Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4724/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(011)-61/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi baş vermişdir. Partlayış nəticəsində iddiaçı və valideynləri xəsarətlər almışdır. Bu xəstəlik səbəbindən o,heç bir yerdə işləyə bilmir. Belə olan halda cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2022-ci il müddətinə aylıq 350 manat nəzərə alınmaqla iddiaçıya göstərilən müddət üçün 7000 manat əldən çıxmış gəlir ödənilməlidir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6269/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən X11 məxsus fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində X13 üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ, İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, X18 üzünün sağ yarısının, boynunun, hər iki əlinin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasma səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər, İddiaçı başın, üzün, sol əlin, qarının, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almışlar. Baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və Cavabdeh İB-nin Ağsu RQİİ-nin rəisi X14 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilərək cinayət işi baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmədən X13, X18, İddiaçı, Namiq Məmmədov apellyasiya şikayətləri, Dövlət ittihamçısı apellyasiya protesti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv olunmuş, X14 CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Namiq Məmmədov 27 sentyabr 2017-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixə kimi Cavabdeh Ağsu X22 İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə vəzifəli şəxs kimi Ağsu X22 İdarəsinə və tabeliyində olan qurumlara rəhbərlik edərkən “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinin qaz paylayıcı tərəfindən "qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, həmin qaydaların 3.1.6-cı bəndinin "bu qaydaların 3.2.7-ci bəndində nəzərdə tutulan “qaz qurğusunda nasazlıq və qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına dərhal məlumat verməlidir, 3.2.9-cu bəndində nəzərdə tutulan "zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməlidir” kimi məlumatlar daxil olduqda dərhal zəruri tədbirlər görməlidir” tələbini, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.12-ci bəndində nəzərdə tutulmuş "şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qaz təsərrüfatlarının istismarı zamanı təhlükəsizliyin təmin edilməsi qaz təsərrüfatlarının ilk rəhbərlərinə, yaxud onların funksiyalarını yerinə yetirən təşkilatların birinci rəhbərlərinə həvalə edilir” tələbini, həmin qaydaların 1.19-cu bəndində göstərilmiş "qaz təsərrüfatının müəssisə və təşkilatlarının vəzifəli şəxsləri qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş veribverməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıyırlar, onlar eyni zamanda tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də məsuliyyət daşıyırlar” tələbini, Cavabdeh Ağsu RQİİ-nin əsasnaməsinin 2.2-ci bəndində göstərilmiş "X30 İstismar İdarəsi qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq istismarda olan qaz kəmrlərində və avadanlıqlarında aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün dərhal təxirəsalınmaz tədbirlər görür” tələbini və "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçası”nın "müəssisə rəhbəri müəssisəyə rəhbərlik edir, onun siyasət və planını müəyyənləşdirir və formalaşdırır; müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir; istehsalat vahidləri, sex və başqa struktur bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir, onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətini istiqamətləndirir” tələblərini pozaraq, İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı həmin kənddə yerləşən Əli Osmanlıya məxsus fərdi yaşayış evinin çöl divar hissəsindən 20 sm avtomobil yoluna doğru istiqamətdə yerüstü qaz xəttinin yeraltı keçid hissəsində aşkar olunmuş 1000 PPM həddində qaz sızması barədə "Təmiz qaz” QSC-nin X17 xətt baxıcısı tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş raportun "PDF” formatına salınmış "excel cədvəl” şəklində "Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından onun xidməti istifadəsində olan "NamiqN.MElektron ünvan ” elektron poçt ünvanına göndərilməsinə baxmayaraq, həmin raportu qaz sızmalarının aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə dərhal təmirprofilaktika işlərini yerinə yetirmək üçün Ağsu X22 İdarəsinin İsmayıllı xidmət sahəsinin Təmirbərpa xidmətinə göndərməyərək və zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə nəzarət etməyərək, o cümlədən qazdan istifadə sahəsində qaydalar, əsasnamə və digər sənədlərin tələblərini pozaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində həmin raportu xidməti istifadəsində olan kompüterdə elektron poçt ünvanından silib öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq Əli Osmanlıya məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan partlayış baş vermiş evdə yaşayan Rəhimə Osmanlının üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, Əli Osmanlının üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, İddiaçı başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə Əli Osmanlıya məxsus fərdi yaşayış evinin qaz partlayışı səbəbindən məhv olması nəticəsində 15364 manat məbləğində, evin içərisində olan 5 ədəd 2018-ci ildə “Embapanel” materialından hazırlanmış stolun yararsız vəziyyətə düşməsi nəticəsində 800 manat, “Gəncə” zavod istehalsallı xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 3 ədəd çarpayının yararsız vəziyyətə düşməsi nəticəsində 150 manat, “Philips” markalı DVD aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2016-cı ildə alınmış “Krosna” aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 80 manat, “Kazan” markalı qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat məbləğində, 2008ci ildə alınmış 1 ədəd “Orvica” markalı televizorun yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat 2012- ci ildə alınmış 1 ədəd “TOSHİBA gR-RB 51 UTC” markalı soyuducunun yararsız vəziyyətə düşməsi nəticəsində 400 manat, 1993-cü ildə alınmış fıstıq ağacı materialından 8 ədəd stulun yararsız vəziyyətə düşməsi nəticəsində 60 manat, 1 ədəd “Krosnadar” deyilən stulun yararsız vəziyyətə düşməsi nəticəsində 10 manat, 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi mebel dəstinin yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, məişətdə istifadə olunan qab-qacağın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, 2 ədəd 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi, xarici zavod istehsallı 4x3,5 metr ölçüdə xalçaların yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma zavod üsulu ilə hazırlanmış, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 2 ədəd 1993-cü ildə yoldaşının cehiz kimi gətirdiyi 2 ədəd kreslonun yararsız vəziyyətə düşməsi nəticəsində 70 manat, dəmir materialdan olan, kustar üsulla hazırlanmış 25x30x80sm ölçüdə qaz sobasının yararsız vəziyyətə düşməsi nəticəsində 20 manat, 2013-cü ildə alınmış “LG” və 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoranların yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, 2008-ci ildə xüsusi hazırlanmış 1 ədəd qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, evdə olan pal-paltarın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, ümumilikdə evin və əşyaların yararsız hala düşməsi nəticəsində Əli Osmanlıya cəmi 23814 (iyirmi üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan vurulması kimi ağır nəticələrə səbəb olmuşdur. Cavabdeh İB tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində X11 23 814 manat, həmçinin əlavə olaraq 6000 manat ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15 000 manat olmaqla, cəmi 16 524 manatın və dövlət rüsumunun əvəzi qismində 135 manatın alınaraq X7 ödənilməsi qət olunmuşdur. X1 Osmanlının atası, X13 anası, İddiaçı isə qardaşıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən mənəvi ziyanın əvəzi qismində 300 (üç yüz) manatın, dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın alınaraq X12 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə qüvvədə saxlanılmışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X29 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ- 6-47/3-1589/23 nömrəli arayışdan görünür ki, Osmanlı X16 RMX-nın Poliklinika şöbəsinin “Nevroloji” kabinetində xx.xx.2020-ci il tarixdən Dz:G40.2 Fokal (gicgah) epilepsiya diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Nevrologiya Klinikasının həkimi Tibb elmləri doktoru Rövşən Həsənov tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin Nevrologiya Klinikasında 2020-ci ilin noyabr ayından müşahidə edilir və müalicə alır. Fokal (gicgah) epilepsiya, təkrarlanan mürəkkəb parsial paroksizmlər və bilateral generalizə olunmuş cəngolmalarla diaqnozu qoyulmuşdur. Hazırda Okskarbazepin (Trileptal) 600 mq qəbul edir. Müntəzəm olaraq nevroloqun nəzarətinə və daimi müalicəsinə ehtiyacı vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş, 29 iyun 2022-ci il tarixli 563 nömrəli və 04 iyul 2022-ci il tarixli 571 nömrəli arayışlardan görünür ki, İddiaçı 15 may 2022-ci il tarixdə "xxxx" MMC-də həkim nevroloq Elxan Muradovun qəbulunda olmuş, müayinələrdən keçmiş, “Fokal alın epilepsiyası” diaqnozu qoyulmuş, müalicə hələ də davam edir. İş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı 26 may 2022-ci il tarixdən "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı 12 iyul 2013-cü il tarixdən 03 yanvar 2015-ci il tarixədək, 28 yanvar 2016-cı il tarixdən 28 yanvar 2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. İş materiallarında olan mədaxil qəbzlərindən və ödəniş çeklərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda tibbi müayinə və müalicələr üçün ümumilikdə 902,48 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli 200 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 28 yanvar 2016-cı il tarixdən 28 yanvar 2017-ci il tarixədək DSX-nın N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 28 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası DSXR SQK-nın 23 ş/h saylı 23 yanvar 2017-ci il tarixli əmri əsasında xidmətdən artıq ehtiyata buraxılmışdır. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 xx.xx.2022-ci il tarixli 458 /KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İddiaçı əziyyət çəkdiyi “Fokal epilepsiya” xəstəliyi beyinin bir hissəsinin qismən fəaliyyət pozuntusunun təzahürü olub, müxtəlif (yəni, beyin qan dövranının pozulması, infeksion xəstəliklər, travma, metabolik pozuntular, sinir sisteminin pozulması və s.) səbəblərdən yarana bilər. “Fokal epilepsiya” dioqnozunun təyini üçün istifadə edilən instrumental müayinələrdə (EEQ və MRT) üzvi dəyişiklikləri (travma, infeksion və s. Dəbəbdən yaranmış) aşkar etmək mümkündür. Lakin İddiaçı MRT müayinə nəticəsinə əsasən beynin toxumasında müvafiq dəyişikliklər aşkar edilməmişdir. Odur ki, 01 mart 2020-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində yerləşən fərdi yaşayış evlərində partlayış nəticəsində almış olduğu xəsarətlə əlaqələndirmək mümkün olmamışdır. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 xx.xx.2022-ci il tarixli 631 /KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İddiaçı əziyyət çəkdiyi “Fokal epilepsiya” xəstəliyi beyinin bir hissəsinin qismən fəaliyyət pozuntusunun təzahürü olub, müxtəlif (yəni, beyin qan dövranının pozulması, infeksion xəstəliklər, travma, metabolik pozuntular, sinir sisteminin pozulması və s.) səbəblərdən yarana bilər. “Fokal epilepsiya” dioqnozunun təyini üçün istifadə edilən instrumental müayinələrdə (EEQ və MRT) üzvi dəyişiklikləri (travma, infeksion və s. Dəbəbdən yaranmış) aşkar etmək mümkündür. Lakin İddiaçı MRT müayinə nəticəsinə əsasən beynin toxumasında müvafiq dəyişikliklər aşkar edilməmişdir. Odur ki, 01 mart 2020-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində yerləşən fərdi yaşayış evlərində partlayış nəticəsində almış olduğu xəsarətlə əlaqələndirmək mümkün olmamışdır. Əmək qabiliyyətinin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 16 mart 2023-cü il tarixli 42 /KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İddiaçı əziyyət çəkdiyi “Fokal epilepsiya” xəstəliyi beyinin bir hissəsinin qismən fəaliyyət pozuntusunun təzahürü olub, müxtəlif (yəni, beyin qan dövranının pozulması, infeksion xəstəliklər, travma, metabolik pozuntular, sinir sisteminin pozulması və s.) səbəblərdən yarana bilər. Tərtib edilmiş tibbi sənədlərdən görünür ki, İddiaçı “Fokal epilepsiya” xəstəliyi 01 mart 2020-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış nəticəsindən sonra meydana çıxdığı qeyd edilmişdir. Etioloji amillərə əsasən, “Fokal epilepsiya” nın mənfi psixoemosional təsir, sarsıntı, stress, qorxu və həyəcan hissindən yaranması istisna edilmir. İddiaçı əziyyət çəkdiyi “Fokal epilepsiya” xəstəliyi beyinin qismən bir hissəsinin fəaliyyət pozuntusunun təzahürü olub, müxtəlif səbəblərdən əmələ gəldiyindən fərdi yaşayış evlərində partlayış nəticəsində almış olduğu xəsarətlə əlaqələndirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 50000 manat, epilepsiya xəstəliyinə tutulmağı ilə əlaqədar işləyə bilmədiyi müddətə görə 7000 manat əldən çıxmış gəlirin, 273 manat dövlət rüsumunun, ümumilikdə 61273 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi baş vermişdir. Partlayış nəticəsində iddiaçı başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Eyni zamanda iddiaçının anası X13 üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ, İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, iddiaçını atası X8 üzünün sağ yarısının, boynunun, hər iki əlinin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər almışdırlar və fərdi yaşayış evi, qaz partlayışı nəticəsində məhv olaraq ümumilikdə əmlaklarına 23814 manat məbləğində ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və hadisənin cavabdehin işçilərinin təqsirli hərəkətləri səbəbindən baş verməsi istintaq zamanı tam sübuta yetirilmiş, Cavabdeh İB-nin Ağsu RQİİ-nin rəisi X14 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində cinayət işi başlanılmış və baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmündən iddiaçı narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, eyni zamanda prokurorluq tərəfindən apellyasiya prostesti, Namiq Məmmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(037)-3/2021 saylı hökmü ləğv edilmiş, X14 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baş vermiş partlayış nəticəsində iddiaçı sağlamlığını uzun müddətə itirmiş, 2 ay xəstəxanada stasionar və ambulator müalicə olunmuşdur. Partlayış nəticəsində özünün və valideynlərinin ağır xəsarət alması ilə əlaqədar onları itirmək qorxusundan keçirdiyi iztirab nəticəsində epilepsiya xəstəliyinə tutulmuş və qeyd olunan xəstəliyin sağalması mümkün deyildir. Xəstəxanada stasionar və ambulator müalicə xərcləri ailə üzvləri tərəfindən ödənilmişdir. İddiaçının bütün müayinə və müalicəsinə 4000 manat məbləğində vəsait sərf olunmuşdur. Partlayış nəticəsində iddiaçı sağlamlığına ağır ziyan dəyməsi ilə yanaşı sarsıntı, iztirab keçirmiş, uzun müddət xəstəxanalarda müalicə olunmuşdur və hazırda epilepsiya xəstəliyi üzrə müalicə davam edir. Özünün xəsarət almağı ilə yanaşı iddiaçı valideynlərini itirmək qorxusu nəticəsində güclü iztirab, sarsıntı keçirmişdir. Bununla yanaşı iddiaçı epilepsiya xəstəliyinə tutulmağı səbəbindən heç bir yerdə işləyə bilmir, valideynləri aldıqları təqaüdlə iddiaçının bütün xərclərini ödəyirlər. İddiaçı sağlamlığını cavabdehin işçilərinin səhlənkarlığı səbəbindən itirmiş və heç bir yerdə əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Əgər əmək fəaliyyəti ilə məşğul ola bilsə idi, ən azı aylıq 350 manat əmək haqqı ilə əmək fəaliyyəti ilə məşğul ola bilərdi. Lakin xəstəlik səbəbindən heç bir yerdə işləyə bilmir. Belə olan halda cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2022-ci il müddətinə aylıq 350 manat nəzərə alınmaqla iddiaçıya göstərilən müddət üçün 7000 manat əldən çıxmış gəlir ödənilməlidir. Cavabdeh İB tərəfindən iddia tələbinə dair etiraz verilərək göstərilmişdir ki, iddia tələbini əsassız hesab edirlər və təmin edilməməsini məhkəmədən xahiş edirlər. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə qeyd olunmuşdur ki, məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər X18, İddiaçı və X13 yazılı ərizə ilə məhkəməyə müraciət dərək təqsirləndirlən şəxs X14 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadıqlarını, partlayış nəticəsində mülkiyyətlərinə dəymiş ziyanın ödənildiyini, ona görə də tərəflərindən verilmiş apellyasiya şikyətindən imtina etdiklərini bildirmişdir. Eyni zamanda İddiaçı barəsində 631/KEŞ, xx.xx.2022-ci il tarixli ekspert rəyində 1995-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə tibbi müayinəsinə əsaslanaraq, qərardadda qarşıya qoyulan sualarla komisiyya xx.xx.2020-ci il tarixdə İsmayıllı rayon, Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış nəticəsində almış olduğu xəsarətlə əlaqəndirmək mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, Cavabdeh tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində X11 23814 manat, həmçinin əlavə olaraq 6000 manat ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(011)-61/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 902,48 (doqquz yüz iki manat qırx səkkiz qəpik) manat məbləğində maddi, 5000 (beş min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 902,48 manat maddi zərərin dəyməsi, iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə hadisə nəticəsində keçirdiyi stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “epilepsiya xəstəliyinə tutulmağı ilə əlaqədar işləyə bilmədiyi müddətə görə 7000 manat əldən çıxmış gəlirin cavabdehdən tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə sübutlarla təsdiq edilmədiyindən təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 12 iyul 2013-cü il tarixdən 03 yanvar 2015-ci il tarixədək, 28 yanvar 2016-cı il tarixdən 28 yanvar 2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və 26 may 2022-ci il tarixdən "xxxx" MMC-də işə düzəlmişdir, aylıq əmək haqqı 345 manat təşkil edir. Partlayış hadisəsindən əvvəl işləməsi barədə iddiaçı sübutlar təqdim etməmişdir. Həmçinin qeyd edir ki, Cavabdehndən 902,48 manat maddi, 5000 manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 1097.1, 1099.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(011)-61/2023 saylı qətnaməsini dəymiş mənəvi ziyanın məbləği və iddiaçının xəstəliyi ilə əlaqədar işləyə bilmədiyi üçün əldən çıxmış gəlirin ödənilməsi hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi X19 da apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(011)-61/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanuni və əsaslı olsa da, hazırki iş üzrə məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə bütün sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bununla da dəymiş mənəvi ziyanın məbləği və iddiaçının xəstəliyi ilə əlaqədar işləyə bilmədiyi üçün əldən çıxmış gəlirin ödənilməsi hissəsində obyektiv nəticəyə gəlməmişdir. Ona görə də qətnamə həmin hissədə dəyişdirilərək iddia tələbi tam təmin edilməlidir. Cavabdeh İB-nin işçisinin hüquqa zidd əməli nəticəsində İddiaçı və ailə üzvləri müxtəlif dərəcələrdə xəsarət almış, nəticədə iddiaçı epilepsiya xəstəliyinə tutulmuş, onların stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən iddiaçıya maddi və mənəvi zərər dəydiyindən pul təzminatı ədalətli şəkildə ödənilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməs iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. 1–ci İnstansiya Məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv , qərəzsiz, hərtərəfli araşdırlmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. O qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs üz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli və qətnamə mənəvi zərər hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin maddi zərər hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki,iş materiallarından görünür ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X14 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş və ehtiyatsızlıqdan İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi baş verməsi nəticəsində İddiaçı və ailə üzvləri müxtəlif dərəcələrdə xəsarət almış və hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində epilepsiya xəstəliyinə tutulmasına və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının partlayış hadisəsindən sonra epilepsiya xəstəliyinə tutulması məhkəmə tibbi ekspertizanın rəyi ilə birbaşa təsdiq olunmasa da, fokal epilepsiyanın mənfi psixoemosional təsir, sarsıntı, stress, qorxu və həyəcan hissindən yaranması istisna edilmir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıya epilepsiya diaqnozu partlayış hadisəsindən sonra qoyulmuşdur. Belə olduğu təqdirdə baş vermiş partlayış hadisəsinin iddiaçıya maddi və mənəvi zərərin yetirilməsinə dəlalət edir İşi materiallarından görünür ki, iddiaçı hadisə baş verdikdən sonra müxtəlif vaxtlarda tibbi müayinə və müalicələr almış və iddiaçı tərəfindən ümumilikdə 902,48 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 902,48 manat maddi zərərin dəyməsi, iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə hadisə nəticəsində keçirdiyi stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə kollegiyası həmçinin iddianın “epilepsiya xəstəliyinə tutulmağı ilə əlaqədar işləyə bilmədiyi müddətə görə 7000 manat əldən çıxmış gəlirin cavabdehdən tutulması” hissəsini sübutlarla təsdiq edilmədiyindən təmin edilə bilməməsinə dair nəticəsi ilə də razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 12 iyul 2013-cü il tarixdən 03 yanvar 2015-ci il tarixədək, 28 yanvar 2016-cı il tarixdən 28 yanvar 2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və 26 may 2022-ci il tarixdən "xxxx" MMC-də işə düzəlmişdir, aylıq əmək haqqı 345 manat təşkil edir. Partlayış hadisəsindən əvvəl işləməsi barədə iddiaçı sübutlar təqdim etməmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 50.000 manat tələb etmiş, məhkəmə isə iddianı bu hissədə qismən təmin etmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, 5000 manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı hissədə nəticə ilə razılaşmır və qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin kollegiya qeyd edir ki, kompensasiya məbləğində münasibətdə nəticəyə gəlinərkən xəsarətlərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, iddiaçının həyatda olması, cavabdeh tərəfindən iddiaçının ailə üzvlərinə kompensasiya ödənilməsi diqqətəlayiq hal kimi nəzərə alınmalı idi. Belə ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı zərərvuran vuran şəxsisn təqsiri zərərçəkən şəxsin fərdi xüsusiyyətləri habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, Cavabdeh İB tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində X11 23 814 manat, həmçinin əlavə olaraq 6000 manat ödənilmiş, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 xeyrinə Cavabdehndən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15 000 manat, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X12 300 manat tutulmuşdur. Kollegiya qeyd edir ki, göstərilən hal Cavabdeh İB-ni iddiaçıya dəymiş mənəvi ziyanı qarşılamaq məsuliyyətindən azad etməsə də, onun bu məsuliyyətinin ölçüsü müəyyənləşdirərkən nəzərə alınmalıdır. «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur. Lakin birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində iddiaçının digər ailə üzvlərində maddi və mənəvi ziyanla bağlı məbləğlərin ödənilməsinə diqqət yetirməmişdir. Belə olan halda kollegiya yuxarıda göstərilənlərə əsasən hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmuş 5.000 manat mənəvi ziyanın 3000 manata azaldılaraq tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək mənəvi ziyana görə tutulmalı olan məbləğ 3.000 manat müəyyən edilərək cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qəlan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh İB-nin nümayəndəsi X6 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(011)-61/2023 saylı qətnaməsi –iddia tələbinin 5000 ( beş min ) manat mənəvi zərər hissəsində dəyişdirilərək 3000 (üç min ) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabir Bəhrəmzadə