Məhkəmə qərarları › İş №2(103)-4731/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4731/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4731/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin 2(001)-983/2022 saylı, 25 may 2023-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)983/2022 saylı qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə 10 mart 2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən 18 aprel 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)-983/2022 saylı qərardadına əsasən, şikayət vermə müddəti buraxıldığından, şikayət geri qaytarılmışdır. Qərardaddan Vəkil1 tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(103)-4244/2022 saylı qərardadına əsasən, şikayət təmin edilməmişdir. Qərardad 09 iyun 2022-ci il tarixdə Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil1 vasitəsi ilə qətnamədən apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət etmiş, şikayətə müddətin bərpasına dair ərizə də əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(001)983/2022 saylı qərardadına əsasən, müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Bu qərardaddan verilmiş şikayət məhkəmənin 27 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(103)-6023/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(001)-983/2022 saylı qərardadı ləğv olunmuş, iş bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Cavabdeh1 nümayəndəsinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadına əsasən Cavabdeh1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)-983/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(103)-493/2023 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)-983/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(102)-1420/2023 saylı qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(103)-493/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 vasitəsilə məhkəmənin 01 mart 2022-ci il tarixli, 2(001)-983/2022 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(001)-983/2022 saylı qərardadına əsasən, apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət Cavabdeh1 və onun vəkili tərəfindən buraxıldığından, apellyasiya şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət qoşma edilmədiyindən şikayət geri qaytarılmalıdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(001)-983/2022 saylı qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, yuxarıda qeyd olunanlardan da bəlli olur ki, cavabdehin apellyasiya şikayəti dəfələrlə məhkəmə qərardadı ilə geri qaytarılmış, bu qərardadlardan verilən şikayət birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmiş, həmçinin apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş və bu qərardaddan verilən şikayət də kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, dəfələrlə birinci instansiya məhkəməsi tərəfindən bu məsələyə ətraflı və obyektiv hüquqi qiymət verilərək qərardad qəbul edilmişdir. Lakin cavabdehin qanuni qüvvəyə minib icra mərhələsində olan qətnaməni mübahisələndirməyə cəhd etməsi də anlaşılan deyildir. Bu cür hallar qüvvədə olan məhkəmə aktlarının sabitliyinə və hüquqi müəyyənliyə zərər vurma təhlükəsi yarada bilər. Eyni zamanda dövlətin adından çıxarılmış və qüvvədə olan qətnamənin müddət keçdikdən sonra mübahisələndirilməsi də hər bir halda xoş niyyətdən xəbər vermir və hüquqdan açıq-aşkar başqalarına zərər vurmaq məqsədilə sui istifadə hesab edilir və Cavabdeh1 nümayəndəsi və vəkili də bunu bilməmiş deyildir. Nümayəndə və vəkilin təmsil etdiyi şəxsin adından qanunla müəyyən edilmiş müddət daxilində qanunvericiliyin tələbinə uyğun apellyasiya şikayəti vermək əvəzinə hər dəfə prosessual hüquqlarından sui istifadə edərək bu cür vəsatət və şikayət verməsi isə yolverilməz olduğundan, üstəlik Mülki Prosessual Məcəllənin 120 və 174.5-ci maddələrinin tətbiqini də labüd edir. Çünki, bu cür əsassız vəsatət və şikayətlər nəticəsində dövlət büdcəsinin vəsaiti mənasız yerə israf olunur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən bu cür halların yenidən təkrarlanacağı təqdirdə qeyd olunan normaların tətbiqinə dair hüquqi dəyərləndirmə aparılmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin 2(001)-983/2022 saylı, 25 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin 2(001)-983/2022 saylı, 25 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar