Məhkəmə qərarları › İş №2(103)-4684/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4684/2024

07.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4684/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (borc) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X11 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 525/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15910 ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi nəzərə alınmaqla və 2000 manat pulun, həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 177,14 manat dövlət rüsumunun, ümumilikdə 15910 ABŞ dolları və 2177.14 manat pulun Cavabdeh tutularaq X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 46 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-8554 nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli, AR-İ seriyalı, 699260 nömrəli etibarnamə ilə, X1 Füzuli Əliağa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi etibar etmişdir. Həmçinin, Z.Mikayılovanın həmin mənzillərin satılması barədə iradə ifadəsi, onun tərəfindən verilmiş etibranmələrdə aydın şəkildə göstərildiyi kimi, eyni zamanda bu iradə ifadəsi hazırki Cavabdeh "xxxx" MMC-nin direktoru İddiaçılə bağladığı xx.xx.2018-ci il tarixli Tapşırıq Müqaviləsində də öz əksini tapmışdır. Belə ki, həmin Müqavilənin 1-ci bəndində Cavabdeh qeyd edilən mənzillərin satılması üçün bütün zəruri sənədləri almağı, mənzillərin satışını həyata keçirməyi və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etməyi İddiaçı tapşırmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Cavabdeh tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə, X4 məxsus olan mənzilin satılmasına razılıq vermişdir. İddiaçı təkcə bu əmlakların alqı-satqısını deyil, həmin şəxslərin şəxsi məsələlərinin həllində də bilavasitə yaxından iştirak etmişdir. Belə ki, Z.Mikayılovanın mərhum həyat yoldaşı Rəfael Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2000 AZN pul vəsaitini İddiaçı ödəmiş, həmçinin o, xx.xx.2018-ci il tarixində X25 İsayeviçin "MUĞANBANK” ASC-nin Nəsimi filalına olan 12290 ABŞ dolları kredit borcunu, həmçinin, Z.Mikayılovanın "MUĞANBANK” ASC-nin "Dostluq” filalına olan xx.xx.2015-ci il tarixli N-043365 sayılı kredit müqaviləsinə əsasən ona verilmiş 1858 ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu bağlamış, həmçinin onun Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu ödəmiş, Z.Mikayılova Gürcüstan Respublikasında olarkən ona 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 2000 ABŞ dolları pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən, İddiaçı Z.Mikayılova üçün ödədiyi həmin pullar əmlak satışından sonra ona geri ödənilməli idi. Lakin, onun vəfatından sonra vərəsəsi olan hazırki cavabdeh razılaşmanın şərtlərini tamamilə pozaraq, İddiaçı qarşı məhkəmə mübahisəsi başlatmışdır. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə X7 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsiev 13 ünvanında yerləşən 4 saylı mənzilə (bundan sonra - mənzil) və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə (bundan sonra ev) dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə müstəvəsində əmlaka dair məsələlər həll edilsə də, Z.Mikayılovanın vərəsəsi hazırki cavabdeh mərhum anasının İddiaçı borclu olduğu məbləğləri ödəmək istəmir. Halbuki, Z.Mikayılovanın vərəsəliyini qəbul edən Cavabdeh miras qoyanın öhdəlikləri üçün də məsuliyyət daşıyır və bu səbəbdən də həmin borc onun tərəfindən ödənilməlidir.

2. Cavabdeh nümayəndəsi Vəkil2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə istinad etməklə, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15910 ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi nəzərə alınmaqla və 2000 manat pulun, həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 177,14 manat dövlət rüsumunun ümumilikdə 15910 ABŞ dolları və 2177.14 manat pulun Cavabdeh tutularaq X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunverici müqavilə tələbləri üzrə 3 illik iddia müddəti müəyyən etmiş, iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Belə ki, iddiaya görə iddianın əsasını tapşırıq müqaviləsi, şıfahi tapşırıq müqaviləsi və şifahi əqdlərdən əmələ gələn öhdəlik təşkil edir. Sözügedən iddiaya görə öhdəliyin icrası daşınmaz əmlakların alqı-satqı müqaviləsi bağlanarkan icra olunmalı idi. İş materiallarından da göründüyü kimi, mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixində, fərdi yaşayış evinə dair isə xx.xx.2019-cu il tarixndə (1-ci dəfə) və 26.09.19-cu il tarixində (2-ci dəfə) bağlanmışdır. İddiaçı isə müddətinin ötürülməsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü ildə müraciət etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-525/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 377.1, 377.2-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı hazırda ödənişlərin edilməsi ilə bağlı qəbzlərə istinad edərək cavabdehdən vərəsə olduğu üçün borc məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh anası X2 vərəsəsi olmaqla İddiaçı qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, sonradan qanuni qüvvəyə minmiş qərarları ilə müvafiq alqı-satqı müqavilələri etibarsız hesab edilib, 210000 manatın Cavabdeh qaytarılması barədə qərar qəbul edilsə də, müəyyən edilmişdir ki, əmlaklar 2019-cu ildə satılmışdır. Buna baxmayaraq, Fizuli Əliyev borcun qaytarılmasını Zemfira Mikayılovadan tələb etməmişdir, halbuki, aralarındaki razılığa əsasən borc evlər satıldığı halda qaytarılmalı idi. İddiaçı bu halı Zemfira Mikayılova ilə yaxşı münasibətinin olması ilə əsaslandırsa da, yuxarıda göstərilən qərardan da göründüyü kimi X6 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Başqa sözlə, Zemfira Mikayılovanın sağ olduğu zaman iddiaçı ilə münasibətinin yaxşı qalması inandırıcı görünmür. Bundan başqa, o vəfat etdikdən sonra onun qızı hazırki iş üzrə Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı və X7 qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və nəticə etibarı ilə iddiası qismən təmin edilmişdir. İddiaçı tərəf iddia müddəti ilə bağlı bildirmişdir ki, həmin iş üzrə məhkəmənin yekunlaşmasını gözləmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli sonuncu qərarından sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır, iddiaçının Ali Məhkəmənin sözügedən qərarının qəbul edilməsindən bir ilə yaxın vaxt keçdikdən sonra, xx.xx.2024-cü il tarixində məhkəməyə hazırkı iddia ilə müraciət etməsini, tərəflərin arasındakı razılaşmaya əsasən iddiaçının özünün verdiyi izahata əsasən 2019-cu ildə evlər satılanda borcun qaytarılmalı olmasını, Zemfira Mikayılovnanın xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəsini, Cavabdeh xx.xx.2020-ci ildə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə ki, borcun qaytarılmasını tələb etmək üçün digər məhkəmə mübahisəsinin nəticəsini gözləməyə heç bir zərurət yox idi. Tərəflər arasındakı yaranan münasibətlər (mənzil və borc) bir- birindən asılı olmamış, 2019-cu ildə borc pul qaytarılmadıqdan sonra 2020-ci ildə də baş vermiş hadisələrin fonunda qarşı tərəflə artıq münasibətinin pozulması İddiaçı açıq-aydın aşkar olmuşdur. Buna görə də, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qeyd edildiyi kimi, borc 2019-cu ildə qaytarılmalı olduğu halda iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulmasını İddiaçı açıq-aydın aşkar olduğu halda, o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir. İddiaçının cavabdehdən borcun qaytarılması tələbi üzrə istər evlərin 2019-cu ildə satıldığı tarixlərdən, istər etibarnamənin qüvvədən düşməsinə dair xx.xx.2020-ci il tarixli ərizədən, istər Zemfira Mikayılovanın vəfatından – xx.xx.2020-ci il tarixindən və istərsə də hətta, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etdiyi vaxtdan üç illik iddia müddəti hesablandıqda belə məhkəməyə müraciət etmək üçün iddia müddətinin sonunun xx.xx.2023-cü il olmasını, iddiaçının isə hazırkı iddia ərizəsi ilə xx.xx.2024cü il tarixində, yəni iddia müddətinin bitməsindən bir neçə ay sonra birinci instansiya məhkəməsinə müraciət etməsini (ərizə elektron qaydada imzalanmışdır) nəzərə alaraq hesab edir ki, üç illik iddia müddəti ötürülmüşdür.İddiaçının keçən müddət ərzində (cavabdehin ona qarşı olan məhkəmə mübahisələrinin davam etməsi iddia müddətinin axımını dayandırması üçün hüquqi əsas olmamaqla) mülki qaydada məhkəməyə hazırki iddia ilə müraciət etmək üçün kifayət qədər imkanı olmuşdur.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "xxxx" ASC-nin Nəsimi filialının ödəniş qəbzlərinə əsasən, İddiaçı tərəfindən X24 İsayeviçin adından 02 mart 2018-ci il tarixdə 12290 ABŞ Dolları məbləğində, 02 mart 2018-ci il tarixdə 32 AZN məbləğində ödənişlər edilmişdir; - "xxxx" ASCnin Dostluq filialının ödəniş qəbzlərinə əsasən, İddiaçı tərəfindən X2 adından 12 mart 2018-ci il tarixdə 820 ABŞ Dolları məbləğində ödənişlər edilmişdir. - Yana Abdulrəhimova tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzə əsasən, İddiaçı Mikayılova Zemfiranın 800 ABŞ dolları borcunu almışdır; - "xxxx" ASC-nin "Dostluq" filialının xx.xx.2018-ci il tarixli arayışına əsasən, "xxxx" ASC-nin "Dostluq" filialı ilə X6 arasında bağlanmış xx.xx.2015-cl İİ tarixil N-043365 saylı kredit müqaviləsinə əsasən ona 1858 USD məbləğində kredit verilmişdir. X2 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2018-cı il tarixinə "Muğanbank ASC-nın Dostluq filialına kredit üzrə borcu yoxdur; - X12 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Mikayılova Zemfiranın mərhum həyat yoldaşı Rafaelin abidəsini hazırlayıb təhvil vermək üçün 2000 manat məbləğində pul almışdır; - Azər-Türk bank ASC-nin ödəniş qəbzlərindən və pul köçürməsi barədə ərizələrinə əsasən, ZOLOTAYA Korona vasitəsilə İddiaçı tərəfindən X2 adına xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları, xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları məbləğində pul köçürülmüşdür; -"Etibar edən” Cavabdeh ilə "Müvəkkil” "F BUSİNESS TRAVEL” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X13 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Tapşırıq müqaviləsinə əsasən, ünvan 3 ünvanında və elə həmin küçədə 15 saylı evdə yerləşən mənzillərə münasibətdə aşağıdakı hərəkətləri etməyi Etibar edən tapşırır, Müvəkkil isə mükafat müqabilində Etibar edənin adından və onun hesabına bu hərəkətləri həyata keçirməyi öz öhdəsinə götürür: varislik hüququnun təsdiq edilməsi üçün dövlət və ya digər müəssisələrdən bütün lazımi sənədləri almaq, varislik hüququ haqqında şəhadətnaməni almaq, qeyd edilən mənzillərin özəlləşdirilməsi üçün daşınmaz əmlakın qeydiyyatını həyata keçirən orqanlara sənədləri təqdim etmək, lazımi sənədləri toplamaq, mülkiyyət hüququ üçün qeydiyyat vəsiqəsini almaq, bu mənzillərin satılması üçün bütün zəruri sənədləri almaq, bunun üçün etibar edənin adından tapşırığın yerinə yetirilməsi üçün lazım olan ərizələri yazmaq və imzalamaq, bu mənzillərin satışını həyata keçirmək və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etmək və qeyd edilən tapşırıqların yerinə yetirilməsi üçün bütün zəruri hərəkətləri etmək. Müvəkkilin mükafatı 1500 AZN təşkil edir; - Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ürək çatışmamazlığından vəfat etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-717/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X7 qarşı mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə iddiası rədd olunmuş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, sonuncu dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X5 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı və X7 qarşı "alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X2 adından İddiaçı ilə X9 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N° ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X2 adından İddiaçı ilə X9 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə, həmçinin X5 X7 və X15rşı "müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, İddiaçı 210000 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-717/2023 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərara əsasən, X6 cavabdeh İddiaçı adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipotekadan (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-525/2024 saylı qətnaməsinin ləğv edilməsi iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382, 1151.1, 1153, 1306.1; Mülki Prosessual Məcəllənin 9, 77.1, 88, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 46 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-8554 nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli, AR-İ seriyalı, 699260 nömrəli etibarnamə ilə X1 Füzuli Əliağa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi etibar etmişdir. Həmçinin, Z.Mikayılovanın həmin mənzillərin satılması barədə iradə ifadəsi, onun tərəfindən verilmiş etibranmələrdə aydın şəkildə göstərildiyi kimi, eyni zamanda bu iradə ifadəsi hazırki Cavabdeh "xxxx" MMC-nin direktoru İddiaçılə bağladığı xx.xx.2018-ci il tarixli Tapşırıq Müqaviləsində də öz əksini tapmışdır. Belə ki, həmin Müqavilənin 1-ci bəndində Cavabdeh qeyd edilən mənzillərin satılması üçün bütün zəruri sənədləri almağı, mənzillərin satışını həyata keçirməyi və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etməyi İddiaçı tapşırmışdır. Cavabdeh tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə X4 məxsus olan mənzilin satılmasına razılıq vermişdir. İddiaçı təkcə bu əmlakların alqı-satqısını deyil, həmin şəxslərin şəxsi məsələlərinin həllində də biləvasitə yaxından iştirak etmişdir. Belə ki, Z.Mikayılovanın mərhum həyat yoldaşı Rəfael Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2000 AZN pul vəsaitini İddiaçı ödəmiş, həmçinin o, xx.xx.2018-ci il tarixində X25 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12290 ABŞ dolları kredit borcunu, həmçinin, Z.Mikayılovanın "xxxx" ASC-nin “Dostluq” filalına olan xx.xx.2015-ci il tarixli N- 043365 sayılı kredit müqaviləsinə əsasən ona verilmiş 1858 ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu bağlamış, həmçinin onun Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu ödəmiş, Z.Mikayılova Gürcüstan Respublikasında olarkən ona 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 2000 ABŞ dolları pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən, İddiaçı Z.Mikayılova üçün ödədiyi həmin pullar əmlak satışından sonra ona geri ödənilməli idi. Lakin onun vəfatından sonra vərəsəsi olan hazırki cavabdeh razılaşmanın şərtlərini tamamilə pozaraq, İddiaçı qarşı məhkəmə mübahisəsi başlatmışdır. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə X7 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə (bundan sonra mənzil) və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə (bundan sonra - ev) dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X5 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı və X7 qarşı “alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X2 adından İddiaçı ilə X9 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X2 adından İddiaçı ilə X9 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə, həmçinin X5 X7 və X15rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, İddiaçı 210 000 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə müstəvəsində əmlaka dair məsələlər həll edilsə də, Z.Mikayılovanın vərəsəsi hazırki cavabdeh mərhum anasının İddiaçı borclu olduğu məbləğləri ödəmək istəmir. Halbuki, Z.Mikayılovanın vərəsəliyini qəbul edən Cavabdeh miras qoyanın öhdəlikləri üçün də məsuliyyət daşıyır və bu səbəbdən də həmin borc onun tərəfindən ödənilməlidir. Məhkəmə mübahisəli qətnamədə qeyd etmişdir ki, ...İddiaçı hazırda ödənişlərin edilməsi ilə bağlı qəbzlərə istinad edərək cavabdehdən vərəsə olduğu üçün borc məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh anası X2 vərəsəsi olmaqla İddiaçı Əlia ğa oğlunun qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, sonradan qanuni qüvvəyə minmiş qərarları ilə müvafiq alqı-satqı müqavilələri etibarsız hesab edilib, 210000 manatın Cavabdeh qaytarılması barədə qərar qəbul edilsə də, müəyyən edilmişdir ki, əmlaklar 2019-cu ildə satılmışdır. Buna baxmayaraq Fizuli Əliyev borcun qaytarılmasını Zemfira Mikayılovadan tələb etməmişdir, halbuki, aralarındaki razılığa əsasən borc evlər satıldığı halda qaytarılmalı idi. İddiaçı bu halı Zemfira Mikayılova ilə yaxşı münasibətinin olması ilə əsaslandırsa da, yuxarıda göstərilən qərardan da göründüyü kimi X6 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Başqa sözlə, Zemfira Mikayılovanın sağ olduğu zaman iddiaçı ilə münasibətinin yaxşı qalması inandırıcı görünmür. Bununla bağlı bildirir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və tərəfələrin iş üzrə həqiqi mövqeyinə uyğun olmamışdır. Belə ki, iddiaçı ilə hazırki cavabdeh və onun mərhum anası arasında münasibətlər alqı-satqı zamanı və ondan bir müddət sonra yaxşı olmuş, lakin, mərhum Zemfira Mikayılovanın səhhətinin pisləşməsi və bu sonradan hazırki cavabdehin bundan istifadə edərək, hazırki iddiaçıya qarşı məhkəmə müstəvisində iddiaların qaldırılması İddiaçı hazırki iddianı gec qaldırmasına gətirib çıxarmışdır. Belə ki, mərhumla İddiaçı arasında şifahi formada razılaşmalara əsasən, İddiaçı ödədiyi məbləğlər həmin mənzillərin satış dəyərindən qaytarılmalı idi. Lakin mənzillər satılmasına baxmayaraq, həmin borc məbləği nəinki qaytarılmış, əksinə mənzillərə dair bağlanılmış müqavilələrə dair hazırki cavabdeh tərəfindən məhkəmə mübahisələri açılmışdır. İddiaçı qeyd edilən müqavilələri etibarnamə əsasında bağladığından onun həmin müqavilələr üzrə məsuliyyət daşıması səbəbindən o, hazırki iddia tələbini qaldırmamış, həmin məhkəmə işlərinin yekunlaşmasını və müqavillərin talehinə məhkəmə müstəvisində aydınlıq gətirilməsini gözləmişdir. Nəticə etibarı ilə İddiaçı etibarnamə əsasında bağladığı həmin müqavilələr etibarsız hesab olunduğundan və qeyd edilən işlər üzrə məhkəmə icraatı bitdiyindən İddiaçı hazırki iddianı qaldırmışdır. Həmçinin, qeyd edilən borc məbləğləri həmin mənzillərə görə qaytarılmalı olduğundan, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıdığından və qeyd edilən mənzillər cavabdehin mülkiyyətinə bu yaxınlarda daxil olduğundan burada iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmadığı, hazırki qətnamə iddiaçının hüquqlarının pozulması ilə nəticləndiyi üçün, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-525/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

6. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, A.R. Ali məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 1.İddiaçı Z.Mikayılovaya məxsus ünvan 4 ünvanında yerləşən 4 saylı mənzili xx.xx.2019-cu il tarixli ilkin müqavilə və 08 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini isə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satmışdır. 2. Zemfira Mikayılova xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir 3. Cavabdeh (Zemfira Mikayılovanın vərəsəsi kimi) xx.xx.2020-ci ildə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s. tələbi ilə İddiaçı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Apellyatorun fikrincə qanunverici tərəfindən müqavilə tələbləri üzrə müəyyən etmiş müddətin ötürülməsi üzürlü səbəblərdən, Zemfira Mikayılova ilə yaxşı münasibətlərinin olması səbəbindən baş vermişdir. İddia ərizəsində göstərilən faktiki halların həqiqiliyinə inansaq, iddiaçının xx.xx.2019-cu ildən hazırkı iddia ilə məhkəməyə müraciət etmə imkanının yarandığını, münasibətlərinin yaxşı olması səbəbi ilə bunu etmədiklərini bildirsələr də, qanuni qüvvəsini almış 2(102)-717/2023 saylı qərardanda göründüyü kimi, Z. Mikayılovanın etibarnaməni ləğv edilməsinə dair göstərdiyi səylər, etibarnamənin ləğv olunması üçün mütləq olan şəxsiyyət vəsiqəsini cavabdehdən təkidlə tələb etməsi, bu nəticə vermədikdə ona məxsus şəxsiyyət vəsiqəsini və çıxarışları İddiaçı tərəfindən ondan alınıb qaytarılmamasına dair şikayətlə 03 yanvar 2020-ci il tarixində 102 xidmətinə müraciət etməsi, 102 xidmətinə edilmiş zəng heç bir nəticə vermədikdə 14 yanvar 2020-ci ildə yeni şəxsiyyət vəsiqəsi alaraq dərhal, 16 yanvar 2020-ci ildə etibarnaməni ləğv etməsi, göstərdiyi cəhdlərə baxmayaraq, mənzilə dair alqı-satqı müqaviləsinin bağlandığı anadək etibarnaməni ləğv etmək üçün yetərli olmaması və s. kimi hallar iddiaçı ilə Z.Mikayılovanın yaxşı münasibətlərdə olmasının heç də inandırıcı olmadığını görsədir. İddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmə imkanının Z.Mikayılovanın vəfat etməsi səbəbi ilə olmamasına gəlincə, yuxarıda da qeyd olunduğu kimi, Zemfira Mikayılovanın vərəsəsi kimi Cavabdeh xx.xx.2020-ci ildə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s. tələdi ilə İddiaçı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçının bu mövqeyi ilə də razılaşmaq olmaz. Birinci instansiya məhkəməsində iddiaçı tərəf iddia müddəti ilə bağlı əlavə olaraq bildirmişdir ki, həmin iş üzrə məhkəmənin yekunlaşmasını gözləmiş, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli sonuncu qərarından sonra məhkəməyə müraciət etmişdir. İddiaçıların bu mövqeyi ilə də razılaşmaq olmaz, belə ki, nəzərə alsaq ki, tərəflər arasındakı yaranan münasibətlərdən biri mənzil, digəri borc (əgər belə bir borc mövcud idisə) olaraq bir birindən asılı olmamışdır, borcun qaytarılmasını tələb etmək üçün digər məhkəmə mübahisəsinin nəticəsini gözləməyə heç bir zərurət yox idi. Əlavə olaraq, (iddia ərizəsinin həqiqiliyinə inansaq) borc 2019-cu ildə qaytarılmalı olduğu halda iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovanın xx.xx.2020-xx.xx.2020-ci il tarixli ərizələrindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulması İddiaçı açıq-aydın aşkar olduğu halda, o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir. Bundan başqa, iddia ilə bağlı, onun tamamilə əsassız olduğunu qeyd etmək istəyir. Belə ki, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-717/2023 saylı qərarından bəlli olur ki, həmin iş üzrə təqdim edilmiş notariat işləri ilə sübuta yetirilmişdir ki, hər iki mənzilin alqı-satqı müqavilələri zamanı notariusun depozit hesabından pul məbləğlərini məhz hazırki İddiaçı məxaric etmişdir. Bir tərəfdən iddia ərizəsində göstərilir ki, tərəflər arasında şifahi müqavilə, razılaşma, öhdəlik olub və öhdəlik Zemfira Mikayılova tərəfindən mənzillərin satışı ilə icra olunmalı idi, digər tərəfdən sözügedən mənzillərin satışından əldə olunmuş pul məbləği notariusun depozit hesabından hazırki iş üzrə İddiaçı tərəfindən məxaric edilir. Yuxarıda adı çəkilən məhkəmə çəkişməsində ilk olaraq verdiyi izahatında İddiaçı notariusun depozit hesabından götürdüyü pulların Z.Mikayılovaya verdiyini göstərmiş, daha sonra (pulların verilməməsi sübut olunduqda) pulları qabaqcadan, müqavilələr bağlanmamışdan əvvəl verdiyini göstərmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı, hazırki iddianın tamamilə əsassız olduğunu bir daha göstərir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X11 apellyasiya şikayətini müdafiə etmiş, məhkəmə müstəvisində mübahisələr getdiyindən 2024-cü ilə qədər halhazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmədiklərini, alğı-satqı etibarsız hesab edilmədiyi təqdirdə belə, hazırkı iddianın qaldırılacağını, alğı-satqı nəticəsində əldə edilən pulu mərhuma verdiklərini, lakin bunu sübut edə bilmədiklərini, cavabdeh tərəfin isə pulun onlara çatmadığını iddia etdiyini qeyd etmiş, alğı-satqıdan sonra iddiaçıya hər hansı pulun ödənilməməsinin isə işin mübahisəsiz halı olduğunu qeyd etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz ərizəsinə uyğun izahat verməklə, əmlaklardan birinin 2019-cu ildə satıldığını, iddia qaldırılmalı idisə 2022-ci ilə qədər qaldırılmalı olduğunu, birinci instansiya məhkəməsində qarşı tərəfə bu barədə sual olunduqda münasibətlərin yaxşı olduğunu əsas gətirdiklərini, halbuki 2020-ci ildə mərhum Zemfira xanımın müxtəlif orqanlara müraciətlərinin olduğunu, Ali Məhkəmənin müvafiq qərarında da bu halın öz əksini tapdığını, bununla da münasibətlərin yaxşı olmadığının sübuta yetirildiyini qeyd etmişdir. Qarşı tərəfin başqa bir məhkəmə mübahisəsinin nəticəsini gözlədikləri barədə dəlilinə dair isə bildirmişdir ki, əgər həmin işin bu işə aidiyyəti var idisə, iddiaçı tərəf qarşılıqlı iddia verə və yaxud ayrıca iddia qaldıra bilərdi.

Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırda cavabdeh şikayət vermədiyindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə onun tərəfindən mübahisə edilən hissədə araşdırma aparmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. Mülki Məcəllənin tələblərinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

12. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin keçməsi iddianın rədd olunması üçün əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Bu fikir Avropa İnsan Hüquqları Məhkəməsinin Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuşdur, belə ki, “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009- cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

14. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı hüquqlarının pozulmasının bilməli olduğu zamandan pulun qaytarılmasını vaxtında tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli etibarnamənin qüvvədən düşməsinə dair ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət etməklə üç illik iddia müddəti ötürmüş, müddətin kəsilməsi və dayandırılması ilə bağlı hallar müəyyən edilməmişdir.

15. Qeyd edilən qanunvericilik normalarına və işin müəyyən edilmiş hallarına əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən sübutedici dəlillər öz təsdiqini tapmır.

16. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxsə, ekspertiza xərci isə cavabdehə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 525/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar