Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4687/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(009)-1381/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı - Cavabdeh qarşı “qəzalı vəziyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, İddiaçı Baki İnzibati məhkəməsində 2-1(112)- 10087/2023 saylı iş üzrə icraatda olan mənzilin inzibati sahələrinin tanınmasına dair iddiasının mübahisələndirmək üçün məhkəməyə təkrar iddia ilə müraciət etmişdir. Qeyd edir ki, mənzilin inzibati mübahisələrinin araşdırılması özəl ümumi deyil, inzibati məhkəmənin aidiyyəti sahəsinə daxildir. Bundan başqa mənzilin qoruq ərazisində yerləşməsi mübahisəni həm də kommersiya aidiyyatı edir. Qeyd olunanlara əsasən hazırki iş üzrə icraatın aidiyyatı olmayan iş səbəbindən dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1381/2024 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə icraatın dayandırılmaması haqqında qərardaddan deyil, əksinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 258.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına dair qərardaddan şikayət verilməsi nəzərdə tutulmuşdur. İcraatın dayandırılmaması barədə qərardaddan qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq Cavabdeh tərəfindən verilmiş şikayəti geri qaytarmamış, mahiyyəti üzrə baxaraq Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(009)-1381/2024 nömrəli qərardadından verilmiş şikayətin digər mümkünlük şərtlərini müzakirə etmədən hesab edir ki, qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 405, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(009)-1381/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4687/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4687/2024
18.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver