Məhkəmə qərarları › İş №2(103)-4717/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4717/2022

23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4717/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)- 3266/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3266/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan tələbinə dair” iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3266/2022 saylı qərardadının ləğv edilərək iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75 C-dir. Bu faktı təsdiq edən, "xxxx" ASC-nin rəsmi internet səhifəsindən çıxarışı hazırki şikayət ərizəsinə əlavə edir. Həmçinin, bu halı dəqiqləşdirmək üçün şəxsən "xxxx" ASC-nin rəsmi internet səhifəsində olan telefon nömrəsi ilə (**********) əlaqə saxlayarkən, sonuncunun səlahiyyətli nümayəndəsi "xxxx" ASC-nin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75 C olduğunu və hazırda Bakı şəhərində bundan başqa ümumiyyətlə heç bir ünvanın olmadığını bildirmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3266/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Elektron portaldan çıxarış məlumatlarından müəyyən edilir ki, cavabdeh "xxxx" ASCnin hüquqi ünvanı ünvan 6rir ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Səbail rayonu olduğundan bu iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz, bu səbəbdən də birinci instansiya məhkəməsi iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən iddiaçı şikayətinin əsaslı olmasına dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 157, 158, 160-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)- 3266/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar