Məhkəmə qərarları › İş №2(103)-4721/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4721/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4721/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə,iddiaçı (ərizəçi) İddiaçı cavabdeh "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsə və Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4573/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı ( ərizəçi) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı ( ərizəçi) İddiaçı cavabdeh "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsə qarşı "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair iddia ərizəsi və sənədlər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4573/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəni imzalamaq hüquq olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 152.4, 317.2-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsi şəxsin yaxın qohumları, müvafiq icra hakimiyyəti orqanın, psixiatriya (psixonevroloji) müəssisənin nümayəndəsi tərəfindən imzalanmalı olduğu halda Vəkil tərəfindən imzalanmışdır. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı ( ərizəçi) şikayət vermiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-4573/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1; 11.2, 11.5; 28.8; Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı əmisi oğlunun uşaqları X5 və X6 2-ci qrup əlildirlər, çarəsiz vəziyyətdədirlər. Onların daimi olaraq köməyə, xüsusi diqqət və qayğıya ehtiyacları var. İddiaçı əmisi uşaqlarının hər bir halda yanında olur dərdlərinə şərik olur. Onların hüquqlarını həyata keçirmək üçün onların qəyyumu olması vacibdir. Bu səbəbdən İddiaçı qəyyumla bilməsi üçün ilk olaraq X2 və X3 "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş Qeyd hissəsində yaxın qohumların konkret müəyyən olunmuş siyahısı var. Doğrudur, Əmi oğlu yaxın qohumlar siyahısında yoxdur. Lakin diqqətə alınmalı haldır ki, Ərizəçinin əmisi uşaqlarının İddiaçı başqa heç bir ailə üzvü, yaxın qohumu yoxdur. İddiaçı onlara başqa sözlə bir əmi oğlu kimi deyil, hər şeydən əvvəl bir qardaşdır. Digər hüququ olan orqanların iddia qaldırılması ilə bağlı isə qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək onların hüququdur vəzifəsi deyil və onlara təsir edə biləcək hərhansı bir vasitəsi yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4573/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 149-152, 317, 385, 387, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda;152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10- 1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 317.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 7.1. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin psixi sağlamlığının vəziyyəti, yaxud ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatları tələb etmək qadağandır.7.2. Psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir. Şəxsin psixi sağlamlığının vəziyyəti və ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatlardan sərbəst istifadə hüququ həmin şəxsin özünə və buna qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsusdur7.3. Psixiatriya yardımı göstərən mütəxəssislər pasiyent barəsində məlumatlardan yalnız həmin peşə dairəsində və psixiatriya yardımı göstərmək üçün zəruri olan həddə istifadə edə bilərlər. Peşə fəaliyyəti ilə əlaqədar bu məlumatlara malik olan şəxslər onların yayılmasına görə məsuliyyət daşıyırlar. 7.4. Psixiatriya müəssisəsinin müdiriyyəti, psixiatriya yardımı göstərilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı psixi pozuntusu olan şəxsə psixiatriya yardımı göstərilməsi üçün zəruri məlumatları tələb edə bilərlər. 15.0. Dövlət aşağıdakılara təminat verir:15.0.1. təxirəsalınmaz psixiatriya yardımına;15.0.2. stasionar və ambulator şəraitində məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika, reabilitasiya yardımına;15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyin müəyyən edilməsinə; 15.0.4. sosial-məişət yardımı göstərilməsi və psixi pozuntusu olan şəxslərin müvafiq işlə təmin olunmasına;15.0.5. qəyyumluq və himayəçilik məsələlərinin həllinə;15.0.6. təbii fəlakətlər və qəzalar zamanı psixiatriya yardımı göstərilməsinə;15.0.7. psixi pozuntusu olan yetkinlik yaşına çatmamış şəxslərin ümumi və peşə təhsilinin təşkilinə;15.0.8. psixi pozuntusu olan şəxslərin əmək terapiyası, yeni peşələrə yiyələnməsi və işə düzəlməsi üçün müalicə-istehsalat müəssisələri, habelə yüngül iş şəraiti olan xüsusi istehsalat sahələrinin yaradılmasına;15.0.9. psixi pozuntusu olan və sosial əlaqələrini itirmiş şəxslər üçün yataqxanaların yaradılmasına;15.0.10. psixiatriya yardımının digər tibbi yardım növləri ilə eynilik təşkil edən şəraitdə göstərilməsinə.15.0.11. psixi pozuntusu olan şəxslərin sosial müdafiəsi üçün zəruri olan digər tədbirlərin görülməsi.19.1. Bu Qanunun 18.2 və 18.3cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması haqqında qərarı yazılı ərizə əsasında həkim-psixiatr qəbul edir.19.2. Ərizə psixiatriya müayinəsindən keçməli olan şəxsin qohumları, qonşuları, işlədiyi müəssisənin müdiriyyəti, şəxsi müalicə edən istənilən tibbi ixtisası olan həkim tərəfindən verilə bilər, bu şərtlə ki, şəxsi ərizənin verilməsindən əvvəlki 14 gün ərzində görmüş olsunlar. 19.3. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizə şəxsin qohumları və ya qonşuları tərəfindən verildikdə ən azı üç nəfərin imzası, işlədiyi müəssisənin müdiriyyəti tərəfindən verildikdə isə həmkarlar ittifaqı təşkilatının razılığı, habelə müəssisənin tibb xidmətinin (əgər belə xidmət mövcuddursa) rəhbərinin müvafiq rəyi olmalıdır. Ərizədə şəxsin psixiatriya müayinəsinə cəlb olunmasının zəruriliyini əsaslandıran ətraflı məlumat, şəxsin və ya onun qanuni nümayəndəsinin həkim-psixiatra müraciət etməkdən boyun qaçırması göstərilməlidir.19.4. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizədə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan halların mövcudluğunu göstərən məlumatların olmadığını müəyyənləşdirdikdə, həkim-psixiatr psixiatriya müayinəsinin aparılmasından yazılı surətdə imtina edir və imtinanın səbəblərini əsaslandırır. Psixiatriya müəssisəsi müdiriyyətinin qərar qəbul etmək üçün əlavə məlumatlar tələb etmək hüququ var.19.5. Psixiatriya müəssisəsinin müdiriyyəti psixiatriya müayinəsinin zəruriliyi haqqında ərizəni, habelə müayinənin aparılması barədə əsaslandırılmış rəyini şəxsin yaşadığı və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim edir.19.6. Ərizə vermiş şəxslər ərizədə göstərilən məlumatlar üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunveriliyin tələblərindən görünür ki, psixiatriya ilə əlaqədar məsələlərinin həlli konfidensiallıq qorunmaq müstəvisində müvafiq peşə sahiblərinə və müəssisələrə aiddir. Ona görə iddiaçının müvafiq dövlət orqanlarına müraciət etmək, habelə sonuncuların hərərəkət (hərəkətsizliyindən) məhkəmə müdafiəsi hüquqları mövcud olduğu halda bu hüquqlardan istifadə etməmişdir. Məhkəmə müdafiəsi hüququ isə ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır və prosessual qanunla müəyyən edilən tələblərə riayyət edilməməsi yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı ( ərizəçi) İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4573/2024 saylı işi üzrə 05 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar