onun faktiki sahibliyində olan, Cavabdeh1 aldığı torpaq sahəsinin Cavabdeh1 adına bölünməsi, Cavabdeh1 verilmiş sahənin isə İddiaçı verilməsidir ki, belə olan halda, gələcəkdə əlavə məhkəmə mübahisələri, haqsız nəticələr baş verməz.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməyiblər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 isə ərizələrlə məhkəməyə müracit edərək birinci ərizədə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində olmayacağını, nöbvbəti ayın 20-nə kimi tarixin dəyişdirilməsini nəzərə almağı, ikinci ərizədə isə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin hər iki ərizəsinə ailə vəziyyəti yaxud üzrlü səbəbə dair hər hansı bir sübut əlavə etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və işin ədalətli həll edilməsi göstərilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin onun mənafeyinə toxunduğu hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin onun marağına toxunan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Əvvəla, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Hazırki işdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 Cavabdeh1 iddiası üzrə işə üçüncü şəxs kimi işə cəlb olunub. Başqa sözlə, iddiaçı Cavabdeh1 iddiasında göstərib ki, 2017ci il tarixdə özünə məxsus hissəni Əliyev X2 lakin rəsmiləşdirə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Cavabdeh1 paylı mülkiyyətində olan fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsinin hansısa hissəsini qanunla müəyyən edilmiş qaydada rəsmi alqı-satqı yolu ilə üçüncü şəxs Əliyev X3 dair işdə hər hansı bir sübut yoxdur, eyni zamanda işdə iştirak edən şəxslər də bunu iddia etmir. Demək Cavabdeh1 öz hissəsini, yəni paylı mülkiyyətində olan fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsinin hansısa hissəsini qanunla müəyyən edilmiş qaydada rəsmi alqı-satqı yolu ilə üçüncü şəxs Əliyev X4 işin mübahisəsiz halıdır.
26. Bu cür vəziyyətdə, mübahisəli ünvandakı fərdi yaşayış evinin və torpaq sahəsinin paylı mülkiyyətçilərinin iddialarının müvafiq olaraq tam və qismən təmin olunduğu və onlar tərəfindən qətnamə hansısa hissədə mübahisələndirmədiyi halda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 qətnaməni mübahisələndirməsi başadüşülən olmamışdır. Ən azından ona görə ki, Cavabdeh1 paylı mülkiyyətində olan fərdi evdən 1/3 hissə yaxud 0.035 ha torpaq sahəsinin hansısa hissəsini üçüncü şəxs Əliyev X1 və iddiasının bu cür təmin olunmasından, yəni torpaq sahəsinin naturada bölünməsinin faktiki vəziyyətə uyğun olmamasından o, da narazı ola bilərdi. Ancaq Cavabdeh1 qətnaməni mübahisələndirməyib, deməli qətnamədən, daha doğrusu iddiasının təmin olunmasından razıdır. Bu cür vəziyyətdə, hətta mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 ilə Cavabdeh1 arasında qanuna zidd və hüquqa uyğun olmayan hansısa mülki hüquq münasibətləri baş vermiş(yaranmış) olsa belə bu hal üçüncü şəxs X10 Cavabdeh1 əvəzinə qətnamədən apellyasiya şikayəti vermək hüququ vermir.
27. Düzdü, Mülki Prosessual Məcəllənin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Ancaq üçüncü şəxs X6 bu qətnamədən apellyasiya şikayəti vermək hüququnun olduğu formal da olsa mümkün sayılsa da mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki üçüncü şəxsin mübahisə predmeti barədə məhz qanundan irəli gələn subyektiv hüququ yaranmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, üçüncü şəxs üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür apellyasiya şikayətinin rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-27/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-27/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.