Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4693/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3və Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-473/2020 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı” Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasmal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 410 manat sığorta ödənişi, ödənilmiş 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 430,40 manat pulun müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 MMC-nin mülkiyyətindədir. xx.xx.2016-cı il tarixli **********1 nömrəli sığorta şəhadətnaməsinə əsasən Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə saat 23:50 radələrində “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri R.Behbudov küçəsində manevr etməklə yol nəqliyyat qaydalarını pozmuş, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və səfirliyə məxsus avtomobilə maddi zərər vurmuşdur. Hadisədən sonra müəyyən edilmişdir ki, “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən dövrdə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. “İcbari Sığortalar haqqında” Qanunun 53-cü maddəsinə əsasən Cavabdeh1 MMC lizinqə verdiyi avtomobili icbari sığorta etdirməyə borclu idi. Bu səbədən hər iki cavabdeh vurulmuş maddi zərərin ödənilməsi üçün məsuliyyət daşıyırlar. “X8” MMC-nin xx.xx.2017-ci il tarixli ********* nömrəli tarixli invoysu ilə müəyyən edilmişdir ki, “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobilinə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 410 manat maddi zərər dəymişdir. Bu səbəbdən, İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2016-cı il tarixli **********1 nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalıya 410 manat sığorta ödənişini həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ DYPŞ-nin xx.xx.2017-ci tarixli TYP 054268 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 Bakı şəhəri R.Behbudov küçəsində manevr etməklə yol nəqliyyat qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəsimi RPİ-nin DYPŞnin İddiaçı Sığorta Şirkəti ASC-yə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 1582-15074-147 nömrəli arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, İddiaçı Sığorta Şirkəti ASC cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər müvafiq sığorta ödənişi məbləğini ödəməmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-473/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh2 Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 410 manat sığorta ödənişi (subroqasiya qaydasında), ödənilmiş 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 430,40 manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi,iddia tələbi cavabdeh "Cavabdeh1" MMC-yə qarşı hisssədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı Sığorta Şirkəti ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, iddiaçı "İddiaçı Sığorta" Şirkəti ASC-nin cavabdehler "Cavabdeh1" MMC-yə və Cavabdeh2 qarşı "subroqasiya qaydasında borcun qaytarılması" tələbinə dair ümumilikdə 430,40 (dörd yüz otuz) manat məbləğində ziyan iddiasını tam təmin edərək, həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qirx qəpik) AZN dövlət rüsumunun cavabdehlərdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə istinad etməklə, apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir.Kollegiya MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nəsimi RPİ-nin DYPŞ-nin İddiaçı Sığorta Şirkəti ASC-yə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 1582-15074-147 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan və Cavabdeh2 lizinq müqaviləsi əsasında istifadəsində olan “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri R.Behbudov küçəsində Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. xx.xx.2016-cı il tarixli **********1 nömrəli sığorta şəhadətnaməsinə əsasən Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Nəsimi RPİ DYPŞ-nin xx.xx.2017-ci tarixli TYP 054268 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 Bakı şəhəri R.Behbudov küçəsində manevr etməklə yol nəqliyyat qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat inzibati cərimə edilmişdir. “X8” MMC-nin xx.xx.2017-ci il tarixli ********* nömrəli tarixli invoysu ilə müəyyən edilmişdir ki, “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobilinə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 410 manat maddi zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2016-cı il tarixli **********1 nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalıya 410 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2017-ci il tarixli AL-1136 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh1 MMCnin mülkiyyətində olan “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil eydərov Nicat Fəxrəddin oğlunun istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsi əsasında Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında xx.xx.2017-ci il tarixli AL-1136 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1136 nömrəli lizinq müqaviləsi üzrə X1 öhdəlikləri Cavabdeh2 ötürülmüş və həmin avtomobil Cavabdeh2 istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin 11.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq Obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Göründüyü kimi, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə saat 23:50 radələrində “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhəri R.Behbudov küçəsində manevr etməklə yol nəqliyyat qaydalarını pozmuş, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 410 manat maddi zərər vurmuşdur. Zərərin aradan qaldırılmaq üçün İddiaçı Sığorta Şirkəti ASC 410 manat sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə və avtomobili icbari sığorta etdirmədən idarə etdiyinə görə İddiaçı Sığorta Şirkəti ASC ödədiyi 410 manat sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh2 geri tələb etməkdə haqlıdır. Cavabdeh1 MMC mülkiyyətində olan avtomobili lizinq müqaviləsi əsasında Cavabdeh2 istifadəsinə verdiyinə və öhdəlikləri ötürdüyünə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə sahiblik edən fiziki şəxs kimi Cavabdeh2 üzərinə düşür.Bu səbəbdən, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 MMC-dən subroqasiya qaydasında sığorta ödənişinin geriyə tələb etməkdə haqlı deyildir. Çünki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə kollegiyası sübutlara və yuxarıda sadalanan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin olunaraq, Cavabdeh2 Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus olan və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Hyundai Sonata” markalı 004D013 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 410 manat sığorta ödənişi (subroqasiya qaydasında), ödənilmiş 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 430,40 manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 473/2020 nömrəli qətnaməsi İddiaçı Sığorta Şirkəti ASC-yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4693/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4693/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver