Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-472/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və cavabdeh “xxxx” MMMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMMC-yə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-1342/2020 saylı işi üzrə xx xxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh - "xxxx” MMMC-nin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1342/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddia ərizəsi təmin olunaraq, cavabdeh İddiaçı iyul 2018-ci il-sentyabr 2019-cu illər jzrə Bakı şəhəri, Yasamal rayonu. Zahid Xəlilov küçəsi, 26 saylı binada yerləşən 65 saylı mənzilə görə 678,72 (altı yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat və 116 saylı mənzilə görə 790,72 (yeddi yüz doxsan manat yetmiş iki qəpik) manat borc, avtomobillərin zirzəmidə saxlanılmasına görə 280 (iki yüx səksən) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 10 (on) manat vəkil sorğusuna görə xərc tutularaq iddiaçı "xxxx ” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsinin qət edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5717/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi (səh.25), “Yüksəl” firması ilə “xxxx” MMMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə (səh.32), "xxxx ” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli texniki xidmət müqaviləsi (səh.43), “xxxx” MMMC-nin nizamnaməsi (səh.48) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1342/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.6, 45.5, 45.6-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı "xxxx” MMMC-nin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan qərarın hüquqiliyini mübahisələndirməyi məqbul saymır. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edərək, iddianın təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Mənzil Məcəlləsinin 43-4, 44.45, 119.2, 122.1.3, 126.8, 141.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bu qərar xx.xx.2019-cu il tarixidə qəbul edilmiş və 6 ay müddəti keçmədən onun ləğvi üçün iddia tələbi irəli sürmüşdü. Cavabdehin bu qərarı qəbul olunsa da, o heç nəyə əsaslnamır və qərarla müəyyənləşdirilmiş məcburi hesab edilən xidmət haqqı olaraq haraya xərcləndiyi belə bir tutarlı sübut belə cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq ki, həm nümayəndə və vəkili təqdim tələb etmiş, həm də Məhkəmə bu haqda, hətta illik smeta xərclə haqqında müvafiq sənədlərin sübut kimi təqdim edilməsini cavabdehə təklif etmişdir. Bütün bunlara işin hallan olaraq Məhkəmə tərəfindən ümumiyyətlə diqqət yetirilməmiş və qətnamə qəbul olunarkən nəzərə alınmamışdır. Xüsusən qətnamədə cavabdehlə olan digər mübahisələr üzrə keçirilmiş məhkəmə işləri üzrə qəbul olunmuş məhkəmə qərarlara istinad edilir. Amma burada qeyd etmək istəyir ki, əvvəlki işlərdə ümumiyyətlə cavabdehin sakinlərdən (istər MMMC-nin iştirakçıları, istər də üzv olmayan sahə mülkiyyətçiləri) xidmət haqqının tutulması ilə bağlı olan işlər idi. Bu da iddianın mahiyyətinə ümumiyyətlə uyğun olan iş deyil, o sadəcə cavabdehin ümumi yığıncağı tərəfindən qəbul narazılığına səbəb olan heç nəyə əsaslanmayan məcburi hesab edilən xidmət haqqının məhz 0.40 manat məbləğində müəyyənləşdirilməsi özü-özlüyündə qanunusuz, ədalətsiz və əsassızdır. Nəzərə alsaq ki, həmin yaşayış kompleksində müliyyətində ümumlikdə 2 mənzil var o zaman həmin məbləğdə əsassız olaraq müəyyənləşdirilmiş xidmət haqqı mülkiyyət hüquqlarını kobud surətdə pozulması deməkdir. Mənzil Məcəlləsinin müəddəalarma əsasən MMMC-nin ümumi yığıncağının qərarları ilə razılaşmayan sahə mülkiyyətçisi olduqda, o zaman həmin qərar qüvvəyə minmir və tətbiq də olunmur. Qanuna əsasən elə olan halda, həmin qərar yalnız və yalnız MMMC-nin ümumi yığıncağı ilə yox, məhz həmin yaşayış kompleksinin sahə mülkiyyətçisinin ümumi yığıncağının qərarı ilə qüvvəyə minə bilər. Amma məhkəmə işin bu hallarını, eləcə də tətbiq olunmalı olan Mənzil Məcəlləsinin müvafiq maddələri nəzərə alınmalı və iddiasına mahiyyəti üzrə baxılmalı idi. Ancaq əfsuslar olsun ki, bu belə olmadı. bizlərdən yığılan xidmət haqqı haraya xərcləndiyi belə yeterli sübut və ya fakt belə cavabadeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yalnız şifahi olaraq bildirilmişdir ki, guya yığılan pul vəsaitinin hamısı binanın və sakinlərin ehtiyacına xərclənmişdi. Amma işdə bir sübut belə yoxdur, külli miqdarda uzun müddətdir ki, pulun yığılmasına baxmayaraq cavabdehin nümayəndəsi olan İdarə Heyətinin sədri A.Səlimov tərəfindən hər hansı bir sübut təqdim olunmamışdı. 2017-ci ildən etibarən təcridən binamıza hər hansı bir xidmət demək olar ki, göstərilmir. Buna səbəb isə binamızın idarəetmə funksiyasının “xxxx” MMC-dən naməlum şəraitdə və gizli yolla yaradılmış cavabdeh “xxxx ”MMMC-yə keçməsi olmuşdur. Halbuki, ona bəllidir ki, binanın əvvəlki idarəetmə səlahiyyətini həyata keçirən “xxxx" MMC binanı qanuna müvafiq qaydada cavabdehə təhvil verilməmişdir və onların arasında müvafiq sənədlər də imzalanmamışdır.Cavabdeh “xxxx*’ MMMC xx.xx.2017-ci il tarixində binamızın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi adı ilə protokol tərtib edərək bir neçə məsələ ilə yanaşı cavabdeh təsis edilmiş və bundan sonra da dövlət qeydiyyatına alınmışdır. Bu yaxınlarda ona məlum oldu ki, cavabdehin cəmi 27 nəfərdən ibarət olan üzvün iştirakı ilə naməlum yerdə və şəraitdə xx.xx.2019-cu il tarixində (növbəti və ya növbədənkənar olması qərarda buna aydınlıq gətirilməmişdir) ümumi yığıncağı keçirlmişdir. Bunlardan biri binamızın istismarı ilə əlaqədar cavabdehin üzvü olan mülkiyyətçilərin müəyyənləşdirilmiş xidmət haqqının ödənilməsi öhdəliyi qoyularaq onların ödənilməsi hamıya, o cümlədən ona da məcburi edilmişdir. Lakin həmin qərar xidmətin göstərilməsi hissəsində yalnız kağızda olaraq qalmış və demək olar ki, həyata keçirilməmişdir. Bundan başqa daha sonra ona məlum oldu ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində yeni bir qərar qəbul olunumuşdur. Həmin qərara əsasən cavabdehin ümumi yığıncağı adlandırılan orqan kommunal xidmətlər üzrə mütləq ödəniş haqlarının müəyyənləşdirmişdir. Həmin yığıncaqda müzakirə olunan məsələlər - "xxxx" MMMC-nin binaya xidmət göstərilməsi üçün yaşayış və qeyriyaşayış sahələri üzrə xidmət haqlarının təyin edilməsi. Bakı şəhəri. Zahid Xəlilov küçəsi. 26 saylı binanın həyətində yerləşən Sağlamlıq Mərkəzinin də qeyri-yaşayış sahəsi kimi xidmət haqqının ödəniş etməsi və nəhayət zirzəminin (avtomobillərin park yeri) 24 saat ərzində işiqla təmin edilməsi və mutəmadi olaraq təmizlənməsi uçun ödəniş məbləğinin təyin edilməsi kimi olmuşdur. Daha sonra qərarın təsviri hissəsində qəbul olunur ki. ‘cavabdehin idarə heyətinin sədri A.Səlimov binaya xidmət göstərilməsi ilə əlaqədar xidmət haqlarının xx.xx.2020-ci il tarixli cəmiyyət üzvlərinin ümumi yığıncağının qəbul etdiyi kommunal xidmətlər üzrə mütləq ödəniş haqlarının dəyişdirilmədən saxlanılması təklif olundu. Yəni mənzilin ümumi sahəsinin İ kv m uçun 0,40 manat, mansardlı mənzillər uçun 0,20 manat miqdarda saxlanılması müəyyən edilmişdir. Bundan başqa qərarda guya zirzəmi də daima işıqla təchiz olunması və gündəlik olaraq təmizləndiyi göstərilir. Ancaq binamızın idarə etməsi cavabdehə keçdikdən sonra nəinki binamıza qulluq olunmur, hətta mənzilinə belə hər hansı bir xidmət göstərilmir. Halbuki, cavabehin Nizamnaməsinə əsasən yaşayış binasının binadaxili istilik xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması fəaliyyət növlərini həyata keçirilməsi əsas məqsədlərdən biridi. Daha sonra əsas məqsdələrə aşağıdakılar da aiddir: yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar uçun əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllşadırılması; yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həy ata keçirilməsi və belə tədbirlərin görülməsi uçun müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması və sairə. Ancaq bütün bunların heç biri bu günə qədər həyata keçirilməmişdir. Buna baxmayaraq hər mənzilin sahibindən, o cümlədən cavabdehin üzvü olmayan mülkiyyətçilərdən də qərarda qanunsuz olaraq müəyyənləşdirilmiş hər kvadrat metr üçün 0,40 manat xidmət haqqının tutulması xx.xx.2019-cu il tarixli qərarda müəyyənləşdirilmişdir. Maraqlısı odur ki, hansı meyar və hesablamaya əsasən məhz bu xidmət haqqı müəyyənləşdirilmişdir. Halbuki, əvvəlki dövrə görə də həmin məbləğdə xidmət haqqı müəyyənləşdirilmiş və ötən dövr üçün hər hansı bir maliyyə hesabatı cavabdeh tərəfindən təqdim olunmamışdır. Belə olduğu təqdirdə qərarın qüvvədə qalması qanunuszdur və məhz cavabdehin özbaşınalığın davam etdirilməsinə səbəb olacaqdır. Halbuki. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.1 -ci maddəsinə əsasən çoxmənzilili binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikatini müdafiə edərək, pulun hara və nə qədər xərcləndiyinin müıəyyən edilmədiyini, cəmiyyətin ləğv edilərək yenidən təşkil edilməli olduğunu, müqavilədə mövcud olmayan xidmət haqqının tutulduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMMC-nin qanuni təmsilçisi X3 apellyasiya şikayətini qəbul etməyərək, cəmiyyətin 2017-ci ildə təşkil ediliyini, cəmiyyətin məhkəməyə verildiyi vaxt onun fəlaiyyıətinin dayandığını və 2019-cu ildə yenidən seçildiyini, pulların hara xərclənməsi ilə bağlı qəbzlərin mövcud olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə mühasibatlıq ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilməsi qərara alınmış, xx.xx.2020-ci il tarixli autor rəyində qeyd edilmişdir ki, 1.Cəmiyyət tərəfindən xx.xx.2018-ci il tarixdən 01,10.2020-ci il tarixədək olan dövrə 242430.0 manat məbləğində xidmət haqqı yığılmalı olduğu halda, faktiki 215517.68 manat məbləğində pul yığılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixə fiziki və hüquqi şəxslərin cəmiyyətə 26912.32 manat məbləğində xidmət haqqından borcu qalmışdır. 2. Fiziki və hüquqi şəxslər tərəfindən cəmiyyətdə görülmüş iş və xidmətlərə görə kassadan məxaric edilən pullara dair sənədləşmə aparılması mövcud normativ hüquqi aktlarının tələblərinə uyğun sənədləşmə aparılması tövsiyyə edilməsi 3. Cəmiyyət tərəfindən zəruri olan mal-materialların alınması, anabara mədaxil edilməsi və onun istifadə edildikdən sonra sənədləşdirilməsinə diqqət artırılması. 4. Cəmiyyətdə yoxlanılan dövrdə mühasibat sənədlərində qismən nöqsanları nəzərə alıb, şərti müsbət rəy verilməsinə əsas verir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 325, 329, 331, 385.1, 405-409, 442, 454, 560, 1128-1131; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-47, 135-145; Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə və mütəxəssis rəyinə istinadən hesab edir ki, iddiaçı ödənişləri qismən (müəyyən zamanadək) ödəməklə müqavilə münasibətlərində olmasını təsdiq etmiş, işgüzar adət və sui-istifadənin yolverilməzliyi baxımından ofertanı təkzib etmədiyi müddətdə aksept etmiş, sonradan ödəmədiyi üçün cavabdehin iddiası üzrə məhkəmə qərarı qəbul edilmişdir. Hazırki iddia üzrə tələbin əsasını cavabdehin yığıncağının qərarı ilə müəyyən etdiyi qiymətlərdir. Bu baxımdan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5717/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi preyudisial əhəmiyyət kəsb edir. Keçirilmiş ekspertiza (audit) iddia edilən əsaslara dair faktlar müəyyən etməmişdir. Ona görə apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir, onun verilməsi ilə əlaqədar dövlət rüsumu üzrə məhkəmə xarcləri isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1342/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-472/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-472/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver