Məhkəmə qərarları › İş №2(103)-4709/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4709/2022

24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4709/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-189/2022 nömrəli qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq mövcud olmayan 14 kv.m görə 30000 manat vəsaitin və ona dəymiş 15000 manat (ipoteka krediti üzrə 5 il müddətində ödədiyi illik faiz) zərərin, ümumilikdə 45 000 (qırx beş min) manatın Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə kommunal xidmətlər üzrə yaranmış 653,75 manat əsas borc, 300 manat məbləğində vəkilə ödənilən xərc, 30 manat dövlət rüsumunun, ümumilikdə 983,75 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixə, saat 16:00-a təyin olunmuş məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək bldirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli MN517/16 saylı mənzilin alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən tərəflər arasında yaranan bütün mübahisələr, anlaşılmazlıqlar, mümkün qədər danışıqlar yolu ilə həll olunmalıdır. İş materiallarının içərisində tərəflər arasında danışıqların aparılması, pretenziya. qaydasına əməl edilməsini təsdiq edən sənəd yoxdur. Buna görə də iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bundan əlavə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-189/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması və əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət elektron qaydada verilmədiyindən və şikayətin verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Şikayətin geri qaytarılması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardad ilk iddia üzrə İddiaçı rəsmi ünvanına poçt vasitəsilə göndərilmiş, lakin çatdırılmadan geri qaytarılmışdır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, İddiaçı şikayətin geri qaytarılması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə almışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə şikayət verərək İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-189/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(004)-4709/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə ləğv edilməli və ilk iddianın baxılmamış saxlanması məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli MN-517/16 saylı mənzilin alqı-satqı müqaviləsinin 7.2-ci bəndində nəzərdə tutulduğu kimi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya Cavabdehnə müraciət etməmiş, bununla bağlı hər hansı sübut iş materiallarına əlavə edilmədiyindən, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli MN-517/16 saylı mənzilin alqı-satqı müqaviləsinin 7.2-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflər arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar mümkün qədər danışıqlar yolu ilə həll olunmalıdır. Göründüyü kimi, müqavilənin qeyd edilən bəndinin məzmunu kifayət qədər aydın və konkret deyildir və birinci instansiya məhkəməsi isə bunu nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsi ilk iddia üzrə İddiaçı şikayətinə baxıb təmin etməmək qərarına gələrkən şikayətçiyə Cavabdeh tərəfindən 23 fevral 2021-ci il tarixli elektron cavabı olmasına dair dəlillərinə də qiymət verilməmişdir. Qeyd olunan halları nəzərə alaraq, Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-189/2022 saylı qərardadı mübahisələndirilən hissədə ləğv olunmalı və hazırkı qərardadda əks olunmuş göstərişlər nəzərə alınmaqla ilk iddianın baxılmamış saxlanması məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-189/2022 saylı qərardadı mübahisələndirilən-ilk iddianın baxılmamış saxlanması hissəsində ləğv edilsin. İlk iddianın baxılmamış saxlanması məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar