Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4654/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(009)-412/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok “G”, yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok “G”, yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilə dair İddiaçı sahiblik və istifadə hüququna dair maneə yaradılmasının qadağan olunması, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına və liftdən istifadəyə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 01 noyabr 2019-cu il tarixli SRM 047 nömrəli payın alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən MTK Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa edəcək hündürmərtəbəli yaşayış binasının mənzilini ona verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə pay haqqının məbləği 578.818 manat təşkil etmişdir. Cavabdeh MTK-nın İdarə Heyətinin sədri A.S.Səfərov tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok “G”, yaşayışın 9-cu, ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225.66 kv.m., dəyəri 578.818 manat olan mənzilin payçısıdır və pay haqqını tam ödəyərək kooperativə borcu yoxdur. Göründüyü kimi, tərəfindən müqavilənin 3.1-ci bəndində qeyd edilən öhdəlik (mənzilin pulunun ödənilməsi) yerinə yetirilməsinə baxmayaraq, MTK tərəfindən müqavilənin 2.1-ci bəndində qeyd edilən öhdəlik (mənzilin ona təhvil verilməsi) yerinə yetirilməmişdir. Sözügedən yaşayış binası inşa edilməsinə baxmayaraq, mülkiyyətində olan mənzili təmir etmək, ona baxış keçirmək və s. istifadə ilə bağlı hüqüqlarının həyata keçirilməsinə MTK tərəfindən müxtəlif maneələr törədilir. Belə ki, MTK-nın ofisinə yaxınlaşaraq binanın inşasının başa çatdığını və artıq sakinlərə mənzillərin açarlarının verildiyini bildirs də, ona heç bir mənzil verilməyəcəyi deyilmişdir. Bununla bağlı pretenziya qaydasında cavabdehə müraciət etsə də, nəticə əldə edilməmşdir. Odur ki, adıçəkilən mənzilin təhvil verilməsini, həmin mənzilə onun və 3-cü şəxslərin daxil olmasına və orada hər hansı təmir-bərpa işlərinin görülməsinə Cavabdeh Mənzil Tikinti Kooperativinə tərəfindən qoyulmuş məhdudiyyətin dərhal aradan qaldırılması və mülkiyyətində olan mənzillərə münasibətdə istifadə hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(009)-412/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4654/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılaraq məhkəmə baxışı 05 sentyabr 2023-cü il tarixə təyin olunmuş, 19 sentyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili məhkəmə kollegiyasına ərizə və barışıq sazişini təqdim edərək mübahisəyə dair cavabdeh tərəflə razılığa gəldiklərini bildirib, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddiaçının nümayəndəsi-vəkilinin barışıq sazişi ilə bağlı bildirdikləri ilə razılaşaraq bu sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatları dinləyib, tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, saziş məhkəmə tərəfindən təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyasına təqdim olunmuş barışıq sazişi aşağıdakı şərtlərlə imzalanmışdır:
1. “İddiaçı cavabdeh “Sabah Residence" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı təhvil verilməsi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilə dair İddiaçı sahiblik və istifadə hüququna dair maneə yaradılmasının qadağan olunması, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına və liftdən istifadəyə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunması iddiasını geri götürür və 10 (on) iş günü ərzində kompensasiya qismində "xxxx" MTK-ya 50 000 (əlli min) manat pul ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh "xxxx" MTK öz öhdəsinə götürür ki, İddiaçı ilə bağlanmış 01 noyabr 2019-cu il tarixli SRM 047 nömrəli payın alqı- satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair "xxxx" MTK-nin üzvlərinin xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının qərarını İddiaçı tərəfindən hazırki sazişin birinci bəndində nəzərdə tutulan 50 000 (əlli min) manat kompensasiya “Sabah Residence" MTK-ya ödənildikdən sonra bir iş günü ərzində ləğv edəcək və bu barədə iddiaçıya rəsmi sənəd təqdim edəcək, həmçinin "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı məxsus olmasını tanıyacaq, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı təhvil verəcək, həmin mənzilə dair İddiaçı sahiblik və istifadə hüququna dair heç bir maneə yaratmayacaq, iddiaçının, ailə üzvlərinin və 3-cü şəxslərin daxil olmasına və liftdən istifadəyə şərait yaradacaq, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırmayacaq.
3. Cavabdeh "xxxx" MTK bildirir və öz öhdəsinə götürür ki, mübahisəli mənzilə dair İddiaçı qarşı heç bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq, habelə gələcəkdə 3-cü şəxslərin iddialarına görə mübahisəli mənzilə heç bir tələb yönəltməyəcək və iddia irəli sürməyəcək.
4. Tərəflər mülki iş üzrə icraata xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edirlər.
5. İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri bizə məlumdur. Biz bilirik ki, işin icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərələr üçün məcburi icra qüvvəsinə malikdir.
7. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi MPM-nin 391-ci maddəsinə əsasən ləğv edilməli tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(009)-412/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “İddiaçı cavabdeh “Sabah Residence" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı təhvil verilməsi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilə dair İddiaçı sahiblik və istifadə hüququna dair maneə yaradılmasının qadağan olunması, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına və liftdən istifadəyə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunması iddiasını geri götürür və 10 (on) iş günü ərzində kompensasiya qismində "xxxx" MTK-ya 50 000 (əlli min) manat pul ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh "xxxx" MTK öz öhdəsinə götürür ki, İddiaçı ilə bağlanmış 01 noyabr 2019-cu il tarixli SRM 047 nömrəli payın alqı- satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair "xxxx" MTK- nin üzvlərinin xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının qərarını İddiaçı tərəfindən hazırki sazişin birinci bəndində nəzərdə tutulan 50 000 (əlli min) manat kompensasiya və “Sabah Residence" MTK-ya ödənildikdən sonraki bir iş günü ərzində ləğv edəcək və bu barədə iddiaçıya rəsmi sənəd təqdim edəcək, həmçinin "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı məxsus olmasını tanıyacaq, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok "G", yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı təhvil verəcək, həmin mənzilə dair İddiaçı sahiblik və istifadə hüququna dair heç bir maneə yaratmayacaq, iddiaçının, ailə üzvlərinin və 3-cü şəxslərin daxil olmasına və liftdən istifadəyə şərait yaradacaq, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırmayacaq.
3. Cavabdeh "xxxx" MTK bildirir və öz öhdəsinə götürür ki, mübahisəli mənzilə dair İddiaçı qarşı heç bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq, habelə gələcəkdə 3-cü şəxslərin iddialarına görə mübahisəli mənzilə heç bir tələb yönəltməyəcək və iddia irəli sürməyəcək.
4. Tərəflər mülki iş üzrə icraata xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edirlər.
5. İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri bizə məlumdur. Biz bilirik ki, işin icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərələr üçün məcburi icra qüvvəsinə malikdir.
7. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır.” İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə