Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4733/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 24 iyun 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik hüquqi şəxsə qarşı iddianın hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməsini nəzərdə tutmuşdur; iddiaçının cavabdeh qismində göstərdiyi hüquqi şəxsin ünvanı isə Bakı şəhərinin Səbail rayonundadır. Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, qanunvericilikdə hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddiaların müəssisənin ünvanının olduğu yerə görə verilməsi imkanının təsbit edildiyini, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinin isə Binəqədi rayonu ərazisində yerləşməsi səbəbindən işə məhz Binəqədi Rayon Məhkəməsində baxılmalı olması ilə əsaslandırmışdır. Məhkəmənin 25 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Məcəllənin 54-cü maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsi Baş Prokurorluğun törəmə müəssisəsi deyil, onun bir strukturudur və həmin İdarənin fəaliyyətindən əmələ gələn iddialara İdarənin olduğu yerin məhkəməsində baxılması qanunvericiliyin mənasına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4389/2023 saylı iş üzrə 24 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4733/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4733/2023
20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver