Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4666/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1217/2018 nömrəli qətnaməsindən görünür ki, X1 X5 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddia rədd edilmişdir.
2. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 945,5 kv.m, “B” tikilisinin 44,0 kv.m. olan mübahisəli Əmlak Kompleksinin Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlqədar bütün hüquqverici sənədlər İddiaçı aid 37,5 faiz hissəsində etibarsız hesab edilməsi; tələbin qalan hissəsinin təmin edilməməsi; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 24 yanvar 2023-cü il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni iddianın “dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Ceyhun və Cavabdeh2lərdən müştərək qaydada pulun iddiaçının xeyrinə tutulması” hissəsində təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1455/2024 saylı qərardadından görünür ki, iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5984,2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1- 45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh1anın adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilməsi; işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(001)- 243/2024 saylı qərardadından görünür ki,ərizəçi İddiaçı X18 barədə ərizəsi qismən təmin olunur. Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, məhəllə 3066, bina 40a, 88 saylı mənzilin üstünə həbs qoyulub.
5. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(003)-73/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər 500000 dollarının bu günə olan manatla məzənnəsi ilə 850000 manat maddi zərərin və 150000 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması tələbinə dair iddia təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4526/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfidnən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın “Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 945,5 kv.m, “B” tikilisinin 44,0 kv.m. olan mübahisəli Əmlak Kompleksinin Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin İddiaçı aid hissəsində etibarsız heab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb qismən təmin edilmişdir.
7. İddiaçı xx.xx.2025-ci il tarixli kassasiya şikayətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 4526/2024 saylı qətnaməsindən kassasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, SuraxanıZığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən qeyri-yaşayış binasının dəyəri ******* manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 700 min manat məbləğində ümumi zərərin 350 min manatının cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2, 350 manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadehlərdən-X12 və Cavabdeh2 anası-X33 ilə şərikli münasibətlərdə biznes fəaliyyəti olmuş və bu münasibətlərdən birgə əmlakları mövcud idi. 2006-cı ildən başlayaraq aralarında mübahisələr yarandığından məhkəmələrə müraciətlər olunmuşdur. Bu müraciətlərdən biri kimi də, Afət Əliyevanın iddiası üzrə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 saylı, 06 may 2010-cu il tarixli qətnaməsi ilə, onun ilkin iddiası təmin edilmiş, cavabdeh-İddiaçı və X17 arasında 22 saylı dövlət notariat kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə1/169 olan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin müqavilə əsasında verilmiş 357 “a” saylı, 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən-tikilinin ½ hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissədə ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və SuraxanıQaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi-A tikilinin-945,5 kv.m., Btikilinin-44,0 kv.m. olan qeyri-yaşayın binasının tam mülkiyət hüquqi əsasında X25 adına qeydə alınması Əmlak Məsələləri Komitəsi yanında Daşənmaz Əmlakın dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bu məqamda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilsə də, qeyd olunan qətnamə qanunsuz olaraq icraya yönəldilmiş və bu ərəfədə qətnamə icra edilərək mübahisə edilən əmlak üzrə, həmin əmlakın 100 faizlik tam mülkiyyətçisi kimi, X25 adına reyestrdən çıxarış da verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3512/2010 saylı, 08.09. 2010-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə verilmiş kassasiya şikayətinə əsasən isə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Mülki Kollegiyanın 21 fevral 2011-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş və yenidən baxaılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə kassasiya qaydasında baxılarkən iş üzrə iddiaçı X33 vəfat etmiş və kassasiya instansiyası məhkəməsi onun oğlu-Cavabdeh1 iş üzrə hüquqi varis kimi işə cəlb etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının hüquqi varisi Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Habelə İddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiadan imtina etdiyini bildirmişdir və iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini hər iki tərəf xahiş etmişdir. Tərəflər məhkəmədə iddia tələblərindən imtina etməsinin səbəblərini izah edərək bildirmişlər ki, aralarında barışıq əldə olunmuşdur. Hər iki tərəf bir-birinə qarşı tələbdən imtina edirlər. Mübahisəli əmlakın 50%-nin Afət Əliyavanın, digər 50%-nin İddiaçı adına sənədləşməsi barədə razılığa gəlmişlər. Göstərilənlərlə əlaqədar olaraq bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 03 may 2011-ci il tarixli qərardadı ilə, Afət İsi qızı X3 Rüstəmova, X15, Bakı şəhəri 22 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilmsinə dair iddia ərizəsi, həmçinin Əliabbas Fəxrəddin oğlu X2 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddası üzrə mülki işdə Suraxanı Rayon Məhkəkməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Bu ərəfədə qeyd etməyi zəruri hesab edir ki, Afət Əliyeva ilə aralarında yaranmış mübahisələr üzrə davam edən növbəti məhkəmə prosesindən sonra, o, iddiaçının istifadəsindəki mobil telefonuna zəng edərək ona qarşı etdiklərinin düzgün olmadığından bağışlanmasını istəmiş və əmlaklarını geri qaytaracağını bildirmişdir. Bu zəngdən bir neçə gün sonra X33 vəfat etmiş və şəxsən onun vəsiyyəti əsasında, vəfatından sonra, vərəsələri- Cavabdeh1 və Cavabdeh2 ilə aralarında müvafiq müqavilələr də bağlanmışdır. İddiaçı 28 iyun 2014-cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmış, uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh1 və Cavabdeh2 ilə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bildi və iddiaçıya məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi- A tikilisinin-945,5 kv.m., B-tiklisinin 44,0 kv.m olan qeyri yaşayış binası, Cavabdeh1 tərəfindən, ünvan 1 ünvanda yaşayan X6 177.968 manata satılmış və onlar arasında bu əmlakın alqı-satqısına dair müqavilə, xx.xx.2012-ci il tarixdə, 11 saylı dövlət notariat kontorunda bağlanmışdır. Bundan başqa bu şəxslər arasında, xx.xx.2012-ci il tarxdə həmin dövlət notariat kontorunda daha bir alqı-satqı müqaviləsi də bağlanmışdır. İndi isə, X4 mülkiyytində olan və ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahsi 40.000 manata Cavabdeh1 satılmışdır. Bu cür müəmmalı və saxta alqısatqı müqavilələri bağlamaqla cavabdehlər aralarındakı alqı-satqı üzrə ödənilən məbləğlərin miqdarını qəsdən gizlətmişlər. Belə ki, iddiaçı həbs olunmamışdan əvvəl, mübahisəli bu qeyri-yaşayış binasının bazar qiyməri 700-800 min ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5984/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəhayətdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-5984/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi qismən iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarrixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.1011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Şahin Abdillayevdən müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyinə tutulması” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)-170/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə Kolegiyasının bu nəticəyə gəlməsi üçün, qəbul edilmiş qərarın 102-110-cu paraqraflarında aşağıdakı kimi qeydlər aparılmışdır: “Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhəməsi iddia tələbinin “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.1011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Şahin Abdillayevdən müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən gəldiyi mövqeyi, idiaçının adına reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması ilə əsaslandırılmışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaşırmışdır. Belə ki, işdən göründüyü kimi Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Əmlak Kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasənda qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək,iş üzrə icraata xitam verilmiş, bununla da Əmlak Kompleksinin ½ hissəsinin iddaçıya, ½ hissəsinin isə Afət Abdullayevanın adına qeydə alınması barədə 10 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur. Buna baxmayaraq apellyasiya insatansiya məhkəməsi işin həmin halına Mülki Məcəllənin 140-cı maddəsi və ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4.-cü maddəsi baxımından düzgün hüquqi qiymət verməmişdir.” Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə sasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar iistisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.4.cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işdə mübahisə predmeti olan Əmlak Kompleksinin ½ hissəsinə münasibətdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin iddiaçının Əmlak Kompleksinin Cavabdeh1 mülkiyyətinə keçməsinə, daha sonra isə, alqı-satqı müqaviləsi əsasında Əsmər Fətullayevanın mülkiyyətinə keçməsinə razılıq ifadə etməsi və bəyənməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı hesab edir ki, apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Əsmər Fətullayevanın qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar saxlanıldığı halda, Cavabdeh1 daşınmaz əmlaka hüquqularının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2.-ci və 452.2.-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi həlli baxımından Mülki Məcəllənin əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı (140, 148.2. və 149.2.-ci maddələr) əqdin etibarsızlığı ilə bağlı ( 337, 340.2. və 351-ci maddələr), əqddə razılıqla bağlı (355, 357 və 358.1.-ci maddələr) və öhdəlik və müqavilə ilə bağlı ümumi normalarına(385.1., 390.1., 399.1. və 452.2.-ci maddələr) istinad ediləklə kifayətlənilsə də, həmin normalar işin hallarına uyğun olaraq düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 157.4.-cü maddəsi ümumiyyətlə nəzərdən keçirilməmiş, işin müəyyən edilmiş faktiki hallarının qeyd olunan normanın dispozisiya şərtlərinə uyğunluğu istiqamətində hüquqi dəyərləndirmə aparılmamışdır. Hallbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addımkimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasn dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmsından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddu hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.4.-cü maddəsinin mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir...” Beləliklə, Ali Məhkəmənin qeyd olunan xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmlak hüquqlarım üzrə dəymiş zərərin əvəzi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə o da müəyyən edilmişdir ki: “İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəindən verilmiş RX seriyalı ******* çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil X7 adına özəlləşdirilmişdir. Lakin, iddia təmin tədbiri barədə qərardadın icrası ilə bağlı təqdim edilmiş məktubdan görünür ki,(i.v.264) Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil Cavabdeh2 adına özəlləşdirilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəindn verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil X8 mülkiyyətindədir.” X36 təqdim edilməmişdən əvvəl, X18 Ərizəsi ilə, tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh2 oluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzilin, həmçinin, hər iki cavabdeh- Cavabdeh1 və X9 adlarına olan digər əmlaklar üzərinə həbs qoyulmaqla, həmin mənzilin və əmlakların 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan ediməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizənin qismən tmin edilərək, Cavabdeh2 oluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, mülkiyyəti üzərində hüqularının itirilməsi ilə nəticələnən və X16 Fətullayeva arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı satqı müqaqaviləsindən görünür ki, bilərəkdən və qəsdlə ki, sonradan iddiaçıya dəymiş zərəri az miqdarda ödəmək şərti ilə, həmin əmlak dəyərindən qat-qat aşağı qiymətə satılmış, eyni zamanda bu şəxslər arasında həmin gündə də başqa bir alqı-satqı müqaviləsi bağlanılaraq, indi isə, Əsmər Fətullayevanın mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil Cavabdeh1 adına 40 min manata özəlləşdirilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabddehlərin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından da görünür ki, Cavabdeh1, iddiaçıya məxsus əmlakın satışından əldə etdiyi pul vəsaiti hesabına mübahisəli mənzil, əvvəlcə onun adına rəsmiləşdirilsə də, sonradan, 2014-cü ildə, bu mənzil, onun qardaşı olan ikinci Cavabdeh2 adına keçirilmişdir. Cavabdehlərin vəkilinin, MTT barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından etdiyi şikayətində göstərdiyi və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə, iddiaçının tələbinin ikinci hissəsinə, 10 ildən artıq müddətdə ona məxsus əmlak hüquqlarından məhrum edildiyindən, həmin əmlakın mülki dövriyyə şəraitində istifadəsində olduğu halda, istifadəsindən əldə edəcəyi ümumilikdə 100 min manat məbləğində maddi və mənəvi zərərin, yəni, 90 min manat məbləğində əldən çıxmış faydanın və 10 min manat dəyərində mənəvi zərərin mənim xeyrinə tutulması məsələsinə baxılacaqdır. Bu fakt, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə də tam təsdiq edilməklə, “...verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)- 5984/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi qismən- iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.1011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Şahin Abdillayevdən müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyinə tutulması” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir... Hazırki iddia tələbi isə, məhz, Ali Məhkəmənin qərarından irəli gəldiyindən, yeni tələb hesab olunmaqla, qərarının 107.-ci paraqrafında göstərildiyi kimi, “Məkəmə kollegiyası qeyd olunanlarla bağlı hesab edir ki, apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Əsmər Fətullayevanın qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar saxlanıldığı halda, Cavabdeh1 daşınmaz əmlaka hüquqularının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2.-ci və 452.2.-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.” Beləliklə, iş üzrə, üçüncü cavabdeh-Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı təlbimiz onunla bağlı olmuşdur ki, məhz, İdarənin əməkdaşlarının hazırki iş üzrə cavabdehlərCavabdeh1 və Cavabdeh2 ilə cinayət əlaqəsinə girərərk mənə məxsus əmlakın birgə mənimsənilməsinin həyata keçirildiyi tam təsdiq edilir. Göstərilənlərlə əlaqədar olaraq, iddiaçıya dəymiş 300 min manat məbləğində ümumi zərərin 150 min manatının, cavabdehlər-Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 adıına rəsmiləşdirirdlmiş mənzilin hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaitinin, 150 min manatının isə, 3-cü cavabdeh-Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.
11. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona dəymiş 700 min manat məbləğində ümumi zərərin 350 min manatının cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2, 350 manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdehlərin vəkili və nümayəndəsi H.Hüseynov elektron kabinet vasitəsilə ərizə təqdim edərək iddiaya etiraz etməklə onunla əsaslandırılmışdır ki iddia ərizəsi qeyri müəyyəndir. Əmlakın hərracdan satılmasına dair məhkəmə qətnaməsi mövvud deyil. Belə vəziyyətdə, hərracda satılmayan əmlaka görə 300000 manat pul tələb edilməsi mümkünsüzdür. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı keçmiş fəaliyyətinin tarixindən bəhs etməklə özünü xarakterizə edir. Görünən odur ki, iddiaçının keçmiş fəaliyyəti qalmaqallı hadisələrlə zəngindir və hazırda iddiaçı təsadüflərdən yararlanmağa çalışır. Həbsdən azad olduqdan sonar əsassız varlanmağa cəhd edərək əsassız iddialarla məhkəmələrə müraciət etmişdir. Hazırda zəif həlqə kimi Ceyhun və Cavabdeh2 qardaşlarını seçmişdir. Həbsdə yatarkən Cavabdeh1 onu ziyarət etməməsinin əvəzini çıxmağa çalışır. 2021-ci ildən başlayaraq Ceyhun və Cavabdeh2lərə qarşı müxtəlif iddialar qaldırıb və hazırdada iddia qaldırmaqda davam edir. İddiaçı mübahisə olnan obyektin satılmasında müştərinin tapılmasında, hətta Cavabdeh2 adına evin alınmasında bilavasitə iştirak etmiş, satılmış əmlakın dəyərinin yarısını şəxsdən almışdır. Məhz bu səbəbdən 12 il ərzində iddia qaldırmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı ali təhsilli hüquqşünas olmaqla uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Xəzər və Binəqədi Rayon Məhkəmələrində İddiaçı pul tələblərinə baxılmış və iddiaları rədd edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ ilə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 100000 manat məbləğində pulun onun adına tutulması” hissəsinə baxılır. İddiaçı 2012-ci ildə 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hazırda iddia etdiyi daşınmaz əmlakın yarısına onun adına, digər yarısına isə Cavabdeh1 adına reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Yəni obyektin satılmasının qarşısını almağa səy göstərmişdir. Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarı ilə iddia rədd edilmişdir. İddiası təmin olunmadığı halda məhkəmə qərarından şikayət verməmişdir. Başqa sözlə tələbinin qanunsuzluğu ilə barışmışdır. Göstərilənləri və hazırki iddia tələbinin qeyri müəyyən olunmasını nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 405/2025 nömrəli qərardadı ilə 700 min manat məbləğində pulun yarısının, yəni 350 min manatının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulmasına aid hissəsində icraata xitam verilmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X10)
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki iddia tələbi özü özlüyündə əsassızdır. Belə ki, iddiaçı əmlakın dəyərinin yarısının cavabdehlərdən tutulmasını tələb etsə də, əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Digər tərəfdən cavabdehə məxsus mənzilin məhz mübahisəli əmlakın satılması nəticəsində əldə edilmiş pul məbləği hesabına alınmasını təsdiq edən hər hansı sübut yoxdur. İddiaçıya dəymiş maddi və mənəvi ziyanın - əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbi isə başqa məhkəmə icraatının predmetidir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçılara dəymiş ziyan və cavabdehlərin hərəkətləri arasında hər hansı səbəbli əlaqə müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə maddi ziyanla bağlı iddia tələbini əsassız hesab etmiş və onun rədd edilməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 149-cu, 452-ci, 1096-cı, 1097-ci, 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarın istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər.
21. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin tam ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində iddiaçı AR Ali Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(102)-1455/2024-cü il tarixli qərarına istinad edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini xahiş edir və bu zərəri 300000 manat məbləğində qiymətləndirir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehlərdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 700000 manat məbləğində pulun tutulmasını xahiş edir. Hazırki iddia tələbi üzrə isə iddiaçı Cavabdeh2 məxsus mənzilin ona məxsus əmlakın satışından əldə edilən pul vəsaiti hesabına alındığını nəzərə alaraq zərərin bir hissəsinin Cavabdeh2 adına rəsmiləşdirilən mənzilin hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsini tələb edir. Eyni zamanda əmlakın məbləğinin yarısının - 350 min manatının cavabdehlərdən tutulmasını xahiş edir.
29. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən əmlak kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən (qeyri-dəqiq) aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, bununla da əmlak kompleksinin ½ alınması barədə xx.xx.2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 "a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)- 983/2025 nömrəli qərarında qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının ½ hissəsi iddiaçının mülkiyyətində olmuş, əmlak üzərində Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında cavabdehlər Ceyhun və Cavabdeh2lərin anası mərhum X25 tam mülkiyyətinə keçsə də, həmin qətnamə ləğv edildiyindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılaraq İddiaçı mülkiyyət hüququ bərpa edilməli idi. MM-nin 149.2-ci maddəsinə əsasən iddiaçının tələbi bu hissədə əsaslı olduğundan məhkəmə tərəfindən təmin edilməli idi.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə İddiaçı iddiası qismən təmin edilərək Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasına dair Cavabdeh1 Bakı Şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, həmin şəhadətnamə əsasında 30 aprel 2011 -ci il tarixdə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və Cavabdeh1 verilmiş çıxarış İddiaçı aid hissədə (1/2 hissə) etibarsız hesab edilməsi qərara alınmışdır.
32. Göründüyü kimi Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 152-ci maddələrində təsbit olunmuş mülkiyyət hüququ pozulmuş, sözügedən əmlak üzərində 1/2 hissədə payının olması qüvvədə olan məhkəmə aktları ilə də müəyyən edilmişdir. İşə baxan aşağı instansiya məhkəməsi qeyd edilən məsələ ilə bağlı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin göstərişini nəzərə almamışdır. Həmin normaya əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Göründüyü kimi Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ cavabdehlərin anası X25 adına qeydiyyata alınmasına əsas olmuş qətnamə ləğv edildiyi halda qətnamənin icrasına dönüş edilmədiyindən İddiaçı əmlak üzərində ½ hissədə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bu baxımdan da cavabdeh tərəf əslində Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının ½ hissəsinə qanuni əsas baxımdan hüquqları olmadan əmlakın satışını həyata keçirməklə iddiaçının mülkiyyət hüquqlarını pozmaqla ona real zərər vurmuşdur. Nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-983/2025 nömrəli qərarı ilə iddiaçıya münasibətdə sözügedən əmlaka münasibətdə cavabdeh tərəfin mülkiyyət hüququ əldə etmələrinə dair hüquq müəyyənedici sənədlər, vərəsəlik şəhadətnaməsi və əmlaka dair müvafiq çıxarış ½ hissədə ləğv edilmişdir. Lakin qeyri-yaşayış sahəsinin vicdanlı alıcı tərəfindən alınmasını nəzərə alaraq onun reyestr qeydiyyatına toxunulmamışdır. Bu baxımdan iddiaçının real zərəri (yəni əmlakın hazırda ½ hissəsinin onda olması halında satmaqla əldə edə biləcəyi) tələb etmək hüququ yaranmışdır.
35. Bu səbəbdən apellyasiya icraatı zamanı mübahisəli əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmişdir. "xxxx" MMC-nin hesabatına əsasən Bakı şəhəri, Suraxanı rayonu, SuraxanıZığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən qeyri-yaşayış binasının (A tikilisinin 945,5 kvm., B tikilisinin 44,0 m olan) real bazar dəyəri ******* manat məbləğində qiymətləndirilmişdir.
36. Məhkəmə iclasında cavabdeh tərəf həmin daşınmaz əmlakda bir sıra təmir tikinti işlərinin aparıldığını bildirsə də, mütəxəssis rəyinə əlavə edilmiş foto şəkillərdən əsaslı təmir tikinti aparıldığı görünmür.
37. Bundan əlavə kollegiya mübahisəli əmlakın tam şəkildə cavabdehlərdən Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsini nəzərə alaraq iddiaçıya ödənilməli olan real zərərin məhz ondan tutulmalı olması qənaətinə gəlir.
38. Beləliklə, işdə olan mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hallar müəyyən olunmadığından və hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının real bazar dəyərinin 12890000 manat müəyyən edilməsi daha ağlabatandır.
39. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya dəymiş real zərərin məbləği iddia tələbinin həcmində (1289000:2=644500:2=322250) müəyyən edilməklə 322250 manat məbləğində pul Cavabdeh1 tutulmaqla İddiaçı ödənilməlidir.
40. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 oğlundan dəymiş zərərə görə 322250 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iş üzrə keçirilmiş qiymətləndirmə rəyinə görə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis xərci kimi 1000 manat məbləğində pul və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməklə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 oğlundan dəymiş zərərə görə 322250 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş qiymətləndirmə rəyinə görə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis xərci kimi 1000 manat məbləğində pul və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.