Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4707/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2 Cavabdeh2 MMC-yə (üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsi, Binəqədi rayon İcra Şöbəsi, X8) qarşı iş üzrə (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1853/23 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC və üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmü əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə, Binəqədi Rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə sifariş məktubu göndərmişdir. Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı tərəflərə və icra şöbəsinə xx.xx.2022-ci il tarixli bildiriş göndərmiş, həmçinin xx.xx.2022-ci il tarixli elan vermiş, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İkinci xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi barədə tərəflərə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş. xx.xx.2022-ci il tarixdə elan verilmişdir. Üçüncü xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş və həmin tarixdə elan verilmişdir. 4-cü xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə elan verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2 Cavabdeh2 MMC-yə qarşı (üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsi, Binəqədi rayon İcra Şöbəsi və X8) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Əmlak Hərrac Mərkəzi ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-997/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar X9 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 6A, D girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156.02 kv.m olan tikili daşınmaz əmlak, Binəqədi Rayon İcra şöbəsinin sifarişi əsasında, Cavabdeh2 MMC (bundan sonra “Cavabdeh”) tərəfindən açıq hərrac vasitəsilə satışa çıxarılmış və xx.xx.2022-ci il tarixində hərrac prosesi keçirilmişdir. Keçirilmiş hərrac nəticəsində X8 hərracın qalibi olmuş və onunla hərrac təşkilatı arasında 282/22 nömrəli hərrac protokolu rəsmiləşdirilmişdir. Hərrac protokolu səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Cavabdeh2 MMCnin qanuni təmsilçisinin X10 olmasına baxmayaraq, hərrac protokolu X7 tərəfindən imzalanmışdır. Hərrac protokolunda X2 vəzifəsi “Direktor əvəzi” kimi qeyd olunsa da, onun hüquqi şəxs adından çıxış etmə və hərrac protokolunu imzalamaq hüququnun olmasına dair heç bir qeyd yoxdur. Hərrac protokolunun Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmaması onun etibarsız hesab edilməsi üçün əsasdır. Qanunla, hərrac protokolu hərrac təşkilatı və hərracı udmuş şəxs tərəfindən imzalanmalıdır. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X10 olduğuna görə, müvafiq protokol da həmin şəxs tərəfindən imzalanmalı idi.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1853/23 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla təşkil edilmiş, əmlakın satışı barədə 4 dəfə hərrac təşkil edilmiş və hər dəfə əmlakın dəyəri ilkin satış qiymətindən 10% aşağı təklif edilmiş, nəticədə əmlakın dəyəri 30% aşağı məbləğə satılmışdır. cavabdeh – təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. İcra haqqında qanuna müvafiq olaraq Əmlak Hərrac Mərkəzi MMC tərəfindən müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac təşkil edilsə də, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə "Birjanyus” internet informasiya ehtiyatında (portalında) elan dərc edilmişdir. Göründüyü kimi hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 19-22 gün qalmış verilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 MMC və üçüncü şəxs Ehtibar Zəkiyev ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi qətnamə çıxararkən Mülki Məcəllənin icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi ilə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri tənzimləndiyini və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməsi yolverilməz olmasını hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydalarıni bütövlikdə əhatə etmir, buna görə də mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları (qanunun analogiyası) tətbiq edilə bilər. Hərracın proseduru zamanı Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası qanununun 45.6, 45.7-ci maddələrinin tələbləri pozulmamışdır. Cinayət işi üzrə bir cox zərərçəkmiş şəxslər olduğundan həmin 1 ədəd tikili tələbkarlara təklif oluna bilməzdi və bunun edilməsi mümkün deyil. Məhkəmə öz qərarında Əmlak Hərrac Mərkəzi MMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət çərçivəsində bir neçə dəfə hərracın keçirilməsini qanunayğun hesab etmişdir, lakin hər hərracdan sonra əmlakın dəyərinin 10 faiz aşağı salınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmənin gəldiyi qənaət belədir ki, qanunvericilikdə əmlakın dəyərinin 10 faiz aşağı salınması nəzərdə tutulmamışdırsa “Əmlak Hərrac Mərkəzi “ MMC tərəfindən əmlakın dəyəri aşağı salına bilməzdi. Məhkəmənin gəldiyi bu nəticə tamamı ilə yalnışdır. Məhkəmə bu qənaətə gələrək Azərbaycan Respublikası Mülki Məcəllənin 12-ci maddəsini pozmuşdur. Belə ki Mülki hüquq münasibətlərinin subyektlərihəm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. Əmlakın dəyərinin 10 faiz aşağı salınması qanunvericilikdə nəzərdə tutulmasa da Cavabdeh2 MMC qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərdi. Digər tərəfdən Cavabdeh2 MMC ilə Cavabdeh1 rəisi İlham Həsənov arasında xx.xx.2021-ci il tarixli "xxxx" müqavilə mövcuddur. MMC həmin müqaviləyə əsasən Binəqədi rayon icra şöbəsinin sifarişini yerinə yetirir, nə qədər ki MMC sifariş yerinə yetirir, o müqavilədə göstərilənlərdən kənara çıxa bilməz. MMC həmin müqavilənin şərtlərinə tam əməl etmiş və hərracı həmin müqavilənin şərtlərinə uyğun aparmışdır. Həmin müqavilədə qanuna uyğunsuzluq var idisə bunun öhdəliyini sifarişçi olaraq Binəqədirayon icra şöbəsi daşımalı idi, buna görə də məhkəmə icra şöbəsinin hərəkətlərini qanunsuz etməli idi. Buna görə də Cavabdeh2 MMC hərəkətlərində heç bir qanunsuzluq yoxdur. Bundan əlavə iddiaçılar Binəqədirayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən məhkəməyə heç bir şikayət verməmişlər. Göründüyü kimi iddiaçıların Bakı Ağır cinayətlər məhkəməsinin qüvvəsini almış 1(101)- 997/2021-ci il nömrəli xx.xx.2021-ci il tarixli hökmünün icrasına mane olmaqdır. Cavabdeh2 MMC-nin direktoru X1 Nigar Qabil qızına əqd bağlamaq və onu imza etmək üçün səlahiyyət vermiş, əqdi bəyənmiş və bu əqdi bu günki gündə bəyənir. Belə olan halda iddiaçıların 282/22 nömrəli hərrac protokolunun etibarsız hesab olunması üçün protokolun səlahiyyətli şəxs tərəfindən imza olunmamasını əsas gətirmələri üçün subyektiv hüquqları olmamışdır.
9. Üçüncü şəxs Etibar Zəkiyevin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərracın yekunları barədə protokol əsasında mənzilin satışından əldə olunmuş vəsait hesabına Binəqədi rayon İcra Şöbəsi tərəfindən cinayət işi üzrə mülki iddiaçılara proporsional qaydada ödənişlər edilmişdir. Həmin şəxslər sırasında iş üzrə iddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2dur. Həmin şəxslərə vəsaitlər onların bank hesablarına köçürülmüş və onlar həmin vəsaitləri qəbul etmişlər. Bundan başqa həmin şəxslər sonuncu hərracda iştirak edərək öz iradələrini ifadə etmişlər. Lakin onlar tərəfindən hərrac prosesinin pozulması halı ilə bağlı həmin vaxt heç bir irad və şikayət bildirilməmişdir. Həmin şəxslər hərracın yekunlarını qəbul etmişlər. Həmin şəxslərin sonrakı hərəkətləri də buna dəlalət edir. Odur ki, həmin şəxslər hərrac protokolunu mübahisələndirmək üçün öz subyektiv hüquqlarını itirmişlər. Belə ki, hərracın yekunlarına dair protokol müqavilə qüvvəsinə malik bir sənəddir. Məhkəmə hərrac prokolunu etibarsız hesab etsə də, etibarsızlığın nəticlərinin hansı formada aradan qaldırılması barədə məsələni açıq saxlamaqla hərracın qalibi kimi onun hüquqlarının pozulması hissəsinə heç bir qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hərracın qalibi kimi əldə etdiyi mənzilin dəyəri tam olaraq icra şöbəsinin depozitinə ödənilmiş, həmçinin müvafiq qaydada dövlət büdcəsinə ödənilməli olan vergilər tutulmuş və nəhayət mənzilin satılmasından əldə olunan vəsaitlər cinayət işi üzrə mülki iddiaçılara ödənilmişdir. Məhkəmə çəkişmə prinsipini pozmuşdur. Belə ki, sonuncu iclasdan başqa digər məhkəmə iclasları barədə ona heç bir məlumat verilməmişdir. Bunun nəticəsində də məhkəməyə tərəfindən hər hansı sübutun təqdim edilməsi mümkün olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
13. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
14. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
"İcra haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
16. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
17. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
18. Maddə 62. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməsi yolverilməzdir.
23. Mülki Məcəllədə təşkilatçı tərəfindən hərracın keçirilməsinə ən geci otuz gün qalmış məlumat verilməli olduğu nəzərdə tutulsa da, iş materialları ilə müəyyən olunur ki, cavabdeh – təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. İcra haqqında qanuna müvafiq olaraq Əmlak Hərrac Mərkəzi MMC tərəfindən müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac təşkil edilsə də, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə "Birjanyus” internet informasiya ehtiyatında (portalında) elan dərc edilmişdir. Göründüyü kimi, hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 19-22 gün qalmış verilmişdir..
24. Sözügedən qərardadda həmçinin göstərilmişdir ki, İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Lakin həmin qərardadda əmlakın satış qiymətinin aşağı salınması ilə bağlı qaydalar müəyyən edilməmişdir.
25. Beləliklə, cavabdeh tərəfindən qanunvericilikdə müəyyən edilmiş 3 aylıq müddət çərçivəsində bir neçə dəfə hərracın keçirilməsi qanunauyğun olsa da, hər hərracdan sonra əmlakın dəyərinin 10% aşağı salınması qanunvericilin tələblərinə uyğun olmamışdır. Belə ki, qanunvericilikdə, eləcə də Ali Məhkəmənin sözügedən qəradadında ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracda satılması zamanı əmlakın dəyərinin aşağı salınması nəzərdə tutulmamışdır.
26. Məhkəmə kollegiyasının qənaətinə görə hərracın nəticələrinin etibrasız hesab edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar mövcuddur, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 MMC və üçüncü şəxs X6 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1853/23 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.