Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-467/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh11 Feyruz oğluna, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh7 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı MMMC-nin vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh7, Cavabdeh5 vəkili və nümayəndəsi X10, Cavabdeh3 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, X8, Cavabdeh12, Cavabdeh11 Feyruz oğluna, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh7 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3711/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir və cavabdehlər həmin binanın sakinləridir. İddiaçı MMMC 2018-ci ildə yaradılmış, həmin vaxtdan ünvan 1 ünvanda yerləşən binanın idarə edilməsini həyata keçirmiş, o cümlədən binanın saxlanılması üçün sakinlər tərəfindən ödənilməli olan ödənişləri yığmışdır. İddiaçı cavabdehlərin Cəmiyyətin yarandığı tarixdən bugünə qədər göstərilmiş xidmətlərə görə ödənişlər etmədiklərinə əsaslanaraq, hər bir cavabdeh üzrə dövri hesabat tərtib edərək, həmin vəsaitlərin ödənilməsini tələb etmişdir, cavabdehlər isə Cəmiyyətinin hazırkı idarə heyəti təsdiq edilənədək, yəni 2022-ci ilin oktyabr ayına qədər bütün ödənişləri həyata keçirdiklərini, daha sonra isə onlara təqdim olunmalı hesabatlar (yığılan vəsait, çəkilən xərclər, xərclərin hesablanma qaydası və s.) təqdim olunmadığından ödəniş etməkdən imtina etmişlər. Bununla yanaşı iş materiallarına əsasən cavabdehlərdən bir neçəsi müəyyən ödənişləri həyata keçirmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Xətai-7” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, X8, Cavabdeh12, Cavabdeh11 Feyruz oğluna, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10 və X11 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 6.006,38 manat və 1.348,80 manat, Cavabdeh9 4.340,82 manat, Cavabdeh1 2.102 manat, cavabdeh X9 1.496,20 manat, cavabdeh X2 1.543,08 manat, Cavabdeh2 315.10 manat, Cavabdeh12 4.108,72 manat, Cavabdeh11 Feyruz oğlundan 5.795,38 manat, cavabdeh X4 3.565 manat, Cavabdeh6 2.597,92 manat, Cavabdeh10 Hafız oğlundan 2.294,60 manat və Cavabdeh7 1.235,44 manat olmaqla, cəmi 36.749,44 manat məbləğin İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə Mənzil Məcəllənin Xlİİ fəslinə uyğun olaraq yaradılmaşı Binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Hazırda mənzil mülkiyyətçiləri müvafiq xidmətlərə görə iddiaçıya haqq ödəmir və bunun nəticəsində iddiaçıya borcları yaranmışdır.
4. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim edərək, göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən MMMC-nin üzvləri ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları MMMC-nin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada, MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri isə həmin MMMC ilə bağlanılmış müqaviləyə uyğun olaraq ödəyirlər. Yəni qanun ümumi əmlakının saxlanması, təmir ilə bağlı xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlərin yığılması üçün iki hüquqi əsas müəyyən edir: birincisi-MMMC-nin üzvü olan sahə mülkiyyətçiləri üçün idarəetmə orqanın müəyyən etdiyi qaydanı, ikincisi - MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri üçün isə müqaviləni. Qanunun qeyd olunan tələbinə baxmayaraq iddiaçı tərəf iddiasının hüquqi əsası ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki cavabdehlərin, o cümlədən Cavabdeh5 Cəmiyyətin üzvü olub-olmaması və ya müqavilə bağlayıbbağlamaması barədə iş materiallarında heç bir sübut mövcud deyil. Bununla yanaşı iddiaçı tərəf tələb etdiyi məbləğin, yəni sahə mülkiyyətçiləri tərəfindən ödənilməli olan pul vəsaitinin uçotunu kustar üsulla - sadə yazılı formada deyil, "Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müvafiq beynəlxalq standartlarına uyğun olaraq aparmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən hesabatların qanunla müəyyən edilmiş qaydada aparılmasına dair hər hansı sübut təqdim edilməmiş, tələb edilən məbləğ formal mülahizə əsasında qeyd edilmişdir. Bu isə öz növbəsində maliyyə uçotunun aparılması qaydalarının qanuna uyğun olaraq aparılmamasını eyni zamanda tələb olunan məbləğin həqiqəti əks etdirdiyinə şübhə ilə yanaşmağa əsas verir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərə baxan məhəkəmə hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməlidir. Lakin buna baxmayaraq hazırkı iş üzrə iddiaçı qeyd olunan məsələlərin araşdırılması üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 Feyruz oğlunun və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
6. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, araşdırma zamanı sonuncu iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3711/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X13).
8. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı cavabdehlərin istinad olunan ünvanda yerləşən binanın sakinləri olduqlarını bildirməklə, bu sakinlərdən binanın saxlanması üçün xərclərin və kommunal xidmətlərin ödənilməsini tələb etsə də, həmin tələbin hüquqi əsasının müəyyən edilməsi üçün məhkəməyə hərhansı bir sübut təqdim etməmişdir. Mənzil Məcəlləsinin tələblərinə əsasən ümumi əmlakının saxlanması, təmir ilə bağlı xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlərin yığılması üçün iki hüquqi əsas müəyyən edilir: birincisi- MMMC-nin üzvü olan sahə mülkiyyətçiləri üçün idarəetmə orqanın müəyyən etdiyi qayda, ikincisi isə - MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri üçün müqavilə. Buna baxmayaraq, cavabdehlərdən hansılarının MMMC-nin üzvü olması, hansıları ilə MMMC tərəfindən xidmətin göstərilməsi ilə bağlı müqavilənin bağlanılması barədə cavabeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər məhkəməyə müraciət edərək iddiaçı tərəfindən onlardan hansı xidmətin dəyəri olaraq hansı vəsaitin tələb edilməsi ilə bağlı sənəd təqdim edilməsini xahiş etmişlər. Bunun əvəzi olaraq iddiaçı MMMC-nin gəlirləri və xərcləri ilə bağlı idarə heyətinin mülahizələrinə əsaslanan sadə yazılı formada məlumatlar təqdim etmiş, lakin həmin məlumatların hüquqi əsası ilə bağlı məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Cəmiyyət mühasibat uçotunu və hesablamaları sadə yazılı formada deyil, "Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müvafiq beynəlxalq standartlarına uyğun olaraq aparmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən hesabatların qanunla müəyyən edilmiş qaydada aparılmasına dair hər hansı sübut təqdim edilməmiş, tələb edilən məbləğlərin həqiqəti əks etdirməsinə dair tutarlı sübut təqdim edilməmişdir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tələb olunan borcların hansı qaydada hesablanmasını, kimdən hansı əsasla nə qədər vəsaitin tələb edilməsi ilə bağlı iddiaçının əsaslandırılmış dəlili məhkəməyə təqdim edilmədiyindən, cavabdehlərdən tələb olunan xidmət haqlarının hesablanması üçün hüquqi əsas müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı olan təşkilat qeyrikommersiya fəaliyyəti ilə məşğul olan təşkilatdır. Onun əsas fəaliyyəti yaşayış binasının saxlanması üçün müəyyən hərəkətlərin həyata keçirilməsindən ibarətdir. Hər ilin əvvəlində binada görüləcək işlərin siyahısı tərtib edilməli, xərclərin nədən ibarət olacağı ilə bağlı smeta tərtib edilməli, səlahiyyətli orqan tərəfindən təsdiq edilməli və onun əsasında binanın sakinlərindən vəsaitlər tələb edilməlidir.
9. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 119-cu, 128.0.3-cü, 137-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Elektron Məhkəmə Sisteminə 20 saylı sənəd qismində MMMC-nin səsvermə bülletenləri yerləşdirilmişdir. Həmin bülletenlərlə cavabdeh MMMC üzvü kimi 2022-ci ilin oktyabrın ayında keçirilmiş səsvermədə iştirak etmişlər: Cavabdeh3, Cavabdeh2 qı və Cavabdeh6. Üstəlik Cavabdeh5 da MMMC üzvü olması işin mübahisəsiz halıdır: nümayəndəsi olan əri Quliyev Mahir arvadının MMMC-nin əvvəlki rəhbəri (rəhbər mütləq üzv olmalıdır) olmasını məhkəmədə etiraf etmişdir. Beləliklə, 12 cavabdehdən 4-ü üzvdür, qalanı isə yox. Əlavə olaraq Elektron Məhkəmə Sisteminə yüklənmiş 22 saylı sənəddə - MMMC-in təsis yığıncağının qərarında üzvlərin siyahısı tam göstərilmişdir. Cavabdehlərin hamısı binada sahə mülkiyyətçisidir - bu işin mübahisəsiz halıdır. Üzv və ya qeyri-üzv olaraq hər bir halda Mənzil Məcəlləsinə əsasən eyni tariflə MMMC-yə ödəniş etməlidirlər. İş materiallarından görünür ki, bəzi cavabdehlər 2022-ci ilin oktyabr ayınadək də ödəniş etməmişlər. Belə ki, a) cavabdeh - Cavabdeh12 Sayaq qızı xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. b)Cavabdeh - Cavabdeh11 Feyruz oğlu xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyil (məhkəmədə ifadəsi ilə təsdiq edib -qətnamədə də göstərilib). c)Cavabdeh - Cavabdeh4 xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. d)Cavabdeh - Cavabdeh5 A blok 25-ci mənzili üzrə xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. B blok 30-cu mənzil üzrə isə məhkəmə iddiası verilən vaxta qədər onun mənzilini satdığı yeni mülkiyyətçiyə verdiyi və yeni mülkiyyətçinin MMMC-ə təqdim etdiyi bütün ödəniş qəbzləri nəzərə alınmışdır. Yəni, məhkəmə prosesi zamanı hər iki mənzil üzrə heç bir yeni qəbz təqdim edilməyib. e)Cavabdeh - Cavabdeh10 xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə heç bir ödəniş qəbzi də təqdim edilməyib. Bəzi cavabdehlər isə həmin tarixdən sonra da MMMC-yə ödəniş etmişlər. Belə ki, a)Cavabdeh - X1 xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir və məhkəməyə baxış iclası zamanı iddiaçı tərəfin görə bilmədiyi sadəcə “ödəniş qəbzinin surəti” olduğunu eşitdiyimiz kağız təqdim edilmişdir. Lakin, bu cavabdeh faktiki olaraq MMMC-in mərkəziləşdirilmiş isti su sistemindən istifadə etdiyi və isti su təchizatı kəsilməməsi üçün yeni İH seçildikdən sonra dövri olara gecikmə ilə də olsa ödənişlər etmişdir. Elektron sistemdə olan borc hesablanması cədvəlindən də göründüyü kimi cavabdeh dəqiqləşdirilmiş iddia ərizəsi verilən vaxta qədər (May/2024) ümumilikdə 567 AZN ödəniş etmişdir. İyun/İyul/2024 aylarında isə əlavə olaraq 150 AZN ödəniş həyata keçirmişdir. b)Cavabdeh- Cavabdeh2 xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üzrə tam ödəniş etmiş, sonra isə ödənişlərini dayandırmışdır. Aylarla ödəniş etməyən cavabdeh məhkəmə prosesinin başlandığını bilərək Fev/2024 tarixindən başlayaraq müxtəlif məbləğlərdə ödənişlər edərək dəqiqləşdirilmiş iddia ərizəsi verilən vaxta qədər (May/2024) toplam 130.58 AZN ödəniş etmişdir. İyun/2024 ayında isə əlavə olaraq 195 AZN ödəni həyata keçirmişdir. Köhnə İH sədrinin ətrafında olan bir qrup mənzil mülkiyyətçisindən fərqli olaraq ilkin iddia ərizəsində cavabdeh olan X14, X12, X15 borclarını ödəyərək yenilənmiş iddia ərizəsində cavabdeh siyahısından çıxarılıb. Bu bir daha hazırkı cavabdehlərin kommunal ödənişlərdən qərəzli şəkildə yayındığını göstərir. İddiaçı MMMC-in yeni idarə heyəti fəaliyyətə başladıqdan sonra müvafiq olaraq xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ştat cədvəlinə dəyişikliklər edilmişdir. Həmçinin, 2018-ci ildə təsdiq edilmiş və 2022-ci ilin Oktyabr ayına qədər qüvvədə olan ştat cədvəli də məhkəməyə təqdim edilib. Oktyabr/2022 tarixədək (sədr Cavabdeh5, direktor Quliyev Mahirin dövründə) işçilərin qeyri-rəsmi əsaslarla işləməsi və bundan irəli gələrək xx.xx.2022-ci . tarixdə “Ştat cədvəli”nin tərtib olunması üçün əsas zərurət Əmək Məcəlləsinə əsasən, Əmək müqaviləsinin bağlanmasından öncə “Ştat cədvəli” tərtib olunmasıdır. Digər obyektiv səbəb isə işçi sayının azaldılması (optimizasiya) olmuşdur. xx.xx.2023-cü il tarixdə dəyişikliyin obyektiv səbəbi 2023-cü il üçün ölkə üzrə minumum əmək haqqının artırılması, xx.xx.2023-cü il tarixdə növbəti “Ştat cədvəli”nin tərtib olunmasının zərurəti yenə obyektiv səbəbdən Sədr-in (maaşlı əsaslarla işləməsi), İcraçı Direktorla (əmək haqqı əsaslarla) əvəz olunmasıdır. Hesablanma qaydası və s. təqdim edilmişdir. “Hər ilin əvvəlində binada görüləcək işlərin siyahısı tərtib edilməli, xərclərin nədən ibarət olacağı ilə bağlı smeta tərtib edilməli, səlahiyyətli orqan tərəfindən təsdiq edilməli və onun əsasında binanın sakinlərindən vəsaitlər tələb edilməldir” ifadəsinin mənbəyi isə naməlumdur. İddiaçı MMMC-in yeni idarə heyəti fəaliyyətə başladıqdan sonra müvafiq olaraqxx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ştat cədvəlinə dəyişikliklər edilmişdir. Həmçinin, 2018-ci ildə təsdiq edilmiş və 2022-ci ilin Oktyabr ayına qədər qüvvədə olan ştat cədvəli də məhkəməyə təqdim edilib. Oktyabr/2022 tarixədək (sədr Cavabdeh5, direktor Quliyev Mahirindövründə) işçilərin qeyri-rəsmi əsaslarla işləməsi və bundan irəli gələrək xx.xx.2022-ci il tarixdə “Ştat cədvəlf’nin tərtib olunması üçün əsas zərurət Əmək Məcəlləsinə əsasən, Əmək müqaviləsinin bağlanmasından öncə “Ştat cədvəli” tərtib olunmasıdır. Digər obyektiv səbəb isə işçi sayının azaldılması (optimizasiya) olmuşdur. xx.xx.2023-cü il tarixdə dəyişikliyin obyektiv səbəbi 2023-cü il üçün ölkə üzrə minumum əmək haqqının artırılması, xx.xx.2023-cü il tarixdə növbəti “Ştat cədvəli”nin tərtib olunmasının zərurəti yenə obyektiv səbəbdən Sədr-in (maaşlı əsaslarla işləməsi), İcraçı Direktorla (əmək haqqı əsaslarla) əvəz olunmasıdır. Elektron məhkəmə sisteminə müvafiq İH-in iclas protokolları, İH Sədrinin əmrləri və Ştat cədvəlləri əlavə olunub.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiaz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Cavabdeh5 vəkili və nümayəndəsi X18, Cavabdeh3 nümayəndəsi X6, Cavabdeh7 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında cavabdeh “X21” MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123.0.2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 128.0.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 142.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. 141.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.
18. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətini dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir və cavabdehlər həmin binanın sakinləridir. İddiaçı MMMC 2018-ci ildə yaradılmış, həmin vaxtdan ünvan 1 ünvanda yerləşən binanın idarə edilməsini həyata keçirmiş, o cümlədən binanın saxlanılması üçün sakinlər tərəfindən ödənilməli olan ödənişləri yığmışdır. İddiaçı cavabdehlərin Cəmiyyətin yarandığı tarixdən bugünə qədər göstərilmiş xidmətlərə görə ödənişlər etmədiklərinə əsaslanaraq, hər bir cavabdeh üzrə dövri hesabat tərtib edərək, həmin vəsaitlərin ödənilməsini tələb etmişdir, cavabdehlər isə Cəmiyyətinin hazırkı idarə heyəti təsdiq edilənədək, yəni 2022-ci ilin oktyabr ayına qədər bütün ödənişləri həyata keçirdiklərini, daha sonra isə onlara təqdim olunmalı hesabatlar (yığılan vəsait, çəkilən xərclər, xərclərin hesablanma qaydası və s.) təqdim olunmadığından ödəniş etməkdən imtina etmişlər.
24. Onlardan tələb edilən vəsait 2018-ci ildə MMMC tərəfindən razılaşdırılmış kalkulyasiya əsasında tələb edilən məbləğdir. Halbuki, 2022-ci ilin oktyabr ayından sonra MMMC-yə rəhbərlik hazırkı idarə heyətinə keçdikdən sonra onlara göstərilən xidmətlərdən bir çoxu aradan qalxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, binaya xidmət edən işçilərin sayı azaldılmışdır.
25. İddiaçı MMMC tərəfindən təqdim olunmuş binanın saxlanması üçün xərclər smetalarından görünür ki, ünvan 1 ünvanında yaşayan sakinlərə göstərilən kommunal xidmətlərin 2018-ci ildən etibarən olan əvəzi olaraq mənzillərin hər kv.metri üçün aylıq 0,43 manat, isti su təchizatından istifadə edənlər üçün isə 0,60 manat müəyyən edilmişdir. İddiaçı MMMC-nin nizamnaməsindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin üzvləri olmayan çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə çoxmənzilli binaların ümumi əmlakının saxlanılması müqavilələr bağlamaq kimi vəzifəsi müəyyən edilmişdir.
26. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır.
27. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.
28. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.
29. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: • binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; • mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; • idarəedici təşkilat tərəfindən idarə edilməsi. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir.
30. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.
31. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.
32. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri).
33. Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir.
34. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC-nin səlahiyyətinə verilmişdir. Lakin göstərilən kommunal xidmətlərin yerinə yetirilməsi barədə İddiaçı MMMC və cavabdehlər arasında Azərbaycan Respublikası Mənzil Məccələsində və İddiaçı MMMC-nin nizamnaməsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsi kimi müəyyən edilmiş hər hansı bir müqavilə bağlanmamışdır.
35. Bundan əlavə Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək vəzifəsi İddiaçı MMMC-nin üzərinə düşsə də, iddiaçı 2018-ci il tarixdən etibarən binanın saxlanması üçün xərclər smetasını təsdiq olunması üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməmiş, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hazırki iş üzrə cavabdehlərdə məhz həmin qeyd edilən sənədlərin qanunla müəyyən edimiş qaydada tərtib edilməməklə binanın saxlanması üçün xərclər smetasını təsdiq olunması üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməməsinə görə xərclərin nədən ibarət olmasını və həcmini müəyyən edə bilməməklərindən yarandığı halda borcların ödənilməsini haqlı olaraq təmin etməmişlər. Kollegiya qeyd edir ki, göstərilən halların qanunla müəyyən edilmiş qaydada həllini tapmaqla təsdiq üçün ümumi yığıncağa təqdim edildikdən sonra yenidən yaranmış tələblərinə uyğun olaraq iddianın məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır.
36. Qeyd edilməlidir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan halları sırasına mənzil qanunvericiliyinin tələblərinə (MM-nin 128.0.3) uyğun olaraq bu qaydalara riayət edilməsinin yoxlanması daxildir. Göründüyü kimi, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq edilmək üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək vəzifəsi İddiaçı MMMC-nin üzərinə düşsə də, bununla əlaqədar iddiaçı kommunal xidmətlərə görə illər üzrə pulların ödənilməsini tələb etsə də, binanın saxlanması üçün xərclər smetasını təsdiq edilmək üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hazırki olan halda kollegiya hesab edir ki, cavabdehlərdən kommunal xərclərin ödənilməsini tələb etmək üçün əsasların olmaması nəticəsinə gələn birinci instasiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3711/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə mi