Məhkəmə qərarları › İş №2(103)-4736/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4736/2025

16.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4736/2025 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh cavabdeh2, onun nümayəndəsi və vəkili vəkil3, cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh1 avtomobilə dəymiş maddi ziyan qismində 165579 manat məbləğində pul vəsaitinin və ödənilmiş 456 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı tərəfin vəsatəti əsasında cavabdeh2 da iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh1 ##.##.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində “Toyota Prius” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələbini pozaraq hərəkətinə davam etmiş və iddiaçıya məxsus “Ferrari California T” markalı, 2014-cü il buraxılışlı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq sonuncuya xeyli miqdarda maddi zərər yetirmişdir. Hadisədən sonra məsələ araşdırılmış və yol-nəqliyyat hadisəsi zamanı iddiaçının hər hansı nöqsanı aşkar edilməmişdir. Cavabdehə isə IXM-nin 327.1-ci maddəsi əsasında cərimə tətbiq edilmişdir. Hadisə ilə bağlı aidiyyəti orqanın TP ******* saylı, ##.##.2024-cü il tarixli qərarı qəbul edilmişdir. Həmin qərardan cavabdehin birbaşa qüsurlu olduğu sübuta yetirilir. Sonuncu qüsurlu hərəkəti ilə iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəməyə təqdim edilən sənədlərin surətindən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ərizənin (arayışın) surətindən, ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən, IXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən, iş kartı № ********** saylı qüsur aktının tərtib edilməsinə dair sənəd və zərər aktlarından aydın olur ki, cavabdeh tam qüsurlu hərəkətləri ilə iddiaçıya məxsus “Ferrari California T” markalı, 2014-cü il buraxılışlı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala salmaqla, sonuncuya maddi zərər yetirmişdir. Dəymiş zərərin məbləği 170579 manat müəyyən edilmişdir. Həmin zərərin 5000 manat olan hissəsi “xxxx” ASC tərəfindən qarşılanmışdır. Cavabdeh bu günə qədər dəymiş zərərin geri qalan hissəsini ödəməkdən boyun qaçırmaqdadır. Belə ki, ##.##.2023-cü il tarixli “xxxx” şirkəti tərəfindən təqdim edilmiş ilkin qiymətləndirmə aktına əsasən, 77-SM077 dövlət qeydiyyat nişanlı, “Ferrari California T” markalı, ZFFTJ65B000200002 VIN kodlu avtomobilə toplamda 160900 manat dəyərində ehtiyat hissələri üçün, 8679 manat işçilik üçün və 1000 manat qüsur aktının tərtib olunması üçün toplamda 170579 manat maddi ziyan dəymişdir. Həmin zərərin 5000 manatlıq hissəsi sığorta şirkəti tərəfindən qarşılanmışdır. Lakin iddiaçıya dəymiş 170579 manat maddi ziyanın 165579 manat olan hissəsi ödənilməmiş qalır. Cavabdehə bu zərərin qarşılığı olan pulun ödənilməsinə dair dəfələrlə müraciət edilsə də bir nəticə alınmamışdır.

4. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 iddiaya etirazla məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin cavabdeh cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh2 qeyd olunan avtomobilin faktiki olaraq mülkiyyətçisi olmamış, cavabdeh1 hər hansı etibarnamə verməmişdir. Nümayəndəsi olduğu şəxs mülkiyyətində olan avtomobili alğı-satqı müqaviləsi bağlamadan baş etibarnamə ilə (7E- **** reyestr nömrəli, ##.##.2023-cü il tarixli) ##.##.2023-cü il tarixdə X1. E.Quliyevlə aralarında olan razılaşmaya əsasən, ümumi dəyəri 8000 manat olan avtomobilin 4000 manatını etibarnamə verilən gün nümayəndəsi olduğu şəxsə ödəmiş, qalıq məbləği isə ##.##.2025- ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. cavabdeh2 alğı-satqı müqaviləsi bağlamamasının səbəbi E.Quliyevin ona 4000 manat məbləğində borcunun qalmasıdır. ##.##.2023-cü il tarixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə ilə müəyyən olunur ki, cavabdeh2 “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərindəki hüquqları tam şəkildə X1 ötürmüşdür. ##.##.2023-cü il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamə ilə müəyyən olunur ki, cavabdeh1 “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verən şəxs cavabdeh2 deyil, X1 olmuşdur.

6. Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 161900 (yüz altmış bir min doqquz yüz) manat məbləğində pulun, 452 (dörd yüz əlli iki) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində mütəxəssis xidməti haqqının tutularaq iddiaçı İddiaçı ödənilməsi müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

7. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdehlər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ##.##.2023-cu il tarixli, 7E-**** reyestr no mrəli “mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən go ru nu r ki, cavabdeh2 og lu mu lkiyyətində olan, buraxılış ili 2008-ci il, “Toyota Prius” minik markalı, **- OX-*** do vlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi u zərində bir sıra səlahiyyətləri (su ru cu lu k hu ququ olduqda idarə etmək, bag ışlamaq, ipotekaya qoymaq, qeydiyyata salmaq, ərizə vermək, qeydiyyatdan çıxarmaq,sərəncam vermək və digər hərəkətlər) bu etibarnamə əsasında 1 il mu ddətinə X1 og luna etibar etmişdir. Hadisə baş verən vaxt avtomobili idarə edən Rahib Ru stəmli avtomobili idarə etmək u çu n etibarnaməni Elvin Quliyevdən almışdır. Sadəcə olaraq X4 Vəliyevlə aralarındakı razılaşma u zrə o dəniləcək məbləg i tam şəkildə o dəmədiyindən mu lkiyyətçi faktiki olaraq cavabdeh2 olmuşdur. Əslində isə cavabdeh cavabdeh2 avtomobillə bag lı bu tu n hu quqları Elvin Quliyevə vermişdir. Bəxtiyar ##.##.2023-cu ildə Elvinə etibarnamə vermiş, ##.##.2023-cü il tarixdə isə Elvin Rahibə etibarnamə vermişdir. Yəni dörd ay əvvəl Bəxtiyar hüquqları Elvinə ötürmüşdür. Lakin hakim qətnamədə qeyd etmişdir ki, Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli məktuba əlavə edilmiş kompüter sistemindən çıxarışdan görünür ki, “Toyota Prius minik” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixdə cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış, ##.##.2023-##.##.2024-cü il tarixləri üçün X1, ##.##.2023 – ##.##.2024-cü il tarixləri üçün isə cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bildirilir ki, etibarnamə cavabdeh1 Quliyev Elvin tərəfindən verilmişdir. Yəni, bu onu deməyə əsas verir ki, Quliyev Elvin faktiki mülkiyyətçinin iradəsindən asılı olmayaraq hər hansı şəxsə avtomobili idarə etmək üçün etibarnamə verə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Burada “mülkiyyət hüququ və ya digər qanuni əsasla”, yəni, “və” deyil, “və ya” qeyd olunub. Daha sonra, “sahiblik edən şəxsin öhdəsinə qoyulur” qeyd olunmuşdur. Yəni, bu məsələdə, icarə hüququ, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə ilə sahiblik edən şəxsin öhdəliyinə qoyulmalıdır. Bu şəxs isə avtomobilə icarə hüququ, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən cavabdeh1dur. Qeyd edilənlərə əsasən, qətnamənin dəyişdirilməsini və iddianın cavabdeh cavabdeh2 qarşı hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iş materialları ilə mübahisəli avtomobilin “xxxx” ASC tərəfindən sığortalandığı müəyyən olunur. Sığortalıya dəymiş zərərin 5000 (beş min) manat olan hissəsi sığortaçı “xxxx” ASC tərəfindən qarşılanmışdır. Mülki Məcəllənin qeyd olunan tələblərinə müvafiq olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortaçı müəyyən edir. Lakin hazırki iş üzrə baş vermiş sığorta hadisəsi üzrə keçirilmiş qiymətləndimənin nəticələri məhkəməyə təqdim edilməyib. Rayon məhkəməsi yalnız iddiaçının təqdim etdiyi rəyə və eyni qiymət müəyyən etmiş müstəqil ekpertin rəyinə istinad edərək qətnamə qəbul edib. Hesab edir ki, yol-nəqliyyat hadisəsi üzrə “xxxx” ASC-nin qiymətləndirməsi də məhkəməyə təqdim edilməlidir. Bundan başqa, 2014-cü il buraxılışlı mübahisəli “Ferrari California T” markalı avtomobil hadisə başverən vaxt doqquz ildir istismarda olmuşdur. Bu qədər müddət ərzində avtomobilin bütün detallarının ideal vəziyyətdə olması real deyil. Rayon məhkəməsi işin bu halını nəzərə almamış və buna dair heç bir araşdırma da aparmamışdır. Göründüyü kimi, rayon məhkəməsi iş üzrə lazımi araşdırma aparmadığı üçün düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə məhkəmənin iddianın təmin olunması qənaətinə gəlməsi əsassızdır. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır.

11. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin eyni nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ##.##.2023-cü il tarixdə dəymiş zərərin qiymətləndirilməsi barədə “xxxx” ASC tərəfindən tərtib edilmiş qüsur aktı (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) “xxxx” ASC-dən götürülməsi, qərardadın icra edilməsinin “xxxx” ASC-yə həvalə edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmış, “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə müvafiq qüsur aktı Məhkəməyə təqdim edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır.

14. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə “Açar” Qiymətləndirmə Mərkəzindən ##.##.2026-cı il tarixli, AQM/İ 02- ****/**** saylı rəy daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 16.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və göstərdi ki, onlar məsuliyyətdən qaçmırlar, lakin avtomobilə vurulmuş zərərin qiyməti real deyildir, onlar real zərərin müəyyən edilməsin istəyirlər.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətləri ilə razılaşmayaraq şikayətlərin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, avtomobil etibarnamə əsasında verilmişdir, mülkiyyətçi də məsuliyyət daşıyır, eləcə də iddiaçıya məxsus avtomobil xüsusi eksklüziv komplektasiyaya malik olmaqla olduqca bahalı bir maşındır, rayon məhkəməsi tərəfindən müəyyən edilmiş zərər realdır. Sübutların tədqiqi:

19. Mülki iş materiallarında ##.##.2023-cü il tarixli, 7E-**** reyestr nömrəli “mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, cavabdeh2 mülkiyyətində olan, buraxılış ili 2008-ci il, “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bir sıra səlahiyyətləri (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, qeydiyyata salmaq, ərizə vermək, qeydiyyatdan çıxarmaq, sərəncam vermək və digər hərəkətlər) bu etibarnamə əsasında 1 il müddətinə X1 etibar etmişdir.

20. ##.##.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – cavabdeh1 ##.##.2023-cü il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yol nişanlarının tələblərinə riayət edilməməsi) törədilməsində təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.

21. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş *****02298 nömrəli iş kartından görünür ki, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin (ehtiyat hissələri + işçilik) müəyyən edilməsi üçün qüsur aktının tərtib edilməsinin ümumi qiymətinin 1000 manat məbləğində olması qeyd edilmişdir.

22. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ilkin qiymətləndirmə aktından görünür ki, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin (ehtiyat hissələri + işçilik) ümumilikdə 169579 manat məbləğində olması qeyd edilmişdir.

23. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli məktuba əlavə edilmiş kompüter sistemindən çıxarışdan görünür ki, “Toyota Prius minik” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixdə cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış, ##.##.2023- ##.##.2024-cü il tarixləri üçün X1, ##.##.2023 – ##.##.2024-cü il tarixləri üçün isə cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə vermişdir.

24. Yasamal RPI-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, yol-nəqliyyat hadisəsinə dair toplanmış materialda və cavabdeh1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Toyota Prius” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsi üçün qəbul edilmiş qərarın surətinin Yasamal RPInin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 15. cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal RPI-nin TŞ-nın baş təhqiqatçısı, R Orxan Əliyevə verilmiş izahatın surətindən görünür ki, o, 2023- cü il tarixdən “BC” kateqoriya sürücülük hüququna malikdir, əvvəllər yolnəqliyyat hadisəsi törətməmişdir. “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili etbarnamə ilə idarə edir. ##.##.2023-cü il tarixdə, saat 22:30 radələrində təxminən 35 km/saat sürətlə Yasamal rayonu, İ.Səfərli küçəsi ilə hərəkət edib, Ş.Əzizbəyov küçəsi ilə kəsişməyə daxil olduqda idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə Ş.Əzizbəyov küçəsi istiqamətindən hərəkətdə olan “Ferrari” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, bundan sonra idarəetməni itirərək, yolun səki hissəsinə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində başından xəsarət almış, bundan sonra hadisə yerinə Yasamal RPI-nin TŞ-dən gələrək hadisə ilə bağlı araşdırma aparılmasına başlanmışdır. Daha sonra KTM-nə gedərək xəsarətlə bağlı müayinə olunmuş və baş nahiyəsinə tikiş qoyulmuşdur. O, ümumiyyətlə spirtli içki və psixotrop maddə qəbul etmir, hadisə vaxtı isə avtomobildə tək olmuşdur.

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş **** nömrəli ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü vətəndaş cavabdeh1 məhkəmə-tibb ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənədə əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilənləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir – cavabdeh1 almış olduğu xəsarətin “başın təpə nahiyəsinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ##.##.2023-cü il tarixdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, vətəndaş cavabdeh1 adına KTM-də tərtib edilmiş tibbi sənəddə qeyd edilən “döş qəfəsinin, sol çiyin və sol dizin küt travması” diaqnozunun obyektiv əlamətləri (qançır, sıyrıq, yara və s.) qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Yuxarda qeyd edilən xəsarətin vətəndaş cavabdeh1 yıxılması nəticəsində törənməsi inkar olunur”.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş **** nömrəli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü vətəndaş X7 məhkəmə-tibb ekspertizasına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilnləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir – “vətəndaş X7 almış olduğu xəsarət sol almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ##.##.2023-cü il tarixdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”.

27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş **** nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü vətəndaş X6 məhkəmə-tibb ekspertizasına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilnləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir – “vətəndaş X6 almış olduğu xəsarət alın nahiyəsindən sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ##.##.2023-cü il tarixdə, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş */**** nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən, “Toyota Prius” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobilin sürücüsü cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

29. Mütəxəssis MMC tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş ***/** nömrəli mütəxəssis rəyindən görünür ki, ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləğinin ehtiyat hissələri 158000 manat və təmir xərci 7900 manat olmaqla, 165900 manat təşkil etməsi qeyd edilmişdir.

30. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 163.226 manat təşkil edir.

31. “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə Məhkəməyə təqdim edilmiş, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ##.##.2023-cü il tarixdə dəymiş zərərin qiymətləndirilməsi barədə “xxxx” ASC tərəfindən tərtib edilmiş qüsur aktına görə zərərin məbləği 35.030 manat təşkil edir.

32. “Açar” Qiymətləndirmə Mərkəzinin ##.##.2026-cı il tarixli, AQM/İ 02- ****/**** saylı rəyinə əsasən, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 157660 (yüz əlli yeddi min altı yüz altmış) manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № **, ## ###### 2025-ci il tarixli Qərarı: 4.28. Bununla belə, qanunla nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda təqsir zərərin ödənilməsinin əsas dispozisiya şərtlərindən biri olsa da, zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) qanunla müəyyən edilmiş hallarda zərərin kompensasiyası nəzərdə tutula bilər. Məsələn, yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin məsuliyyəti, işçinin vurduğu zərərə görə işəgötürənin, təhqiqat orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dövlətin, uşaqların vurduğu zərərə görə valideynlərin məsuliyyəti, malın istehsal keyfiyyətsizliyinə görə istehlakçıya vurulmuş zərərə görə satıcının məsuliyyəti və s. 4.29. Təqsirsiz məsuliyyət ümumi qaydadan istisnadır və qanunda bəzi xüsusi hallar üçün nəzərdə tutulmuşdur. Bu qayda prinsip etibarilə zərərə səbəb olma düşüncəsinə söykənir. Təqsirsiz məsuliyyətin yaranması üçün zərərlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) arasında səbəbli əlaqənin olması yetərlidir. 4.30. Təqsirsiz məsuliyyət hallarında iddiaçı tərəf cavabdehin (təqsirsiz məsuliyyət daşıyan şəxsin) təqsirini sübuta yetirmək yükünü daşımır. Cavabdeh səbəbli əlaqənin kəsilməsi, zərərin qarşısıalınmaz qüvvənin təsiri, yaxud zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsi kimi halları sübuta yetirməklə məsuliyyətdən azad ola bilər. 4.79. Hüquq pozuntusunu törətmiş şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxs olmadıqda, bu zərərin vurulmasına görə onunla yanaşı, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxslər də məsuliyyət daşıyırlar (təqsirsiz məsuliyyət). Məsələn, mülkiyyətçisinin razılığı ilə verilmiş nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən təqsirli olaraq yol-nəqliyyat hadisəsi törədildikdə, vurulmuş zərərin əvəzi sürücü ilə yanaşı, mülkiyyətçidən də tutulacaqdır. Tətbiq edilən prosessual hüquq normaları:

34. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

37. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, onun apellyasiya şikayətinə əsasən qətnamə qismən – ona aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi cavabdeh cavabdeh2 aid hissədə təmin edilməməli, cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli - cavabdeh cavabdeh1 tutulmalı məbləğ 151660 (yüz əlli bir min altı yüz altmış) manat müəyyən edilməli, qətnamə onun apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Mülki işin faktiki halları ilə iddiaçıya məxsus “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində cavabdeh cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və inzibati tənbeh vermə haqqında qərar əsasında müəyyən edilir.

39. Iddiaçı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, cavabdeh2 və cavabdeh1 müştərək qaydada avtomobilə dəymiş maddi ziyan qismində 165579 manat məbləğində pul vəsaitinin və ödənilmiş 456 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 161900 (yüz altmış bir min doqquz yüz) manat məbləğində pulun, 452 (dörd yüz əlli iki) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində mütəxəssis xidməti haqqının tutularaq iddiaçıya ödənilməsini müəyyən etmişdir.

41. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh cavabdeh2 dəlili ondan ibarətdir ki, hadisə baş verən vaxt avtomobili idarə edən R.Ru stəmli avtomobili idarə etmək u çu n etibarnaməni Elvin Quliyevdən almışdır, o, ##.##.2023-cu ildə alqı-satqı müqaviləsi bağlamadan baş etibarnamə ilə Elvinə satmış, ##.##.2023-cü il tarixdə isə Elvin Rahibə etibarnamə vermişdir.

42. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı işin halları ilə zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin – cavabdeh1 təqsirli olması sübut edilmişdir və bu halı tərəflər də mübahisələndirmirlər.

43. Hazırkı iş üzrə mübahisə edilən hal cavabdeh cavabdeh2 də məsuliyyət daşıyıbdaşımaması, eləcə də iddiaçının avtomobilinə vurulmuş zərərin məbləği ilə bağlıdır.

44. Məhkəmə cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilini əsaslı hesab edərək qeyd edir ki, rayon məhkəməsi iddiaçının avtomobilinə dəyən zərərin müştərək qaydada hər iki cavabdehdən tutulması ilə bağlı mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırsa da, Qərarda göstərilən maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir.

45. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcımaddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

46. Hazırkı halda yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdeh1 avtomobili qanuni əsasla – etibarnamə ilə idarə etməsi işin mübahisəsiz halıdır. cavabdeh1 nəqliyyat vasitəsini idarə etməyə görə etibarnamə əldə etməklə, həmin nəqliyyat vasitəsinə sahiblik etmişdir. Rayon məhkəməsi yüksək təhlükə mənbəyinin mülkiyyətçisi kimi cavabdeh cavabdeh2 də məsuliyyətini müəyyən edərkən, cavabdeh2 yüksək təhlükə mənbəyi üzərindəki sahibliyinin maddi şərtinin – onun yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmasını və ondan yararlanmasını qeyd etmişdir. Halbuki hazırkı işin mübahisəsiz olan halları baxımından belə bir vəziyyət həm mövcud deyildir, həm də onun hüquqi əhəmiyyəti yoxdur.

47. Odur ki, rayon məhkəməsi cavabdeh cavabdeh2 məsuliyyətinə münasibətdə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verdiyindən qətnamə cavabdeh cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, ona aid hissədə iddia tələbi təmin edilməməlidir.

48. Məhkəmə cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, rayon məhkəməsi iddiaçıya dəymiş zərərə görə cavabdeh cavabdeh1 mülki hüquqi məsuliyyətini müəyyənləşdirmişdir. Buna baxmayaraq, hazırkı işin hallarını, tədqiq edilmiş qüsur aktını, qiymətləndirmə rəylərini, iş materiallarındakı digər sübutları nəzərdən keçirdikdə, müəyyən edilir ki, avtomobilə dəymiş maddi zərərə görə cavabdeh cavabdeh1 tutulmalı məbləğ dəyişdirilməlidir.

49. Belə ki, iş materiallarında iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinə dair kəskin fərqlənən sübutlar mövcud olduğundan, eləcə də iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması üçün apellyasiya baxışı zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iki məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

50. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olmuşdur ki, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 163.226 (yüz altmış üç min iki yüz iyirmi altı) manat təşkil edir.

51. “Açar” Qiymətləndirmə Mərkəzinin ##.##.2026-cı il tarixli, AQM/İ 02- ****/**** saylı rəyinə əsasən, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 157660 (yüz əlli yeddi min altı yüz altmış) manat müəyyən edilmişdir

52. Məhkəmənin sorğusu əsasında “xxxx” ASC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən avtomobilə dəymiş zərərin məbləğinin 35.030 manat olduğu qeyd edilmiş, Məhkəmənin ##.##.2026-cı il tarixli ASC-yə müraciətinə cavabda qiymətləndirmə üzrə digər rəylərlə yaranmış fərq “xxxx” ASC tərəfindən avtomobilə fiziki baxış keçirilmədən, təqdim edilmiş foto görüntülər əsasında qüsur aktının tərtib edilməsilə əlaqədar olması ilə əsaslandırılmışdır.

53. Belə olan halda Məhkəmə mülki işdəki rəyləri nəzərdən keçirərək mülki iş üzrə sonuncu - “Açar” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş rəy əsasında müəyyən edilmiş 157660 (yüz əlli yeddi min altı yüz altmış) manat məbləğində avtomobilə zərər dəyməsini işin hallarına uyğun, əsaslı hesab edir.

54. Beləliklə də, Məhkəmə hesab edir ki, iddiaçıya “xxxx” ASC tərəfindən 5000 (beş min) manat sığorta ödənişinin verilməsini və “xxxx” MMC tərəfindən qüsur aktının tərtib edilməsi üçün 1000 (min) manat məbləğində xidmət haqqı ödənildiyini nəzərə alaraq, iddiaçının avtomobilinə dəymiş zərərə görə cavabdeh cavabdeh1 tutulmalı məbləğ 157660-5000- 1000=151660 (yüz əlli bir min altı yüz altmış) manat müəyyən edilməlidir.

55. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

57. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

58. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

60. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

61. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verdiyindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, onun apellyasiya şikayətinə əsasən qətnamə qismən – ona aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi cavabdeh cavabdeh2 aid hissədə təmin edilməməli, cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli - cavabdeh cavabdeh1 tutulmalı məbləğ 151660 (yüz əlli bir min altı yüz altmış) manat müəyyən edilməli, qətnamə onun apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

63. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

64. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 228 (iki yüz iyirmi səkkiz) manat iddiaçıdan onun xeyrinə tutulmalı, cavabdeh cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 300+500= 800 (səkkiz yüz) manat məbləğində pul iddiaçıdan tutulmalıdır.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qismən - cavabdeh cavabdeh2 aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi ona aid hissədə təmin edilməsin. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilsin, iddiaçı İddiaçı dəymiş zərərə görə cavabdeh cavabdeh1 tutulmalı məbləğ 151660 (yüz əlli bir min altı yüz altmış manat) müəyyən edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı cavabdeh cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu 228 (iki yüz iyirmi səkkiz) manat iddiaçı İddiaçı onun xeyrinə tutulsun, cavabdeh cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul “xxxx” MMC, H/h: № AZ**IBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BIK: IBAZAZ2X hesabına, 500 (beş yüz) manat məbləğində pul "Açar" Qiymətləndirmə Mərkəzinin (VÖEN: **********, Hesab № AZN: AZ84AIIB400600G9440923951229, Bank: X3 hesab: ASC KOB 9900003611, VÖEN: mərkəzi filialı, AZ37NABZ013501**********1944, filialın kodu: 201412; SWIFT kod: AIIBAZ2XXXX) hesabına iddiaçı İddiaçı tutularaq ödənilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar