Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4679/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun ödənilməsi” və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-225/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTKdan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 180.000 manat, cavabdeh X1 55.000 manat pulun, habelə onun tərəfindən ödənilmiş 525 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə onun özünə məxsus evdən istifadə edə bilməməsi nəticəsində dəymiş ziyana (əldən çıxmış faydaya) görə 33.600 manat məbləğində pul vəsaitinin və 191 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 33.791 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(077)-248/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(077)-248/2024 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(001)- 3143/2024 saylı mülki işlə birləşdirilərək, bir icraatda baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh2 bundan sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiasının təmin edilərək onun özünə məxsus evdən istifadə edə bilməməsi nəticəsində dəymiş maddi ziyana (əldən çıxmış fayadaya) görə 54.600 (əlli dörd min altı yüz) manat məbləğində pul vəsaitinin və 153 (yüz əlli üç) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 54.753 (əlli dörd min yeddi yüz əlli üç) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-225/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun ödənilməsi” tələbi qismən təmin edilmiş; birləşdirilmiş mülki iş üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri verərək onun ləğv edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini və şikayətlərə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayətlərindən və şikayətlərə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd şikayətə əlavə edilsə də, rüsum “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Belə ki, Cavabdeh3 şikayətinə əlavə edilmiş dövlət rüsumu qəbzindən görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə iddiaçının məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumunun (533 manat) 50 faizi məbləğində deyil, cəmi 250 manat məbləğində pul ödənilmişdir. Həmçinin Cavabdeh2 şikayətinə əlavə edilmiş dövlət rüsumu qəbzindən görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə iddiaçının məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumunun (533 manat) 50 faizi məbləğində deyil, cəmi 130 manat məbləğində pul ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən (apellyasiya, kassasiya və əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə) isə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində ödənilməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətlərin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-225/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri və şikayətlərə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-225/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətlər cavabdehlərə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4679/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4679/2025
30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver