Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-470/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "KƏPƏZ” Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X3), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "EL-EX” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi və s.” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh "xxxx" BOKT MMC-nin vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh Azərbaycan Respublikası X7 Cavabdeh5 MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər "KƏPƏZ” Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X3), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "EL-EX” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-4898/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən "Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və "KƏPƏZ” BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarında olan 2020/00794 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "KƏPƏZ” BOKT MMC (borc verən) ilə yaşayış yeri Şuşa rayonu Malıbəyli kəndi olan İddiaçı (borc alan) illik 30 % ödəməsi şərti ilə 18 ay müddətinə 17500 manat məbləğində kredit verməyi, borc alan hər ay 1219.23 manat ödəməklə krediti bərabər hissələrlə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan borc verənə müqavilə məbləğinin 1 % həcmində bir dəfəlik komisyon haqqı ödəyir. Komisyon haqq kredit verilərkən ödənilir;
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.
3. 2020/00794-İP saylı xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı (ipoteka qoyan) məxsus ünvan 1 ünvanında istifadədə olan 0.01088 ha torpaq sahəsində yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi 2020/00794 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün "KƏPƏZ” BOKT MMC-nin (ipoteka saxlayan) xeyrinə ipoteka ilə yüklü etmişdir. "İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarındandır;
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin 2020/00794 KM saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinədək "KƏPƏZ” BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır;
5. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı İddiaçı nəzərinə çatdırılır;
6. xx.xx.2020-ci il tarixli qaimənin surətindən görünür ki, İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığına dair bildirişi qəbul etməkdən imtina etmişdir;
7. Bakı şəhəri 17 saylı notariat ofisi (xüsusi notarius X3) tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Öhdəliyi müəyyən edən 2020/00794 müqavilə üzrə vaxtında ödənilməmiş 10205.46 AZN əsas borc, 1012.04 AZN faiz borcu, 2395.00 AZN komissiya borcu, olmaqla cəmi 13612.50 AZN tutulmalı məbləğ ipoteka predmeti olan Ramana qəsəbəsi, Yeni yaşayış massivi ev 110 ünvanında yerləşən əmlaka yönəldilmişdir;
8. "EL-EX” MMC-nin xx.xx.2022-ci il tarixli, R01/84/22 nömrəli "Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 42000 manat təşkil edir;
9. Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 138/23 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin hərracı xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir;
10. Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin Sabunçu rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 213/23 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydində İddiaçı ünvanı olaraq göstərilən ünvan 1 ünvanına göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının "ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır;
11. Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin Sabunçu rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 363/23 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydində İddiaçı ünvanı olaraq göstərilən ünvan 2si barədə bildiriş rabitə orqanının "bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır;
12. Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 339/23 nömrəli bildirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığı üçün təkrar hərrac xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir;
13. Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin Sabunçu rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 415/23 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydində İddiaçı ünvanı olaraq göstərilən ünvan 1 ünvanına göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının "ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır;
14. X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin X11 barədə xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli protokolundan surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 26775 manata "KƏPƏZ” BOKT MMC tərəfindən əldə edilmişdir;
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli X11 barədə 103/23 nömrəli protokoluna əsasən ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi "KƏPƏZ” BOKT MMC-nin adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı cavabdeh "KƏPƏZ” BOKT MMC-yə qarşı "icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyi Sabunçu rayon İcra Şöbəsinin, Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin və "EL-EX” MMC-nin iş üzrə əlavə cavabdeh qismində işə cəlb olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması, iddia ərizəsi və eləcə də sonradan verilmiş digər ərizələr üzrə iddia tələbləri konkretləşdirilərək aşağıdakı qaydada müəyyən edilsin: cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydinin ləğv olunması, Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "KƏPƏZ” BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023cü il tarixli, 103/23 nömrəli, "X11 barədə Protokol”un (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilməsi, cavabdeh "EL-Ex” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, R01/84/22 nömrəli "Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin etibarsız hesab edilməsi, mülkiyyət hüququ ilə ona məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "KƏPƏZ” BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxrışın ləğv olunması, "KƏPƏZ” BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqlarının bərpa olunması, haqqında danışılan fərdi yaşayış evinə "KƏPƏZ” BOKT MMC-nin mülkiyyət hüquqlarının ləğv olunması və yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 manatın (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlərdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən "KƏPƏZ” BOKT MMC ilə onun arasında xx.xx.2020-ci il tarixli, 2020/00794 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, ona 17500 manat məbləğində kredit ayrılmışdır. Ayrılmış kreditin (pul vəsaitinin) qaytarılmasının təminatı üsulu kimi, "KƏPƏZ” BOKT MMC ilə onun arasında xx.xx.2020-ci il tarixli, 2020/00794-İP nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi ilə, mülkiyyət hüquqi ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən, 110 nömrəli fərdi yaşayış evi "KƏPƏZ” BOKT MMC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviəsi bağlandıqdan sonra, iddiaçı tərəfindən cavabdeh "KƏPƏZ” BOKT MMC-yə ümumilikdə 17440 manat məbləğində pul ödənilmişdir. Bu ödənişlərin həyata keçirilməsindən sonra, cavabdeh təşkilata cəmi 3000-4000 manat borc qalığı qalmışdır. Ümumi ödənilmiş 17440 manat məbləğdən sonra cavabdeh təşkilat kredit müqaviləsində nəzərdə tutlmayan əlavə ödənişlər istəməyə başlamışdır. Bir müddət sonra isə, cavabdeh "KƏPƏZ” BOKT MMC-nin səlahiyyətli nümayəndələri artıq fərdi yaşayış evinin onların mülkiyyətinə keçdiyini bildirmişlər. İlk əvvəl həqiqəti əks etdirməsə də, sonradan müəyyən olunmuşdur ki, cavabdeh təşkilat hansısa yolla onun mülkiyyətində olan fərdi yaşayış evini öz mülkiyyətinə keçirmişdir. Bir müddət sonra, o, müəyyən etmişdir ki, bu barədə ətraflı məlumatı ancaq Sabunçu rayon İcra və Probasiya Şöbəsindən ala bilər. Ancaq icra hərəkətlərinin keçirilməsi barədə ümumiyyətlə ona rəsmi qaydada da məlumat verilməmişdir. Şifahi qaydada dəfələrlə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə yaxınlaşaraq məsələnin nə yerdə olduğunu soruşmaq mümkün olmamışdır. Nəhayət məcbur olub, iddiaçı xx.xx.2023-cü il tarixdə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş və müraciətdən sonra, Şöbəyə çağrılan iddiaçıya Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Süleyman Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydi təqdim olunmuşdur. Həmin sənədlə tanış olanda icra qeydinin tam qanunsuz və əsassız olduğunun şahidi olmuşdur. Belə ki, icra qeydində göstərilən və kredit müqaviləsi üzrə olan borc məbləğləri barədə verilməmiş, həm də qeyd etdiyi kimi, müqavilə imzalandıqdan sonra, müqavilənin tərəfi kimi o, ümumilikdə 17440 manat məbləğində pul ödəməsinə baxmayaraq, onun kredit müqaviləsi üzrə əsas borcunun 10205,46 manat olduğu göstərilir. Digər tərəfdən, icra qeydində 2395 manat hansısa komissiya xərcindən danışılır. Nə kredit müqaviləsində, nə də ki, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən, ipoteka ilə təmin edilən tələbin həcmində belə bir öhdəlik olmamışdır. Bu nə xərcidir ki, bundan onun həm xəbəri olmamış, həm də ümumiyyətlə kredit və ya sonrakı ipoteka müqaviləsində belə bir öhdəliyin olması barədə tərəflərin razılaşmaları olmamışdır. Bu isə onu bildirir ki, verilmiş icra qeydi həm qanunvericliyin, həm də tərəflər arasında bağlanmış kredit və sonrakı ipoteka müqavilələrinin müddəalarına zidd olmaqla, orada olmayan işə bağlılığı olmayan və borclunun öhdəliyi sırasına aid olmayan başqa hallarla bağlı verilmişdir. Beləliklə, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş "ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi qanunverciliyin tələblərinə zidd olduğundan ləğv olunmalı və tərəflər arasinda bağlanmışkredit və ipoteka müqavilələrində göstərlilən hüquqi tərəflər əsasında mübahisə həll olunmalıdır. İcra qeydinin aparılmasının əsas şərtindən biri, borcun mübahisəsiz olması irəli çəkilir. Ancaq hazırki mübahisələndirilən icra qeydində göstərilən pul vəsaitləri mübahisəlidir. Birincisi, kredit müqaviləsi üzrə olan onun "KƏPƏZ” BOKT MMC-yə borcu icra qeydində olan qədər deyil. İkinci bir tərəfdən, tutulmalı pul vəsaiti üzrə hansısa komissiya xərcindən danışılır ki, bu məbləğ isə ümumiyyətlə tərəflər arasında bağlanmış kredit müqaviləsində, nədə ki sonrakı ipoteka müqaviləsində nəzərdə tutulmamışdır. Deməli, icra qeydi verilərkən məbləğlərin mübahisəli olmasına notarius fikir verməmiş və mübahisələndirilən icra qeydini vermişdir. Nəticədə, həmin icra qeydi üzrə tutlmalı pul vəsaitləri tam formada mübahisəlidir. Qeyd olunan normanın mahiyyəti ondan ibarətdir ki, ipoteka predmetləri üzrə icra qeydinin verilməsi xüsustatları hazırki normanın tələblərinə riayət olunmaqla həyata keçirilməlidir. Bu həm "Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı abzasının, həm də "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1 -ci bəndinin tələbinə əsasən müəyyənləşir. Yəni, göstərilən qanunvericilik normalarına istinadən, ipoteka predmetinə tutmanın yönədliməsi "İpoteka haqqında” Qanunun bu normasının müddəaları əsasında yerinə yetirilir. Qeyd olunan norma da icra qeydi əsasında ipoteka ptredmetinə tutmanın yönəldilməsinin maddi-prosessual tərəflərini müəyyənləşdirməklə, hüquqi mexanizmi özündə birləşdirir. Burada əsas mahiyyət, birinci növbədə dispozitiv-imperativ norma olmaqla, ilk əvvəl ipoteka predmetinə tutmanın yönəldilməsinin əsasını tərəflər arasında bağlanmış müqavilə üzərindən qurmuşdur. İpoteka müqaviləsində tərəflər ipoteka predmetinin açıq bazarda satılmasının tərəflər arasında razılaşdırılıb-razılaşdırılmaması mühüm rol oynayır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 9.2-ci bəndinə əsasən, tərəflər ipoteka predmetinin açıq bazarda satılması barədə razılaşmışlar. Bu isə onu bildirir ki, mübahisə predmeti üzrə ipoteka predmetinin açıq bazarda satılması proseduruna tam riayət olunmalı, 2 ay ərzində tələbin könüllü icra olunması və s., bu barədə "İpoteka haqqında” Qanunun 38.2-ci maddəsində olan tələblərə tam riayət olunmalıdır. Ancaq hazırki işdən də görünür ki, bunların heç biri edilməmiş, məhəl qoyulmadan onun mülkiyyət hüquqları tam şəkildə pozulmuşdur. Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında Qərarı olsa da, qiymətləndirmənin aparılmasının kimə həvalə edilməsi konkret bildirilmir. Yaşayış evinin dəyərinin **********00 manat olduğu təqdirdə, sonradan keçirilmiş hərraclarda müəyyən olunmuşdur ki, yaşayış evinin dəyəri həddindən aşağı qiymətlə dəyərləndirilmiş və daha sonra Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən hərraclar keçirilmiş və həmin hərraclardan da onun xəbəri olmamışdır. Ona rəsmi qaydada məlumat belə verilməmişdir. Hətta Sabunçu rayon İcra Şöbəsinin verdiyi sənədlərin içərisində xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC-nin Sabunçu rayon İcra Şöbəsinə üvanladlığı məktubda onun ünvanının başqa yer olduğu və hərracın keçirilməsi ilə əlaqədar göndərilmiş məktubun geri qaytarılması barədə deyilir. Bu isə onu bildirir ki, keçirilmiş bütün hərraclar barədə o, xəbərdar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli "X11 barədə Protokol” tərtib olunmuşdur. X14 Mərkəzi, "KƏPƏZ” BOKT MMC və Sabunçu rayon İcra Şöbəsi tərəfindən təsdiq edilmişdir. Qeyd edilən protokol qanunverciliyin tələb və göstərişlərinə əsasən hərracın keçirilməsi qaydalarının pozulması ilə keçirilməklə yanaşı, onun tərtib olunması baxımından da qanunsuz olduğundan etibarsız hesab olunmalıdır. Ona məxsus olan ev ümumiyyətlə ekspert hüquqi statusu olmayan "EL-EX” MMC adlı bir hüquqi şəxs tərəfindən qiymətləndirilmişdir. Özü də yekunda mütəxəssis rəyi deyil, ekspert rəyi tərtib etmişdir. Bu isə hər bir halda ekspertiza fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qanunverciliyin tələblərinə ziddir. Çünki hər hansı bir məhdud məsuliyyətli cəmiyyətin belə bir səlahiyyəti yoxdur, əksinə ekspertiza fəaliyyəti bu sahədə fəaliyyət göstərən şəxslərin hüquqi statusunu konkret normativ aktlarla tənzimləyir. Hər hansı bir hüquqi şəxsin bu qaydada rəy verməsi həm qanunverciliyin pozuntusu, həm də onun tərtib etdiyi sənədlərin qeyri-hüquqiliyi ilə yanaşı nəticələrinin əsassız olmasını özündə əks etdirir. Elə buna görədir ki, ona məxsus olmuş dəyəri 100000 manatdan yuxarı olan fərdi yaşayış evi qəsdən 42000 manat məbləğində qiymətləndirilərək mülkiyətinin əlindən alınması ilə nəticələnməyə yönəldilən bir "rəy” tərtib edilmişdir. Burada hələ, həmin rəyi tərtib etmiş şəxsin yalan və ya saxta rəy tərtib etməsinə dair məsuliyyətinin olmaması onun ekspert olmadığna görədir. Belə olanda hansı hüquqi əsaslar üzərindən tərtib olunmuş sənəd ekspert rəyi adlandırılır? Göründüyü kimi tam qanunsuz və hüquqi normaların pozuntuları ilə müşaiyət olunan bir prosedur həyata keçirilmişdir. Digər tərəfdən, həmin rəyə əlavə edilmiş sənədlərdən bilinmir ki, ümumiyyətlə qiymətləndirici həmin evdə olub, ya yox? Çünki qoyulmuş şəkillər mübahisəli evlə bağlı faktiki tərəfləri müəyyən etmir. İkincisi, həqiqətən belə bir qiymətləndirmə olmuş olsa idi, onda bundan onun da xəbəri olardı. Qeyd edilən şəkillər vaxtı ilə fərdi yaşayış evi "KƏPƏZ” BOKT MMC qarşısında yüklü edilərkən bankın əməkdaşlarının özlərinin çəkdiyi foto şəkillərdir. Həmin şəkillər də elə "EL-EX” MMC-yə təqdim olunmuş və onlardan da istifadə edərək haqqında danışılan rəyi yazmışlar. Odur ki, "EL-EX” MMC-nin adından çıxış etmiş, onun icraçı direktoru E.S.Əsədov tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixli, R01/84/22 nömrəli "Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi” etibarsız hesab olunmalıdır.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4898/2023 nömrəli xx.xx.2023-cü il tarixli ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixdə verilmiş İcra Qeydinin ləğv olunması, cavabdeh "EL-EX” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, R01/84/22 nömrəli "Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "KƏPƏZ” BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023cü il tarixli, 103/23 nömrəli, "X11 barədə Protokol”un (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilmısi, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "KƏPƏZ” BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması, "KƏPƏZ’ BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə "KƏPƏZ” BOKT MMC-nin mülkiyyət hüquqlarının ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 manatın (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlər "KƏPƏZ” BOKT MMC, Bakı şəhəri 17 saylı notariat ofisi (xüsusi notarius X1 ödənilməsi qət edilmişdir. (hakim Adilə Paşayeva)
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh "KƏPƏZ” BOKT MMC xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 30 % ödəməsi şərti ilə 18 ay müddətinə 17500 manat məbləğində kredit vermiş, iddiaçı da kredit verilərkən müqavilə məbləğinin 1 % həcmində bir dəfəlik komisyon haqqı ödəmiş və krediti bərabər hissələrlə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında istifadədə olan 0.01088 ha torpaq sahəsində yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün "KƏPƏZ” BOKt MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Yüklülük daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh "KƏPƏZ” BOKT MMC ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə iddiaçıya xx.xx.2020-ci il tarixli bildiriş göndərməsi, iddiaçının isə bildirişi qəbul etməkdən imtina etməsi əsası ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparması üçün Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X3) müraciət etmiş və sonuncu 13612.50 AZN tutulmalı məbləğin ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydi aparmışdır. "EL-EX” MMC xx.xx.2022-ci il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin bazar dəyərini 42000 manat müəyyən etmişdir. Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin açıq hərracının xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişi, iddiaçıya göndərməmiş, hərrac baş tutmasa da, hərracın təşkilatçısı hərracın baş tutmaması barədə elan dərc etdirmədən, ipoteka predmetini xx.xx.2023-cü il tarixdə təkrar hərraca çıxarmış, lakin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişi iddiaçıya göndərməmiş, təkrar hərrac da baş tutmamış, bununla belə hərracın təşkilatçısı, hərracın baş tutmaması barədə elan dərc etdirmədən X11 barədə xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli protokolu tərtib etmiş və fərdi yaşayış evi 26775 manata "KƏPƏZ” BOKT MMC tərəfindən əldə edilmiş, xx.xx.2023cü il tarixdə sonuncunun adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş, hazırda mülkiyyətindədir. İş üzrə sübutlarla xx.xx.2022-ci il tarixli rəyi vermiş "EL- EX” MMC-nin fəaliyyətinin əsas vəzifəsinin qiymətləndirmə ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olması halı təsdiq edilməmişdir. Məhkəmə onu qeyd etməyi zəruri saymışdır ki, qanunun tələbinə görə hərracın təşkilatçısı hər hərrac üzrə onun keçirilməsinə dair iki dəfə elan dərc etməli, eləcə də ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı isə hər hərrac üzrə yalnız bir elan vermiş, iddiaçıya bildiriş göndərməmişdir. Eyni zamanda elanın verilməsi və bildirişin göndərilməsi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış edilməli olsa da, l0.02.2023-cü il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsinə 24 gün qalmış, xx.xx.2023cü il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər isə xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsinə 14 gün qalmış edilmişdir. İddiaçıya hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsi nəticəsində, onun hərracın nəticələri üzrə mübahisəli protokol imzalananadək, yəni onun "KƏPƏZ” BOKT MMC tərəfindən əldə olunmasına qədər "KƏPƏZ” BOKT MMC-nin əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququ pozulmuşdur. Bundan başqa, "KƏPƏZ” BOKT MMC-nin tələbi üzrə tutulmalı məbləğ 13612.50 AZN olsa da, fərdi yaşayış evi "KƏPƏZ” BOKT MMC tərəfindən 26775 manata əldə edilmiş, lakin artıq qalan vəsait iddiaçıya qaytarılmamışdır. İş üzrə sübutlarla cavabdeh "KƏPƏZ” BOKT MMC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə iddiaçıya xx.xx.2020-ci il tarixli bildiriş göndərməsi, lakin iddiaçının bildirişi qəbul etməkdən imtina etməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edilən hal üzrə belə hesab edir ki, həmin halın mövcudluğu icra qeydinin aparılması üçün əsas ola bilməzdi. Belə ki, həmin halın mövcudluğu cavabdeh "KƏPƏZ” BOKT MMC-ni ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipotekanın dövlət qeydiyyatı orqanında qeydə aldırmaq öhdəliyindən azad etmir və tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən və ya indiki halda qəbulundan imtina edilməsindən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədiyindən tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsi yolverilməz olmuşdur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 337ci, 416.1-ci, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 36-cı, 42-ci, 43-cü, 44-cü maddələrinə, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci, 169-cu bəndinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. "Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Çünki qeyd olunan maddədə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Lakin qanunvericilikdə bununla bağlı “İpoteka haqqında” Qanunda ayrı qayda nəzərdə tutulmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Göründüyü kimi işə Mülki Məcəllənin 415.2-ci maddəsi deyil, İpoteka haqqında Qanunun 42.1-ci maddəsi tətbiq edilməli idi.
23. Cavabdeh "KƏPƏZ” BOKT MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4898/2023 nömrəli xx.xx.2023-cü tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi nəticəsində "xxxx" MMC-nin hüquqları pozulmuşdur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə istəyirik ki, tərəflər arasında Kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Nəticə olaraq, Bakı şəhəri 17 saylı notariat ofisində İcra qeydi xx.xx.2022-ci il tarixində aparılmışdır. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi, müəyyən edilmiş müddət ərzində qeydiyyat orqanına müraciət edilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, icra qeydinin aparılması üçün həmin sənədlər Bakı şəhəri 17 saylı notariat ofisinə təqdim edilmişdir. Hesab edirik ki, işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün mülki iş üzrə müvafiq sənədlər notariat ofisi tərəfindən məhkəməyə təqdim edilməlidir. “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. "KƏPƏZ BOKT” MMC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipotekanın dövlət qeydiyyatı orqanında qeydə aldırmaq məqsədi ilə xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Qanunvericiliklə hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoyulmuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Hesab edirik ki, hərracın keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflər məlumatlandırılmışdır. Bundan başqa hərracın keçirilmə vaxtı və yeri barədə qəzetdə elanlar verilmişdir. Hesab edirlər ki, işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün mülki iş üzrə müvafiq sənədlər hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iddiaçı cavabdeh "xxxx" BOKT MMC-nin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətlərin təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X7 Cavabdeh5 MMC-nin nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətlərin təmin edilməsini xahiş etmişdir.
28. İş üzrə iddiaçı, digər cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisi (xüsusi notarius X3), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra Şöbəsi və "EL-EX” Məhdud Məsuliyyətli Cəmiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı, digər cavabdehlər və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə iddiaçının, digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1 -ci maddəsinə əsasən əsasən öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur;
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin yuxarıda göstərilən plenum qərarlarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçının apellyasiya şikayətlərinin və iddia tələbinin əsasını mübahisəli fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydinin ləğv olunması, Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "KƏPƏZ” BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli, "X11 barədə Protokol”un etibarsız hesab edilməsi, cavabdeh "EL-Ex” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, R01/84/22 nömrəli "Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin etibarsız hesab edilməsi, mülkiyyət hüququ ilə ona məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "KƏPƏZ” BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxrışın ləğv olunması, "KƏPƏZ” BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqlarının bərpa olunması, haqqında danışılan fərdi yaşayış evinə "KƏPƏZ” BOKT MMC-nin mülkiyyət hüquqlarının ləğv olunması və yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşınalığa son qoyulması təşkil edir.
39. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh "KƏPƏZ” BOKT MMC xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 30 % ödəməsi şərti ilə 18 ay müddətinə 17500 manat məbləğində kredit vermiş, iddiaçı da kredit verilərkən müqavilə məbləğinin 1 % həcmində bir dəfəlik komisyon haqqı ödəmiş və krediti bərabər hissələrlə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında istifadədə olan 0.01088 ha torpaq sahəsində yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün "KƏPƏZ” BOKt MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Yüklülük daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh "KƏPƏZ” BOKT MMC ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə iddiaçıya xx.xx.2020-ci il tarixli bildiriş göndərməsi, iddiaçının isə bildirişi qəbul etməkdən imtina etməsi əsası ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparması üçün Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X3) müraciət etmiş və sonuncu 13612.50 AZN tutulmalı məbləğin ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydi aparmışdır. "EL-EX” MMC xx.xx.2022-ci il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin bazar dəyərini 42000 manat müəyyən etmişdir. Azərbaycan Respublikası X5 "Əmlak Hərrac Mərkəzi” MMC ünvan 1 ünvanında yerləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin açıq hərracının xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişi, iddiaçıya göndərməmiş, hərrac baş tutmasa da, hərracın təşkilatçısı hərracın baş tutmaması barədə elan dərc etdirmədən, ipoteka predmetini xx.xx.2023-cü il tarixdə təkrar hərraca çıxarmış, lakin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişi iddiaçıya göndərməmiş, təkrar hərrac da baş tutmamış, bununla belə hərracın təşkilatçısı, hərracın baş tutmaması barədə elan dərc etdirmədən X11 barədə xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli protokolu tərtib etmiş və fərdi yaşayış evi 26775 manata "KƏPƏZ” BOKT MMC tərəfindən əldə edilmiş, xx.xx.2023-cü il tarixdə sonuncunun adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş, hazırda mülkiyyətindədir.
40. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bildirmək istəyirik ki, tərəflər arasında Kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Nəticə olaraq, Bakı şəhəri 17 saylı notariat ofisində İcra qeydi xx.xx.2022-ci il tarixində aparılmışdır. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur.
41. Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-5744 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinə tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2022-ci il tarixində aparılmışdır. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. Bildirmək istəyirik ki, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən, icra sənədi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 42 000 manat olmaqla satılması üçün açıq hərraca çıxarılmışdır.
42. Hərracın keçirilməsi ilə bağlı sifariş qanunvericiliyə əsasən icra məmuru tərəfindən verilir, hərrac təşkilatı isə qanunla üzərinə düşən öhdəlikləri etməklə, hərracı təşkil edir. İş materiallarına əsasən məhkmə kollegiyası hesab edir ki, hərracın keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Belə ki, Cavabdeh4 MMC-nin xx.xx.2022-ci il tarixli R02/91/22 saylı Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinin qiyməti 42000 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq da İddiaçı bildiriş göndərilmişdir. Həmin bildiriş poçt xidmətinə xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
43. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi, müəyyən edilmiş müddət ərzində qeydiyyat orqanına müraciət edilməsi "xxxx"MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
44. "KƏPƏZ BOKT” MMC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipotekanın dövlət qeydiyyatı orqanında qeydə aldırmaq məqsədi ilə xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 yerləşən 110 nömrəli fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır.
45. Hər bir halda, məhkəmə kollegiyası hərracın keçirilməsi yeri və vaxtı, habelə özündə digər məlumatları əks etdirən bildirişlərin iddiaçıya göndərilməməsi ilə bağlı vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın (iddiaçının) faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi qəzetlərin ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə, habelə media və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
46. Eyni zamanda, qeyd olunmalıdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd mülkiyyətçinin hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə müəyyən edilmiş bu qayda üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif növlərinin (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır.
47. İş materiallarında olan sənədlərə əsasən də hərrac təşkilatı bu məsələ ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələrini yerinə yetirmişdir. Həmin ünvanda şəxsin yaşaması və ünvanın düzgün olmaması səbəbindən bildirişi bilavasitə iddiaçıya çatdırılmaması bildirişin göndərilməməsi kimi qiymətləndirilə bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmamışdır.
49. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4898/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər "Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və "KƏPƏZ” BOKT MMC-nin apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4898/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi rədd edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.