Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-472/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mülkiyyət hüquqlarının həyata keçrilməsinə maneələr aradan qaldırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarının həyata keçrilməsinə maneələr aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 52/2022 saylı, 12 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0.1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 62 kv.m yaşayış, 160.9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli, 22 aprel 2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki tikililərdən ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsinə icazə verilmişdir.
2. İddiaçı mülkiyyətində olan daşınmaz əmlak, yəni Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 62 kv.m yaşayış, 160,9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evinin ümumi sahəsi 222,90 kv.m, həmin ərazidə (sahədə) yerləşən DƏDRX tərəfindən verilmiş çıxarışa daxil edilməyən, lakin sərəncamla İddiaçı istifadəsinə verilmiş tikililərin ümumi sahəsi isə 866,80 kv.m-dən ibarətdir. Eyni zamanda, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,12809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 148.5 kv.m. yaşayış, 136.2 kv.m köməkçi sahədən ibarət 183 “ç” nömrəli bağ evinin ərazisində (sahədə) yerləşən, DƏDRX tərəfindən verilmiş çıxarışa daxil-edilməyən, lakin sərəncamla İddiaçı istifadəsinə verilmiş tikililərin ümumi sahəsi 727,80 kv.m-dən ibarətdir.
3. Hazırda İddiaçı tələbi mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri 472.460,74 manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684.000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi 1.084.000 (bir milyon səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutulması, həmçinin ona məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş ona məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq ona təhvil verilməsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçrilməsinə maneələr aradan qaldırılması tələbinə dair tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri 400.000 (dörd yüz min) manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684.000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi 1.084.000 (bir milyon səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0.1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 62 kv.m yaşayış, 160.9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli, 22 aprel 2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki tikililərdən ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsinə icazə verilmişdir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak, yəni Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 62 kv.m yaşayış, 160,9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evinin ümumi sahəsi 222,90 kv.m, həmin ərazidə (sahədə) yerləşən DƏDRX tərəfindən verilmiş çıxarışa daxil edilməyən, lakin sərəncamla İddiaçı istifadəsinə verilmiş tikililərin ümumi sahəsi isə 866,80 kv.m-dən ibarətdir. Eyni zamanda, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,12809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 148.5 kv.m. yaşayış, 136.2 kv.m köməkçi sahədən ibarət 183 “ç” nömrəli bağ evinin ərazisində (sahədə) yerləşən, DƏDRX tərəfindən verilmiş çıxarışa daxil-edilməyən, lakin sərəncamla İddiaçı istifadəsinə verilmiş tikililərin ümumi sahəsi 727,80 kv.m-dən ibarətdir. Bundan başqa, İddiaçı məxsus yuxarıda göstərilən daşınmaz əmlaklar (tikililər) ümumilikdə istirahət mərkəzi olmaqla böyük əmlak kompleksi kimi fəaliyyət göstərmişdir. Həmin əmlak kompleksinin içərisində isə siyahısı iddia ərizəsinə əlavə edilmiş 400.000 manat dəyrində əşyalar avadanlıqlar olmuşdur. Yuxarıda qeyd edilən istirahət mərkəzinin toplam icarə haqqı bazar qiymətlərinə əsasən aylıq 19.000 (on doqquz min) manat təşkil etmişdir. İddiaçının sözlərinə əsasən, Cavabdeh ona məxsus olan yuxarıda qeyd edilmiş daşınmaz əmlaklardan (istirahət mərkəzindən) və orada olan əşyalar və avadanlıqlardan əsassız və qanunsuz olaraq faydalanır (istifadə edir) və bununla da iddiaçıya külli miqdarda maddi zərər yetirilir. Beləliklə, iddiaçı hesab edir ki, iddiaçının mülkiyyət hüquqları bərpa edilməli və Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmalı, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən iddiaçıya məxsus əşyaların (avadanlıqların) dəyəri kimi 400.000 (dörd yüz min) manat məbləğində pulun, habelə son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi ümumilikdə 684.000 (altı yüz səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
6. İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artıtılmasına barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində tələblər olduğu kimi saxlanılmaqla, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən iddiaçıya məxsus əşyaların dəyəri 472.460,74 manat məbləğində pulun da Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artıtılmasına barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində tələblər olduğu kimi saxlanılmaqla, həmin tələblərin tam olaraq təmin edilməsi və həmçinin İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-52/2022 saylı, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev), iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa- Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evinin və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Cavabdeh çıxarılması və həmin daşınmaz əmlaklar boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun, 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının mülkiyyət hüquqları bərpa edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. İddiaçının iddia tələbinin iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən İddiaçı məxsus əşyaların (avadanlıqların) dəyəri 472.460,74 manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684.000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi 1.084.000 (bir milyon səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutulması hissəsinə münasibtədə məhkəmə iddia rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi son 3 il üçün 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməli olduğunu iddia etsə də, həmin əmlak kompleksinin icarəyə verilməsinə dair, həmçinin cavabdehin qanunsuz istifadəsində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, İddiaçı 21 dekabr 2011-ci il tarixli etibarnamə ilə mülkiyyətində və qanuni sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 c saylı və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ sahəsində yerləşən əmlakı 10 il müddətinə Cavabdeh idarə etmək və onun üzərində sərəncam verməyi və s. hərəkətləri etrməyi etibar etmiş, verilmiş etibarnamə xx.xx.2021-ci ilədək qüvvədə olmuşdur. Göründüyü kimi həmin müddət ərzində, həmçinin son 3 il ərzində iddiaçı mülkiyyətində olan əmlak kompleksini cavabdehə əvvəsiz olaraq etibarnamə əsasında idarəçiliyinə vermiş və tərəflər arasında bunun qarşılığında hər hansı əvəzli öhdəçilik nəzərdə tutlmamışdır. Odur ki, iddia tələbi-iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən iddiaçıya məxsus əşyaların (avadanlıqların) dəyəri 472.460,74 manat məbləğində pulun cavabdehdən tutulması-hissəsində də rədd edilməlidr.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 70-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 152.1, 385.1, 386.1, 700.1, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya şikayətlərinin dəlilləri:
13. İddiaçı apelyasiya şikayətlərində iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
14. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun istinad etdiyi, iş materiallarında olan onun tərəfindən 10 il müddətinə verilmiş 21 dekabr 2011-ci il tarixli etibarnamə, xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi etibarnamənin qüvvədə olma müddətini yoxlamadan, tamamilə yanlış olaraq, qətnaməsində həmin etibarnamənin xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmasını qeyd etmişdir. Halbuki, həmin etibarnamə xx.xx.2013-cü il tarixdə ləğv edilmiş və həmin tarixdən qüvvədə olmamışdır. Yalnız bu hal artıq birinci instansiya məhkəməsinin işə səthi yanaşmasını və iş üzrə tam şəkildə araşdırma aparmadığını aşkar təsdiq edir. Cavabdehin iddiaçını, ona məxsus əmlakdan məhrum etməsi nəticəsində, sonuncunun mülkiyyətindən istifadə edə bilməməsi və ondan faydalana bilməməsi, iddiaçını mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum etmişdir. Başqa sözlərlə, o, həmin müddət ərzində əmlaklarını icarəyə versəydi, müəyyən gəlirlər əldə edə bilərdi. Lakin, bu imkandan məhrum olduğu üçün o, icarə haqqlarının son üç il üçün bazar qiyməti ilə hesablanaraq cavabdehdən tutulması tələbini irəli sürərək, əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbi və onun əsaslarını düzgün qiymətləndirməmiş və bu hissədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Ona məxsus əşyaların (avadanlıqların) dəyəri kimi 472.460,74 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə gəlincə, hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi sübutlara ümumiyyətlə qiymət verməmiş və onun mülkiyyət hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
15. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
16. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı 10 il müddətinə qeyd olunan mübahisəli daşınmaz əmlak və istifadə olunan avadanlıqlara dair bütün hüquqlarının və səlahiyyətlərinin veriməsi haqqında ona notarial qaydada etibarnamə vermiş sonra isə gizli olaraq, ona məlumat verilmədən ləğv etdirmişdir. Etibarnaməni ləğv etdirəndən sonra isə obyektin və avadanlıqların icarəyə verilməsi adı ilə ondan məhkəmə qaydasında 3 illik icarə haqqı tələb etmişdir. "xxxx" ASC-də onunla müqavilə bağlanmış, iddiacının Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, ev 183 “ç” nömrəli bağ və orada olan digər tikililər iddiaçı və əri X3 notarius tərəfindən təsdiq edilmiş razılıq ərizələri, eləcə də bank tərəfindən verilmiş razılıq məktubuna əsasən onun adına keçirilərək, çıxarış alınaraq mülkiyyəti olmuşdur və həmin sənədlər "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun arxivində saxlanılır. Birinci instansiya məhkəməsinə həmin sənədlərin əldə edilməsi üçün təmin edilməyən vəsatətini məhz buna görə vermişdi. Qeyd edir ki, iddiaçı tərəf bilə-bilə ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, ev 183 “ç” nömrəli bağ və orada olan digər tikililər iddiaçıların öz razılıq ərizələri ilə onun adına keçirilib, həmin əmlakları məhkəmədə iddia verərək öz əmlakı adlandıraraq tələblər irəli sürmələri ilə əlaqədar araşdırma aparmamışdır. Qeyd edilən daşınmaz əmlak tərəfindən alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Bu barədə başqa bir məhkəmə prosesi olmuş və iddiaçı tərəf istəyinə nail ola bilməmişdir. Cavabdeh tərəf olaraq əmlaka dair etibarnamə ilə verilmiş istirahət kompleksini, orada olan avadanlıqları və qeyri tikililəri onun icarəyə vermək və ya həmin əmlakları satmaq imkanı olub. Belə hallara isə tərəfindən yol verilməmişdir. İddia tələbində göstərilən daşınmaz əmlak və avadanlıqlar əvəzsiz olaraq borc əvəzinə ona verilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdilər.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamədən İddiaçı apelyasiya şikayətləri verərək, iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən, Cavabdeh apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiklərindən, qətnamə bütövlükdə yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyası
24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmişəsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
32. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
33. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 36 Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
38. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
39. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
40. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apelyasiya şikayətinin dəlillərini müzakirə edib, qiymətləndirərək, aşağıdakıları qeyd edir.
54. İddiaçının apelyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçını ona məxsus əmlakdan məhrum etməsi nəticəsində, sonuncunun mülkiyyətindən istifadə edə bilməməsi və ondan faydalana bilməməsi, iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum etmişdir. Məhz bu səbəbdən cavabdehdən əldən çıxmış faydanın tutulması tələb edilmiş, lakin işə baxan məhkəmə iddia tələbini həmin hissədə düzgün qiymətləndirməmiş, bu hissədə iddia tələbini rədd edərək, maddi hüquq normalarını düzgün qiymətləndirməmişdir. Həmçinin işə baxan məhkəmə iddia tələbində göstərilən daşınar əmlakların özünə qaytarılması və olmadığı halda dəyərinin cavabdehdən tutulması barədə hissədə iddia tələbini təmin etməyərək, həmin daşınar əmlakların qiymətləndirilməsi barədə ekspert rəyini nəzərə almayaraq, sübut kimi qiymətləndirməmişdir.
55. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin göstərilən dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir.
56. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı apelyator tərəfindən mübahisələndirilən hissədə rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmetinə aid olan müddət ərzində mülkiyyətində olan əmlak kompleksini, həmçinin həmin əmlak kompleksinə aid əmlakları cavabdehin istifadəsinə əvəzsiz olaraq, etibarnamə əsasında idarəçiliyinə vermiş və tərəflər arasında bunun qarşılığında hər hansı bir əvəzli öhdəlik nəzərdə tutulmamışdır.
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qeyd edilən nəticəsini əsaslı hesab edir. Belə ki, işin birinci instansiya məhkəməsində araşdırılması və apelyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan hər iki bağ sahəsində yerləşən əmlak kompleksi, həmçinin həmin əmlak kompleksində olan daşınar əmlaklar 2011 və 2015-ci il tarixlərdə verdiyi etibarnamələr ilə cavabdehin istifadəsinə vermiş və həmin etibarnamələrdə həmin əmlaklardan istifadə ilə bağlı hər hansı bir əvəzli öhdəliklər nəzərdə tutulmamışdır.
58. Bununla yanaşı iş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi əmlak kompleksi və həmin əmlak kompleksinə aid avadanlıqlar 2011-ci il tarixdən cavabdehin etibarnaməli idarəçiliyinə verilsə də, iddiaçı hazırki iddianı qaldırdığı vaxta kimi bunu mübahisələndirməmişdir.
59. Belə olan halda apelyatorun əmlak kompleksindən istifadənin qanunsuz olması və bununla əlaqədar cavabdehdən icra haqqı kimi pul tələbi, həmçinin cavabdehə təhviltəslim aktı əsasında verilmiş daşınar əmlakların qaytarılması, olmadıqda isə onların dəyərinin ödənilməsinin tələb edilməsi üçün başqa əsaslar mövcud olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə gəldiyi nəticə əsaslı olmuş və bu nəticəyə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də iddiaçı tərəfindən verilən apelyasiya şikayəti qətnamənin ləğv edilib iddia tələbinin həmin hissədə də təmin olunması üçün əsaslı hesab olunmadığından, apelyasiya şikayəti rədd olunmalıdır.
60. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi əmlak kompleksi onun banka olan borcunun ödənilməsi şərtilə ona əvəzsiz olaraq verilmiş və o, iddiaçının banka olan borcunu ödəmiş və əmlak kompleksini başqa şəxsə satmışdır. Lakin işə baxan məhkəmə işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, onun vəsatətlərini əsassız olaraq təmin etməmiş və onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etdiyindən, qətnamə ləğv olunaraq iddia tləbi rədd edilməlidir.
61. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
62. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Xaşa- Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 4 otaqlı 62 kv.m yaşayış, 160,9 kv.m köməkçi sahədən ibarət olan 183 “c” nömrəli bağ evi İddiaçı xüsusi mülkiyyətindədir.
63. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 210 nömrəli sərəncamında qeyd edilmişdir ki, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində ona məxsus 183 “c” və 183 “ç” saylı bağ sahələrindəki tikililərin təyinatı dəyişdirilərək əhaliyə ticarət-iaşə xidməti və istehsalat obyeki kimi istifadə edilməsinə sərəncam verilməsini xahiş etmişdir. Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində vətəndaş İddiaçı məxsus 183 “c” və 183 “ç” saylı bağ sahələrində olan mövcud tikililərdən təyinatı dəyişdirilərək, ticarət-iaşə xidməti və istehsalat obyekt kimi istifadə edilməsinə icazə verilmişdir.
64. İş materiallarında olan 183 “c” saylı bağ sahəsinə dair tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin fərdi yaşayış sahəsində olan tikililərin ümumi sahəsi 866,3 kv.m-dir.
65. İş materiallarında olan 183 “ç” saylı bağ sahəsinə dair tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin fərdi yaşayış sahəsində olan tikililərin ümumi sahəsi 727,8 kv.m-dir.
66. İş materialları ilə müəyyən olunur ki, 18 dekabr 2013-cü ildə mülkiyyətində olan 183 “ç” ünvanda yerləşən ümumi sahəsi 284,7 kv.m bağ evini cavabdehə satmış və cavabdeh xx.xx.2014-cü il tarixdə 0,03416 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 284,7 kv.m olan 183 “ç” saylı bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış almış və 01 iyul 2015-ci il tarixdə mülkiyyətində olan 183”ç” saylı bağ sahəsini X1 və bağ sahəsi hazırda sonuncunun mülkiyyətindədir.
67. İşin yuxarıda qeyd edilən materialları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətində və istifadəsində olan 0,12809 ha torpaq sahəsində yerləşən 183 “ç” saylı bağ sahəsinin 0,0346 ha hissəsində yerləşən ümumi sahənin 284,7 kv.m hissəsini cavabdehə satsa da, həmin bağ sahəsində olan digər tikililər və torpaq sahəsinin digər hissəsi iddiaçının sahibliyində qalmışdır.
68. Hazırda iddiaçının iddia tələbi mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, həmçinin İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa- Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 kv.m yaşayış, 160,9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsidir.
69. İş materialları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, iddiaçının iddia etdiyi bağ sahəsi və həmin əmlak kompleksi cavabdehin sahibliyindədir (cavabdeh bu halı apelyasiya icraatında verdiyi izahatında etiraf etmişdir).
70. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi əmlak qanuni əsaslarla iddiaçıya məxsusdur və onun öz əmlakı üzərində mülkiyyət hüququnu sərbəst həyata keçirməsinə cavabdeh maneələr törədir. Cavabdehin iddiaçının tələb etdiyi əmlaklar üzərində sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının mülkiyyət hüququ bərpa edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır.
71. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunan qeyd edilən hissəsi ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.
72. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin iddiaçının iddia etdiyi əmlak kompleksinin dəyətinin ödənilmiş olması, həmin əmlaklar üzərində qanuni əsaslarla sahiblik və istifadə etdiyi barədə dəlillərini qiymətləndirərək qeyd edir ki, cavabdeh həmin dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının həmin əmlaklar barədə cavabdehə etibarnamə verməsi isə həmin əmlakların alqı-satqı edilməsini ehtiva etmir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin müddəti 2018-ci ilədək qüvvədədir. Buna görə də kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır.
73. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində bank sənədlərinin tələb edilməsi barədə vəsatətlərinin işə baxan məhkəmə tərəfindən təmin olunmamasının əsassız olması barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan 183 “ç” saylı bağ sahəsini cavabdehlə alqı-satqı edərkən (xx.xx.2013-cü il tarixli müqavilə) həmin bağ sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olmuş və Bankın razılığı ilə həmin əmlak satılmış, cavabdeh aldığı əmlaka görə vəsaiti kredit borcuna görə "xxxx" ASC-nin hesabına ödəmişdir. İşin bu halı iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Bundan başqa cavabdehlərin iddiaçının adına olan başqa kredit müqavilələri üzrə ödənişlər etməsi barədə işdə hər hansı bir məlumat yoxdur və cavabdeh tərəfindən də bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
74. Məhz qeyd edilənlərə əsasən cavabdeh tərəfindən apelyasiya icraatı zamanı bank sənədlərinin tələb edilməsi barədə verilmiş vəsatətlər də rədd edilmişdir.
75. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, hazırda mübahisə predmeti olan əmlak kompleksi iddiaçının banka olan kredit borcunun ödənilməsi müqavilədə ona əvəzsiz verilmiş və bununla əlaqədar iddiaçının razılığı ilə xx.xx.2011-ci il tarixdə müqavilə bağlanmışdır. Apelyasiya şikayətinin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi müqavilə dediyi sadə yazılı sənəd iddiaçının əri X5 ilə bağlanmışdır. Lakin mübahisə predmeti olan əmlak kompleksi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan onun əri tərəfindən belə bir müqavilə əsasında razılaşmanın qanunsuz olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bu səbəbdən də cavabdehin apelyasiya şikayətinin həmin dəlili də əsassızdır.
76. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2022 saylı, 12 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.