Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4677/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2021 saylı 05 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,"xxxx" ASC-nin Binaqədi filialı tərəfindən “X1” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmaqla bu günə qədər restrukturizasiya təmin etmədiyindən 618 gün ərzində iddiaçıya vurulmuş 15450 AZN maddi ziyanın bankdan tələb edilməsinə dair; "xxxx" ASC-nin Binəqədi filialının rəhbəri Cavabdeh1 tərəfindən “X2" markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmaqla Azərbycan Respublikası Konstitusiyası üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına və ona hörmət olunmasına ağır zərbə vurmasına görə 5000 AZN mənəvi ziyanın Cavabdeh1 tələb edilməsinə dair; "xxxx" ASCnin Binəqədİ filialı tərəfindən ‘X3” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmaqla bu günə qədər qəsdən restrukturzasiya təmin etmədiyindən sağlamlığına görə dəymiş 2100 AZN maddi ziyanın bankdan tələb edilməsinə dair; zamin Cavabdeh3 tərəfindən lazım gələrsə, ehtiyac yaranarsa iddiaçı Bakıda olmayan zamanda kreditin ödəniş müddəti keçməməsi üçün saxladığı, lakin vermədiyi üçün iddiaçıya vurduğu 2500 ABŞ Dolları maddi ziyanın Cavabdeh3 tələb edilməsinə dair, ümumilikdə 17550 AZN və 2500 ABŞ dolları vəsait həcmində maddi və 5000 AZN ziyanın tələb edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC “Kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tarixinə dair" iddia ərizəsi ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət etmiş, ərizəyə əsasən 2(007)-265/2018 saylı mülki iş məhkəmənin hakimi A.E.Nuriyevin icraatında olmuş, hakim 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə onun iddiasını təmin etmiş, İddiaçı iştirakı və xəbəri olmadan məhkəmə qərardadı ilə “X2” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur, Bakı şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verdiyi Apelyasiya şikayətinə əsasən Bakı şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi Apelyasiya Məhkəməsinin 20 may 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il 2(103)-161/2019 saylı Qərardadı ilə apelyasiya şikayəti qismən təmin etmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-265/2018- ci İl tarixli Qətnaməsini ləğv edərək, ərizəni baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixil "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli İlə bağlı əlavə tədbirlər haqqında" Fərman qüvvəyə mindiyi tarixdən bütün məhkəmə işləri banklar tərəfindən geri çağırılmalı idi. Lakin "xxxx" ASC Bakı Apelyasiya Məhkəməsində olan 2(103)-161/19 saylı işin icraatın dayandırılması üçün təşəbbüs göstərmədi və beləliklə Fərmanın 8,10. bəndini kobud şəkildə pozmuşdur. Lakin 20 may 2019-cu il tarixli Qərardadı aldıqdan sonra "xxxx" ASC Binəqədi filialı, xüsusi ilə onun rəhbərliyi restrukturizasiya etməkdən imtina etmişdir. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq filialın rəhbəri restruktirizasiya etməkdən imtina etmişdir. Lakin baş ofislə əlaqə saxladıqdan sonra həbsin götürülməsinə razılıq vermişlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının pk.fimsa.az saytından xx.xx.2019-cu il tarixli portalda təsdiq olunmuş və 16901.79 AZN restrukturizasiya olunmalı kredit haqqında çıxarılmış sənədi vardır. “Turanbank" ASC xx.xx.2019-cu ıl tarixdə restrukturizasiya olunması məqsədilə maşının üzərinə qoyuİmuş həbsin götürülməsi barədə Bakı Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsi 9 aylıq məhkəmə prosesindən sonra, 05 avqust 2020-ci il tarixli Qərardadı ilə İddiaçı məxsus X2,ban 1C4RJFC63EC241900 ,buraxılış ili 2013-cü il,** SO *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsi onun üzərindən götürmüşdür. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(103)- 10808/2017 saylı Qərardadı ilə “X2” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs həmin məhkəmənin 05 avqust 2020-ci il tarixli 2( 103)-10808/2017 saylı Qərardadı ilə ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs və avtomobilin istismarına qoyulmuş qadağa ləğv edilmişdir. Bu 1122 gün ərzində İddiaçı maşının istismarından məhrum olmuşdur. Qərardadın icrası Baş Dövlət Yol Polisinə həvalə edilmişdir. Lakin bank AR Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəx!ərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrasını təmin etməmiş, restrukturizasiya etməkdən imtina edərək 04.08,2020-ci il tarixli İddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Nİzami rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(007)-2391/2020 saylı Qərardadı ilə yenidən maşın üzərinə həbs qoymuş, onun istismarını cavabdeh İddiaçı və digər şəxslərə qadağan etmişdir. AR Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın verildiyi gündən, yəni 01 mart 2019-cu il tarixdən bu günkü tarixə qədər olan 618 gün müddətində "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən maddi və mənəvi zərərlərə məruz qalmışdır. İddiaçı xüsusi mülkiyyətində olan “X4” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin uzun müddətdir üzərində həbs olduğundan, ondan istifadə etməkdən məhrum olmuşdur. Bu müddət ərzində ailəsi ilə işlə əlaqədar bu və ya digər yerlərə getməsi üçün taksilərə 15450 AZN məbləğində vəsait sərf etmiş , sağlamlığına görə 2100 AZN məbləğində vəsait sərf etmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına və ona hörmət olunmasına ağır zərbə vurmasına görə 5000 AZN məbləğində mənəvi ziyan dəymiş , zaminin geri ödəmədiyi üçün İddiaçı 2500 ABŞ dolları maddi ziyan vurmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2021 saylı 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, iddianı məhz qeyd olunan cavabdehlərə qarşı qaldırmış, çünki müqavilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə bağlanmışdır. O, cavabdehlərin əsl cavabdehlə əvəz edilməsi ilə razı olmamış və işə verilmiş iddia həcmində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia təmin olunmadığından qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Mülki Məcəllədən göründüyü kimi filial hüquqi şəxs hesab olunmur. Filialın öhdəlikləri üçün filialı yaratmış hüquqi şəxs özü məsuliyyət daşıyır. Hazırki mülki iş üzrə də İddiaçı ilə 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı kredit müqaviləsini Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialını imzalasa da, Filial əsasnamə əsasında göstərdiyi fəaliyyət nəticəsində həmin müqaviləni hüquqi şəxs olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adından bağlamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 (zamin) hazırki iddiaya cavab verməli olan şəxslər deyil. İddiaçı isə cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verməmiş və buna razı olmamışdır. Belə olan halda iddia düzgün olmayan cavabdeh(lər)ə qarşı verildiyindən təmin olunmamaldır. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırkı iddianın təmin olunmaması onun düzgün cavabdehə qarşı ümumi qaydada iddia qaldırmaq hüququna mane olmur. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4677/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4677/2022
20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver