Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4688/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 8000 manat əsas vurulmuş maddi zərərin, 2000 manat sonradan çəkilən xərclərə görə maddi zərərin, 100 000 manat mənəvi zərərin və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(006)-314/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilmişdir. Həmin cinayət işində müəyyən olunmuşdur ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində çalışdığı dövrdə İddiaçı və onun ailə üzvləri (arvadı və iki azyaşlı uşağı) Almaniyaya getmək üçün viza və aviabiletlərin təşkili ilə bağlı X3 vasitəsi ilə iddiaçıdan əvvəlcə 2017-ci ilin may ayında 9200 manat pulu, daha sonra 2017-ci ilin iyun ayında 3000 manat pulu, ümumilikdə 12 200 manat pul alaraq maddi zərər vurmuşdur. İddiaçı Almaniyaya getməkdə məqsədi Qazaxıstan vətəndaşı olan arvadı Olqanın müalicəsi olmuşdur. Belə ki, həkimlər Olqada “qırmızı qurd eşənəyi” adlı xəstəlik tapmışlar, Orta Asiyaya xas olan xəstəlik növüdür (xərçəng tipli) və müalicəsi yalnız Çində və Almaniyada mümkündür. Bu məqsədlə Kamran Mingəçevir şəhərində yaşayan Akifə müraciət etmiş o da, bildirmişdir ki, Bakıda turizm şirkəti olan tanışı var və onun vasitəsi ilə viza və sair məsələləri həll etmək olar. Akif Nərminəyə zəng etmiş və sonuncu 2 ay içində məsələnin ümumilikdə 13500 manata həll ediləcəyini bildirmişdir.Kamran biraz endirim etməyi xahiş etdikdən sonra, 12500 manata razılaşmışlar. Ertəsi gün, Kamran 9200 manatı Akifə vermiş və o, həmin pulu Bakıda Nərminənin ofisində onun özünə vermişdir. Bir ay sonra əlavə olaraq, 3000 manat vermiş, manatının olmadığını bildirmiş, lakin bunu problem etməmişlər və 3000 manat pulu Akif Kamrandan alaraq Nərminəyə Bakıda vermişdir. Bundan sonra vəd edilən vaxtda viza və biletin düzəlmədiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı Cavabdeh bildirmişdir ki, ümumiyyətlə heç bu işlə məşğul olmamışdır. X8 yoldaşı Olqanın vəziyyətinin daha da pisləşdiyi üçün və təcili getmək lazım olduğu üçün pullarını geri tələb etmişdir ki, başqa vasitə ilə Almaniyaya təcili gedə bilsinlər, lakin cavabdeh aldığı pulları müxtəlif bəhanələrlə geri qaytarmaqdan imtina etmişdir. Daha sonra məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Cavabdeh əsl dələduzdur, vətəndaşları bu üsulla aldadaraq külli miqdarda pullarını mənimsəmişdir. Bu işin ən ağır məqamı isə odur ki, Olqa vaxtında müalicə ala bilmədiyi üçün xx xxxxxx 2017-ci il tarixdə rahat müalicə olunan xəstəlikdən vəfat etmişdir. İddiaçı Cavabdeh verdiyi 12200 manat pulu faizlə borca götürmüşdür (atasının adına kredit götürməklə) və ona görə də faiz kimi, təxminən 2000 manat pul ödəmişdir. Bu faizləri də ona vurulmuş maddi ziyan hesab edir. Yoldaşının vaxtsız ölümü birbaşa Cavabdeh dələduzliuğu ilə əlaqəli olduğu üçün, Cavabdeh vaxtında aldığı pulların müqabilində onları Almaniyaya müalicəyə göndərsə idi, Olqa əməliyyat olunub sağalardı və vəfat etməzdi, xüsusilə qeyd olunmalıdır ki, Olqa vəfat edərkən 5 aylıq hamilə idi və doğulmamış uşağın ölümündə də Cavabdeh təqsiri vardır. Bundan başqa qeyd olunmalıdır ki, Olqa vəfat etdikdən sonra iki azyaşlı uşağı 2-ci qrup gözdən əlilliyi olan İddiaçı himayəsində qalmışdırlar. Uşaqların “anam niyə öldü?” sualı Kamranda sarsıntıya səbəb olur. Bütün bunlardan İddiaçı mənəvi sarsıntı keçirmiş, psixoloji izdirablar yaşamışdır. Mənəvi sarsıntısı bu günədək davam edir. Ona vurulmuş mənəvi zərəri 100000 manat məbləğində dəyərləndirir. Qeyd olunmalıdır ki, 12.200 manat vurulmuş zərərdən 3000 manat pulu Cavabdeh, vasitəçiliyinə görə qazanacağı 1200 manatı isə Akif qaytarmışdır. Hazırda Nərminənin 8000 manat maddi zərəri ödənilməmiş qalmışdır. Həmin borcu 2019-cu ilin sentyabrına qədər ödəməyi öz üzərinə götürsə də, borcun qaytarılmasına dair hər hansı addıım atmamışdır, dələduzluğunu davam etdirmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixində 2000.0 (iki min) manat hissəsini ödəmişdir, geri qalan 8000.0 (səkkiz min) manat hissəsini isə 2019-cu ilin sentyabr ayı daxil olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4712/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz və əsassızdır. Ona məhkəmə iclasının vaxtı barədə bildiriş gəlməmiş, buna görə də məhkəmənin keçirilməsindən xəbərsiz olmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə teleqram göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilsə da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki apellyasiya baxışının predmetini yalnız qətnamənin iddianın təmin edilən hisəssinin qanuniliyinin və əsaslılığının yoxlanıması təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(006)-314/2018 saylı hökmündən görünür ki, Cavabdeh Akii qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Cavabdeh məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh təyin olunmuş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, Cavabdeh üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsinin qoyulması, Cavabdeh üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsinin onun yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(006)-314/2018 saylı qərarından görünür ki, zərərçəkmiş şəxslər X7, X2 və İddiaçı apellyasiya şikayətlərindən imtina barədə ərizələri qəbul olunmuşdur. Zərərçəkmiş şəxslər X7, X2 və İddiaçı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(006)-314/2018 saylı hökmündən verdikləri apellyasiya şikayətləri üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbini 8000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə borcun 2000.0 (iki min) manat hissəsini ödəmişdir, geri qalan 8000.0 (səkkiz min) manat hissəsini isə 2019-cu ilin sentyabr ayı da daxil olmaqla ödəməyi öhdəsinə götürməklə, borcun doğruluğunu etiraf etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində məhkəmə iclasları barədə məlumatı olmaması barədə göstərdiyi dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin rəsmi qeydə alındığı (o cümlədən cavabdehin apellyasiya şikayətində istintad etdiyi) ünvanına sifarişli poçtla məhkəmə bildirişləri göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4712/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4688/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4688/2020
11.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver