Məhkəmə qərarları › İş №2(103)-4713/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4713/2023

10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4713/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinə qarşı “reklam daşıyıcılarının sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qətnaməsindən X1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinə qarşı (“Şəfa” Balıq Evi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “reklam daşıyıcılarının sökülməsi” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvandakı əmlak kompleksi ilə ünvan 2 ünvanda yerləşən hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq evinin reklam daşıyıcılarının sökülməsinin Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinə tapşırılması, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rusumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin maraqlarına toxunduğunu irəli sürən Qanuni nümayəndə (nümayəndəsi) tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş, Qanuni nümayəndə apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə isə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi Qanuni nümayəndə mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Lakin birinci instansiya məhkəməsi qətnamənin adı çəkilən şəxsin hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda və bununla bağlı qəbul etməli olduğu qərardaddan şikayət verilməsi imkanının olduğunu nəzərə almadan, onun apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmişdir. Nəzərə alınmalıdır ki, “Şəfa” Balıq evi ("xxxx" MMC) işə üçüncü şəxs qismində cəlb edilsə də, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağladığına dair sənədi apellyasiya şikayətinə əlavə edən Qanuni nümayəndə şikayət vermək hüququna malik olub-olmadığı MPM-nin 364.2-ci maddəsinə uyğun qaydada yoxlanılmalı və bu yoxlama müvafiq qərardadla rəsmiləşdirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Qanuni nümayəndə apellyasiya şikayətini "xxxx" MMC-nin adından deyil, şəxsən öz adından vermiş, şikayəti onun etibarnamə üzrə nümayəndəsi imzalamışdır. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-692/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsindən Qanuni nümayəndə (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin şəxsin apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinə baxılması və bununla bağlı müvafiq qərardad qəbul olunması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar