Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4667/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan xx.xx.2021ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.metr mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması, Cavabdeh1 MTK-nin üzərinə həmin mənzilin ona təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 MTK arasında 25 iyun 2019- cu il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MTK (icraçı) Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomomagistralının 14-cü km-də, A blok 5-ci mərtəbədə 2 otaqdan ibarət mənzili bir pay kimi ona (payçıya) verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 71,25 kv metr olmalı, hər kv.metrə görə 700 manat olmaqla cəmi 49875 manat ödəniş edilməli idi. Öhdəliyini yerinə yetirərək 17500 manat ödəniş etmiş, qalan ödənişlərini davam etdirmək istədikdə isə, MTK-dakı yoxlamalara görə ödənişləri hələlik qəbul etmədiklərini bir neçə dəfə ona bildirmişlər. 2023-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, ona məxsus mənzili başqa şəxsə satmışlar və həmin şəxslər mənzilin onlara təhvil verilməyi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Mülki işin materiallları ilə tanış olan zaman məlum olubki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh1 MTK Abşeron Rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzili tikib, müqavilədə göstərilən vəziyyətdə Cavabdeh2 təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 isə həmin mənzilə görə mənzilin 1 kv.metrinin qiyməti 590 manat olmaqla, ümumilikdə 42000 manata Cavabdeh1 MTK-ya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin mənzilin pay dəyəri olan 42000 manat ödəniş tam olaraq ödənilmiş və bu barədə Cavabdeh1 MTK tərəfindən arayış verilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilə uydurma əqddir, başqa əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Həmin müqavilə onunla MTK arasında bağlanmış müqavilədən sonra, hər kv.metri daha ucuz qiymətə razılaşmaqla bağlanmış pərdələnmiş müqavilədir. Belə ki, həmin müqavilə Cavabdeh1 MTK-nin əsassız varlanmaqla pul ələ keçirmək üçün bağladığı əqddir və etibarsızdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi müqavilədən, qəbzlərdən və maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 MTK ilə aralarında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən öhdəliyi yerinə yetirmişdir və hazırda da yerinə yetirməyə hazırdır. Odur ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilməli, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzil onun mülkiyyəti hesab edilərək Cavabdeh1 MTK-nin üzərinə həmin mənzili ona təhvil vermək və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyi qoyulmalıdır. Cavabdehlər arasında müqavilə qanuna zidd bağlanmışdır, həmin müqavilə əsasında verilmiş maliyyə arayışı etibarsızdır. Çünki həmin mənzilə dair artıq onunla Cavabdeh1 MTK arasında müqavilə mövcud olmuşdur. Odur ki, cavabdehlər arasında olan xx.xx.2021-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə iradə ifadəsi qüsurlu olan əqd kimi qiymətləndirilə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. İş apellyasiya baxışında olarkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71.25 kv.m ölçüdə mənzilin ona təhvil verilməsinin və mənzilindən istifadə etməsinə, giriş çıxışına törədilən maneələrə son qoyulmasının Cavabdeh1 MTK-ya həvalə edilməsi, eləcə də hüquqi yardıma görə ödənilmiş 221 manat və dövlət rüsumu olaraq ödənilmiş 101 manat məbləğində pul vəsaitlərinin Cavabdeh1 MTK-dan tutularaq, iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2(005)- 886/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Üçüncü şəxs İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-904/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraat hazırkı iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı mənzilə dair sahiblik, istifadə və sərəncam hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair 2(103)-4667/2024 saylı mülki iş iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı mənzilin ona təhvil verilməsinin və mənzilindən istifadə etməsinə, giriş çıxışına törədilən maneələrə son qoyulmasının cavabdehə həvalə edilməsi tələbinə dair 2(103)-904/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4667/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4667/2024
19.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver